İzahlı lüğət

ELƏTDİRMƏK (ID - 11747)

“Eləmək” dən icb. bax etdirmək. [Züleyxada] pul yox idi ki, onu dəfn elətdirsin. C.Cabbarlı. Sitarənin bəxtinə məşvərət elətdirmək istəyirdi. Mir Cəlal.

ELƏTMƏ (ID - 11748)

“Elətmək” dən fis.

ELƏTMƏK (ID - 11749)

1. Bax elətdirmək.
2. qədimi. Aparmaq. Ey badi-səba, bəndən elətyarə səlami. Nəsimi. Eylət məni yar olan diyara; Şəm eylə məni məzari-yarə. Füzuli.

EL-GÜN (ID - 11750)

is. Xalq, camaat, el. El-gün içində biabır olmaq. - Eşq üçün babamı atıb, tərk etmək; Ölümdən yamandır el-gün içində<... S.Vurğun.

ELİT(A) (ID - 11751)

[fr.] k.t. 1. Bitki və heyvanların ən seçmə, ən yaxşı nüsxələri. Ən yaxşı heyvanlar elit qrupuna daxil edilir. (Qəzetlərdən).
2. Cəmiyyətin yüksək təbəqəsi.
/

ELİZİYA (ID - 11752)

[lat.] dilç. bax düşüm2

ELQOVAN (ID - 11753)

is. Yayın ikinci yarısına düşən və eli dağdan arana köçməyə məcbur edən soyuq hava (çox vaxt “elqovan ay” şəklində). Tutdu dağı çən boran; Gəldiyenə elqovan. H.K.Sanılı.

ELLƏŞDİRİLMƏ (ID - 11754)

“Elləşdirilmək” dən f.is.

ELLƏŞDİRİLMƏK (ID - 11755)

bax ellikləşdirilmək.

ELLƏŞDİRMƏ (ID - 11756)

“Elləşdirmək” dən f.is.

ELLƏŞDİRMƏK (ID - 11757)

b ax ellikləşdirmək.

ELLƏŞMƏ (ID - 11758)

“Elləşmək” dən f.is.

ELLƏŞMƏK (ID - 11759)

bax ellikləşmək. Belə bir zamanda yatmaq yaraşmaz; Elləşir ölkəmiz, yatma, a tənbəl! Aşıq Əziz.

ELLİ (ID - 11760)

sif 1 Vətəni, yurdu, eli olan. Elli adam.
2. Bir yerdən, bir eldən olan. O mənim ellimdir. - Mən əminəm ki, calal sahibi olan cənabınızla elli olduğumuza görə, tərəfimdə duracaqsınız. M.F.Axundzadə. [Südabənin anası:] Südabə...

ELLİK (ID - 11761)

1. sif Bir yerin bütün camaatına, elinə məxsus olan, bütün xalqa aid olan; ictimai, ümumi. Ellik bağ. Ellik yol. Ellik bayram. Ellik təsərrüfat. - [İldırım:] Ən baş bir qanun vardır ki, o da hər kəsin başqaya zərərsiz, azad istəyidir....

ELLİKCƏ (ID - 11762)

zərf Bütün, başdan-başa, hamılıqca. Ellikcə savadlanmaq. - Çox çəkməz ki, .. Dağıstan camaatı və dağlarda yaşayan əhali ellikcə savadlı və elm sahibi adamlar olacaqlar. M.F.Axundzadə.

ELLİKLƏ (ID - 11763)

bax ellikcə. Adətən onlar [göytəpəlilər] çətinliyə düşəndə, elliklə bir iş lazım gələndə buraya toplaşıb ağsaqqallara qulaq asar, görüləcək işlər barədə tədbir tökərdilər. İ.Şıxlı.

ELLİKLƏŞDİRİLMƏ (ID - 11764)

“Ellikləşdirilmək” dən f.is.

ELLİKLƏŞDİRİLMƏK (ID - 11765)

məch. İctimailəşdirilmək; bütün elin, xalqın, camaatın istifadəsinə verilmək.

ELLİKLƏŞDİRMƏ (ID - 11766)

“Ellikləşdirmək” dən f.is.

ELLİKLƏŞDİRMƏK (ID - 11767)

f İctimailəşdirmək;
bütün elin, camaatın, xalqın istifadəsinə vermək; xalqın, elin malı etmək.

ELLİKLƏŞMƏ (ID - 11768)

“Ellikləşmək” dən f.is.

ELLİKLƏŞMƏK (ID - 11769)

f İctimailəşmək, bütün elin malı olmaq.
2. Dirijabl və aerostatların saxlandığı yer.

ELLİNİST (ID - 11770)

[yun.] köhn. Qədim yunan filologiyası mütəxəssisi. // Ellinizm mədəniyyətinəpərəstiş edən adam.

ELLİNIZM (ID - 11771)

[yun.] 1. Makedoniyalı İskəndərin Şərqi istilasından sonra başlanan qarışıq yunan-Şərq mədəniyyətinin çiçəklənməsi dövrü. Tarixçilər Makedoniyalı Iskəndərin hakimiyyət illərindən başlayaraq imperatorluğun xərabələri...

ELLİNQ (ID - 11772)

[holl.] xüs. Gəmi qayırmaq və ya təmir etmək üçün qurğu.

ELLİNLƏR (ID - 11773)

[yun.] Qədim yunanların özlərinə verdikləri ad. Ellinlərin əcdadı əfsanəvi Ellin hesab olunur.

ELLİPS, ELLİPSİS (ID - 11774)

[yun. elleipsis - qüsur]
riyaz. Konus, ya silindrin müstəvi ilə kəsişməsindən hasil olan qapalı əyri xətt. // Bir cismin bu qapalı əyri xətti xatırladan çevrəsi.
2. dilç. Cümlədə, asanlıqla anlaşılan sözün buraxılmasından...

ELLİPSOİD (ID - 11775)

[yun.] riyaz. Ellipsin öz oxlarından birinin ətrafında fırlanması nəticəsində hasil olan səth.

ELLİPTİK (ID - 11776)

sif [yun.] 1. Ellipsə oxşar, ellips kimi, ellips şəklində. Cismin elliptik şəkli.
2. dilç. Cümlədə asanlıqla anlaşılan sözün buraxılmasına əsaslanan. Elliptik cümlə.

ELM (ID - 11777)

is. [ər.] Təbiət və cəmiyyətin inkişafındakı qanunauyğunluqları və obyektiv aləmə təsiri üsullarını meydana çıxaran biliklər sistemi və bu biliklərin ayrıca sahəsi. Kimya elmi. Riyaziyyat elmi. Texniki elmlər. Ictimai elmlər....

ELMİ (ID - 11778)

sif. [ər.] 1. Elmə aid, elmlə əlaqədar. Elmi əsər. Elmi fəaliyyət. Elmi kəşf. [Əhməd] məqalələr yazır, iclaslarda çıxış edir, elmi əsərlər üzərində çalışırdı. S.Rəhimov. [Murad] hər addımında rast gəldiyi, eşitdiyi,...

ELMİ-FANTASTİK (ID - 11779)

sif. Elmi əsaslar üzərində qurulmuş fantastikaya aid olan. Elmifantastik roman.

ELMİ-KÜTLƏVİ (ID - 11780)

sif. Elm və texnikanın nailiyyətləri ilə geniş oxucu kütləsini aydın və sadə bir dillə tanış edən. Elmi-kütləvi ədəbiyyat. Elmi-kütləvi mühazirələr.

ELMİLİK (ID - 11781)

is. Elmi olma, elmə əsaslanma, elmi mahiyyət daşıma. Nəticələrin elmiliyi. Sübutların elmiliyi.

ELMİ-NƏZƏRİ (ID - 11782)

sif. Həm elmi, həm nəzəri əhəmiyyəti olan, həm elmi, həm nəzəri mahiyyət daşıyan. Elmi-nəzəri məsələ. Elminəzəri konfrans.

ELMİ-POPULYAR (ID - 11783)

bax elmi-kütləvi.

ELMİ-TEXNİKİ (ID - 11784)

sif. Texniki elmlər sahəsinə aid olan. Elmi-texniki ədəbiyyat.

ELMİ-TƏTBİQİ (ID - 11785)

sif. Həm elmi, həm də tətbiqi əhəmiyyəti olan, həm elmdə, həm də praktikada tətbiq oluna bilən. Elmi-tətbiqi nəticə.

ELMLƏNDİRMƏ (ID - 11786)

"Elmləndirmək” dən f.is.

ELMLƏNDİRMƏK (ID - 11787)

f Elm öyrətmək, savadlandırmaq.

ELMLƏNMƏ (ID - 11788)

"Elmlənmək” dən f.is.

ELMLƏNMƏK (ID - 11789)

f Təhsil almaq, elm öyrənmək, savadlanmaq.

ELMLİ (ID - 11790)

sif. Təhsil görmüş, təhsil almış, təhsilli, oxumuş, ziyalı. Elmli qazıya şahid lazım deyil. (Ata. sözü). Qızıl Arslanı bu izdivacdan razı salacaq üçüncü səbəb Təliənin əqilli, ədəbli, elmli və həddindən artıq gözəl...

ELMSİZ (ID - 11791)

sif. Oxumamış, təhsilsiz, savadsız; cahil, avam. Heç yerdə tərəqqi eləməz elmsiz insan; Bibəhrə olur gər su verilməzsə nihalə. Ə.Vahid.

ELMSİZLİK (ID - 11792)

is. Təhsilsizlik, savadsızlıq, cəhalət. Çünki ümumi Vətən, millət işlərində elmsizlik bizi ayaq altına verir. N.Nərimanov. Millətin yüz minlərlə oğul və qızlarını ehtiyac, zülm və elmsizlik çəngəlindən qurtarmadan milli...

EL-OBA (ID - 11793)

top. Camaat, el, xalq. Əziziyəm, can sənə; Gəl kəsim qurban sənə; Nə sirdir, qalıbdır; El-oba heyran sənə? (Bayatı). Eloba Nəbini öz gözünün didəsi kimi qoruyub saxlasa da, Sarımsaqoğlu kimi şeytan-şuğul bu qızıl vədindən...

ELSİZ-OBASIZ (ID - 11794)

sif. Yurdu, məskəni olmayan. Dilənçi Nurəddinin titrəməsini görüb dedi: - Məndən qorxma, oğlum, mən də elsiz-obasız bir dilənçiyəm. S.S.Axundov.

ELTİ (ID - 11795)

is. Qardaş arvadlarının bir-birinə olan qohumluq münasibəti, qayınxatın. [Şərəfnisə:] Nəyi gizlətmişəm, ay elti? M.Hüseyn.

ELTÖKƏN (ID - 11796)

is. məh. Dağdan köçənə yaxın başlanan güclü yağış.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed