EL-ULUS (ID - 11797) top. Camaat, xalq, el. Muğana su gəlir, Milə su gəlir; Axışıb öz eli-ulusu gəlir. S.Vurğun. Axşamlar, ay axşamlar; Şamlar yanar axşamlar; El-ulus evdə yatar; Xodək harda axşamlar. (Bayatı).
|
EL-YURD (ID - 11798) is. El, vətən. [Babək:] Bizim elimiz-yurdumuz var, anacan, sənin də, mənim də böyük bir anamız var - Vətən! M.Rzaquluzadə.
|
EM (ID - 11799)“M” hərfinin adı.
|
EMAL (ID - 11800)is. [ər.] Müxtəlif əməliyyat vasitəsilə qayırma, hazırlama, düzəltmə, hazır şəklə salma. Dəri emalı. Ağac emalı. Boru emalı. □ Emal etmək - qayırmaq, hazırlamaq, düzəltmək, hazır şəklə salmaq.
|
EMALATXANA (ID - 11801)is. [ər. emalat və fars. ...xanə] 1. İstehsal və ya təmir müəssisəsi, habelə bu cür müəssisənin binası; karxana. Xarrat emalatxanası. Tikiş emalatxanası. [İmran:] Yoldaşlar, bu günlərdə burada böyük emalatxana açılacaq. Ə.Haqverdiyev....
|
EMALÇI (ID - 11802)is. Hazırlayan, emal edən, istehsal edən. Silos basdırıldıqdan sonra Budaq fermadakı süd maşınlarının yanına gələr, emalçılara yardım edər, inəklərin, qoyunların sağılıb, südün maşından keçirilməsində əlindən gələni...
|
EMALEDİCİ (ID - 11803)sif. Emal edən, hazırlayan, istehsal edən. Emaledici sənaye.
|
EMBARQO (ID - 11804)[isp.] hüq. Bir ölkəyə mal gətirilməsinin və ya oradan mal çıxarılmasının qadağan edilməsi. // Bir dövlətin, cəza tədbirləri olaraq, başqa dövlətlərə məxsus gəmilərinin və yüklərinin öz limanına girməsini, yaxud oradan...
|
EMBLEM (ID - 11805)[yun. emblema - nişan, qabarıq bəzək] Hər hansı bir anlayışı ifadə edən şərti əlamət, nişan, rəmz. Göyərçin sülh emblemidir.
|
EMBRİOLOGİYA (ID - 11806)[yun. embryon - rüşeym və logos - anlayış, elm] Biologiyanın rüşeymlərin (embrionların) inkişafından bəhs edən şöbəsi. Canlıların embrional inkişafından bəhs edən elmə embriologiya deyilir. M.Axundov.
|
EMBRİOLOJİ (ID - 11807)sif. [yun.] Embriologiyaya aid, embriologiyaya məxsus. Embrioloji tədqiqat.
|
EMBRİOLOQ (ID - 11808)[yun.] Embriologiya mütəxəssisi.
|
EMBRİON (ID - 11809)[yun.] bax rüşeym. Embrionun ana bətnində inkişafı.
|
EMBRİONAL (ID - 11810)sif. [yun.] biol. Embriona aid olan. Embrional dövr. Embrional inkişaf // Embrion (rüşeym) halında olan. Embrional hüceyrə.
|
EMFİZEMA (ID - 11811)[yun.] tib. 1. Bədənin bir yerində, ya toxumasında həddindən artıq hava, ya qaz yığılması. Dərialtı emfizema.
2. Ciyərlərin qeyri-normal böyüməsi, şişməsi. |
EMİSSAR (ID - 11812)[lat.] dipl. Hər hansı bir siyasi təşkilat və ya dövlət təşkilatı tərəfındən məxfi tapşırıqla başqa bir ölkəyə göndərilən şəxs.
sif. [lat.] mal. Emissiyaya aid. |
EMİSSİYA (ID - 11813)[lat.] mal. Qiymətli kağızlar və kağız pullar buraxılması.
|
EMOSİONAL (ID - 11814)sif. [fr.] 1. Emosiya ifadə edən, emosiya ilə dolu olan, həyəcanlı. Emosional nitq. - ..[S.Vurğunun] dili çox aydın, səlis, emosional və obrazlıdır. O.Sarıvəlli. ..Musiqi mədəniyyətinin yeni bir qələbəsi kimi qarşılanan “Yeddi...
|
EMOSİONALLIQ (ID - 11815)is. Həyəcanlılıq, təsirlilik, həyəcan oyatma, təsirləndirmə qabiliyyəti. Musiqinin emosionallığı.
|
EMOSİYA (ID - 11816)[fr. əsli lat.] Həyəcan, təəssürat.
|
EMPİRİK1 (ID - 11817) [yun. empeiria - təcrübə]
fəls. Empirizm (1-ci mənada) tərəfdarı. 2. Praktik işlə məşğul olan adam, empirizm (2-ci mənada) tərəfdarı. |
EMPİRİK2 (ID - 11818) |
EMPİRİKLİK (ID - 11819)is. Empirizmə əsaslanma, empirizm mahiyyəti daşıma, təcrübilik.
|
EMPİRİOKRITİK (ID - 11820)[yun.] fəls. Empiriokritisizm tərəfdarı.
|
EMPİRİOKRİTİSİZM (ID - 11821)[yun.] fəls. XIX əsrin axırlarında meydana çıxmış subyektiv idealist fəlsəfi cərəyan; maxizm. Empiriokritisizm həmçinin fizikada böhranla, fiziki idealizm məktəbi ilə bağlı olmuşdur. Neopozitivizm “antimetafizik” empiriokritisizmin...
|
EMPİRIZM (ID - 11822)[yun.] fəls. 1. İdrak üçün yalnız hissi qavrayışı, təcrübəni əsas hesab edən, nəzəri ümumiləşdirmələri qəbul etməyən fəlsəfi cərəyan. Empirizm ilə rasionalizm arasında əsas ziddiyyətlər.
2. sif. kit. Nəzəri cəhətin... |
EMÜLSİYA (ID - 11823)[fr. əsli lat.] xüs. 1. Bir mayenin başqa maye içərisində əriməyib qalan mikroskopik zərrələri.
2. Foto kağızı, ya lövhəcikləri üzərinə çəkilən fotokimyəvi şüalara həssas jelatin məhlulu. Emulsiya təbəqəsi. |
EMULSİYALAŞDIRILMA (ID - 11824)“Emulsiyalaşdırılmaq” dan f.is.
|
EMULSİYALAŞDIRILMAQ (ID - 11825)məch. xüs. Emulsiya halına salınmaq, yaxud üzərinə emulsiya çəkilmək.
|
EMULSİYALAŞDIRICI (ID - 11826) sif Emulsiya əmələ gətirən. Emulsiyalaşdırıcı maddə.
|
EMULSİYALAŞDIRMA (ID - 11827)“Emulsiyalaşdırmaq” dan f.is.
|
EMULSİYALAŞDIRMAQ (ID - 11828)f. xüs. Emulsiya halına salmaq, yaxud üzərinə emulsiya çəkmək.
|
EMULSİYALI (ID - 11829) sif xüs. Üzərinə emulsiya çəkilmiş. Qalın qatlı lövhələr vasitəsilə işıq hissəciklərinin, həmçinin “y” hissəciklərin də hərəkətini yazmaq mümkündür. Lakin sonuncu halda daha qalın emulsiyalı lövhələrdən istifadə...
|
ENDEMİK (ID - 11830) sif [yun.] xüs. Yerli, müəyyən
bir yerə xas olan. Endemik xəstəlik. Endemik bitkilər. |
ENDEMİYA (ID - 11831) [yun. ] xüs. İnfeksiyanın qalmasına səbəb olan müəyyən şərait nəticəsində bir yerdə yoluxucu xəstəliyin daim mövcud olması.
|
ENDİRİCİ (ID - 11832) sif. tex. Bir şeyi, yükü, ağırlığı və s.-ni aşağı endirən.
|
ENDİRİLMƏ (ID - 11833)“Endirilmək” dən f.is.
|
ENDİRİLMƏK (ID - 11834)məch. Aşağı salınmaq, düşürülmək. Yuxarıya qoyulmuş qırmızı stol salonun qabaq tərəfinə endirildi. S.Rəhimov.
Quyuya kəmər endirildikdən sonra, o, xüsusi aqreqatlar vasitəsilə sementlənir. S.Quliyev. |
ENDİRİM (ID - 11835)bax eniş. Yolun endirimi.
|
ENDİRİMLİ (ID - 11836)bax enişli.
|
ENDİRMƏ (ID - 11837)"Endirmək” dən f.is.
|
ENDİRMƏK (ID - 11838)f 1. Aşağı salmaq, düşürmək, yaxud enməsinə, aşağı düşməsinə kömək etmək. ..Söz var ki, dağa çıxardar, söz var ki, dağdan endirər. C.Məmmədquluzadə. Arvad ərini geyindirib, qolundan yapışıb, pilləkəndən endirib qayıtdı....
|
ENDOKARD(İ) (ID - 11839) [yun. endo və kardia ürək] anat. Ürək boşluğunu içəridən örtən qişa.
|
ENDOKARDIT (ID - 11840)[yun. endo-daxilində və kardia - ürək] tib. Endokardın (ürəyin daxili qişasının) iltihabı.
|
ENDOKRİN (ID - 11841)[yun. endo-daxilində və krino - ayırıram] fiziol. Daxili sekresiya vəziləri ilə bağlı olan. Endokrin xəstəliklər. Endokrin sistem anat. - endokrin vəzilər sistemi. Endokrin vəzilər anat. - daxili sekresiya vəziləri.
|
ENDOKRİNOLOGİYA (ID - 11842)[yun. endo-daxilində və krino-ayırıram və logos-elm] Daxili sekresiya vəzilərinin quruluş və vəzifələrini öyrənən elm. Eksperimental endokrinologiya.
|
ENDOKRİNOLOQ (ID - 11843)[yun. endo-daxilində və krino - ayırıram və logos-elm] Endokrinologiya mütəxəssisi.
|
ENDOQAMİYA (ID - 11844)[yun. endo - daxilində və gamos - nikah] etnoqr. Cəmiyyətin ilk inkişaf dövrlərində ancaq qohumundan, tayfasından, ictimai qrupu içərisindən evlənmək adəti.
|
ENDŞPİL (ID - 11845)[alm.] idm. Şahmat oyununun son mərhələsi.
|
ENERGETİK (ID - 11846)[yun.] Energetika mütəxəssisi, energetika sənayesi işçisi. Energetiklərin yeni nailiyyətləri.
|
Bu səhifə dəfə baxılıb