VƏHŞİYYƏT (ID - 41591)is. [ər.] Vəhşilik. Lənət olsun o günə ki, maarif və mədəniyyət qapıları bizim üzümüzə bağlanıb, bizi cəhalət və vəhşiyyət vadisində sərgərdan qoydu. U.Hacıbəyov.
|
VƏHY (ID - 41592)is. [ər.] İslam dini etiqadına görə, bir fikir və ya hökmün Allah tərəfindən peyğəmbərə ilham olunması, çatdırılması, verilməsi. // məc. İlahi səs, son dərəcə gözəl, məftunedici səs mənasında. Hər nəfəsin bir ayə,...
|
VƏKALƏT (ID - 41593)is. [ər.] 1. Bir işi görmək üçün birisinə verilən hüquq; vəkillik. Mələkənin hüzuruna göndərilən heyətə geniş vəkalət verilmişdir. M.S.Ordubadi.
2. Nazirlik, nəzarət, vükəlalıq. |
VƏKALƏTƏN (ID - 41594)zərf [ər.] Vəkalət yolu ilə, vəkalətlə.
|
VƏKALƏTNAMƏ (ID - 41595)is. [ər. vəkalət və fars. ...namə] Vəkillik kağızı; birinin bir işi görmək üçün vəkil olduğuna dair vəkil edən şəxs və ya idarə tərəfindən verilən sənəd. Pul almaq üçün vəkalətnamə vermək. Vəkalətnaməsini təqdim...
|
VƏKİL (ID - 41596)is. [ər.] 1. Vəkalətə əsasən iş görən şəxs. [Səkinə xanım:] Mənim bu saatda nə atam var, nə anam, nə qardaşım; özüm öz vəkiliməm. M.F.Axundzadə. □ Vəkil etmək öz əvəzinə bir işi görmək üçün birinə vəkalət vermək,...
|
VƏKİLLİK (ID - 41597)is. Vəkilin gördüyü iş, vəkil vəzifəsi. □ Vəkillik etmək - 1) vəkil sifəti ilə məhkəmədə və s.-də başqasının işini aparmaq; 2) başqasının əvəzinə danışmaq, iş görmək (mənfi mənada işlənir).
|
VƏQƏ (ID - 41598)is. [ər.] Baş vermiş hadisə, macəra, qəziyyə.
|
VƏQF (ID - 41599)is. [ər.] İslamiyyətdə: dini məqsədlə bir şəxs tərəfindən hər hansı bir iş üçün təxsis edilən və ya bağışlanan mal-mülk, pul və s. Hacı Məcid əfəndi Cümə məscid mədrəsəsinin nizamını pozdu və mollalara vəqfdən...
|
VƏQFİYYAT (ID - 41600)is. [ər.] Vəqf olunmuş şeylər - mal, mülk, pul və s. (bax vəqf).
|
VƏQFİYYƏ (ID - 41601)[ər.] bax vəqfnamə.
|
VƏQFNAMƏ (ID - 41602)is. [ər. vəqf və fars. ...namə] Bir vəqfin şərtlərini və idarə olunma qaydalarını müəyyən edən sənəd (bax vəqf).
|
VƏQT (ID - 41603)[ər.] bax vaxt
|
VƏQTA (ID - 41604)Kİ bağl. köhn. Bir zaman ki, bir halda ki, elə ki, o vaxt ki. Vəqta ki qopur bir evdə matəm; Təşkil edilir büsati-ehsan. M.Ə.Sabir. [Məmmədhəsən ağa:] - Rusiyə ilə, - dedi, - anlaşmaq lazımdır, vəqta ki özləri buna müştaqdır:...
|
VƏL (ID - 41605)is. Alt tərəfindəki oyuqlara balaca daşlar keçirilmiş, yaxud yan-yana dəmir dişləri olan ağacdan, taxtadan qayrılmış ibtidai xırman aləti (taxıldöyən alət). Biçinə çin gərəkdi, xırmana vəl. S.Ə.Şirvani. Əsəd minib vəlin...
|
VƏLAKİN (ID - 41606)bağl. [ər.] klas. Lakin, amma, ancaq, fəqət.
|
VƏLƏ (ID - 41607)is. məh. Bir yaba dolusu, bir yabanın götürə biləcəyi qədər ot, kol və s.; şələ, qucaq. Qaranlıq çökəndə Qaraxan Məcidin qəbri üstə bir vələ tikan odlayıb alov elədi. S.Rəhimov.
|
VƏLƏD (ID - 41608)is. [ər.] köhn. Uşaq, oğul, övlad. Amandı! Qoymayın, övladınız azıb çıxa yoldan; Ola bu yaxşı vələdlər yaman; Bu boydabu boyda! M.Ə.Sabir.
|
VƏLƏMBƏ (ID - 41609)is. Göz qapağı.
|
VƏLƏMİR (ID - 41610)is. bot. Taxıl fəsiləsindən dənli yem bitkisi.
|
VƏLƏS (ID - 41611) |
VƏLƏZZALİN (ID - 41612)[ər.] Ərəbcə bir tərkib olub, azərbaycanca ancaq uzunçuluq mənasında işlənir. Vələzzalin söyləmə (uzunçuluq etmə).
|
VƏLİ1 (ID - 41613)is. [ər.] 1. Hami, himayəçi. Yaxın dost.
Ağa. |
VƏLİ2 (ID - 41614) |
VƏLİƏHD (ID - 41615)is. [ər.] 1. Padşahın yerini tutmalı olan şəxs. Vəliəhd bu etimadsızlığı.. sərdar Rəşiddən gördüyü üçün, onlarla çox etinasız bir surətdə görüşdü. M.S.Ordubadi. [Anaxatun] yaxşı bilirdi ki, .. yeganə vəliəhdini vurmağa...
|
VƏLİƏHDLİK (ID - 41616)is. Taxt-taca sahib olma qaydası. Hidayət ağanın düzəlib işi; Vəliəhdliyi möhkəm olubdur. Q.Zakir. Azərbaycanlılar Qızıl Arslan tərəfindən vəliəhdliyə namizəd edilmiş bu gənci həddindən artıq sevirdilər. M.S.Ordubadi.
|
VƏLİM (ID - 41617)is. məh. Çör-çöp. Bir bağ vəlim tapammır biçarə yandıra; Möhtacdır özü və əyalı hərarətə. M.Möcüz.
|
VƏLİNEMƏT (ID - 41618)is. [ər.] köhn. Birini böyüdüb bəsləyən, saxlayan, boynunda haqqı olan adam.
|
VƏLİYYÜNNEMƏ(T) (ID - 41619)[ər.] köhn. bax vəlinemət. [Münəvvər xanım:] Ana, insaf elə, mürüvvət elə, insan da Qulam xan kimi nakəsdən ötrü öz vəliyyün-nemətinə ağ olar? M.S.Ordubadi.
|
VƏLLƏMƏ (ID - 41620)“Vəlləmək”dənf.is.
|
VƏLLƏMƏK (ID - 41621)f. Xırmanda taxılı vəl ilə döymək.
|
VƏLVƏLƏ (ID - 41622)is. Səs-küy, gurultu-patırtı, həyəcan, çaxnaşma, qarmaqarışıqlıq. O gecəki vəlvələdən ancaq bunu görə bildim. A.Şaiq. □ Vəlvələ düşmək - qarmaqarışıqlıq düşmək, çaxnaşma düşmək, həyəcan (gurultu-patırtı) düşmək....
|
VƏN (ID - 41623)is. bot. Qabığı ağ, bərk oduncaqlı meşə ağacı. Neçə il qabaq quruyub çığrığa dönmüş yoğun vənlərin qabıqları çürümək üzrə idi. Ə.Vəliyev.
|
VƏNGİLDƏMƏ (ID - 41624)“Vəngildəmək”dən f.is.
|
VƏNGİLDƏMƏK (ID - 41625)f Vurulmaqdan və ya başqa bir səbəbdən yazıq-yazıq, ucadan səs çıxarmaq (it haqqında).
|
VƏNGİLDƏTMƏK (ID - 41626)icb. Vəngildəməsinə səbəb olmaq.
|
VƏNGİLTİ (ID - 41627)is. Vurulmaq və ya başqa bir səbəb nəticəsində ağrıdan itin yazıq-yazıq çıxardığı səs.
|
VƏR1 (ID - 41628)is. məh. Əkin və ya otlağın biçilməli olan bir sahəsi. Sərvinazın manqa üzvləri vəri başa vurub geri qayıtdıqda yenə də nəşəli idilər. Ə.Vəliyev.
|
VƏR2 (ID - 41629)is. [fars.] Tərəf, cəhət.
|
VƏR3 (ID - 41630)bağ. [fars.] Mömin, dindar olma.
|
VƏRASƏT (ID - 41631)is. [ər.] bax varislik. Şirvan şahlığının hökumət quruluşundakı vərasət məsələsi ləğv olunduğu zaman Şimali Azərbaycanın mərkəzini Şirvana köçürmək və oranı Azərbaycan paytaxtı adlandırmaq mümkün idi. M.S.Ordubadi.
|
VƏRDƏLƏMƏ (ID - 41632)bax vərdənələmə.
|
VƏRDƏLƏMƏK (ID - 41633)bax vərdənələmək.
|
VƏRDƏNƏ (ID - 41634)is. 1. Xəmir və s. yaymaq üçün ağacdan və s.-dən qayrılan silindrşəkilli alət. Gənclər bir tərəfi nazik olan vərdənəyə bənzər millərdən yapışıb oynatmağa başladılar. Çəmənzəminli. [Usta] şagirdinin vərdənə ilə yaydığı...
|
VƏRDƏNƏLƏMƏ (ID - 41635)“Vərdənələmək”dən f.is.
|
VƏRDƏNƏLƏMƏK (ID - 41636)f . Vərdənə ilə yaymaq, yastılamaq, hamarlamaq.
|
VƏRDƏNƏLƏNMƏ (ID - 41637)dan. “Vərdənələnmək”dən f.is.
|
VƏRDƏNƏLƏNMƏK (ID - 41638)məch. Vərdənə ilə yayılmaq, yastıladılmaq, hamarladılmaq.
|
VƏRDİŞ (ID - 41639)is. Təcrübə, təkrarlama və çox işləmək nəticəsində əldə edilən iş bacarığı, adət edilmiş şey; insanın öz həyatının müəyyən dövründə öyrəşdiyi, adət etdiyi şey. Əmək vərdişi. - Uzun illərin vərdişi onu [Kərimbəyi]...
|
VƏRDİŞLİ (ID - 41640)sif. Vərdişi olan, vərdiş əldə etmiş, bir şeyə adət etmiş; təcrübəli. // Vərdiş etmiş, adət etmiş.
|
Bu səhifə dəfə baxılıb