EHTİRAMSIZ (ID - 11547)sif. Hörmət və nəzakət qaydalarını gözləməyən, hörmət göstərməyən, nəzakətsiz, ədəbsiz, mərifətsiz.
|
EHTİRAMSIZLIQ (ID - 11548) |
EHTİRAS (ID - 11549)is. [ər.] 1. Ağlın çətinliklə idarə edə bildiyi hiss. Ehtirasını saxlamaq. [Xəlifə:] Səndə var coşqun ehtiras alovu; Yaxar atəşlərin sönük bir evi. H.Cavid. Sübhanverdizadə düşünür, getdikcə hərisliyi artır, gözlərində...
|
EHTİRASLA (ID - 11550)zərf 1. Coşqunluqla, eşqlə, həyəcanla. Şamxal ələ keçirdiyi ovu yırtıcı bir ehtirasla parçalamaq fikrində deyildi. İ.Şıxlı.
2. Hərisliklə, qızğınlıqla. Maya zərif qollarını açıb məhəbbət və ehtirasla Qaraşın boynuna... |
EHTİRASLI (ID - 11551)sif. 1. Coşqun, həyəcanlı. Ehtiraslı nitq. Ehtiraslı mübahisə. // Bir şeyin dəlicəsinə aludəsi, həvəskarı, vurğunu olan. Ehtiraslı ovçu. Ehtiraslı oyunçu. Ehtiraslı futbol azarkeşləri. - Məmun ehtiraslı mütaliəçi idi. Çox...
|
EHTİRASSIZ (ID - 11552)sif. və zərf Həvəssiz, hərarətsiz, şövqsüz. Ehtirassız adam. Ehtirassız danışmaq.
|
EHTİŞAM (ID - 11553) |
EHTİŞAMLA (ID - 11554)zərf Ehtişamlı bir surətdə, əzəmətlə, möhtəşəm. Qoca Qafqaz yaranandan yaşamışdır ehtişamla. M.Rahim.
|
EHTİŞAMLI (ID - 11555)sif. Əzəmətli, dəbdəbəli, təntənəli, çox möhtəşəm. Ehtişamlı saray. Ehtişamlı ziyafət.
|
EHTİVA (ID - 11556)[ər.]: ehtiva etmək kit. - içinə almaq, daxilində olmaq, tərkibində yerləşmək, əhatə etmək, qavramaq. [Eyvaz:] Bu, məhəbbətin elə böyük bir anı idi ki, insan öz diqqət və nəcibliyi ilə bütün dünyanı ehtiva etmək istəyir....
|
EHTİYAC (ID - 11557)is. [ər.] 1. Hər hansı bir şeyə olan və onsuz keçinmək mümkün olmayan tələbat, gərəklik, lüzum. Xassə, ol rus elminə talib; Onlara ehtiyacımız çoxdur; Bilməsək dil, ilacımız yoxdur. S.Ə.Şirvani. Poçt yolu ilə gəlib-gedənlərin...
|
EHTİYACSIZ (ID - 11558)zərf Heç bir ehtiyac hiss etmədən, maddi cəhətdən heç bir çətinlik çəkmədən. Ehtiyacsız yaşamaq.
|
EHTİYAT (ID - 11559)is. [ər.] 1. Gələcəkdə lazım olacağı nəzərdə tutulub tədarük edilmiş,
saxlanmış şey; tədarük. Ərzaq ehtiyatı. Taxıl ehtiyatı. Mal ehtiyatı. - [Qoca] ..son qonaq ehtiyatı üçün saxladığı böyük şanı kəsib tabaqda buraya... |
EHTİYATKAR (ID - 11560)[ər. ehtiyat və fars. ...kar] bax ehtiyatlı.
|
EHTİYATKARANƏ (ID - 11561)[ər. ehtiyat və fars. ...karanə] b ax ehtiyatla.
|
EHTİYATKARLIQ (ID - 11562)bax ehtiyatlılıq.
|
EHTİYATLA (ID - 11563)zərf 1. Qorxa-qorxa, çəkinəçəkinə, ehtiyat edərək, ehtiyat gözləyərək. Ehtiyatla danışmaq. Ehtiyatla yerimək.
..Çox möminlər var ki, Molla Nəsrəddini ehtiyatla bükür kağıza və bir cavan adam tapıb deyir ki, al bunu, oxu... |
EHTİYATLANMA (ID - 11564)“Ehtiyatlanmaq” dan f.is.
|
EHTİYATLANMAQ (ID - 11565)f Ehtiyat etmək, qorxmaq, çəkinmək, ürək eləməmək. [Dərviş:] ..Baxdım gördüm, qoca kişi məndən ehtiyatlanıbdır. A.Divanbəyoğlu. Mən, doğrusu, ehtiyatlanmağa başladım. Qantəmir. [Məmmədhüseyn] Cəmilin hökumət pansionuna...
|
EHTİYATLI (ID - 11566)sif. 1. Öz hərəkətlərində, işində ehtiyat gözləyən, meydana çıxa biləcək hər bir ehtimala qarşı lazımi tədbir görən. - Məmməd .. ehtiyatlı adam idi. M.İbrahimov. // zərf Ehmallı, üsullu, ehtiyatla. Çıxdım küçəyə və...
|
EHTİYATLILIQ (ID - 11567)is. Üsulluluq, tədbirlilik, ehtiyat etmə, çəkinmə. Bir başqası isə ehtiyatlılıq edirdi.. Ə.Əbülhəsən.
|
EHTİYATSIZ (ID - 11568)sif. 1. Ehtiyat gözləməyən, işin dal-qabağını gözləməyən, qabaqcadan tədbir görməyən, tədbirsiz, üsulsuz. Ehtiyatsız adam. - Bəzən ehtiyatsız, kiçik bir xata; Böyük faciələr yaradır, demək! S.Vurğun. ..Gurşadyağmur ehtiyatsızyolçuları...
|
EHTİYATSIZLIQ (ID - 11569)is. 1. Ehtiyat gözləməmə, qarşıya çıxa biləcək təhlükəni və s.ni qabaqcadan nəzərə alıb heç bir tədbir görməmə, üsulsuzluq. Ehtiyatsızlıq etmək. Gəldiyev .. taxıl tədarükü müvəkkilliyində çalışanda da xamlıq ucundan,...
|
EHTİYATSIZLIQLA (ID - 11570)zərf Heç bir ehtiyat gözləmədən, ehtiyatsız. Mahmud .. ehtiyatsızlıqla soruşdu. Ə.Əbülhəsən.
|
EHTİZAZ (ID - 11571)is. [ər.] kit. 1. Xəfif surətdə titrəmə, titrəyiş. Çatdıqca incə ruhuma, aldıqca hər nəfəs; Sarsın bütün vücudumu sönməz bir ehtizaz. A.Şaiq. Nədən şəfəqli buludcuqlar öylə çöhrəndə; Bir ehtizaz ilə nəşr eyləməkdə...
|
EHYA (ID - 11572)[ər.] klas. Vücuda gətirmə, canlandırma, bərpaetmə. □ Ehya etmək (qılmaq) canlandırmaq, bərpa etmək, vücuda gətirmək. Ehya qılur əgərçi dəmin, ey sənəm; Xəlvət nişinə şahidü şəmü şəkər gərək. Nəsimi. O, Səfəvilər...
|
EHYANA (ID - 11573)zərf dan. İşdi, bəlkə, ola bilsin. Ehyana gələ bilmədim. Ehyana bu iş baş tutmadı. - [Cahangir bəy:] ..Ehyana həmin bu yerdə düşmənə rast gəldik, onda nə etməli? N.Vəzirov.
|
EXİNOKOKKOZ (ID - 11574)[yun. echino - kirpi və coccus] tib. zool. İtin və bəzi başqa heyvanların bağırsaqlarında yaşayan lentşəkilli tüfeyli qurd. // İnsanın və heyvanın bəzi üzvlərində yaşayıb ağır xəstəliklər törədən bu qurdun sürfələri.
|
EKİZ (ID - 11575)sif. Bir anadan bir vaxtda doğulmuş. Ekiz qardaşlar. Ekiz bacılar. - O gün professor Aslanov deyirdi ki, sizə baxan elə bilir ki, ekiz bacısınız, heç ana-balaya oxşamırsınız. M.İbrahimov. // is. Bir anadan bir vaxtda doğulmuş uşaqlardan...
|
EKİZTAY(I) (ID - 11576) Ekiz. Ekiztay oğlanlar. Ekiztay qızlar. - Onlar böyüyüb bir az caydaqlaşanda qonşudakı Zöhrə arvadın bir cüt ekiztay qızı oldu. S.Rəhimov.
|
EKİPAJ1 (ID - 11577) [fr.] Yaylı minik arabalarının (məs.: fayton, karet və s.-nin) ümumi adı; minik. Birdən Vasili Ivanoviçin qulağına yaylı bir ekipaj taqqıltısı - ucqar kəndlərdə xüsusilə seçilən haman taqqıltı gəldi. Turgenevdən.
|
EKİPAJ2 (ID - 11578) [fr.] 1. Gəminin, təyyarənin, tankın və s.-nin şəxsi heyəti; komandası. Tapşırılmış işi layiqincə yerinə yetirmiş ekipaj Bakıya sevinclə qayıdırdı. (Qəzetlərdən).
2. hərb. dəniz. Dəniz piyadasının sahil qoşunu. |
EKKER (ID - 11579)[fr.] Yerdə müəyyən dərəcəli bucaqlar qurmaq üçün geodeziya aləti; künyə.
|
EKLEKTİK (ID - 11580)is. [yun.] kit. Eklektizmə meyil edən, eklektizm mövqeyində duran adam.
|
EKLEKTIK (ID - 11581) sif [yun.] Eklektizmdən ibarət olan, eklektizm mahiyyətində olan. Eklektik nəzəriyyə. Əsər eklektik xarakter daşıyır.
|
EKLEKTİKA (ID - 11582)kit. bax eklektizm.
|
EKLEKTİKLİK (ID - 11583)is. Eklektik mahiyyətdə olma. Nəticələrin eklektikliyi.
|
EKLEKTİSİZM (ID - 11584)bax eklektizm.
|
EKLEKTİZM (ID - 11585)[yun.] kit. Bir-birinə zidd olan fikir və nəzəriyyələrin prinsipsiz və mexaniki surətdə birləşdirilməsi.
|
EKLİPTİKA (ID - 11586)[yun.] astr. Göy sferinin, Günəşin xəyali illik hərəkətinin cərəyan etdiyi böyük dairəsi.
|
EKOLOGİYA (ID - 11587)[yun. oikos - ev və logos elm, anlayış] Biologiyanın, heyvan və bitki orqanizmlərinin mühitlə qarşılıqlı münasibətindən bəhs edən şöbəsi. Şərti reflekslərin ekologiyasını öyrənmək üçün müşahidələr təbii şəraitə yaxın...
|
EKOLOJİ (ID - 11588)sif [yun.] Ekologiyaya aid, ekologiyaya məxsus. Ayrı-ayrı rayonlarda bəzi ekoloji amillər bitkiyə təsir edərək, onun bu rayonlarda becərilməsi və normal inkişaf etməsini təmin edir. I.Axundzadə.
|
EKONOMIST (ID - 11589)[yun.] 1. Iqtisadçı.
tar. Ekonomizm tərəfdarı. |
EKONOMİZM (ID - 11590)[yun.] tar. XIX əsrin axırlarında və XX əsrin əvvəllərində rus sosialdemokratları arasında meydana gəlmiş opportunist cərəyan (bu cərəyan tərəfdarlarının fikrinə görə, fəhlə sinfi yalnız öz iqtisadi vəziyyətini yaxşılaşdırmaq...
|
EKRAN (ID - 11591)[fr.] 1. Üzərində kino, yaxud diapozitiv şəkilləri göstərilən ağ səth (məs.: pərdə və s). Mirzə gözlərini televizorun ekranına zilləsə də, orda heç nə görmürdü, elə hey başını yelləyirdi. I.Məlikzadə.
məc. Kino... |
EKRANLAMA (ID - 11592)“Ekranlamaq” dan f.is.
|
EKRANLAMAQ (ID - 11593)f tex. Xarici, zərərli təsirdən və s.-dən qorumaq üçün qabağına ekran, sipər və s. çəkmək; pərdələmək.
|
EKRANLANMA (ID - 11594)tex. “Ekranlanmaq” dan f.is. Bir şeyi xarici, zərərli təsirlərdən və s.dən qoruma tədbirləri.
|
EKRANLANMAQ (ID - 11595)məch. tex. Qabağına ekran çəkilmək.
|
EKRANLANMIŞ (ID - 11596)f.sif. tex. Qabağına ekran çəkilmiş, ekranla sipərlənmiş.
|
Bu səhifə dəfə baxılıb