EYMƏNMƏK (ID - 12197) f. Qorxmaq, vahiməyə düşmək, xoflanmaq. Qaranlıqdan eymənmək. [Yazgül:] Ay ana, mən də eyməndim, bəlkə xoxanmış. Ə.Məmmədxanlı. Əhməd ətrafına baxdıqca minlərcə insan görür kimi eymənirdi. Ə.Vəliyev.
|
EYN (ID - 12198)is. [ər.] klas. Göz. Axdı eynim yaşı, döndü sellərə; Yar içən sulara qarışdımı ola? Aşıq Dilqəm. Müddətdir eynindən cida düşmüşəm; Həsrətini çəkər hər zaman Pəri! Aşıq Pəri. ..[Qəhrəman] düşündükcə ötən günləri...
|
EYNƏK (ID - 12199)[ər. eyn və fars. ...ək] bax gözlük. [Yarməmməd] gözünə eynək taxıb stolun dalında oturmuşdu. M.İbrahimov. Tahir sümük çərçivəli eynək taxmış ucaboy, buğdayısifət, qıvrımsaç alimi yaxşı xatırlayırdı. M.Hüseyn. ..Sonanın...
|
EYNƏKÇİ (ID - 12200)bax gözlükçü.
|
EYNƏKLİ (ID - 12201)sif Gözlüklü, gözlük taxmış. Eynəkli adam. - ..Görürsən müsəlmanlar yığışıblar bir dükanın qabağına və qulaq asırlar, ortada bir gözü eynəkli şəxs əlində bir kağız tutub oxuyur. C.Məmmədquluzadə.
|
EYNƏN (ID - 12202)[ər.] bax eyni ilə (“eyni”də). Sonra Dəmirovun xəyalında həkim məntəqələri eynən canlanırdı. S.Rəhimov. Bu hinin yastı damında eynən mənim vurduğuma bənzər iki göyərçin gəzinir. M.Rzaquluzadə.
|
EYNİ (ID - 12203)sif Bir-birinə tamamilə oxşar, bir cür, tam bənzər; oxşarı, tayı, bənzəri, tamamilə özü. Qarı qollarını çırmalayıb, Məlik vəzirin arvadını doğuzdurdu, gördü ki, bu bir oğlan doğdu ki, eyni Yusifi-Kənan. (Nağıl). Sən varlığın...
|
EYNİADLI (ID - 12204)sif. Başqası ilə eyni adı daşıyan, eyni adı olan. Eyniadlı romanın motivləri əsasında çəkilmiş film. Eyniadlı şəhərlər.
|
EYNİADLILIQ (ID - 12205)is. Eyni adda olma, eyni adı daşıma. Bir şəhərdə küçələrin eyniadlılığı böyük çətinliklərə səbəb olur.
|
EYNİBİÇİMLİ (ID - 12206) sif. Bir biçimdə olan, bir cür. Eynibiçimli paltar.
|
EYNİBİÇİMLİLİK (ID - 12207)is. Bir biçimdə, bir ölçüdə olma.
|
EYNİCİNSLİ (ID - 12208) sif Bir cinsə mənsub olan, eyni cinsdən olan. Eynicinsli mallar. Eynicinsli maddələr.
|
EYNİXASİYYƏTLİ (ID - 12209) sif. Başqası ilə eyni xasiyyətdə olan, xasiyyətcə oxşar, bir cür, eyni. Eynixasiyyətli cisimlər.
|
EYNİQİYMƏTLİ (ID - 12210) sif Bir qiymətdə, başqası ilə eyni qiymətdə olan. Eyniqiymətli şey.
|
EYNİQİYMƏTLİLİK (ID - 12211)is. Bir qiymətdə, başqası ilə eyni qiymətdə olma.
|
EYNİLƏŞDİRİLMƏ (ID - 12212)“Eyniləşdirilmək” dən f.is.
|
EYNİLƏŞDİRİLMƏK (ID - 12213)məch. Eyni şey hesab edilmək, tamamilə oxşadılmaq, bərabər tutulmaq.
|
EYNİLƏŞDİRMƏ (ID - 12214)"Eyniləşdirmək” dən f.is.
|
EYNİLƏŞDİRMƏK (ID - 12215)f Eyni şey hesab etmək, tamamilə oxşatmaq, bənzətmək, bərabər tutmaq. Məfhumları eyniləşdirmək.
|
EYNİLƏŞMƏ (ID - 12216)“Eyniləşmək” dən f.is.
|
EYNİLƏŞMƏK (ID - 12217)f. Tamamilə oxşamaq, bənzəmək, bir cür olmaq, eyni şəkil, eyni forma almaq.
|
EYNİLİK (ID - 12218)is. Tamamilə oxşarlıq, tamamilə bənzərlik, bir-birinin eyni olma. Görüşlərin eyniliyi. - Lakin yelləncək sürətlə qalxıb-endikcə Veysin fikirlərində də elə bil eynilik artırdı. Ə.Əbülhəsən.
|
EYNİMƏ (ID - 12219)“Eynimək” dən f.is.
|
EYNİMƏK (ID - 12220)f məh. Yaxşılaşmaq, əmələ gəlmək. ..Gülqədəmi əməndən sonra uşaq əməlli-başlı eyniməyə başladı. Ə.Vəliyev.
|
EYNİMƏNALI (ID - 12221)sif Mənaca eyni olan, mənaları bir olan, başqası ilə bir mənada olan. Eynimənalı söz. Eynimənalı ifadə.
|
EYNİYAŞLI (ID - 12222) sif. Bir yaşda, eyni yaşda olan; yaşıd. Eyniyaşlı uşaqlar. Eyniyaşlı qızlar.
|
EYNİYAŞLILIQ (ID - 12223)is. Bir yaşda, eyni yaşda olma; yaşıdlıq.
|
EYNİYYƏT (ID - 12224)is. [ər.] 1. Tam oxşarlıq, tam bənzərlik; oxşayış, bənzəyiş, eynilik, bir şeyin digərinə eyni ilə müvafiq olması. Qəzet, kitabdan da gəlmişik cana; Eynidir cümlə də, eynidir söz də; Eyniyyət içində ürək bir yana; Vallahi,...
|
EYNİZAMANLILIQ (ID - 12225)is. Bir vaxtda, bir zamanda olma; bir vaxta, eyni vaxta düşmə (təsadüf etmə).
|
EYŞ (ID - 12226)is. [ər.] Kef, zövq-səfa, ləzzətli həyat. Dövlətliləriz, məqsədimiz eyşü səfadır; Mehmanlarımız büsbütün ərbabi-qinadır. M.Ə.Sabir. Yoxsullar boğulurkən; Bu qanlı, yaslı vayda; Xaqan dalmışdı eyşə; Bağlardakı sarayda....
|
EYŞ-İŞRƏT (ID - 12227) is. bax eyş (bəzən “və” bağlayıcısı ilə). Eyş-işrət məclisi. Eyşişrətdən başı ayılmır. - Güldü gül, açıldı nərgis, lalə doldu jalədən; Ey, xoş ol kim, eyşü-işrət etməyə əsbabı var. Füzuli. Naməlsəm məhəlləsinin...
|
EYŞ-İŞRƏTLİ (ID - 12228) sif. Eyş-işrət olan, kef çəkilən. Eyş-işrətli məclis.
|
EYVAY (ID - 12229)nida. 1. Kədər, ağrı, təəssüf kimi hissləri bildirir. Dedim: eyvay, halım yaman olubdur; Dedi: qəmdən belim kəman olubdur. Qurbani. Xabi-qəflətdən oyan, hay könül, hay könül; Könül, eyvay könül, vay könül, ey vay könül. Kişvəri....
|
EYVAH, EYVAH Kİ (ID - 12230) nida. Əfsus, heyhat, heyif (ki). Fərat aşdı başımdan və leyk mən təşnə; Yaxıbdır odlara, eyvah, aşiqanə məni. S.Ə.Şirvani. [Orxan:] Od-alov saçmadan qəhrəman Səlim; Eyvah, demək, son nəfəsimdir mənim. H.Cavid.
|
EYVAN (ID - 12231)is. Adətən evin, otağın, ya otaqların ön tərəfində, üstüörtülü, qabağı açıq balkon; seyvan. Məşuqə eyvanın bağa tərəf baxan küncünə gəlib gözləməyə başladı. S.Rəhimov. Həmin günün axşamı Pərşan öz evlərində...
|
EYVANLI (ID - 12232)sif Eyvanı olan. Eyvanlı ev.
Imamverdi |
EYVANSIZ (ID - 12233)sif Eyvanı olmayan. Eyvansız ev.
|
EYZƏN (ID - 12234)sif və zərf [ər.] Tamam, bütün, başdan-başa. Məcməidə düzülmüş, eyzən xuruş sərasər. M.Ə.Sabir. [Asya:] [Gülçöhrə] eyzən fikirdə, kefisiz, dinməz, yəqin burada bir hikmət vardır. Ü.Hacıbəyov. [Turac:] Kitabda yazılan sevgilərin...
|
EZAM (ID - 12235)is. [ər.] Xidməti və ya başqa bir iş üçün bir yerdən başqa yerə göndər(il)mə, yolla(n)ma. Katib uşağın adını yazdı, ona kağız verib maarifi komissarlığına, qəbul və ezam komisyonuna göndərdi. Mir Cəlal. Bu zaman Bəhram müxtəlifi...
|
EZAMİYYƏ (ID - 12236)[ər.] 1. Bax ezamiyyət. Ezamiyyə pulu. Ezamiyyə vərəqəsi.
2. Ezamiyyət kağızı (vəsiqəsi). |
EZAMİYYƏT (ID - 12237)is. [ər.] Xidməti və ya başqa bir işi, tapşırığı yerinə yetirmək üçün bir yerə ezam olunma, getmə. Ezamiyyətə getmək. Ezamiyyətdən qayıtmaq. - [Yunis] ərizə və ezamiyyət kağızını çıxarıb göstərdi. Mir Cəlal.
|
EZAMİYYƏTÇİ (ID - 12238)is. Xidməti bir iş üçün bir yerə göndərilmiş adam, ezamiyyətdə olan adam. [Almaz] gələn adamın .. ezamiyyətçi olduğuna inansa da, yenə baxırdı. Mir Cəlal.
|
EZOP (ID - 12239)Ezop dili [qədim yunan təmsilçisi Ezopun (Aisopos) adından] dilç. - üstüörtülü, müəmmalı, rəmzli dil. Ezop gedib, dili qalıb; Dünyanın min bir müşkülü qalıb. R.Rza.
|
Bu səhifə dəfə baxılıb