İzahlı lüğət

ETAJER(KA) (ID - 12047)

[fr.] Dirəklər üstündə duran rəflərdən ibarət mebel növü. Bir tərəfdə qoyulub kitab qəfəsəsi (etajerka), üstə kitablar, yanında bir dənə sandalya. C.Məmmədquluzadə. Akif.. etajerkadan kitab götürərək oxumağa başlayır....

ETALON (ID - 12048)

[fr.] Müəyyən edilmiş ölçü vahidinin dəqiq nümunəsi. // İşlənməkdə olan ölçü alətlərini yoxlamaq üçün ən dəqiq ölçü nümunəsi; əyar. Metrin etalonu. - Təhvil verilən pambığın sortunu qəbuledicilər etalon əsasında...

ETAN (ID - 12049)

[yun.] kim. İşıq və neft qazlarında olan rəngsiz, yanar qaz.

ETDİRİLMƏ (ID - 12050)

“Etdirilmək” dən fis.

ETDİRİLMƏK (ID - 12051)

“Etmək” dən məch. ..Kinoların qabağına nümayiş etdirilən filmlərin şəkilləri vurulmuşdu. M.İbrahimov.

ETDİRMƏK (ID - 12052)

icb. Etməyə məcbur etmək.

ETERNİT (ID - 12053)

[lat.] xüs. Asbest və sement qarışığından hazırlanan süni şifer. Eternit və yaxud asbest ilə sementdən hazırlanmış kirəmit .. xüsusi zavodlarda presləmək üsulu ilə nazik vərəqələr (4 mm) halında hazırlanır ki, bunlar damları...

ETİBAR (ID - 12054)

is. [ər.] 1. Bir şəxsin ixlasına, sədaqətinə, səmimiyyətinə, doğruluğuna, düzgünlüyünə inam, etimad, əmniyyət və bunlara əsaslanan münasibət. Insan oğlu can verər pərvanə tək atəşlərə; Düz sözün, düz ilqarın, düz...

ETİBARƏN (ID - 12055)

zərfi [ər.] Başlayaraq, sayılmaq surəti ilə. Martdan etibarən. O gündən etibarən. - Mollaxanadan qovulan gündən etibarən uşaq fikrini quşbazlıq, tazıbazlıq, xoruzbazlıq və bu kimi işlərə verərdi. H.Sarabski. Xəlil qət etdi ki,...

ETİBARLI (ID - 12056)

sif. 1. Etibar edilməyə layiq olan, etibarı olan, inanılacaq, etimad ediləcək, sədaqətli, vəfalı. // Şübhə doğurmayan, həqiqi, dürüst. Etibarlı mənbələrdən alınan məlumat. Etibarı olan, hörmətli, nüfuzlu, adlısanlı. Etibarlı...

ETİBARLILIQ (ID - 12057)

is. 1. Sədaqətlilik, səmimilik, doğruluq, düzgünlük, inamlılıq.
2. Möhkəmlik, davamlılıq. Kontakt birləşmələri elektrik aparatlarının çox məsul hissələri sayılır və aparatların işdə etibarlılığı onların konstruksiya...

ETİBARNAMƏ (ID - 12058)

is. [ər. etibar və fars. ...namə] Bir şəxsin və ya idarənin adından iş görmək üçün verilən rəsmi kağız, sənəd. Etibarnamə ilə kassadan pul almaq. - Körpüdə taxtanı buraxmaq üçün etibarnamə istəyirdilər. Mir Cəlal.

ETİBARSIZ (ID - 12059)

sif 1. Etibarı olmayan. Etibarsız yoldaş. Etibarsız dost. - Etibarı kəsib, etibarsız yar; Əl qaldırıb, özgə yara yalvarar. “Lətif şah”. □ Etibarsız çıxmaq - verdiyi sözdən, vədədən qaçmaq, vəfasızlıq göstərmək.
Etibara,...

ETİBARSIZLIQ (ID - 12060)

is. Etibar, etimad olmadığı hal, vəziyyət. Kuyində bu etibarsızlıq; Bəsdir məni-mübtəlayi-zarə. Əmani.

ETİDAL (ID - 12061)

is. [ər.] 1. Mötədillik, mülayimlik, orta halda olma; tam lazım olduğu dərəcədə, həddə olma.
Soyuqqanlılıq, sakitlik, təmkin. Nizami və Fəxrəddinə göstərilən bu qədər səmimi münasibət Qətibənin əsəblərinə toxunsa...

ETİKA (ID - 12062)

[yun. ethika, ethos - adət, xasiyyət] 1. İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Materialist etika. Hegel etikası.
2. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın...

ETİKET (ID - 12063)

[fr.] Malın, eksponatın və s.-nin üstünə yapışdırılan, üzərində onun adı, qiyməti və s. olan; yarlıq.

ETİKETLƏMƏ (ID - 12064)

“Etiketləmək” dən f.is.

ETİKETLƏMƏK (ID - 12065)

f Mala etiket vurmaq.

ETİKETLƏNMƏ (ID - 12066)

“Etiketlənmək” dən f.is.

ETİKETLƏNMƏK (ID - 12067)

məch. Mala etiket vurulmaq.

ETİQAD (ID - 12068)

is. [ər.] 1. Bir şeyə qəlbən və möhkəm inanma, inam. [Dilarada] ədalətin, haqqın qələbə çalacağına möhkəm bir etiqad vardı!.. M.İbrahimov. // Əqidə, qənaət, fikir. ..Bizim camaatın arasında bu etiqad var idi ki, rus həkimləri...

ETİQADCA (ID - 12069)

zərf Etiqada görə, əqidəcə, məsləkcə, məzhəbcə.

ETİQADLA (ID - 12070)

zərf Möhkəm inamla. Fərhadoğlu istəyirdi ki, dərin etiqadla işdəngücdən yapışan gəncliyə qarışsın. S.Rəhimov. Ibrahim Məşədi bəyin sakit axan gözlərində qığılcıma bənzər bir şey yandığını görəndə bu sözləri necə...

ETİQADLI (ID - 12071)

sif. Bir şeyə etiqadı olan, möhkəm əqidəli, məsləkli. Etiqadlı adam.

ETİQADSIZ (ID - 12072)

sif Etiqadı olmayan, heç bir şeyə inanmayan. Etiqadsız adam.

ETİQADSIZLIQ (ID - 12073)

is. Heç bir şeyə inanmama, etiqadı olmama; inamsızlıq.

ETİ (ID - 12074)

L [yun. aith(er) - hava və hyle - maddə] kim. Bir çox üzvi birləşmələrin tərkibinə daxil olan karbon və hidrogen atomları qrupu.

ETİLA (ID - 12075)

[ər.] tənt. klas. Yüksəlmə, ucalma; yüksəklərə qalxma, yüksəliş; tərəqqi. Mən bu sözlərimlə nə dedim bilsən: - Çırpın üfüqlərə, uç etilaya! S.Vurğun.

ETİLEN (ID - 12076)

[əsli yun.] bax etil kim. Tərkibi karbon və hidrogendən ibarət olan rəngsiz yanıcı qaz.

ETİMAD (ID - 12077)

is. [ər.] Etibar, inam, inanma. Iqbalıma yoxdur etimadım; Müşkül görünür mənim muradım. Füzuli. Sən o deyilmidin, dedin: - Var bizim ittihadımız? Mən də, yadında var, dedim: - Yox buna etimadımız. M.Ə.Sabir. □ Etimad etmək - inanmaq,...

ETİMADKAR (ID - 12078)

bax etimadverici. Xanımın şirin və etimadkar səsi mərsiyəxanın mühakimələrinə qələbə çalmağa başladı. Çəmənzəminli.

ETİMADLI (ID - 12079)

sif Etibarlı, inanılan, bel bağlanıla bilən, sədaqətli. Etimadlı adam. Məktub Zahir Bəlxinin ən etimadlı qulamı olan Bəsirə tapşırıldı. M.S.Ordubadi. Professorun hərarətli və etimadlı danışığı hamının diqqətini cəlb etmişdi....

ETİMADNAMƏ (ID - 12080)

is. [ər. etimad və fars. ...namə] Bir dövlətin nümayəndəsinin başqa dövlət yanında səfir olduğunu təsdiq edən sənəd. Yeni səfir etimadnaməsini təqdim etdi.

ETİMADSIZ (ID - 12081)

sif. 1. İnanıla bilməyən, bel bağlanıla bilməyən, etibarsız. Etimadsız adam.
2. Şübhə ifadə edən. Müəllimin daha saralmış və gözəl biçimli dodaqlarında etimadsız və şübhəli bir təbəssüm gəzirdi. Ə.Vəliyev.

ETİMADSIZLIQ (ID - 12082)

is. Etimad etməmə, ürək qızdırmama; etibarsızlıq, inamsızlıq.
Bu baxış .. bir etimadsızlıq demək idi. M.S.Ordubadi.

ETİMADVERİCİ (ID - 12083)

sif. İnandırıcı, ümidverici, inamlı, etibarlı. Xanın vəziyyəti məclisi də kiriməyə məcbur etdi. Dərin sükutu Vaqifin yumşaq, lakin etimadverici səsi pozdu. Çəmənzəminli.

ETİMOLOGİYA (ID - 12084)

[yun. etymon - həqiqət və logos - elm] dilç. 1. Dilçiliyin, sözlərin qohumluq əlaqələri və mənşəyindən bəhs edən şöbəsi.
2. Sözün mənşəyi və onun eyni dildə, yaxud başqa dillərdəki sözlərlə qohumluq münasibəti....

ETİMOLOJİ (ID - 12085)

sif. [yun.] Etimologiyaya aid. Etimoloji lüğət. Sözün etimoloji təhlili.

ETİMOLOQ (ID - 12086)

[yun.] dilç. Etimologiya mütəxəssisi.

ETİNA (ID - 12087)

is. [ər.] Artıq diqqət yetirmə, əhəmiyyət vermə, sayma. □ Etina etmək (eləmək, qılmaq) - saymaq, əhəmiyyət vermək, diqqət yetirmək, fikir vermək. Yeməyə, içməyə etina qılmır; Heç alnının qırışığı açılmır. A.Səhhət....

ETİNASIZ (ID - 12088)

zərfi Saymazcasına, saymazyana, fikir vermədən, diqqət yetirmədən, əhəmiyyət vermədən. Etinasız danışmaq. Etinasız cavab vermək. - Qadın olduqca vüqarlı və etinasız bir surətdə gedir və Fəxrəddinin onu təqib edib-etməməsinə...

ETİNASIZCA(SINA) (ID - 12089)

zərfi Saymadan, əhəmiyyət vermədən, etina etmədən, laqeydcəsinə. Qara və yorğa atlı bir cavan, atını lap qabaqda və etinasızca sürürdü. Ə.Vəliyev.

ETİNASIZLIQ (ID - 12090)

is. Diqqətsizlik, hörmətsizlik, sayğısızlıq; saymamazlıq, fikir verməmə, əhəmiyyət verməmə. Etinasızlıq etmək. Etinasızlıq göstərmək. - Nina bu etinasızlığın zəminəsini çoxdan bəri mənə xəbər vermişdi. M.S.Ordubadi....

ETİOLOGİYA (ID - 12091)

[yun. aitia - səbəb və logos elm] tib. 1. Xəstəliyin törənməsi səbəbləri və şəraitindən bəhs edən elm.
2. Hər hansı bir xəstəliyi törədən səbəblər. Xəstəliyin etiologiyası bəlli deyildir.

ETİOLOJİ (ID - 12092)

sif. [yun.] tib. Etiologiyaya aid, etiologiya ilə bağlı olan. Etioloji məlumat.

ETİRAF (ID - 12093)

is. [ər.] Öz qüsur və nöqsanını, az-çox özünün günahı olan bir şeyi inkar etməyib, qəbul etmə, təsdiq etmə, boynuna alma. Yüz şükr ki, yox sənə xilafım; Insafım var, var etirafım. Füzuli. Qadının etirafı və yaxud təsdiqi...

ETİRAZ (ID - 12094)

is. [ər.] Bir fikri, təklifi, qərarı və ya hərəkəti qəbul etməyərək onun əleyhinə çıxma, qəti narazılığını bildirmə. Özündən qıl riyanı tərk, əgər vardır hünər səndə; Deyil əhli-riyayə etirazın bir hünər, vaiz....

ETMƏ (ID - 12095)

“Etmək” dən fis.

ETMƏK (ID - 12096)

f. 1. Bir işi yerinə yetirmək, əmələ gətirmək, görmək, eləmək. Qurbani der: könlüm bundan sayrıdır; Nə etmişəm yarım məndən ayrıdır? Qurbani. [Mehriban] buna baxmayaraq, soyuqqanlılıqla cavab verdi: - Necə istəyirsiniz, ediniz!.....

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed