ENTOMOLOGİYA (ID - 11897)[yun.] Zoologiyanın həşərat (böcəklər) bəhsi.
|
ENTOMOLOJİ (ID - 11898) sif [yun.] Entomologiyaya aid. Entomoloji tədqiqat.
|
ENTUZİAST (ID - 11899) |
ENTUZİAZM (ID - 11900)[yun.] Böyük şövq və həvəs; vəcd.
|
EOLİT (ID - 11901)[yun. eos - şəfəq və lithos - daş] arxeol. 1. Daş dövrünün, ən qədim ibtidai daş alətləri qayrılan mərhələsi.
Bu dövrə aid ibtidai daş alət. |
EPİDEMİK (ID - 11902) sif [yun. ] Epidemiya mahiyyətində olan; yoluxucu, yoluxma. Epidemik xəstəliklər. // məc. Epidemiya kimi hər yerə yayılmış.
|
EPİDEMİOLOGİYA (ID - 11903)[yun.] Tibb elminin yoluxucu xəstəliklərin törəyib yayılması səbəblərini öyrənən və onların qarşısını almaq üsullarından bəhs edən sahəsi.
|
EPİDEMİOLOQ (ID - 11904)[yun.] Epidemiologiya mütəxəssisi.
|
EPİDEMİYA (ID - 11905)[yun] tib. Hər hansı bir yoluxucu xəstəliyin geniş yayılması. Tif epidemiyası. Vəba epidemiyası. - Hərgah bir yerdə epidemiya varsa, həkimlərimizdən tələb edirik ki, tezliklə bunun qarşısını alsınlar. Ü.Hacıbəyov. // məc. Çox...
|
EPİK (ID - 11906)is. [yun.] Epik əsərlər müəllifi.
|
EPİK2 (ID - 11907) sif. [yun.] ədəb. Eposa aid, epos xüsusiyyətli. Epik əsərlər. Epik dastanlar.
|
EPİKA (ID - 11908)[yun. ] ədəb. Epik əsərlər.
|
EPİKLİK (ID - 11909)is. Epik xüsusiyyət daşıma. Diskussiyanın gedişində romanın inkişaf etdirilməsinin mühüm məsələləri, onun forma və kompozisiyası, epiklik, tarixilik və
xəlqilik məsələləri .. müzakirə edilmişdir. (Qəzetlərdən). |
EPİKRİZ (ID - 11910)is. [yun.] Xəstəliklə bağlı yekun nəticə, qərar.
|
EPİKÜRİZM (ID - 11911) b a x epikürçülük. Əsrlərdən bəri mistik dona geydirilmiş platonik eşqə qarşı poeziyada bir növ epikürizm gəlir. M.İbrahimov.
|
EPİKÜRÇÜ (ID - 11912)is. 1. Epikür fəlsəfəsi tərəfdarı.
2. məc. kit. Zövq və nəşəni hər şeydən üstün tutan adam; kefcil, işrətpərəst. Epikürçü şair [Abdulla bəy Asi] şeirlərinin birində deyir: “Bir halda ki, şərab vaizlərin moizəsindən... |
EPİKÜRÇÜLÜK (ID - 11913)is. 1. Qədim yunan materialist filosofu və ateisti Epikürün fəlsəfi nəzəriyyəsi.
kit. Həmin nəzəriyyədən yanlış nəticə çıxaran, həyatın mənasını kefdə, eyş-işrətdə, rahat həyatda görən dünyagörüşü. məc.... |
EPİQON (ID - 11914)[yun.] Özünün müstəqil yaradıcılıq siması olmayıb, hər hansı bir siyasi, ədəbi, elmi və başqa cərəyanı təqlid edən yazıçı, alim və b.; təqlidçi. Epiqon ədəbiyyatı.
|
EPİQONLUQ (ID - 11915)is. Elmdə, siyasətdə, incəsənətdə və s.-də təqlidçilik. ..XIX əsrin ortalarında bütün Yaxın Şərq ədəbiyyatında belə bir vəziyyət əmələ gəlmişdi ki, keçmişdə ölməz nümunələr yaratmış Nizami, Firdovsi, Nəvai və Füzuli...
|
EPİQRAF (ID - 11916)[yun. epigraphe - yazı] 1. Qədim yunanlarda: abidə üzərində yazı.
2. ədəb. Əsərin və ya onun bölmələrinin başlıqlarından sonra yazılan sözlər; zərbiməsəl, hikmətli söz. C.Məmmədquluzadə Qoqoldan öyrəndiyini və onu... |
EPİQRAFİK (ID - 11917)sif [yun.] Epiqrafikaya aid olan, epiqrafika xarakterində olan. Epiqrafik mətn. Epiqrafik material.
|
EPİQRAFİKA (ID - 11918)[yun.] Epiqraflar haqqında elm.
|
EPİQRAM (ID - 11919)[yun. epigramma - yazı]
Qədim yunanlarda: abidələr, binalar, hədiyyələr və s. üzərində yazılan yadigarlıq yazı. Feokritin zəngin ədəbi irsindən ancaq bir şeir külliyyatı qalmışdır ki, o da otuz idilliyadan və iyirmi üç... |
EPİLEPSİYA (ID - 11920)[yun. epilepsia - özündən getmə] tib. Vaxtaşırı və qəflətən bərk qıcolma və özündəngetmə şəklində cərəyan edən xroniki sinir xəstəliyi. Epilepsiya tutmaları. Epilepsiyanın diaqnozu.
|
EPİLEPTİK (ID - 11921)[yun.] Epileptik xəstəliyi olan adam. Epileptiklərin xasiyyəti get-gedə dəyişir. - O, “uşaqları gözləyin, uşaqları gözləyin”, - deyə-deyə epileptik adamlar kimi yerə dəydi. M.İbrahimov.
|
EPİLOQ (ID - 11922)[yun.] Ədəbi əsərin son hissəsi. // Operada son pərdə. Opera təntənəli epiloqla bitir. // Son, nəticə, xatimə. Üsyanın epiloqu.
|
EPİSENTR (ID - 11923)[yun. epi - üstündə, yanında və lat. sentr - mərkəz] Zəlzələ mərkəzi; Yer səthinin bilavasitə zəlzələ mənbəyi üzərində olan sahəsi. Zəlzələnin episentri.
|
EPİSTOLYAR (ID - 11924) sif. [lat.] ədəb. 1. Məktub şəklində yazılmış. Epistolyar roman.
2. Bir yazıçının, şairin məktublar məcmusu. Puşkinin epistolyar irsi. |
EPİTET (ID - 11925)[yun.] ədəb. Məcazın növlərindən biri olub, bir sözü qüvvətləndirmək və zənginləşdirmək, xassə vermək üçün əlavə edilən söz (məs.: mələk simalı, polad canlı).
|
EPİZOD (ID - 11926)[yun. epeisodion - əlavə] 1. Hadisə, əhvalat, təsadüf, ittifaq, vəqə. Əsgərlər yana-yana Qələndərdən danışırdılar və kim hansı epizodu nağıl edirdisə, sözünün axırını gətirib Qələndərlə bağlayırdı. Ə.Əbülhəsən....
|
EPİZODİK (ID - 11927) |
EPİZODİKLİK (ID - 11928)is. Epizodik xasiyyət daşıma. Romanda hadisələrin epizodikliyi. Tamaşada rolun epizodikliyi.
|
EPOLET (ID - 11929)[fr.] Fərqlənmə nişanları olan, qızıl və ya gümüş bafta, saçaq və s. ilə bəzədilmiş, bir tərəfi girdə, xüsusi formalı paqon; 1917-ci ilədək Rusiyada zabit rütbəsinin nişanı.
|
EPOLETLİ (ID - 11930) sif. Çiyinlərində epolet olan. Epoletli zabit şineli.
|
EPONJ (ID - 11931)[fr.] Xüsusi formada eşilmiş saplardan diş-diş parça növü. Eponj .. fasonlu saplardan toxunduğu üçün çox bəzəkli toxunma hesab olunur.
|
EPOS (ID - 11932)[yun.] Rəvayət səciyyəvi ədəbiyyat, dastan. Koroğlu eposu. Qəhrəmanlıq eposu. // Qəhrəmannamələr, dastanlar və s. xalq yaradıcılığı əsərlərinin məcmusu. Qırğızların “Manas “ eposu.
|
ER (ID - 11933)“R” hərfinin adı.
|
ERA (ID - 11934)[lat.] 1. İl hesabının başlandığı zaman, tarix başlanğıcı. Yeni era (İsanın doğulduğu zənn edilən gündən başlanan tarix). - Ellips, parabola kimi həndəsi obrazlar 2000 il eramızdan əvvəl yunan riyaziyyatçılarına məlum idi....
|
ER-GEC (ID - 11935) zərfi Tez-gec. [Ağsaçlı qadın Səyavuşa:] Quzum! Er-gec parlar adın cahanda; Diz çökərlər sana qarşı hər yanda. H.Cavid.
|
ERİŞMƏK (ID - 11936)bax ermək. [Rəsul:] Cümə axşamında, cümə günündə; Ərənlər erişdi nəzərgah mənim. “Aşıq Qərib”. Ahü zar kəsibdir səbrü qərarım; Erişir fələyə naləvü zarım. Aşıq Paşa.
|
ERİTROSİTLƏR (ID - 11937)cəm [yun. erythros - qırmızı və kytos - hüceyrə] fiziol. Qırmızı qan cisimcikləri.
|
ERKER (ID - 11938)[alm.] arxit. Binanın daxilini genişləndirən və bir neçə mərtəbədən keçən divarında pəncərələri olan yarımdairə və ya tin-tin şəklində çıxıntı.
|
ERKƏC (ID - 11939)is. Erkək keçi, təkə. Sürünün qabağında uzunqəzilli, dik burmabuynuzlu, ala erkəc başını yerə əyir(di). S.Rəhimov. Qoyunlar güneylərdə gərnəşir, keçilər həmərsin kollarının başını dişləyir, boynu qumrovlu erkəclər arabir...
|
ERKƏK (ID - 11940) sif. 1. Kişi cinsinə mənsub fərd. Erkək at. Erkək arı. - Aslanın erkəyi, dişisi olmaz. (Ata. sözü). Ağacların arasından qəfildən oldu əyan; Yaraqlı erkək at üstündə bir neçə oğlan. A.Səhhət. Rəhmətlik atam Güloğlan anamı...
|
ERKƏKCƏ (ID - 11941)sif və zərf Kişi kimi, mərdcəsinə, cəsuranə. [1-ci mürəttib:] ..Yalnız erkəkcə mətanət lazım... Yoxsa, həşərat kimi üzü üstə süründükcə əsla ağ gün görməyəcəyik. H.Cavid.
|
ERKƏKCİK (ID - 11942)is. bot. Bitki çiçəklərinin erkək döllüyünün adı. Biz botanika kursundan bilirik ki, armudun çiçəklərində həm erkəkciklər, həm də dişiciklər olur. M.Axundov.
|
ERKƏKLƏMƏK (ID - 11943)f məh. 1. Həddi-büluğa çataraq səsi yoğunlaşmaq, qabalaşmaq (oğlan uşağı haqqında).
2. məh. Vaxtında dərilmədiyindən ötmək, kobudlaşmaq, bərk olmaq (bitkilər haqqında). |
ERKƏKLƏNMƏ (ID - 11944)"Erkəklənmək” dən f.is.
|
ERKƏKLƏNMƏK (ID - 11945)1. B ax erkəkləşmək.
2. Kişilənmək, yekələnmək. |
ERKƏKLƏŞMƏ (ID - 11946)"Erkəkləşmək” dən f.is.
|
Bu səhifə dəfə baxılıb