EVYIXAN (ID - 12147)is. Başqasını bədbəxt edən, başqasına hər cür pislik etməyə çalışan adam;
mərdimazar. Məşhur məsəldir ki, düşər qarə gəzən kəs; Evyıxanın evin yıxar, əlbəttə, xudavənd. Q.Zakir. |
EY1 (ID - 12148) nida. Müraciət, çağırış üçün işlənir. Ey oğul! Ey dost! Ey mənim əziz qardaşlarım! - Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!.. C.Məmmədquluzadə. // Haraylama, haylama nidası. [Südçü] isə arxamdan çağırıb:...
|
EY2 (ID - 12149) bax eyi. Ey Füzuli, odlara yansın büsati-səltənət; Eydir ondan həq bilir bir guşeyi-gülxan mənə. Füzuli. Haq bilir, deyiləm mən ziyanlıqdan; Ölüm eydir belə zindəganlıqdan. Q.Zakir.
|
EYBƏCƏR (ID - 12150) sif. 1. Xarici görünüşcə eyibli, nöqsanlı, çirkin; kifir. Eybəcər qız. Eybəcər uşaq. - Fərhad xan bığıburma, yekəqarın, eybəcər bir pəhləvan idi. (Nağıl). Çünki onun, boy-buxununa görə, böyük olan başı tükdən daha...
|
EYBƏCƏRCƏSİNƏ (ID - 12151)zərfi Eybəcər hala salacaq dərəcədə. Rüstəm kişiyə elə gəldi ki, Qoşatxanın əynindəki kostyum eybəcərcəsinə gendir. M.Ibrahimov.
|
EYBƏCƏRLƏNMƏ (ID - 12152)“Eybəcərlənmək” dən f.is.
|
EYBƏCƏRLƏNMƏK (ID - 12153)bax eybəcərləşmək.
|
EYBƏCƏRLƏŞDİRİLMƏ (ID - 12154)“Eybəcərləşdirilmək” dən f.is.
|
EYBƏCƏRLƏŞDİRİLMƏK (ID - 12155)məch. 1. Eybəcər hala salınmaq; çirkinləşdirilmək.
2. məc. Təhrif edilmək, korlanmaq. |
EYBƏCƏRLƏŞDİRMƏ (ID - 12156)“Eybəcərləşdirmək” dən f.is.
|
EYBƏCƏRLƏŞDİRMƏK (ID - 12157) |
EYBƏCƏRLƏŞMƏ (ID - 12158)“Eybəcərləşmək” dən f.is.
|
EYBƏCƏRLƏŞMƏK (ID - 12159) fi. Eybəcər hala düşmək, kifirləşmək, çirkinləşmək, biçimsiz, yöndəmsiz şəkil almaq. [Qaraşa] elə gəlirdi ki, Kələntər çox kök olduğundan, orta boyu bir az qısalır və eybəcərləşirdi. M.Ibrahimov.
|
EYBƏCƏRLİK (ID - 12160)is. 1. Eybəcər şeyin halı; kifirlik, çirkinlik, biçimsizlik. Səməd acıqlandığı zaman üzündəki eybəcərlik daha aydın gözə çarpırdı. M.Hüseyn. ..Eybəcərliyinə görə heç kəs [Cumanın] adını çəkmir. Ə.Əbülhəsən.
2.... |
EYD (ID - 12161)is. [ər.] köhn. Bayram. Baxmayın eyd günü ayna ilə ayə, vəli; Mahi-nov ol iki əbruyi-dütadən görünür. Ə.Vahid.
|
EYDİRMƏ (ID - 12162)1. “Eydirmək” dən f.is.
2. is. İnəyi sağarkən onu oxşamaq üçün oxunan mahnı. Eydirmə oxumaq. - Kimdir o qaragöz ellər gəlini? Dilində eydirmə inəkmi sağır? S.Vurğun. Biz əvvəlcə buzovun boğazına ipi salıb bağlayırıq... |
EYDİRMƏK (ID - 12163)f. İnəyi sağmazdan əvvəl onun əmcəklərini südlə dolsun deyə, iki barmaqla sıxmaq və ya balasını azca əmizdirmək. ..Ruqiyyə inəkləri eydirirdi, mən də sağırdım. A.Divanbəyoğlu.
|
EYHAM (ID - 12164)is. [ər.] İkimənalı, üstüörtülü söz və ya ifadə; işarə. Bir otaqda oturuban biz ilən; Könlümü aldığın şirin söz ilən; Gah eyham, işarə, gah göz-qaş ilən; Gah həzin güftguyun istərəm. Q.Zakir. Həsən ağanın rəngi dəyişir:...
|
EYHAMLI (ID - 12165) |
EYHAMSIZ (ID - 12166)zərf Eyhamlar işlətmədən, kinayəsiz, açıq. Eyhamsız danışmaq.
|
EYHANA (ID - 12167)ara s. dan. 1. Birdən, olmaya, olmaya-olmaya, işdir. Qız başladı fikir eləməyə ki, eyhana, bu adamlar bilsə ki, Ibrahim yoxdu, mən burda təkəm, görəsən, başıma nə gələr? (Nağıl). [Aftil:] Bir də, eyhana, adamdır, işdir, gecə...
|
EY-HAY (ID - 12168) b ax ay-hay. O dedi: - Ey-hay, hara gedirəm, mənim qardaşım bura gəlib. (Nağıl).
|
EYİ (ID - 12169)sif köhn. Yaxşı. [Kərəm:] Bir igid düşərsə, qaldıran olmaz; Eyi iş görənə pis demək olmaz. “Əsli və Kərəm”. [Turxan bəy:] Nə eyi təsadüf! [Aşıq Sultanın] saz çalmasını və dəyərli aşıq sözlərini çoxdan bəri eşitdiyim...
|
EYİB (ID - 12170)is. [ər.] 1. Utanılacaq hal və ya hərəkət; nöqsan, kəsir, qüsur. Bundan əlavə, dəxi Yusif şahda həzar gunə özgə eyiblər tapdılar. M.F.Axundzadə. Eybimizi çulğalamışdı aba; Hər nə gəlirdi boşalırdı qaba. M.Ə.Sabir. Həqiqət,...
|
EYİBCU (ID - 12171)is. [ər. eyb və fars. ...cu] klas. Hər kəsdə eyib, nöqsan axtaran, hər şeydə irad tapmağa çalışan adam. Key şux! Nədir bu güftügulər? Qılmaq sənə tənə eybculər. Füzuli. Könlünü badəpərəst olmağa mötad edəsən; Eybcu olma,...
|
EYİBLƏMƏ (ID - 12172)“Eyibləmək” dən f.is.
|
EYİBLƏMƏK (ID - 12173)f Pis, nalayiq, eyibli bir hərəkət üçün birini qınamaq, danlamaq.
|
EYİBLƏNDİRMƏ (ID - 12174)“Eyibləndirmək” dən f.is.
|
EYİBLƏNDİRMƏK (ID - 12175)f Eyib eləmək, danlamaq, qınamaq, təqsirləndirmək. [Şirinnaz:] Çopurun sağalmasını istədiyi üçün mən onu eyibləndirməməliyəm. S.Hüseyn.
|
EYİBLİ (ID - 12176)sif Eybi, nöqsanı, çatışmazlığı, qüsuru olan; nöqsanlı, qüsurlu. Eyibli adam. Eyibli şey. - Ozün insaf elə əfkarına, ətvarına bax; Istəməzsən yazam, öz eyibli kirdarına bax. M.Ə.Sabir. Gül-badamın çopuru dərin olsaydı da,...
|
EYİBSİZ (ID - 12177)sif Heç bir eybi, nöqsanı, qüsuru olmayan. Eyibsiz dost axtaran dostsuz qalar. (Ata. sözü). Dağ başında iz olmaz; Dərə-təpə düz olmaz; Yarın boyu gödəkdir; Gözəl eyibsiz olmaz. (Bayatı). Bir surət zahirdə nə qədər düzgün, eyibsiz...
|
EYİBSİZLİK (ID - 12178)is. Heç bir eybi, nöqsanı, qüsuru olmama; nöqsansızlıq, qüsursuzluq. [Məşədi Ibad:] Indi bilmişəm ki, mənim bir eybim varsa, o da eyibsizliyimdir. Ü.Hacıbəyov.
|
EYİCƏ (ID - 12179)zərf köhn. Yaxşıca. Eyicə yaşamaq. Eyicə dolanmaq.
|
EYİLƏŞDİRİLMƏ (ID - 12180)“Eyiləşdirilmək” dən f.is.
|
EYİLƏŞDİRİLMƏK (ID - 12181)məch. köhn. Yaxşılaşdırılmaq.
|
EYİLƏŞDİRMƏ (ID - 12182)“Eyiləşdirmək” dən f.is.
|
EYİLƏŞDİRMƏK (ID - 12183)f köhn. Yaxşılaşdırmaq.
|
EYİLƏŞMƏ (ID - 12184)“Eyiləşmək” dən f.is.
|
EYİLƏŞMƏK (ID - 12185)f köhn. Yaxşılaşmaq, daha yaxşı olmaq. [Rauf:] Inşallah, az bir zamanda sağalıb eyiləşərsən; Fəqət bir daha mətbəədə çalışmayacağına əminim. H.Cavid.
|
EYİLİK (ID - 12186)is. Yaxşılıq. [Aşıq Sultan:] Fənalıq, eyilik bil nə deməkdir; Yarın adın dastan olur dillərdə. H.Cavid.
|
EYLƏ (ID - 12187)bax elə. Üzülürsərasərrişteyi-canım; Eylə ki, zülfünə darağı çəkər. Q.Zakir. Eylə bildim ki, dəxi sübh olub; Mürği-səhər tək bir ağız banladım. M.Ə.Sabir.
|
EYLƏMƏ (ID - 12188)“Eyləmək” dən f.is.
|
EYLƏMƏK (ID - 12189)“Etmək” felinin üslubi variantı. Eşq sövdasından, ey naseh, məni mən eylədin; Yox imiş əqlin, mənə yaxşı nəsihət vermədin. Füzuli. Hər tərəf xain edir zülm; Eyləyir xəlqi həsrəti-tale. C.Cabbarlı.
|
EYMƏ (ID - 12190)is. məh. İçində qatıq, ayran və s. saxlamaq üçün qoyun və ya keçi dərisindən torba. Çatdılar obaya, ey qatıq satan; Hər eyməyə tökmüşdülər üç qazan. Q.Zakir. Həmişə mal-qara örüşdən qayıdanda həyətə çıxıb, əli...
|
EYMƏAGIZ (ID - 12191)sif. dan. Ağzı yekə, yekəağız. Eyməağız adam.
|
EYMƏÇ (ID - 12192)bax eymə.
|
EYMƏÇİ (ID - 12193)is. Eymə düzəldən, eymə ustası. Eyməçiyə doşab göstərməzlər. (Ata. sözü).
|
EYMƏLİK (ID - 12194)sif köhn. Eyməyə yarar. Eyməlik dəri.
|
EYMƏN (ID - 12195)sif və zərf [ər.] klas. Arxayın, qorxusuz, təhlükəsiz, salamat. Yanan eşq atəşinə atəşi-duzəxdən eyməndir. Füzuli. Hər bir cani, qantökən, yolkəsən ki, divan əlindən qaçıb onun evinə girməyi özünə mümkün elərdi, daha...
|
EYMƏNMƏ (ID - 12196)“Eymənmək” dən f.is.
|
Bu səhifə dəfə baxılıb