İzahlı lüğət

VARİSSİZLİK (ID - 41391)

is. Varisi, vərəsəsi olmama, vərəsəsizlik.
...vari. Sifətlərin axırına gətirilərək, oxşarlıq, bənzərlik bildirir; məs.: dalğavari, halqavari və i.a. // Eyni mənada bəzən adam adlarına da əlavə edilir; məs.: Füzulivari,...

VARİYYAT (ID - 41392)

is. Mal, dövlət, var. Molla sonbeşik Salehdən bəri başdan xeyli variyyat qoparıb evinə yolladı. S.Rəhimov.

VARLANDIRMA (ID - 41393)

“Varlandırmaq”dan f.is.

VARLANDIRMAQ (ID - 41394)

f Varlı etmək, maldövlət sahibi etmək, dövlətləndirmək.

VARLANMA (ID - 41395)

“Varlanmaq”dan f.is. [Almaz:] Bizə tək-tək adamların varlanması lazım deyildir. Gərək ellik varlansın, cəmiyyət varlansın. C.Cabbarlı.

VARLANMAQ (ID - 41396)

f . Var-dövlət sahibi olmaq, sərvətə malik olmaq, varlı olmaq. Nurcabbar var-dövlətə də, varlanmaq ehtirası ilə özünü oda-közə vuranlara da ikrahla baxırdı. İ.Məlikzadə.

VARLI (ID - 41397)

sif. Dövlətli, sərvətli, bolluq və rifah içərisində yaşayan. Varlı yaşayış. Varlı həyat uğrunda. Varlı təsərrüfat. // İs. mənasında. Varlılar və yoxsullar. - Varlıların çoxu özlərini və mədənlərini qorumaq məqsədi...

VARLI-HALLI (ID - 41398)

bax varlı. Varlı-hallı adam. - Bu kişi varlı-hallı bir adam idi. Ə.Haqverdiyev.

VARLI-KARLI (ID - 41399)

dan. bax varlı-hallı.
[Pərzad:] Varlı-karlı kişidir, niyə verməyək? Mir Cəlal.

VARLIQ (ID - 41400)

is. 1. Olma, var olma, mövcud olma; mövcudiyyət (yoxluq ziddi). Məhəbbət özü də canlı həyatdır; Onun varlığını yaşayan duyur. S.Vurğun. “Sual” romansında çoban həyatını, gözəl mənzərələri təsvir edən Asəf Zeynallı...

VARLILIQ (ID - 41401)

is. Maddi cəhətdən iqtidarlılıq, maddi rifah, varı-dövləti olma; dövlətlilik; varlı adamın halı. Varlılığa tələsən yoxsulluğa tez düşər. (Ata. sözü).

VARMA (ID - 41402)

“Varmaq”dan f.is.

VARMAQ (ID - 41403)

f 1. Getmək, yetişmək, çatmaq, gəlmək, gəlib çatmaq. İstərəm kim, varayım kuyinə yüz qovğa ilən. Kişvəri. Leyli onun olsun, eylədim əhd; Var, indi sən et əlacına cəhd. Füzuli. Səba, əhvalımı bir-bir; Varıb ol yarə ərz eylə....

VARNA (ID - 41404)

is. [sanskr.] Qədim Hindistanda mövcud olmuş 4 zümrədən hər biri: brahmanlar, kşatrilər, vayşilər, şudralar.

VARSAGI (ID - 41405)

is. qəd. Varsaqların ifa etdikləri hava; şeir. Türkmən şairlərinin .. qoşmalarını, varsağılarını bilməmək, öyrənməmək bizim üçün böyük bir nöqsan ədd oluna bilər. S.Mümtaz.

VARSAQ (ID - 41406)

is. [qədim türkdilli tayfa adından] İndiki aşıq adlandırılan xalq şairi, müğənni və çalğıçının qədim adı.

VARSAQLAMAQ (ID - 41407)

f . qəd. 1. Şeir oxumaq, şeir demək; deyişmək.
2. məc. Boş-boş danışmaq, hərzə danışmaq, çərənçilik etmək.

VARŞAVYANKA (ID - 41408)

[Varşava şəhərinin adından] XX əsrin əvvəlində rus inqilabçıları arasında geniş yayılmış polyak inqilabi mahnısı.

VARVARIZM (ID - 41409)

[yun.] dilç. Bir dilin formalarına xas olmayan və həmin dilin təmizliyini pozan xarici söz, ya ifadə.

VARYAQLAR (ID - 41410)

cəm [rus.] tar. IX-X əsrlərdə soyğunçuluq və ticarət məqsədi ilə Şərqi və Qərbi Avropaya basqınlar etmiş, habelə qədim Rusiya və Bizansda muzdlu əsgər kimi xidmət etmiş normanlara qədim Rusiyada və Bizansda verilən ad.

VAR-YOX (ID - 41411)

is. 1. Bir adamın malik olduğu şeylərin hamısı. [Xan:] Bu gecə nömrədən var-yoxumu aparıb, bircə papağımı qoyublar. Ə.Haqverdiyev. ..Bu camaatın hər bir fərdi varını-yoxunu sizin sözlərinizin, fikirlərinizin yolların-da fəda...

VASİL (ID - 41412)

[ər.]: vasil etmək - çatdırmaq, qovuşdurmaq, yetişdirmək, nail etmək. Müjdə ki, muradım oldu hasil; Məqsudə səni haq etdi vasil. Füzuli; □ vasil olmaq - çatmaq, yetişmək, varmaq, qovuşmaq, nail olmaq. Əzazilin sözün tutma, anın...

VASİTƏ (ID - 41413)

is. [ər.] 1. Bir şeyi əldə etmək, yaxud bir işi həyata keçirmək üçün lazım olan şey, üsul, yol, alət və s. İstehsal vasitələri. Nəqliyyat vasitələri. Müdafiə vasitələri. Texniki vasitələr. Dil insanların ünsiyyət vasitəsidir....

VASİTƏÇİ (ID - 41414)

is. 1. Bir-biri ilə çəkişən, mübahisə edən iki tərəfi barışdırmağa kömək edən adam və ya təşkilat. // İki tərəf arasında vasitə olan, əlaqə düzəldən şəxs; araçı, miyançı.
2. Ünsiyyət vasitəsi, əlaqə vasitəsi....

VASİTƏÇİLİK (ID - 41415)

is. Arada vasitə olma; vasitəçi işi; miyançılıq. [Bəxtiyar] axundun özünə müraciət etməyə, onun vasitəçiliyi ilə inəyini geri almağa qərar verdi. S.Hüseyn. □ Vasitəçilik etmək - arada vasitə olmaq. Mirzə Həbib ağa bir qafqazlıya...

VASİTƏLİ (ID - 41416)

sif Vasitəsi olan; bir vasitə ilə əmələ gələn; birbaşa deyil, vasitə ilə olan.
□□ Vasitəli vergi mal. - burjua ölkələrində: istehlak şeylərindən alınan vergi. Vasitəli nitq - qrammatikada: birisinin eyni ilə deyil, dəyişilmiş...

VASİTƏSİZ (ID - 41417)

sif. Vasitəsi olmayan; doğrudan doğruya olan, arada heç bir vasitə olmayan, bilavasitə.
□□ Vasitəsiz nitq - qrammatikada: birisinin olduğu kimi, yəni heç bir dəyişiklik edilmədən verilən sözləri. Vasitəsiz tamamlıq qrammatikada:...

VASSAL (ID - 41418)

[fr.] 1. tar. Orta əsrlərdə Qərbi Avropada: özündən daha böyük və güclü olan feodaldan asılı və onun üçün müəyyən mükəlləfiyyətlər görməyə borclu olan feodal.
2. məc. İqtisadi və siyasi cəhətdən başqasından asılı...

VASVASI (ID - 41419)

sif. 1. Hər şeydən çəkinən, hər şeydən iyrənən, hər şeydən şübhələnən. A qardaş, elə həkimlərin sözünə baxıb bu günə düşmüsən, vasvası olma. S.S.Axundov. Bir anda şübhə, heysiyyətimi, qürurumu xırpalayan qara, ağır...

VASVASILIQ (ID - 41420)

is. Vasvası adamın xasiyyəti, halı. [Qəmər:] Yox, siz qoca deyilsiniz ki. Mənə elə gəlir ki, sizin əsas xəstəliyiniz vasvasılıqdır. S.Rəhman.

VAŞAQ (ID - 41421)

is. zool. Pişiklər fəsilə-sindən çox itigözlü yırtıcı heyvan. Vaşaq dərisi.

VATERPAS (ID - 41422)

[holl.] tex. Xəttin, müstəvinin üfüqi vəziyyətini yoxlamaq üçün cihaz.

VATERPOL(O) (ID - 41423)

[ing.] idm. İki üzgüçü komandası arasında suda oynanılan top oyunu. Vaterpolo yarışları.

VATERPOL(O)ÇU (ID - 41424)

is. idm. Vaterpol(o) oyunçusu olan idmançı. Yarışlarda futbolçulardan başqa, vaterpolçular, həndbolçular və başqaları da iştirak edəcəklər.

VATIN (ID - 41425)

[fr.] İstilik üçün paltarın üzü ilə astarı arasına tikilən çox qalın xovlu seyrək trikotaj parça.

VATİNLİ (ID - 41426)

sif. Vatin tikilmiş, vatini olan. Vatinli palto.

VATMAN (ID - 41427)

[xüs. is.-dən]: vatman kağızı:
rəsmxətt və rəsm üçün əla möhkəm kağız növü.

VATT (ID - 41428)

[fizik C.Uattm (1763-1819) adından] fiz. Elektrik cərəyanı qüvvəsini ölçmə vahidi.

VATTMETR (ID - 41429)

f iz. Elektrik qüvvəsini vattlarla ölçmək üçün cihaz. Vattmetr qazıma mühərrikinin [elektromotorun] sərf etdiyi gücü qeyd edir. Quliyev.

VAV (ID - 41430)

Ərəb əlifbasında “J” yazılan hərfin adı.

VAVEYLA (ID - 41431)

is. [ər.] Vay, dad, fəryad, fəğan. Vaveyla qoparmaq. - [Əbülhəsən bəy:] Biz Təbriz küçələrində qopan bu vaveylanın təzə bir macəra olduğuna inanırdıq. M.S.Ordubadi. Şapkalı zabitlərin ağır addımları döşəmədə fəlakət...

VAY (ID - 41432)

1. nida. Qorxu, həyəcan, təəssüf, kədər, ağrı, təəccüb, fərəh kimi hissləri ifadə edir. Vay, yazıq! Vay, ilana bax! - Vay, kim, əğyar ilən ol yar həmdəmdir yenə. Kişvəri. [Ziba xanım:] Vay, yad kişinin səsi gəlir; vay, indicə...

VAYXIR (ID - 41433)

sif 1. Huşsuz, fərsiz.
2. Mineral su adı.

VAYILDAMA (ID - 41434)

“Vayıldamaq”dan f.is.

VAYILDAMAQ (ID - 41435)

f Vay demək, inildəmək, zarımaq, ax-vay etmək. Alo zarıyan yasavulu dümsüklədi: - Əyə, balam, niyə vayıldayırsan, arvad deyilsən ki?! S.Rəhimov.

VAYILDAŞMA (ID - 41436)

“Vayıldaşmaq”dan f.is.

VAYILDAŞMAQ (ID - 41437)

qarş. dan. Birlikdə vayıldamaq (bir neçə adam).

VAYILTI (ID - 41438)

is. Vay səsi, ax-uf səsi, inilti səsi.

VAYQANLI (ID - 41439)

sif. dan. Əsassız olaraq adı pisliyə çıxmış (adətən “adı vayqanlı” şəkildə işlənir). Heç kəsin adı vayqanlı olmasın. (Ata. sözü).

VAYLI (ID - 41440)

sif. Fəlakətli, həyəcanlı, təlaşlı. Axşam çökdü şəhərə, bir südlü, aylı axşam; Çoxlu xəbər gətirdi; şivənli, vaylı axşam. Ə.Cavad.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed