İzahlı lüğət

ELEKTRİKLİ (ID - 11697)

sif. fiz. Elektrikləşdirilmiş, elektrik yükü olan. Elektrikli cisim. Elektrikli naqil.

ELEKTROAPARAT (ID - 11698)

tex. Elektriklə işləyən cihaz, elektrik aparatı.

ELEKTROBUCURQAD (ID - 11699)

tex. Elektriklə işləyən bucurqad.

ELEKTROBUCURQADÇI (ID - 11700)

is. xüs. Elektrobucurqadda işləyən fəhlə.

ELEKTROBÜR (ID - 11701)

[rus.] tex. Neft və s. quyuları qazımaq üçün elektrikli mühərriki olan buruq maşını. ..Mühəndislərin ixtira etdiyi elektrobur qazımada yüksək məhsuldarlıq nümunəsi göstərdi. S.Quliyev.

ELEKTROD (ID - 11702)

[yun. elektron və hodos yol] fiz. Elektrik cərəyanını maye və qazların içinə daxil etmək üçün lövhəcik, şar və s. şəklində keçirici. Müsbət elektrod (anod). Mənfi elektrod (katod). Rentgen borucuqları elektrodu.

ELEKTRODİNAMIK (ID - 11703)

sif. [yun.] fiz. Elektrodinamika hadisələrinə aid olan. Elektrodinamik sahə.

ELEKTRODİNAMİKA (ID - 11704)

[yun.] Fizikanın elektrik yüklərinin qarşılıqlı təsirindən və hərəkətindən bəhs edən şöbəsi.

ELEKTROFİZİOLOGİYA (ID - 11705)

[bax elektro və fiziologiya] Fiziologiyanın elektrik hadisələrinin orqanizmə təsirini öyrənməklə məşğul olan bölməsi.

ELEKTROXOD (ID - 11706)

[rus.] Elektrik mühərriki ilə işləyən gəmi.

ELEKTROKARDİOQRAF (ID - 11707)

[bax elektro və kardioqraf] Ürək əzələlərinin fəaliyyəti zamanı onda əmələ gələn elektrik impulslarını qeyd edən elektrik cihazı.

ELEKTROKARDİOQRAFİYA (ID - 11708)

[bax elektro və kardioqrafiya] Ürək əzələlərinin fəaliyyəti zamanı onda əmələ gələn elektrik impulslarının qrafik qeyd olunması ilə ürəyin fizioloji xassələrini yoxlama üsulu.

ELEKTROKARDİOQRAM (ID - 11709)

[bax elektro və kardioqram] Elektrokardioqraf cihazı vasitəsilə ürəyin fəaliyyətinin qrafık təsviri.

ELEKTROKİMYA (ID - 11710)

[yun. elektron və ər. kimya] Fiziki kimyanın elektrik prosesləri ilə kimyəvi proseslər arasındakı əlaqəni öyrənən şöbəsi.

ELEKTROKİMYƏVİ (ID - 11711)

sif. [yun. elektron və ər. kimyəvi] Elektrokimyadan istifadə ilə bağlı olan. Elektrokimyəvi təhlil. Elektrokimyəvi üsul.

ELEKTROLİT (ID - 11712)

[yun. elektron və lutos həll olunmuş] İçərisindən elektrik cərəyanı keçdikdə, öz tərkib hissələrinə ayrılan kimyəvi maddə.

ELEKTROLİTIK (ID - 11713)

sif [yun. elektron və lutos-dan] kim. Elektrolizə aid olan, elektrolizlə əlaqədar olan. Elektrolitik üsul. // Elektroliz yolu ilə alınan. Elektrolitik dəmir (mis).

ELEKTROLİZ (ID - 11714)

[yun. elektron və lusis həll etmə] kim. Maddənin içindən elektrik cərəyanı keçdikdə onun öz tərkib hissələrinə və elektrodlara ayrılması prosesi.

ELEKTROMAQNETİZM (ID - 11715)

[bax elektro və maqnit] fiz. Elektrik axımının əmələ gətirdiyi maqnit hadisələri.

ELEKTROMAQNİT (ID - 11716)

[bax elektro və maqnit] 1. İçərisindən elektrik cərəyanı axan maqnitləndirici məftillər sarınmış dəmir oxdan ibarət cihaz.
2. sif. Elektromaqnetizmə aid olan. Elektromaqnit nəzəriyyəsi. Elektromaqnit dalğalar. // Elektromaqnit...

ELEKTROMAŞIN (ID - 11717)

[bax elektro və maşın] Elektrik maşını (elektrik enerjisi hasil edən, yaxud onu mexaniki enerjiyə çevirən maşın).

ELEKTROMEXANİKA (ID - 11718)

[bax elektro və mexanika] Elektrotexnikanın, elektrik qüvvəsi ilə işləyən mühərriklərin, maşınların, mexanizmlərin qayrılması və işlənməsi üsullarından bəhs edən şöbəsi.

ELEKTROMEXANİKİ (ID - 11719)

sif [yun. elektron və mechanika-dan] Elektrik və mexaniki təsirə əsaslanan. Metalların elektromexaniki işlənməsi.

ELEKTROMETALLURGİYA (ID - 11720)

[bax elektro və metallurgiya] Metallurgiyanın elektrik enerjisi vasitəsilə metallar və müxtəlif ərintilər istehsalı ilə məşğul olan sahəsi.

ELEKTROMETR (ID - 11721)

[yun. elektron və metreo - ölçürəm] fiz. Elektrik gərginliyini, elektrik potensialını ölçmək üçün cihaz.

ELEKTROMETRIK (ID - 11722)

sif. [yun. elektron və metreo-dan] fiz. Elektrometriyaya aid olan.

ELEKTROMETRİYA (ID - 11723)

[yun. elektron və metreo] fiz. Elektrik vasitəsilə ölçmə üsul və metodları.

ELEKTROMONTAJ (ID - 11724)

[bax elektro və montaj] tex. 1. Elektrik avadanlığının, elektrik qurğularının montajı (quraşdırılması).
2. sif. Elektromontaja aid olan. Elektromontaj briqadası. Elektromontaj sexi.

ELEKTROMONTAJÇI (ID - 11725)

is. Elektromontaj mütəxəssisi.

ELEKTROMONTYOR (ID - 11726)

[bax elektro və montyor] Elektrik avadanlığına xidmət edən, bu avadanlığı yığma, qurma və təmir işləri ilə məşğul olan ixtisaslı fəhlə.

ELEKTROMOTOR (ID - 11727)

[bax elektro və motor] Elektrik mühərriki.

ELEKTRON1 (ID - 11728)

[yun.] 1. Maddənin mənfi elektrik yükü olan ən kiçik zərrəciyi.
sif Elektronla, elektron tətbiqi ilə bağlı olan. Elektron mikroskop. Elektron avtomatika. Elektron hesablama maşını.

ELEKTRON2 (ID - 11729)

[yun.] 1. Çox möhkəm və plastiklik xassəsinə malik olan alüminiumla maqnium ərintisi.
sif. Elektrondan qayrılmış, elektronlu. Elektron bombası.

ELEKTRONİKA (ID - 11730)

[yun.] Fizikanın, qazlarda, boşluqlarda, bərk cisimlərdə elektron proseslərini tədqiq edən şöbəsi. // Elm və texnikanın müxtəlif qurğularda və s.-də elektron və yarımkeçirici cihazlardan istifadə nəzəriyyə və üsullarında öyrənən...

ELEKTROOPTİKA (ID - 11731)

[bax elektro və optika] Fizikanın, elektrikin maddələrin optik xassələrinə təsirindən bəhs edən şöbəsi.

ELEKTROSKOP (ID - 11732)

[yun. elektron və skopeo
baxıram] Bir cisimdə elektrik yükünün olub-olmadığını yoxlamaq üçün cihaz.

ELEKTROSTANSİYA (ID - 11733)

[bax elektro və stansiya] Energiyanın başqa növlərindən elektrik enerjisi istehsal edən müəssisə. Atom elektrik stansiyası. Su-elektrik stansiyası.

ELEKTROSTATİKA (ID - 11734)

[bax elektro və statika] Fizikanın elektrikin, elektrikləşmiş cisimlərin nisbətən hərəkətsiz halda xassələrini öyrənən şöbəsi. Hərəkət etməyən elektrik yüklərinin qarşılıqlı elektrik təsirini və onların tarazlıq şərtlərini...

ELEKTROTEXNİK (ID - 11735)

[b ax elektro və texnik] Elektrotexnika mütəxəssisi.

ELEKTROTEXNİKA (ID - 11736)

[bax elektro və texnika] Elektrik enerjisinin tətbiqi haqqında elm, həmçinin texnikanın elektrik enerjisindən praktiki məqsədlər üçün istifadə edən şöbəsi.

ELEKTROTEXNİKI (ID - 11737)

sif. [yun. elektron və technike-dən] Elektrotexnikanın tətbiqi və ya ondan istifadə ilə bağlı olan. Elektrotexniki avadanlıq.

ELEKTROVOZ (ID - 11738)

[rus.] tex. Elektrik qüvvəsi ilə işləyən lokomotiv. Elektrovoz istehsalı.

ELEMENT (ID - 11739)

[lat.] 1. kim. Adi kimyəvi üsullarla öz tərkib hissələrinə ayrıla bilməyən, digər mürəkkəb maddələrin isə tərkib hissəsi olan bəsit maddə. Mendeleyevin elementlərin dövri sistemi. - Yerin təkində bəzi mədənlər bir-birindən...

ELEMENTAR (ID - 11740)

sif. 1. İbtidai, başlanğıc, bir
şeyin ancaq əsaslarına aid olan. Elementar cəbr. Elementar riyaziyyat. Ən sadə, ən bəsit, ibtidai. Elementar məsələ. Ən elementar şeyi bilmir. Ən vacib, ən lazımlı, əsas. Elementar şərait. ...

ELEMENTARLIQ (ID - 11741)

is. Bəsitlik, sadəlik, ibtidailik.

ELEVATOR (ID - 11742)

[lat.] 1. Böyük taxıl tədarükü məntəqələrində, dəmiryol stansiyalarında, limanlarda və s.-də tikilən, taxılı qaldırmaq, qurutmaq, saxlamaq üçün müvafiq qurğuları olan çox böyük anbar. Taxılı saxlamaq üçün ən yararlı...

ELƏ (ID - 11743)

əvəz. 1. O cur, o təhər, o sayaq. Elə söz demək olmaz. Elə sözlər danışma. - ..Şəxs gərək elə bir iş tutsun ki, onu bacarıb yerinə yetirməyə qabiliyyəti olsun. C.Məmmədquluzadə. Gəl elə kişnəmə, saqın, kəhərim! R.Rza....

ELƏCƏ (ID - 11744)

zərf Olduğu kimi, dəyişmədən, necə varsa, elə. Zeynal bayaqdan bəri qabağındakı nimçədə doğramaq istədiyi bir parça əti eləcə qoyub əlindəki .. bıçağı yerə buraxdı. S.Hüseyn. // “də” ədatı ilə bağlayıcı mənasında...

ELƏLİK (ID - 11745)

is. Hal, vəziyyət, xasiyyət bildirir. [Kosaoğlu:] Eləliyinə baxma, şuluq uşaqdır. İ.Şıxlı.

ELƏMƏK (ID - 11746)

“Etmək” felinin üslubi variantı. Məclisi alud elər; Zülflərinin hər burması. Molla Cümə. Elə, Heyran, bu şükri nə qədər ömrün var. Heyran xanım. ...Atam heç şəhərli də deyil idi ki, bəylərə bazarlıq eləyəeləyə (z.)...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed