EKRANLAŞDIRILMA (ID - 11597)“Ekranlaşdırılmaq” dan f.is. Romanın ekranlaşdırılması.
|
EKRANLAŞDIRILMAQ (ID - 11598)məch. Kino şəkli halına salınmaq, kinoda göstərilmək üçün uyğunlaşdırılmaq.
|
EKRANLAŞDIRILMIŞ (ID - 11599)f.sif. Kino şəkli halına salınmış, kinoda göstərilmək üçün uyğunlaşdırılmış.
|
EKRANLAŞDIRMA (ID - 11600)“Ekranlaşdırmaq” dan f.is. Romanı ekranlaşdırma.
|
EKRANLAŞDIRMAQ (ID - 11601)f Xüsusi olaraq kino üçün yazılmamış pyesi və ya başqa bədii bir əsəri kinoda, ekranda göstərmək üçün uyğunlaşdırmaq.
|
EKRANLI (ID - 11602)sif tex. 1. Ekranı olan, ekran qoyulmuş. Ekranlı qurğu. Xarici təsirdən qoruyucusu olan. Ekranlı kabel. Ekranlı elektrik lampası.
|
EKSKAVATOR (ID - 11603)[lat.] tex. Yerqazıyan, torpağı, daşı və s.-ni götürüb başqa yerə tökən maşın. Addımlayan ekskavator. Tırtıllı ekskavator. - O daşlı, qumsallı, gilli torpağı; Udur, lay-lay udur ekskavatorlar. S.Vurğun. Fərman nəşə və həvəslə...
|
EKSKAVATORÇU (ID - 11604)is. Ekskavatorda işləyən fəhlə. Yarışır kanal çəkən ekskavatorçular. Ə.Cəmil.
|
EKSKAVATORÇULUQ (ID - 11605)is. Ekskavatorçu sənəti, peşəsi. Fərmana ekskavatorçuluğu Zuyev öyrətmişdi. Ə.Sadıq.
|
EKSKLÜZİV (ID - 11606)[yun.] Məxsusi müsahibə, xüsusi intervyu. Eksklüziv müsahibə.
|
EKSKÜRS (ID - 11607)[lat.] kit. Köməkçi məsələni aydınlaşdırmaq üçün əsas mövzudan haşiyə çıxma.
|
EKSKURSANT (ID - 11608)[lat.] bax ekskursiyaçı.
|
EKSKÜRSİYA (ID - 11609)is. [lat.] Elmi və ya öz məlumatını artırmaq, yaxud da əyləncə məqsədi ilə təşkil edilən (kollektiv) səyahət. Səlim darülfünunun tibb şöbəsinin son kurs tələbələri ilə .. ekskursiyaya getməli oldu. S.Hüseyn. Yunis boylananda...
|
EKSKURSİYAÇI (ID - 11610)is. Ekskursiya iştirakçısı.
|
EKSPANSİYA (ID - 11611)is. [lat.] Təsir dairəsini genişləndirmə.
|
EKSPEDİSİYA (ID - 11612)[lat.] 1. xüs. Yük və s. şeyləri bir yerdən başqa yerlərə yollamaq üçün müəssisə və ya onun bir şöbəsi; göndərici müəssisə. Poçtamtın qəzet ekspedisiyası. Ekspedisiya kontoru.
Müəyyən məqsəd üçün qrup halında... |
EKSPEDİTOR (ID - 11613)[lat.] Mal və s. göndərməklə məşğul olan işçi. Poçt ekspeditoru. Ticarət bazası ekspeditoru.
|
EKSPEDİTORLUQ (ID - 11614)is. Ekspeditorun işi, vəzifəsi. Ekspeditorluq etmək.
|
EKSPERİMENT (ID - 11615)[lat.] Elmi təcrübə. Eksperiment aparmaq. // Umumiyyətlə, təcrübə, sınaq. [Şeyda:] Yazgül, xahiş edirəm, bizim çağanın üstündə cürbəcür eksperiment aparmayasan! Ə.Məmmədxanlı.
|
EKSPERİMENTAL (ID - 11616)sif. [lat.] 1. Təcrübi. Eksperimental tədqiqat üsulu. // Təcrübə üçün ayrılmış (təyin edilmiş). Eksperimental zavod. Eksperimental şöbə.
2. Eksperiment (elmi təcrübə) üzərində əsaslanan. Eksperimental Jizika. Eksperimental... |
EKSPERİMENTATOR (ID - 11617)[lat.] bax eksperimentçi.
|
EKSPERİMENTÇİ (ID - 11618)is. Eksperiment (elmi təcrübə) aparan mütəxəssis.
|
EKSPERT (ID - 11619)[lat.] 1. 1. Mübahisəli məsələlərin həlli üçün dəvət edilən mütəxəssis və ya mütəxəssislər qrupu.
2. Yoxlayıcı, müzakirəedici komissiya. Ali Attestasiya Komissiyasının ekspertləri. |
EKSPERTİZA (ID - 11620)[lat.] 1. Düzgün qərara gəlmək üçün hər hansı bir məsələnin mütəxəssislər tərəfindən öyrənilməsi, yoxlanması. Elmi ekspertiza. Materialları ekspertizaya göndərmək.
2. Ekspert komissiyası. Ekspertiza üzvü. Ekspertiza... |
EKSPONAT (ID - 11621)[lat.] Sərgidə, muzeydə nümayiş etdirilən məmulat. Muzey eksponatları. - Ulfət Yunis və Davud ilə birlikdə gerbi maşından çıxarıb akademiyaya, bayramsayağı bəzənmiş binaya gətirəndə eksponatlar qəbulu bitmişdi. Mir Cəlal.
|
EKSPOZISİYA (ID - 11622)[lat.] 1. Müxtəlif şeylərin, materialların və s.-nin müəyyən qayda üzrə yerləşdirilməsi, düzülüşü, qoyuluşu. Sərginin düzgün ekspozisiyası. // Tamaşa edilmək üçün müəyyən qaydada, müəyyən sistemdə düzülmüş, yerləşdirilmiş,...
|
EKSPRESS (ID - 11623)is. [ing.] Böyük məsafələri adətən heç bir yerdə dayanmadan qət edən sürətli nəqliyyat vasitəsi (qatar, gəmi, avtobus və s.) Bakı ilə Gəncə arasında ekspress işləyir.
|
EKSPRESSİONIST (ID - 11624)[fr.] Ekspressionizm tərəfdarı.
|
EKSPRESSİONİZM (ID - 11625)[fr.] Burjua incəsənəti və ədəbiyyatında XX əsrin birinci yarısında meydana gəlmiş cərəyan (bu cərəyan tərəfdarları, sənətkarın öz daxili aləmini, onun subyektiv yaradıcılıq təəssüratını ifadə etməyi əsas vəzifə hesab...
|
EKSPRESSIV (ID - 11626)sif. [lat.] kit. Mənalı, təsirli, ifadəli. Ekspressiv söz.
|
EKSPRESSİVLİK (ID - 11627)is. kit. Mənalılıq, təsirlilik, ifadəlilik. Nitqin ekspressivliyi.
|
EKSPROMT (ID - 11628)[lat.] 1. Hazırlaşmadan sinədən söylənilən nitq, şeir, yaxud çalınan musiqi əsəri və s.; bədahətən.
2. mus. Sərbəst formada yazılmış kiçik musiqi əsəri. Raxmaninovun ekspromtu. |
EKSPROPRİASİYA (ID - 11629)[fr.] Bir sinif və ya ictimai qrup tərəfındən başqa bir sinif və ya ictimai qrupun öz mülkiyyətindən və əvvəlki ictimai vəziyyətindən məhrum edilməsi. Ekspropriatorların ekspropriasiyası (proletar inqilabı dövründə burjuaziyanın...
|
EKSPROPRİATOR (ID - 11630)[fr.] Ekspropriasiya edən.
|
EKSSENTRİK1 (ID - 11631) sif. [fr.] teatr. 1. Kəskin səs, zidd görüşlər, qeyri-adi və çox gülməli üsullar əsasında olan. Ekssentrik tamaşa. Ekssentrik nömrə.
2. Çox qəribə, qeyri-adi. Ekssentrik kostyum. Ekssentrik adam. |
EKSSENTRIK2 (ID - 11632) [fr.] riyaz. Ümumi mərkəzi olmayan. Ekssentrik fiqur. Ekssentrik dairələr.
|
EKSSENTRİK3 (ID - 11633) [fr.] teatr. Ekssentrik rollar ifadə edən artist. Istedadlı ekssentrik.
|
EKSSENTRİK4 (ID - 11634) [fr.] tex. Fırlanma oxu mərkəzdə deyil, böyürdə olan disk.
|
EKSTAZ (ID - 11635)sif. [yun.] 1. Ovqatın yüksək səviyyəsi.
2. Heyrət. |
EKSTENSIV (ID - 11636)sif. [lat.] kit. Keyfiyyətcə deyil, ancaq kəmiyyətcə (miqdarca) artan, genişlənən. Ekstensiv əkinçilik.
|
EKSTENSİVLİK (ID - 11637)is. kit. Keyfiyyətcə deyil, ancaq kəmiyyətcə artma, genişlənmə. Təsərrüfatın ekstensivliyi.
|
EKSTERN (ID - 11638)[lat.] Müvafiq məktəbdə oxumadan kənarda hazırlaşaraq, həmin məktəb kursunun imtahanlarını verən adam.
|
EKSTERNAT (ID - 11639)[lat.] Məktəb proqramı kursunu ekstern yolu ilə keçərək imtahan vermə üsulu.
|
EKSTERRİTORİAL (ID - 11640)sif. [lat. ex - xaric və territorialis - ərazidə olan] hüq. Eksterritoriallıq hüququndan istifadə edən; toxunulmaz. Eksterritorial diplomatik işçi.
|
EKSTERRİTORİALLIQ (ID - 11641)hüq. Bir ölkədə olan bəzi diplomatik nümayəndələrin yerli qanunlara deyil, ancaq öz dövlətlərinin qanunlarına tabe olmaq hüququ; toxunulmazlıq hüququ.
|
EKSTERYER (ID - 11642)[fr. əsli lat.] Heyvanların bədən quruluşunun xarici görünüşü.
|
EKSTRA (ID - 11643)sif. [lat.] Ən yaxşı, ən yüksək.
|
EKSTREMIST (ID - 11644)[lat.] kit. Siyasətdə ifrat tədbirlər tərəfdarı. Bir sıra yerlərdə barrikadalar qurmuş ekstremistlər ilə .. polislər arasında atışma hələ də davam edir. (Qəzetlərdən).
|
EKSTREMİZM (ID - 11645)[lat.] kit. Siyasətdə ifrat görüş və tədbirlərə meyil; ifratçılıq.
|
EKVATOR (ID - 11646)[lat.] coğr. Yer kürəsini mərkəzdən müstəvi ilə kəsən xətt. Ekvator Yer kürəsini yarımkürəyə: şimal və cənub yarımkürələrinə bölür.
|
Bu səhifə dəfə baxılıb