VAYSILANMAQ (ID - 41441)bax vaysınmaq. [İlyas] təzə köynəyini geyib, güzgünün önündə dayananda, üzünü saqqal basdığını görüb vaysılandı. Mir Cəlal.
|
VAYSINMA (ID - 41442)“Vaysmmaq”dan f.is.
|
VAYSINMAQ (ID - 41443)f . dan. Heyifsilənmək, axvay etmək, çox təəssüf etmək. Nəbi yoldaşı Mahmudun ölməsi üçün çox vaysılanırdı. “Qaçaq Nəbi” . [Tubu:] Gedirsən, get. Sonra vaysınanda danışaram. Ə.Haqverdiyev.
|
VAZ1 (ID - 41444)is. Baramaçılıqda: kələfcə şəklində sarman incə yalınqat ipək teli.
|
VAZ2 (ID - 41445): vaz keçmək - əl çəkmək, fikrindən daşınmaq. Öz fikrindən, niyyətindən vaz keçmək. - Axırda mülahizələr yürütməkdən vaz keçərək sükuta daldım. Çəmənzəminli. [Sərdar Rəşid:] Təbiidir ki, mən sizin şərəfinizə toxunmamaq...
|
VAZ3 (ID - 41446)vaz atmaq - hoppanmaq, sıçramaq, atılmaq, atılıb-düşmək. Sürü üstündə çobanlar yatmaz qorxudan; Çöldə heyvan ya maral vaz atmaz qorxudan. A.Səhhət. Budur, qız, getsənə, ilk qatar gəlir; Ürkərək vaz atıb qaçır dəvələr. S.Rüstəm....
|
VAZA (ID - 41447)[fr.] İçinə meyvə, şirniyyat, çiçək və s. qoymaq, yaxud bəzək üçün qəşəng qab. Gülməyir vazamda artıq gül, çiçək; Məni düşündürür indi hər sözün. S.Rüstəm. [Hüseyn və Mirmahmud] uzun büllur vazalardakı mürəbbədən,...
|
VAZEH (ID - 41448)sif. və zərf [ər.] Aşkar, açıq-aydın, şübhəsiz. [Səkinə xanım:] Nə danışırsan, vazeh danış, görüm mətləbin nədir? M.F.Axundzadə. Hicran qəminin badeyigülgundür əlacı; Vazeh danışırlar bunu meyxanələr içrə. Q.Zakir....
|
VAZEHLİK (ID - 41449)is. Aşkarlıq, açıqlıq, aydınlıq.
|
VAZELIN (ID - 41450)[fr.] Neftdən istehsal edilən, ətriyyat və texnikada işlənən yağlı maddə.
|
VAZELİNLƏMƏ (ID - 41451)“Vazelinləmək”dən f.is.
|
VAZELİNLƏMƏK (ID - 41452)f Vazelin sürtmək.
|
VAZELİNLƏNMƏ (ID - 41453)“Vazelinlənmək”dən f.is.
|
VAZELİNLƏNMƏK (ID - 41454)məch. Vazelin sürtülmək.
|
VAZELİNLİ (ID - 41455)sif. 1. Tərkibində vazelin olan. Vazelinli sabun.
2. Vazelin sürtülmüş. |
VAZIMAQ (ID - 41456)f. məh. Qaçmaq. [Rüstəm bəy:] Əliqılınclı, qabağımdan dovşan tazı qabağından qaçan kimi vazıyırdı. N.Vəzirov.
|
VAZLAMAQ (ID - 41457)bax vaz atmaq (“vaz3” da). Ceyran yana sıçradı, buynuzlarını boynuna qısıb daha da bərk vazladı. M.Rzaquluzadə.
|
VE (ID - 41458)“V” hərfinin və bu hərflə işarə olunan samitinin səssizin adı.
|
VEC (ID - 41459)Adətən feillərlə işlənir: vecə gəlmək - lazım olmaq, gərək olmaq, yararlıq göstərmək, yaramaq. [Bəylərdən birisi:] Həkim tayfasının ehtiramı vacibdir, xalqın vecinə gəlirlər. M.F.Axundzadə. [Bəbir bəy:] Ancaq ki özün yovuşan...
|
VECSİZ (ID - 41460)sif. Lazımsız, gərəksiz, yararsız, karsız, yaramaz, dəyərsiz, xeyirsiz, işəgəlməz, bikara. Səndə bitər bir neçə vecsiz qoza; Ancaq o da qismət olar donquza. M.Ə.Sabir. Mən hərdən oturub fikirləşirəm və bu əqidəyə gəlirəm...
|
VECSİZLİK (ID - 41461)is. Yararsızlıq, yaramazlıq, dəyərsizlik, faydasızlıq, karsızlıq, heç bir şeyə lazım olmama. [Salavat] əlinə keçirdiyi düşmənin belə vecsizliyindən pərt olub, narazılıqla mırıldandı. Ə.Əbülhəsən. // Mənasızlıq.
|
VEÇE (ID - 41462)is. [rus.] Qədim və orta əsr rus şəhərlərində xalq yığıncağı.
|
VEDA (ID - 41463)[sanskr.] Hindistanın dini.
|
VEDALAR (ID - 41464)cəm Qədim Hindistanın dörd müqəddəs kitabı.
|
VEDRƏ (ID - 41465)is. [rus. Beäpo] Su və başqa mayeləri daşımaq və saxlamaq üçün silindrşəkilli qab; böyük satıl. Uşaqlar itin quyruğuna vedrə bağlayıb qovurlar. Ə.Haqverdiyev.
□□ Vedrə bağlamaq dan. - ələ salmaq, araya qoymaq, lağa qoymaq,... |
VEDRƏCİK (ID - 41466)is. Kiçik vedrə.
|
VEDRƏLƏMƏ (ID - 41467)dan. “Vedrələmək”dən f.is.
|
VEDRƏLƏMƏK (ID - 41468)f. dan. bax vedrə bağlamaq (“vedrə” də).
|
VEGETARİAN (ID - 41469)is. [ing.] Yalnız bitki yeməkləri ilə qidalanan adam.
|
VEGETASİYA (ID - 41470)[lat.] Bitkinin cücərməsi, boy atması və inkişaf dövrü. Çay bitkisinin vegetasiya dövründə istiyə çox ehtiyacı vardır.
|
VEGETATİV (ID - 41471)sif. bot. zool. Canlı orqanizmlərin inkişaf və qidasına aid olan. Çay bitkisinin vegetativ üsulla artırılması seleksiyatoxumçuluq işində geniş tətbiq edilir. □ Vegetativ çoxalma bot. - bitkilərin qeyri-cinsi çoxalması üsulu. Vegetativ...
|
VEKSEL (ID - 41472)[alm.] Bir şəxsə və ya idarəyə müəyyən müddətdə, müəyyən miqdarda pul verməli olan şəxs tərəfindən verilən iltizamnamə. [Dükançı:] A kişi, yaxşı yadıma düşdü, Hacı Imamqulunun vekselinin vaxtıdır, aparım onun pulunu...
|
VEKTOR (ID - 41473)[lat.] riyaz. Ədədi qiyməti və istiqaməti olan riyazi kəmiyyət və bu kəmiyyətin qrafik təsviri.
|
VEKTORİAL (ID - 41474)sif. Vektora aid olan. Bektorial hesablama. Vektorial kəmiyyət.
|
VELİKORÜS (ID - 41475)bax rus.
|
VELODROM (ID - 41476)[fr. velo və yun. drom] Velosipedləri sınamaq və velosiped yarışları keçirmək üçün xüsusi meydan, betonlu yol.
|
VELOSİPED (ID - 41477)[lat.] Ayaqlarla hərəkətə gətirilən ikitəkərli, yaxud üçtəkərli minik maşını. Velosiped yarışı. Uşaq velosipedi.
|
VELOSİPEDÇİ (ID - 41478)is. Velosiped sürən adam, velosipeddə gəzən, yaxud velosiped ilə məşğul olan adam. Velosipedçilərin yarışı.
|
VELÜR (ID - 41479)[fr.] 1. toxuc. Drapın, məxmərin ən yaxşı növlərinin adı. Velür şlyapa. Velür palto. Qoyun, yunundan, xüsusilə zərif və yarımzərif yundan ən qiymətli parçalar - baston, triko, velür və başqaları hasil olur.
2. Zamşaya (üzüxovlu... |
VELVET (ID - 41480)is. [ing.] Nazik iplikdən toxunmuş qabarıq milləri olan parça.
|
VENA (ID - 41481)[lat.] anat. Qanı ürəyə aparan qan damarı.
|
VENERA1 (ID - 41482)is. [lat.] Qədim yunan mifologiyasında məhəbbət və gözəllik ilahəsi.
|
VENERA2 (ID - 41483)is. [lat.] Günəş sistemində Günəşə yaxınlığına görə ikinci planet.
|
VENEROLOGİYA (ID - 41484)[yun.] tib. Tibb elminin zöhrəvi xəstəliklər bəhsi.
|
VENEROLOJİ (ID - 41485)sif. Venerologiyaya aid olan. Veneroloji dispanser.
|
VENEROLOQ (ID - 41486)[yun.] tib. Zöhrəvi xəstəliklər mütəxəssisi; həkim.
|
VENET(LƏR) (ID - 41487)is. [lat.] Qədimdə Adriatik dənizinin şimal sahillərində yaşamış tayfalar qrupu.
|
VENOZ (ID - 41488)sif. anat. Venalara aid olan, yaxud venaların içində olan.
|
VENTİL (ID - 41489)[alm.] tex. Borularda, cihazlarda və s.-də mayenin, qazın, yaxud buxarın yolunu açıb-bağlamaq üçün qurğu, qapaq.
|
VENTİLYASİYA (ID - 41490) |
Bu səhifə dəfə baxılıb