VURULMA2 (ID - 41891)“Vurulmaq2”dan f.is.
|
VURULMAQ1 (ID - 41892)məch. 1. Zərbə endirilmək. Ağac ilə vurulmaq. // Döyülmək, kötəklənmək.
Çalınmaq, qaxılmaq, soxulmaq. Paya vurulmaq. Taxtaya iki mıx vurulmuşdur. Güllə ilə vurulub öldürülmək. Ovda ikicə quş vuruldu. - Üzvlərdən Hacı... |
VURULMAQ2 (ID - 41893)f Bənd olmaq, aşiq olmaq, məftun olmaq, həddindən artıq sevmək. Qazamat qulluqçularından birisi Həcərə vurulur. “Qaçaq Nəbi” . [Əsgər] isə Züleyxanın sərv qamətinə vurulmuşdu. C.Cabbarlı. Can, usta, mən bir çəlik yay kimi...
|
VURUM (ID - 41894)is. Sərrast vurma. Ağalıq verimlədir, igidlik vurumla. (Ata. sözü).
|
VURUŞ (ID - 41895)is. 1. Vuruşma; dava, müharibə, döyüş. Qılınc vuruşundan, güllə səsindən; Yuvadakı quşlar uçhauç oldu. (Qoşma). Vuruş meydanında vuruşmağa çıx. S.Vurğun. Vurma tərzi, zərbə. Vuruşun kor vuruşuna oxşamır. (Ata. sözü)....
|
VURUŞAN (ID - 41896)f sif Döyüşən, savaşan, dalaşan, çarpışan, dava edən. Düşmənlə vuruşan qoşun. // Is. mənasında. Vuruşanları aralamaq. - Ofiser gördü ki, dava yaman qızışıb, bunların heç birinin vecinə gəlmir, əmr [etdi] ki, vuruşanları...
|
VURUŞDURMA (ID - 41897)“Vuruşdurmaq”dan f.is.
|
VURUŞDURMAQ (ID - 41898)icb. Bir-birinin üzərinə salışdırmaq, savaşdırmaq, aralarına dava salmaq. Dostları vuruşdurmaq.
|
VURUŞQAN (ID - 41899)sif Çox vuruşan, döyüşən, savaşqan; vuruşmağı, savaşmağı sevən. Vuruşqan uşaq.
|
VURUŞMA (ID - 41900)1. is. Döyüş, çarpışma, dava, savaş, savaşma. Fəxrəddinlə turanlıların vuruşmaları bir saatdan artıq çəkdi. M.S.Ordubadi. Vuruşa zamanı hər iki tərəf böyük tələfat vermiş(di). A.Şaiq. Bu vuruşmalarda ən çox əzab-əziyyət...
|
VURUŞMAQ (ID - 41901)f . 1. Döyüşmək, savaşmaq, çarpışmaq. Düşmənlə vuruşmaq. - Gəl indi cəbhəyə, yoldaş olaq biz; Bir cüt aslan kimi vuruşaq qoşa. S.Vurğun.
Dalaşmaq, kötəkləşmək, bir-birini vurmaq (yumruqla, ağacla və s. ilə). məc.... |
VÜCUD (ID - 41902)is. [ər.] 1. Olma, varlıq, mövcud olma, var olma. Bəs bunların vücudu nəyə lazımdır! M.F.Axundzadə. Kəndlilər onun [Xəlilin] vücudunu özləri üçün bir nemət bilirdilər. S.Hüseyn. □ Vücuda gəlmək əmələ gəlmək, meydana gəlmək,...
|
VÜCUDLU (ID - 41903)sif Bədənli, gövdəli, cüssəli, əndamlı. Qız ucaboylu, sağlam vücudlu, sarısaçlı bir rus qızı idi. M.S.Ordubadi. Qasım ağa qalxıb qapıya çatmamış, qələmkarpərdə qaldırıldı, içəri ortaboylu, dolğun vücudlu gözəl bir qadın...
|
VÜCUDNAMƏ (ID - 41904) |
VÜKƏLA (ID - 41905)[ər. “vəkil” sözünün cəmi] köhn. Vəkillər.
|
VÜQAR (ID - 41906)is. [ər.] Öz heysiyyətini, mənliyini yüksək tutma, mühafizə etmə; təmkin, ağırlıq, ciddiyyət, başıucalıq. Qartalgözlü Əmirxanın baxışlarında; Bir kişilik, bir də vüqar oxuyur gəlin. S.Vurğun. [Qəhrəman:] Onlar nə qədər...
|
VÜQARLI (ID - 41907)sif. Öz heysiyyətini, mənliyini qoruyan; təmkinli, təşəxxüslü, ağır, başıuca, məğrur. Vüqarlı adam. - Baş-başa çatılmış bu qoca dağlar; Vüqarlı qəlbimtək bu uca dağlar. S.Vurğun. [Möhsün müəllim:] Necə ola bilər ki,...
|
VÜQARLILIQ (ID - 41908)is. Təmkinlilik, ağırlıq, ciddilik, öz mənlik və heysiyyətini uca tutma, qoruma; başıucalıq. Maral ayağa qalxanda Qara kişi onun vüqarlılıq verən dəriyaxalı qara drap paltosuna nəzər yetirdi. Əbülhəsən.
|
VÜQARSIZ (ID - 41909)sif. Vüqarı olmayan, vüqardan məhrum; heysiyyətsiz. Vüqarsız adam.
|
VÜQARSIZLIQ (ID - 41910)is. Vüqarı, heysiyyəti olmama; heysiyyətsizlik.
|
VÜQU (ID - 41911)[ər.] köhn. Vaqe olma, baş vermə. Hadisati-mütənəvviənin vüquundan sonra, Məhəmməd şah Səfəvi səltənəti öz oğlu Şah Abbasi-Əvvələ təslim etdi. M.F.Axundzadə. Bir qadın da .. ətrafında vüqu bulan hər bir şeyə gözaltı...
|
VÜQUAT (ID - 41912)[ər. “vüqu” sözünün cəmi] Vaqe olan hadisələr.
|
VÜQUF (ID - 41913)is. [ər.] 1. Xəbərdar olma, bilmə.
2. Durma, duruş. |
VÜRUD (ID - 41914)is. [ər.] köhn. Varid olma, gəlmə, yetişmə, çatma, varma. İrana əvvəl vüruddan Xəlilin zəkavəti, çapıqlığı, ayıqlığı Ağahüseyni təəccübə gətirdi. Ə.Haqverdiyev.
|
VÜSAL (ID - 41915)is. [ər.] şair. Görüşmə, qovuşma; sevgilisinə çatma. Ey Füzuli, kəsmə ol məhvəş vüsalından ümid. Füzuli. İstər vüsalını Vidadi xəstə; Üz xakə fərş elər, düayə düşər. M.V.Vidadi. Dərmansız dərdimə bulunmaz çarə;...
|
VÜSƏT (ID - 41916) |
VÜSƏTLİ (ID - 41917)sif. Geniş.
|
VÜSƏTLİLİK (ID - 41918)is. Genişlik. Qəhrəmanlıq [surətinə] xas olan vüsətlilik, Vətən və xalq səadəti yolunda aparılan şanlı mübarizələr kantata əsərlərində çox parlaq surətdə ifadə edilə bilər. Ə.Bədəlbəyli.
|
VÜSLƏT (ID - 41919)is. [ər.] şair. Qovuşma; aşiqin öz sevgilisinə qovuşması; vüsal. Əlbəttə, bular bu şami-firqət; Bir sübh səadət ilə vüslət. Məsihi. [Əziz bəy:] İndi ki vüslət zamanı yaxınlaşıb, arzuma çatacaq ümidi ilə xəyalımı xoş...
|
VÜSUQ (ID - 41920)is. [ər.] klas. Ürəkdən inanma, möhkəm inam, etibar, xatircəmlik. Xanın onlara hər xüsusda vüsuqu var idi. M.F.Axundzadə.
|
VÜSUL (ID - 41921)is. [ər.] Çatma, yetişmə, varma. Şiraz tənbəkisi göndərdim, vüsulundan məni xəbərdar eylə. M.F.Axundzadə. □ Vüsul olmaq - çatmaq, yetişmək, varmaq, varid olmaq. [Fəxrəddin:] Çox yaxşı, tənək çubuqları da ki vüsul oldu. N.Vəzirov....
|
VÜZƏRA (ID - 41922)is. [ər. “vəzir” söz. cəmi] köhn. Vəzirlər. Və belə güman edirlər ki, [idarə və] politika elminin səltənətə əsla lüzumu yoxdur və lüzumu olsa da, onlar və onların vüzərası bu elmi firəngin babasından da yaxşı bilirlər....
|
VÜZUH (ID - 41923)is. [ər.] klas. Aydınlıq, aşkarlıq; şərh və izaha ehtiyacı olmayacaq dərəcədə aydınlıq (bax vazehlik). Mirzə Əbdüllətif Təsuci farsi dilində pakizə və nəhayət vüzuh və cövdətdə tərcümə edibdir. M.F.Axundzadə.
|
VZVOD (ID - 41924)[rus.] hərb. Rota, eskadron və ya topçu bölməsi və bu cür bölməni təşkil edən əsgər dəstəsi. Vzvod komandiri. - Hacıyev Kəyan .. vzvoda yaxınlaşdı. Ə.Əbülhəsən. Fərhadın vzvodu xeyli iş görmüşdü. Ə.Vəliyev.
|
Bu səhifə dəfə baxılıb