VALİD (ID - 41341)is. [ər.] klas. Ata. Ey millətin ümmidi, dilü canı uşaqlar! Validlərinin sevgili cananı uşaqlar! M.Ə.Sabir.
|
VALİDEYN (ID - 41342)is. [ər.] Ata və ana, ata-ana. Valideynə hörmət. Valideyn şurası (bir məktəbdə oxuyan uşaqların ata-analarının müşavirəsi, şurası). - Valideynin, təbii, övlada; Nəzəri-etinası tərbiyədir. M.Ə.Sabir. Valideynlərindən bu vaxta...
|
VALİDEYNLİK (ID - 41343)is. Valideyn vəzifəsi, işi, münasibəti.
|
VALİDƏ (ID - 41344)is. [ər.] Ana. Doğar insan ata ocağında; Bəslənir validə qucağında. M.Ə.Sabir. Olsun gərək də validə canpirə rəhbəri. M.Hadi.
|
VALİDOL (ID - 41345)is. [lat.] tib. Mərkəzi sinir sistemini sakitləşdirən, damargenəldən dərman preparatı.
|
VALİHANƏ (ID - 41346)zərf [ər.] şair. Valeh olmuş bir surətdə, özünü itirmiş bir halda, heyrancasına.
|
VALİLİK (ID - 41347)is. 1. Vali vəzifəsi. Sultan Əhməd Cəlayir Bağdada gəlib, Əmir Teymurun nəvəsi Əbubəkir Mirzəni valilikdən çıxartdı.
Bakıxanov. 2. Bir valinin idarəsi altında olan yerlər. |
VALLAH(İ) (ID - 41348)nida [ər.] Allaha and olsun (inandırmaq üçün deyilir). Mən eylədiyim məkri şəyatin də bacarmaz; Vallah və billah! M.Ə.Sabir. Vallahi, Ağa dərviş, mən .. inciməzdim, hərgah əvvəlinci günü aşkar mərdmərdanə mənə məlum edəydilər...
|
VALOKORDIN (ID - 41349)is. tib. Korvalolla eyni qəbildən olan ürək dərmanı.
|
VALS (ID - 41350)[fr.] 1. İki nəfərin birgə oynadığı Avropa rəqslərindən birinin adı. Vals oynayan oğlan və qızlar bir-iki-üç, bir-iki-üç sayı ilə fırlanırlar. Ə.Bədəlbəyli.
2. Bu rəqs üçün yazılmış musiqi əsəri. Mərmər sütunlu... |
VALTORN(A) (ID - 41351)[alm.] mus. Buynuz şəklində olan, nəfəslə çalınan müştüklü musiqi aləti. Nəfəsli musiqi alətləri əsas etibarilə üç qrupa ayrılır: ..2. Misdən hazırlanmış nəfəsli alətlər (truba, valtorn, trombon, tuba və sairə). Ə.Bədəlbəyli....
|
VALUN (ID - 41352)is. [rus.] Çay daşı, qaya parçası.
|
VALYOR (ID - 41353)is. [fr.] Boyakarlıq və qrafikada tonun rəng çalarlığı.
|
VALYÜTA (ID - 41354)[ital.] 1. Bir ölkədə qəbul olunmuş pul sisteminin əsasını təşkil edən pul vahidi (manat, dollar, frank və s.).
2. Xarici dövlətlərin pulları. |
VAM1 (ID - 41355)Adətən vamla şəklində: zəif od üstündə aramla, yavaş-yavaş, asta-asta. Vamla bişmək. □ Bir vamda - bir qaydada, bir üsulda. Günlərimiz bir vamda keçmədi, yaxşısı da oldu, pisi də. R.Rza.
|
VAM2 (ID - 41356)is. [fars.] Borc qaytarılmaq şərtilə alınan pul və ya şey.
|
VAMPİR (ID - 41357)is. [fr.] 1. Qaniçən, zülmkar.
2. zool. Yarasalar dəstəsinin yastıburun yarasalar fəsiləsindən məməli heyvan cinsi. |
VAMÜSİBƏTA (ID - 41358)is. [ər.] Bir bəla, müsibət üz verdikdə işlədilən nida - fəryad, fəğan, şivən. Evdə vamüsibəta qopdu.
|
VANADİUM (ID - 41359)[lat.] Kimyəvi element, əla polad hazırlanmasında işlədilən çox bərk gümüşü ağ metal. Ayrı-ayrı kimyəvi elementlərdən isə alüminium, vanadium, sürmə .. və radioaktiv metalların yeni yataqlarının axtarışı xüsusi əhəmiyyət...
|
VANDAL (ID - 41360)[lat.] 1. Roma imperiyasının bir hissəsini işğal və Roma şəhərini dağıdıb talan etmiş qədim alman qəbiləsi.
2. Vəhşi, mədəniyyətsiz; mədəniyyət əsərlərini vəhşicəsinə dağıdan, məhv edən adam. |
VANDALİZM (ID - 41361)[lat.] Mədəniyyət əsərlərini vəhşicəsinə dağıtma, məhv etmə; vəhşilik.
|
VANƏFSA (ID - 41362)is. [ər.] Fəryad, fəğan, şivən, qışqırıq. Bir qışqırıq, bir vanəfsa qopdu ki, gəl görəsən. “Kirpi” .
|
VANİL (ID - 41363)[fr.] Tropik bir bitki və bu bitkinin ədviyyat kimi işlənilən qurudulmuş ətirli meyvəsi. Vanil sarmaşan bitki olub, Cənubi Amerikanın tropik meşələrində yayılmışdır. Əliyev.
|
VANİLLİ (ID - 41364)sif. Tərkibində vanil olan; vanil qatılmış. Vanilli bulka.
|
VANNA (ID - 41365)[alm.] 1. İçində çimmək və ya şey yumaq üçün uzunsov böyük ləyən, qab. [Həkim:] Uşağın özü çox zəif və bədəni də çirklidir, ..hələliyə nə hamama göndərmək və nə də vannaya salmaq olmaz. S.S.Axundov. // Xüsusi terminologiyada...
|
VANNALI (ID - 41366)sif. Vannası olan, hamamxanası olan. Üçotaqlı vannalı mənzil.
|
VANT (ID - 41367)is. [holl.] Dor ağacını və başqa şeyləri gəminin bortlarına bərkitmək üçün takelaj ipləri.
|
VAPOR1 (ID - 41368)[lat. “buxar” sözündən] Buxar gəmisi, paroxod. Alış-verişçiləri Mavərayibəhri-Xəzərdə; Vaporların malın alıbsatanda görməli imiş. M.Ə.Sabir.
|
VAPOR2 (ID - 41369)is. [lat.] Neftdən alınan, özlülüyü yüksək sürtkü yağı.
|
VAR1 (ID - 41370)1. sif. Olan, mövcud olan. Var qüvvə ilə çalışmaq. Var gücünü sərf etmək. □ Var gücü (qüvvəsi) ilə - bütün qüvvəsini gərginləşdirərək, sərf edərək. Var qüvvəmizlə işləməliyik. - Elə bu zaman maşından düşən zurnaçılar...
|
VAR2 (ID - 41371)is. Dövlət, sərvət, mal-mülk. Varından keçmək. Varını sərf etmək. Onun varı çoxdur. - Varını verən utanmaz. (Ata. sözü). Varı möhnətdir cəhanın, nə umarsan, ey könül! Lənət olsun bu cəhanə, həm cəhanın varına! Nəsimi....
|
VARAN (ID - 41372)is. Kərtənkələlər yarımdəstəsindən sürünən heyvan fəsiləsi.
|
VARAVURD (ID - 41373)is. dan. Götür-qoy eləmə, çox ölçüb-biçmə, hərtərəfli düşünmə. [Yusif] çox varavurddan sonra axırda bu fikrin üstündə dayandı və ən çətin bir məsələni həll edən tələbə kimi sevindi. Ə.Vəliyev. □ Varavurd etmək (eləmək)...
|
VARAVURDLAMA (ID - 41374)“Varavurdlamaq”dan f.is.
|
VARAVURDLAMAQ (ID - 41375)f dan. Götür-qoy eləmək, ölçüb-biçmək, hərtərəfli düşünmək; istiqamətini müəyyən etmək, bələdləmək. Yolu varavurdlayan kapitan durbini gözündən endirərək, qarşıda sıxlaşan adamlara səslənirdi. Mir Cəlal.
|
VARDIRILMA (ID - 41376)“Vardırılmaq”dan f.is.
|
VARDIRILMAQ (ID - 41377)məch. Çatdırılmaq.
|
VARDIRMA (ID - 41378)“Vardırmaq”dan f.is.
|
VARDIRMAQ (ID - 41379)f . Çatdırmaq.
|
VAR-DÖVLƏT (ID - 41380)is. Sərvət, dövlət, var, mülk-mal. [Gülsənəm:] Kişi gecə-gündüz əlləşir, kolxozun varını-dövlətini göz bəbəyi kimi qoruyur. M.Hüseyn.
|
VARƏSTƏ (ID - 41381)is. [fars.] Xilas olmuş, azad.
|
VAR-GƏL (ID - 41382)var-gəl etmək (eləmək) dan. - gəzinmək, o başa-bu başa getmək. Xan çıxdı balkona və bir papiros yandırıb başladı vargəl eləməyə.. C.Məmmədquluzadə. Salam ayağa qalxıb kabinetdə var-gəl eləməyə, pəncərədən payız yağışına...
|
VARILMAZ (ID - 41383)sif Gedib çıxmaq mümkün olmayan, əlçatmaz.
|
VARİANT (ID - 41384)[lat.] 1. Bir şeyin başqa bir şəkli. // Bir planın, layihənin və s.-nin başqa şəkildə tərtibi, işlənməsi. Layihənin variantları. Planın ilk variantı vardır. - [Rəssam:] Yoldaş Əlyarov, mən tərtibat verəndə azı on-on beş variant...
|
VARİASİYA (ID - 41385)[lat.] 1. mus. Əsas musiqi mövzusunun, onun ayrı-ayrı elementlərini (ritm, harmoniya və s.) dəyişdirmək yolu ilə başqa şəklə salınması. “Vilayəti” nin birinci cümləsi variasiya şəklində təkrar olunmasını tələb edir. U.Hacıbəyov....
|
VARİD (ID - 41386)[ər.]: varid olmaq - çatmaq, yetişmək, girmək, daxil olmaq. [Dostəli:] Ağa dərviş, görünür ki, sən buraya təzə varid olubsan. U.Hacıbəyov. [Dərviş:] Hamımız qoca kişi ilə bir yerdə kənddən əlvida edib, şəhərimizə varid olduq....
|
VARİDAT (ID - 41387)is. [ər.] Bir müəssisənin, idarənin və ya şəxsin bütün gəliri, mədaxili. Mağazanın varidatı. - Ədliyyə məmuru gəlib mərhum Ağaheydərdən qalan varidatı siyahıya alıb. N.Vəzirov. [Sərhəng] Şəmsiyyədən başqa öz övladı...
|
VARİS (ID - 41388)is. [ər.] 1. Bir şəxsin ölümündən sonra, yaxın qohumluq və ya vəsiyyət yolu ilə onun var və mülkünə sahib olan adam; vərəsə, xələf. Mərhumun varisləri bir-birinin üzünə baxıb.. pulları verirlər. Ə.Haqverdiyev. □ Varis olmaq...
|
VARİSLİK (ID - 41389)is. Bir adamın ölümündən sonra yaxın qohumluq və ya vəsiyyətə görə onun malına, mülkünə və s.-yə sahib olma hüququ. [Xəlifə Nəsirəddinbillahın Qızıl Arslana məktubundan] ..Xəyanətiniz nəticəsində siz Eldəniz xanədanı...
|
VARİSSİZ (ID - 41390)sif Varisi olmayan.
|
Bu səhifə dəfə baxılıb