İzahlı lüğət

VAXTLI-VAXTSIZ (ID - 41291)

zərf Hər vaxt, münasib və qeyri-münasib vaxtda. Vaxtlı-vaxtsız gəlmək. - Nə görmüşəm bu dünyada hələ mən; Vaxtlı-vaxtsız bu dünyaya gələndən. S.Tahir.

VAXTSIZ (ID - 41292)

sif. və zərf 1. Vaxtı çatmadan, vaxtı çatmamış, vaxtından tez. Vaxtsız banlayan xoruzun başını kəsərlər. (Ata. sözü). // Çox tez. Qanunsuz, qaydasız mübarizələr; Vaxtsız ölümlərdən gətirir xəbər. S.Vurğun.
Yersiz,...

VAİZ (ID - 41293)

is. [ər.] din. Vəz və nəsihət edən, moizə edən. Vaiz sözünə tutma qulaq, qafil olma kim; Qəflət yuxusunun səbəbi ol fəsanədir. Füzuli. Çıxmışkən günahı vaizin dizə; Vəz edib durmaqda, bax yenə bizə! H.Cavid.

VAİZLİK (ID - 41294)

is. din. Vaizin peşəsi, işi. Molla Xəlil orucluqda vaizlik, məhərrəmlikdə rövzəxanlıq edər, başqa bir mollanın kəndə gəlməsini istəməzdi. S.Hüseyn.

VAKANSİYA (ID - 41295)

is. [fr.] İdarə və müəssisədə tutulmamış vəzifə yeri; boş yer.

VAKS (ID - 41296)

[alm.] Dəri ayaqqabılara sürtmək üçün his, piy və mumdan hazırlanan qara rəngli sürtkü yağı.

VAKSİN (ID - 41297)

[lat.] tib. Yoluxucu xəstəliklərə qarşı müqavimət qüvvəsi yaratmaq üçün insan və ya heyvan bədəninə yeridilən tibbi preparat; aşı.

VAKSİNLƏMƏ (ID - 41298)

tib. “Vaksinləmək”dən f.is.

VAKSİNLƏMƏK (ID - 41299)

f tib. Yoluxucu xəstəlikdən qorumaq üçün bədənə vaksin yeritmək, qoruyucu aşı vurmaq.

VAKSİNLƏNMƏ (ID - 41300)

tib. “Vaksinlənmək”dən f.is.

VAKSİNLƏNMƏK (ID - 41301)

məch. tib. Yoluxucu xəstəlikdən qorunmaq üçün bədənə vaksin yeridilmək, qoruyucu aşı vurulmaq.

VAKSLAMA (ID - 41302)

“Vakslamaq”dan f.is.

VAKSLAMAQ (ID - 41303)

f . Ayaqqabıya vaks sürtmək.

VAKSLANMA (ID - 41304)

“Vakslanmaq”dan f.is.

VAKSLANMAQ (ID - 41305)

məch. Ayaqqabıya vaks sürtülmək.

VAKUOL (ID - 41306)

is. [fr.] Heyvan və bitki hüceyrələrində, habelə birhüceyrəli orqanizmlərdə kiçik boşluq.

VAKUUM (ID - 41307)

[lat.] fiz. tex. Qapalı cihazın və ya qabın içərisində havanın, yaxud qazın seyrəlmiş vəziyyəti.

VAQ (ID - 41308)

təql. Qurbağanın, ördəyin, qazın çıxardığı səs.

VAQE (ID - 41309)

[ər.]: vaqe olmaq - 1) üz vermək, əmələ gəlmək, baş vermək, meydana çıxmaq. Bu gün küçədə bir hadisə vaqe oldu. - Bəli, keçmişdə vaqe olan bir iş gələcək üçün dəsturüləməldir.. A.Bakıxanov. Əhvalat vaqe olur İrəvan...

VAQİƏ (ID - 41310)

is. [ər.] 1. Yuxu. Bu işlərin hamısı mənə vaqiə kimi göründü. C.Məmmədquluzadə. [Nurcahan:] Xanım, başına dönüm, mən bu gecə bir vaqiə görmüşəm. N.Vəzirov. Oğlan oyuna bir mərtəbədə aludə olmuşdu ki, gecə vaqiədə də...

VAQİƏN (ID - 41311)

ara s. [ər.] klas. Həqiqətən, həqiqətdə, doğrudan da. Xacə Mübarək vaqiən çox saf və sadiq adam idi. M.F.Axundzadə. Vaqiən, İranın mehmannəvazlığının mislini qeyri yerdə, zənn edirəm, görmək olmaz. C.Məmmədquluzadə. Vaqiən,...

VAQİF (ID - 41312)

sif [ər.] Bir işdə məlumatı, biliyi olan; xəbərdar, məlumatlı. Mirzə ən qədim Şərq elmlərindən başlamış öz gününə qədər bütün elmlərə vaqif idi. S.Rəhimov. □ Vaqif olmaq - aşna olmaq, xəbərdar olmaq, məlumatı olmaq,...

VAQQILDAMA (ID - 41313)

“Vaqqıldamaq”dan f.is.

VAQQILDAMAQ (ID - 41314)

f . Qurbağa, ördək, qaz, bayquş səsinə bənzər səs çıxarmaq. Vaqqıldama bayquş kimi, idbar, dilənçi! M.Ə.Sabir. [Bayquş] həmişə uçuqlar aləminə seyrə çıxar, vaqqıldar, buradan da dünyanın zövqünü alar. S.Rəhimov.

VAQQILDATMA (ID - 41315)

“Vaqqıldatmaq”dan f.is.

VAQQILDATMAQ (ID - 41316)

icb. Vaqqıldamağa məcbur etmək, vaqqıltı səsi çıxartdırmaq.

VAQQILTI (ID - 41317)

təql. Qurbağa, ördək, qaz, bayquş səsinə bənzər səs. [Şahməmmədin] səsində bir bayquş vaqqıltısı duyulurdu; danışdımı, adamı qorxu hissi bürüyürdü. Çəmənzəminli. [Əntərzadə:] Musiqi əvəzinə qurbağaların vaqqıltısını...

VAQON (ID - 41318)

[ing.] 1. Rels üzərində hərəkət edən minik və ya yük daşıyan üstüörtülü və ya açıq araba. Dəmiryol vaqonu. Motorlu vaqon. Yük vaqonu. Yataqlı vaqon. - Qaraca qız yolu getdiyi zaman ayağı büdrəyib yıxıldı və moruğu yerə...

VAQONÇA (ID - 41319)

kiç. Yaxın məsafələrə yük daşımaq üçün üstüaçıq kiçik vaqon. Torpaq əl arabası ilə və ya vaqonçalarla daşınır.

VAQONET(KA) (ID - 41320)

[əsli ing.] bax vaqonça. [Ağabala] maşını növbədənkənar irəliyə, vaqonetkalar ağzına verib xahiş etdi.. Mir Cəlal.

VAQONETSÜRƏN (ID - 41321)

is. Vaqoneti idarə edən fəhlə.

VAQONQAYIRAN (ID - 41322)

sif və is. Vaqon qayırmaqla məşğul olan. Vaqonqayıran zavod.

VAQONQAYIRMA (ID - 41323)

sif. Vaqonqayırma sahəsinə aid olan. Vaqonqayırma sənayesi.

VAQONQOŞAN (ID - 41324)

is. d.y. Vaqonları birbirinə qoşub qatar düzəldən dəmiryol işçisi.

VAQONSÜRƏN (ID - 41325)

is. Tramvay, yaxud elektrik dəmiryolu motorlu vaqonunun hərəkətini idarə edən işçi.

VAQRANKA (ID - 41326)

is. [rus.] Zavodlarda çuqun əritmək üçün soba.

VAL (ID - 41327)

[rus.] 1. Müxtəlif maşınlarda: öz oxu ətrafında fırlanan silindr. Dəzgahın valı.
2. Qrammofon və ya patefonda çalınmaq üçün xüsusi üsullarla üzərinə səs yazılmış yastı çarx; plastinka. Firuzə .. quş kimi yüngül bir hərəkətlə...

VALA (ID - 41328)

sif. [fars.] klas. Yüksək, uca, ali. [Dərviş:] Babam heyrət, anamdır şübhə .. əsla; Bilinməz mən kiməm, ey şeyxi-vala! H.Cavid.

VALA (ID - 41329)

is. məh. Çox sıx ələk. // Çox sıx tor. Yaşmağı valadan, dili laladan; Ağ nazik əllərin xınası gözəl. Aşıq Həsən.

VALAY (ID - 41330)

[rus. “Banan” sözündən] dan. Adətən valay vurmaq şəklində işlənir səndələmək, yeriyərkən o tərəf-bu tərəfə yırğalanmaq.

VALAYLA(N)MA (ID - 41331)

“Valayla(n)maq”dan f.is.

VALAYLA(N)MAQ (ID - 41332)

f. [rus. “Banan” sözündən] dan. bax valay vurmaq (“valay” da).
Çadra havada bir-iki kərə yellənib valaylandıqdan sonra, yerə düşdü. S.Hüseyn.

VALEH (ID - 41333)

[ər.] Heyran, məftun, vurğun; heyran olmuş, məftun olmuş, vurulmuş. Mən bu yerlərin gözəlliyinə valehəm. - Hamı bu halə valehü məftun; Nagəhan hadis oldu bir yanğun. M.Ə.Sabir. □ Valeh etmək - heyran etmək, məftun etmək. Qulaq...

VALEHEDİCİ (ID - 41334)

sif. Valeh edən, məftun edən; öz gözəlliyi, təravəti və s. ilə insana özünü unutduracaq dərəcədə nəşə və zövq verən. insanı valehedici mənzərə. - [Mehman] özünün güclü məntiqi, valehedici nitqi ilə hamını heyran etməyə...

VALEHLİK (ID - 41335)

is. Heyranlıq, məftunluq; vurğunluq; heyran olma, valeh olma; valeh olmuş adamın halı.

VALENT (ID - 41336)

[lat.] kim. Kimyəvi elementin neçə atom və ya qrupla birləşə bildiyini göstərən kəmiyyət.

VALENTLİK (ID - 41337)

is. kim. Atomun müəyyən miqdar digər atomlarla birləşə bilmək qabiliyyəti.

VALERİYAN(KA) (ID - 41338)

[rus.] tib. Pişikotu kökündən hazırlanan, ürək və sinir sistemi fəaliyyətini nizama salan damcı dərman.

VALET (ID - 41339)

[fr.] Qumar kağızlarında: üzərində silahlı adam şəkli olan kart; soldat.

VALİ (ID - 41340)

is. [ər.] 1. Keçmişdə: vilayət hakimi, bir vilayəti idarə edən vəzifəli şəxs. Hicri 296-cı ildən 306-cı ilə qədər Şirvan da Azərbaycan və Ermənistan valisi Əbülqasım Yusifin hökmü altında idi. A.Bakıxanov. [iranın] hər vilayətində...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed