ENERGETİK (ID - 11847) |
ENERGETİKA (ID - 11848) |
ENERGİYA (ID - 11849)[yun.] bax enerji. Suyun tərkibində olan hidrogen daş kömürdən milyon və milyard dəfə daha çox energiya verə bilər. A.Qarayev.
|
ENERJİ (ID - 11850)[yun.] 1. fiz. Materiyanın əsas xassələrindən biri - onun hərəkət ölçüsü, materiyanın işıq, istilik, elektrik, mexaniki hərəkət və s. şəklində olan hərəkət ehtiyatı. Atom enerjisi. Şüa enerjisi. - Enerjinin itməməsi və çevrilməsi...
|
ENƏCƏK (ID - 11851)is. məh. 1. Pilləkənin alt pilləsi. [Xanpəri] həyətə xeyli baxdıqdan sonra balkona çıxmaq istədi. Ağlına nə gəldisə, enəcəkdə oturdu. Ə.Vəliyev.
2. Eniş. |
ENİNƏ (ID - 11852)zərf Köndələninə, bir şeyin eni istiqamətində (uzununa əksi). Parçanı eninə kəsmək.
□□ Eninə-uzununa ölçmək - boş-boşuna, məqsədsiz gəzmək, dolaşmaq, veyillənmək. Küçəni eninə-uzununa ölçmək. Həyəti eninəuzununa... |
ENİŞ (ID - 11853)is. Getdikcə aşağıya enən yer; yuxarıdan aşağıya mail yer (yoxuş əksi). Dəvəyə dedilər: - Eniş yaxşıdır, yoxuş? Dedi: - Lənət hər ikisinə. (Ata. sözü). [Usta Ağabalanın] getdikcə gözünün qabağından küçəyə tərəf...
|
ENİŞAŞAĞI (ID - 11854)zərf Hündür bir yerin başından ətəyinə doğru, yuxarıdan aşağıya, üzüaşağı. Təpəni enişaşağı düşmək. Iri daşları enişaşağı yuvarlatmaq.
|
ENİŞLİ (ID - 11855) |
ENİŞLİK (ID - 11856)is. 1. Eniş yer. Atlar enişliyə çıxdılar.Eniş yerin vəziyyəti.
|
ENİŞLİ-YOXUŞLU (ID - 11857) sif. 1. Enişi-yoxuşu çox olan. Enişli-yoxuşlu cığır. Enişli-yoxuşlu yer. Enişli-yoxuşlu yol.
2. məc. Əzablı, əziyyətli; əzabla, çətinliklərlə dolu. Həyat enişli-yoxuşludur. |
ENİŞ-YOXUŞ (ID - 11858) is. Eniş və yoxuş yer. Yenə könlüm quşu; Dönmüş ovçu tərlana; Duymaz eniş-yoxuşu; Qanad çalır hər yana. A.Şaiq. // Sif. mənasında. ..Ağıryüklüfayton əyri-üyrü və eniş-yoxuş yollara çatdıqda bir döngədə aşıb, oxu və...
|
ENİŞ-YOXUŞLU (ID - 11859) bax enişli-yoxuşlu. Eniş-yoxuşludur getdiyi yoltək; Bu yolu sinənlə açasan gərək. B.Vahabzadə.
|
ENLƏNMƏ (ID - 11860)“Enlənmək” dən f.is.
|
ENLƏNMƏK (ID - 11861)f. 1. Eninə böyümək, genəlmək. Jaket geyiləndən sonra enlənib. Enə vermək, eninə artmaq. Bunu qırıb atdıqda pambıq gücü uzanmağa yox, enlənməyə verir. Ə.Vəliyev.
Genişlənmək, yayılmaq, artmaq. Duman enlənib hər tərəfi... |
ENLƏŞMƏ (ID - 11862)“Enləşmək” dən f.is.
|
ENLƏŞMƏK (ID - 11863)f. Daha da enli olmaq, enlənmək.
|
ENLƏTMƏ (ID - 11864)“Enlətmək” dən f.is.
|
ENLƏTMƏK (ID - 11865)f. Daha enli etmək, en istiqamətində uzatmaq, genişləndirmək, böyütmək, genəltmək. Yolu enlətmək. Otağı enlətmək. - Yaz və yay aylarında qamışlar yaşıl yarpaqlarını nə qədər enlətsə də, başlarını nə qədər qəlbi tutsalar...
|
ENLİ (ID - 11866)sif. En cəhətdən geniş olan, köndələni uzun olan, geniş. Enli yol. Enli parça. Enli palaz. - ..Ikinci məhəlləyə gəlincə, küçələri enli, təmiz və evləri səliqə ilə tikilmişdi. N.Nərimanov. [Dərviş:] Göy ot döşəyim, qara...
|
ENLİAĞIZ(LI) (ID - 11867) sif. Ağzı enli olan, ağzı yekə. Enliağız bıçaq. Enliağızlı balta.
|
ENLİBAŞ (ID - 11868)is. zool. Çəkikimilər fəsiləsinə daxil olan enli və kök başlı şirin su balığı.
|
ENLİBURUN(LU) (ID - 11869) sif Burun hissəsi enli olan. Enliburun çəkmə.
|
ENLİCƏ (ID - 11870)sif Enli. Ay yeznə, ürək yeznə; Enlicə kürək yeznə; Oğlu, qızı içində; Evində gərək yeznə. (Bayatı).
|
ENLİDÖŞ(LÜ) (ID - 11871) sif Döşü enli, sinəsi geniş olan. Enlidöş adam. Enlidöşlü at.
|
ENLİK (ID - 11872)bax en2.
|
ENLİKƏNAR (ID - 11873)sif Kənarı enli olan. Enlikənar şlyapa.
|
ENLİKÜRƏK(Lİ) (ID - 11874) sif Kürəyi enli olan. Enlikürək adam. - [Dəli Həsən] baxdı ki, bu [atlı] əynində çuxa, ayağında bağdadı başmaq, başında tirmə şal, enlikürək, qarnıyoğun bir kişi idi. “Koroğlu”. Səkinə iftixar dolu gözlərlə .. enlikürək,...
|
ENLİQAŞ(LI) (ID - 11875) sif 1. Qaşları enli, qalın, sıxtüklü olan; qalınqaş. Enliqaş oğlan.
Qaşı böyük, enli olan. Enliqaş üzük. [Budaq:] Zəhləm gedən qırxılmış bığları, çeçələ barmağına enliqaş üzük taxması idi. Ə.Vəliyev. |
ENLİLİK (ID - 11876)is. Enli şeyin halı. Parçanın enliliyi. Yolun enliliyi.
|
ENLİSİFƏT(Lİ) (ID - 11877) sif Sifəti enli, dolğun olan. Enlisifət qız. Enlisifət uşaq. - Qabağa çıxanların arasında ortaboy, enlisifət bir qadın vardı. Mir Cəlal.
|
ENLİÜZ(LÜ) (ID - 11878) bax enlisifət(li). Həsən gödəkboy, enliüz, qaraqaş, qaragöz bir oğlan idi. Ə.Sadıq.
|
ENLİYARPAQ(LI) (ID - 11879) sif Yarpaqları enli olan. Enliyarpaq ağac. Enliyarpaqlı kollar.
Cavan enliyarpaq əncir ağacının altına çəkilib, suyu qocanın əlindən aldı. Mir Cəlal. Azərbaycanda olan meşələrin, demək olar ki, hamısı enliyarpaq ağac növlərindən... |
ENMƏ (ID - 11880)“Enmək” dən f.is.
|
ENMƏK (ID - 11881)f 1. Yuxarıdan və ya bir şeyin üstündən aşağı düşmək. Dağdan enmək. Zirzəmiyə enmə. Mal-qara dağdan enir. [Usta Ağabala] pillələrlə aşağı endi. Çəmənzəminli. Mahirə mal damının üstündən cəld aşağı endi. M.Hüseyn....
|
ENSEFALIT (ID - 11882) [yun.] tib. Beynin iltihabı.
|
ENSİKLOPEDİK (ID - 11883)sif. [fr.] 1. Ensiklopediya mahiyyətində olan. Ensiklopedik lüğət.
2. Elmin bir çox sahələrini əhatə edən; hər şeyi qavrayan, çoxcəhətli. Ensiklopedik məlumat. Ensiklopedik bilik. |
ENSİKLOPEDİST (ID - 11884)[fr.] 1. kit. Hərtərəfli məlumatı, təhsili olan adam.
2. tar. XVIII əsrin axırlarında Fransada nəşr edilən “Ensiklopediya” ətrafında toplaşmış qabaqcıl mütəfəkkirlər qrupunun nümayəndəsi, yaxud onların fikrinə şərik... |
ENSİKLOPEDİYA (ID - 11885)is. [fr. əsliyun.] Biliyin bütün, yaxud ayrı-ayrı sahələrinə dair lüğət şəklində sistemə salınmış məlumatlar toplusu; qamus. Azərbaycan milli ensiklopediyası. Tibb ensiklopediyası. // məc. Həyatı geniş və hərtərəfli əks...
|
ENSİKLOPEDİYAÇI (ID - 11886)bax ensiklopedist 2-ci mənada. Axı, o dövr Didro başda olmaqla Fransada məşhur ensiklopediyaçıların humanizm, azadlıq, bəşəriyyətçilik bayrağını ucaltdığı dövrdür. M.Ibrahimov.
|
ENSİKLOPEDIZM (ID - 11887)[fr.] kit. Geniş, hərtərəfli məlumat, təhsil.
|
ENSİZ (ID - 11888)sif Eni az olan, dar. Ensiz küçə. Ensizparça. Ensiz səki. - [Məşuqə] ..ensiz cığırla birbaş buraya yüyürdü. S.Rəhimov. Ortada uzun, lakin ensiz ayaqaltı xalça salınmışdı. M.Ibrahimov. [Tahir] dördkünc balaca kabinetə keçib dənizə...
|
ENSİZLƏŞDİRİLMƏ (ID - 11889)“Ensizləşdirilmək” dən f.is.
|
ENSİZLƏŞDİRİLMƏK (ID - 11890)məch. Ensiz hala salınmaq, eni azaldılmaq, darlaşdırılmaq.
|
ENSİZLƏŞDİRMƏ (ID - 11891)“Ensizləşdirmək” dən f.vs.
|
ENSİZLƏŞDİRMƏK (ID - 11892)f. Ensiz hala salmaq, eninə azaltmaq, darlaşdırmaq.
|
ENSİZLƏŞMƏ (ID - 11893)“Ensizləşmək” dən f.is.
|
ENSİZLƏŞMƏK (ID - 11894)f Getdikcə daralmaq, ensiz olmaq. Yol getdikcə ensizləşirdi.
|
ENSİZLİK (ID - 11895)is. Ensiz şeyin halı; en cəhətdən darlıq.
|
ENTOMOLOQ (ID - 11896)[yun. entoma - həşəratlar və logos - elm] Entomologiya mütəxəssisi. Axmazın yanında Sultanov entomoloq həkimi ilə görüşdü. Ə.Sadıq. XX əsrin əvvəlində həvəskar entomoloq Avropadan Amerikaya zərərsiz bir kəpənək tək baramaqurdu...
|
Bu səhifə dəfə baxılıb