İzahlı lüğət

VENTİLYATOR (ID - 41491)

[lat.] Qapalı binalarda, yeraltı qazmalarda və s.-də havanı dəyişdirmək, təmizləmək, yaxud onun cərəyanını gücləndirmək üçün cihaz, qurğu. Elektrik ventilyator. Sorucu ventilyator.

VER-AL (ID - 41492)

is. Alver, alış-veriş. Bu ramazanlıqda nə ver-aldı bu? Ax! Nə qəzetdi bu, nə jurnaldı bu? Ə.Nəzmi.

VERANDA (ID - 41493)

[port.] Binanın yanında: qabaq tərəfi açıq və ya şüşələnmiş üstüörtülü balkon, artırma, eyvan. Qəmər verandanı səliqəyə saldıqca mahnının sözlərini təkrar edir. S.Rəhman.

VERBAL (ID - 41494)

sif. [lat.] Şifahi, imzasız.

VERDİRMƏ (ID - 41495)

“Verdirmək”dən f.is.

VERDİRMƏK (ID - 41496)

icb. Verməyə məcbur etmək.

VERDİRTMƏK (ID - 41497)

icb. Başqa bir şəxs vasitəsilə birisini bir şey verməyə məcbur etmək.

VERƏCƏK (ID - 41498)

is. Gələcəkdə verilməsi lazım olan şey; borc (alacaq müqabili). Alacağın olsun, verəcəyin olmasın. (Ata. sözü).

VERƏCƏKLİ (ID - 41499)

sif. Birinə verəcəyi (borcu) olan; borclu.

VERF (ID - 41500)

[holl.] Gəmi düzəldilən və təmir edilən yer. Sovxoz və gəmi inşa edən verf ilə tanış olduq. Ə.Məmmədxanlı.

VERGİ (ID - 41501)

is. 1. Müəssisədən, idarədən, əhalidən və s.-dən alman məcburi dövlət rüsumu. Gəlir vergisi. Kənd təsərrüfatı vergisi. Vergi qoymaq. // Töycü. Ərəb əmiri Əbu Müslim bütün Dağıstan əhalisi üzərinə vergi təyin edib buyurdu...

VERGİÇİ (ID - 41502)

is. Vergi verən.

VERGİYIĞAN (ID - 41503)

is. Vergi yığmaqla məşğul olan işçi.

VERGÜL (ID - 41504)

[fr.] dilç. Sözləri, söz qruplarını, yaxud cümlələri ayıran qarmaqşəkilli durğu işarəsi (,). Vergül qoymaq. Nöqtəli vergül (;).

VERİCİ (ID - 41505)

sif. rad. Radio dalğalarını (elektromaqnit dalğalarını) fəzaya buraxan. Verici stansiya hər tərəfə radio dalğaları buraxır.

VERİLİŞ (ID - 41506)

“Verilmək”dən f.is. Elektrik verilişi sistemləri. Televiziya, radio verilişi.

VERİLMƏ (ID - 41507)

“Verilmək”dən f.is.

VERİLMƏK (ID - 41508)

“Vermək”dən məch. Əldənələ verilmək. Klub üçün yaxşı bina verilmişdir. Maaş sabah veriləcəkdir. - Üçüncü siqnal veriləndə Ehtiyat xalanın qəlbi tərpəndi. Mir Cəlal.

VERİM (ID - 41509)

is. Məhsul vermə qabiliyyəti; bərəkət, məhsul, səmərə. Bu inəyin verimi yaxşıdır.

VERİMCİL (ID - 41510)

sif. 1. Bol məhsul verən, məhsuldar, bərəkətli. Verimcil inək. Verimcil ağac.
2. məc. Əliaçıq, səxavətli.

VERİMLİ (ID - 41511)

bax verimcil. Verimli torpağı, geniş çölləri;.. Keçidləri, rizləri var ölkəmin. Cabbarlı.

VERİMLİLİK (ID - 41512)

is. Məhsuldarlıq, bərəkətlilik, münbitlik. Torpağın verimliliyi.

VERİMSİZ (ID - 41513)

sif. Məhsul verməyən, bərəkətsiz.

VERİŞ (ID - 41514)

VERİZM (ID - 41515)

is. [ital.] XIX əsrin sonunda italyan ədəbiyyatında, musiqisində və təsviri sənətində realist cərəyan.

VERMƏ (ID - 41516)

“Vermək”dən f.is. Qiymət vermə. Ara vermə.

VERMƏK (ID - 41517)

f 1. Bir şeyi öz əlindən çıxarıb başqasına ötürmək, təslim etmək, çatdırmaq; tapşırmaq. Pul vermək. Onu mənə ver. Hazır materialları redaktora verdim. Əldən-ələ vermək. - Feldşerin verdiyi təmiz xalat ona çox gözəl yaraşırdı....

VERMİŞEL (ID - 41518)

[ital.] Fabrikdə hazırlanan girdə əriştə növü.

VERMİŞELLİ (ID - 41519)

sif. Vermişeldən hazırlanmış, içərisində vermişel olan. Vermişelli şorba.

VERONAL (ID - 41520)

is. [lat.] tib. Yuxu dərmanı.

VERSİYA (ID - 41521)

is. [lat.] 1. Rəvayət, şayiə, xəbər.
2. Eyni faktın və ya hadisənin bir-birindən fərqli bir neçə cür izahı.

VERST (ID - 41522)

[rus. BepcTa] köhn. 1,06 kilometrə bərabər rus uzunluq ölçüsü (metr üsuluna keçməzdən əvvəl işlənirdi). [Faytonçu] bu sürətlə təxminən iki verst gedəndən sonra, atların cilovunu çəkdi. Ə.Haqverdiyev. □ Verst ağacı köhn....

VERSTATKA (ID - 41523)

[rus.] köhn. Əl ilə hərfləri yığmaq üçün mətbəə aləti. O kiçik bir verstatkanın ağacı üzərində yarımçıq qalmış naboru götürüb, sürətlə yığmağa başladı. S.Rəhman.

VERSTLİK (ID - 41524)

VERŞOK (ID - 41525)

[rus.] köhn. Arşının V16 hissəsinə - 4,4 sm-ə bərabər köhnə rus uzunluq ölçüsü. ..Bu sünbə nəinki tamam arşındır, hətta arşından iki verşok da azdır. Ə.Haqverdiyev. [Cəmil:] Bir də görürsən balta fırlanır, amma heç bir...

VERTİKAL (ID - 41526)

sif. Şaquli. Vertikal xətt. Vertikal vəziyyətdə.

VERTİKALLIQ (ID - 41527)

is. Şaqulilik; şaquli şeyin halı.

VERTOLYOT (ID - 41528)

[rus.] Şaquli xətt üzrə qalxıb enə bilən, həmçinin havada sallana bilən xüsusi quruluşlu təyyarə. Şəhər ilə Sumqayıt və “Neft daşları” arasında vertolyot işləyir.

VESTERN (ID - 41529)

sif. [ing.] Qərbə məxsus olan, qərbə aid olan.

VESTİBUL (ID - 41530)

[fr.] Adətən ictimai binaların daxili girəcəyində böyük dəhliz, geniş eyvan. Teatrın vestibülü.

VETERAN (ID - 41531)

[lat.] 1. Müharibə iştirakçısı olan qocaman döyüşçü. Böyük Vətən müharibəsi veteranları ilə görüş.
2. Hər hansı bir sahənin köhnə, əməkdar işçisi, xadimi. Elm veteranları. Səhnə veteranı.

VETO (ID - 41532)

[lat.] Qadağan etmə, ləğv etmə: a) dövlət hüququnda: bir dövlət orqanının başqa bir orqanın qərarının həyata keçirilməsini qəti və ya şərti qadağan etməsi; b) beynəlxalq hüquqda: məsələlər yalnız bir səslə həll edilən...

VEYİL (ID - 41533)

sif. Avara, boş-boşuna gəzən, heç bir iş sahibi olmayan. Veyil adam. // İs. mənasında. [Nabat:] Sən elə veylin üstündə öz əmini niyə belə ağrıdırsan? S.Rəhimov.
veyil-veyil zərf Avara-avara, boş-boşuna, heç bir işdən yapışmayaraq,...

VEYİLLƏNMƏ (ID - 41534)

“Veyillənmək”dən f.is.

VEYİLLƏNMƏK (ID - 41535)

f. Heç bir iş görməyərək boş-boş, avara-avara gəzmək. Bu Allahın bəlasına giriftar olmuş da yaylaqlarda veyillənməkdən yorulmadı. C.Məmmədquluzadə. Küçə-bacada veyillənməkdənsə, uşaqlar qoy şəhərin tarixi yerlərini gəzsinlər,...

VEYİLLƏŞMƏ (ID - 41536)

“Veyilləşmək”dən f.is.

VEYİLLƏŞMƏK (ID - 41537)

f. Veyil olmaq, avara olub getmək, tənbəlləşmək.

VEYİLLİK (ID - 41538)

is. Heç bir işdən yapışmayaraq boş-boş gəzmə; avaralıq, bikarlıq.

VEZİKUL (ID - 41539)

is. [lat.] tib. Dəridə qabarcıq, suluqlar, səpgi.

VƏ (ID - 41540)

bağl. Sadə cümlələrdə həmcins üzvləri, mürəkkəb cümlələrdə isə onun tərkibinə daxil olan cümlələri bir-birinə bağlayır. [Qız] aslan və qəhrəman olsa da, vəhşət önündə acizdir. Mir Cəlal. // İki sözü bir-birinə...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed