İzahlı lüğət

LİFLƏNMƏ (ID - 27279)

“Liflənmək” dən f.is.

LİFLƏNMƏK (ID - 27280)

qayıd. Liflə yuyunmaq, bədəninə lif sürtmək. Liflənib qurtarmaq.

LİFLİ (ID - 27281)

sif Tərkibində lif olan, liflərdən ibarət. Nazik lifli pambıq. Lifli parça. Lifli bitki.

LİFT (ID - 27282)

[ing. lift] Çoxmərtəbəli binalarda, şaxtalarda adam və yük qaldırıb-düşürmək üçün maşın. Təyyarəçi, mexanik və miniklər təyyarədən çıxıb liftə oturdular. Çəmənzəminli. Gəzə-gəzə restorana gedəndə də, liftə minib...

LİFTÇİ (ID - 27283)

is. Liftdə işləyən, lifti idarə edən adam.
s

LİXTER (ID - 27284)

is. [holl.] Yedəyə alınan yük gəmisi.

LİKÖR (ID - 27285)

[fr. liqueur] Tünd, şirin, ətirli spirtli içki. [Pişxidmət] ..Firəngistanın ən gözəl likörlərindən neçə növünü masanın üstünə qoydu. Ə.Haqverdiyev. [Qonaqlıqda] likör və qəhvə içilirdi. M.S.Ordubadi.

LİQA (ID - 27286)

LİQAF (ID - 27287)

is. Heyva və s. meyvələrin toxumunun üzərində olan yumşaq və ağ maddə.

LİQNİT (ID - 27288)

[lat.] Aşağı keyfiyyətli boz kömür.

LİQROİN (ID - 27289)

[fr.] Neft emalı zamanı alınan məhsullardan biri; neft spirti.

LİL1 (ID - 27290)

is. 1. Dənizin, gölün, çayın dibində olan mineral və ya üzvi hissəciklərdən ibarət çöküntü.
2. Bulanıq suların dibinə çökmüş qara, duru palçıq; lehmə, batlaq. Gəlinlərin balağı; Batır lilə, batlağa. A.Səhhət. Bu çay...

LİL2 (ID - 27291)

is. Yuyulmuş ağ paltarın rəngini qaytarıb təzələmək üçün ona vurulan göy boyaq; sinka. Suya lil qatmaq.

LİLİPÜT (ID - 27292)

[ingilis yazıçısı Sviftin “Qulliverin səyahəti” romanındakı əfsanəvi Liliputlar ölkəsinin balacaboylu sakinlərinin adından] Qeyri-normal, kiçikboylu adam; cırtdan. // məc. Çox kiçik həcmli şey haqqında.

LİLİPUTLUQ (ID - 27293)

is. Liliput adamın xüsusiyyəti, boyca kiçiklik, balacalıq; cırtdanlıq.

LİLLƏMƏ (ID - 27294)

“Lilləmək” dən f.is.

LİLLƏMƏK (ID - 27295)

f. Lil vurmaq, lilli suya salmaq; sinkalamaq. Paltarı lilləmək.

LİLLƏNDİRİLMƏ (ID - 27296)

"Lilləndirilmək” dən f.is. _

LİLLƏNDİRİLMƏK (ID - 27297)

məch. Bulandırılmaq, lilli edilmək. Su lilləndirilib.

LİLLƏNDİRMƏ (ID - 27298)

“Lilləndirmək” dən f.is.

LİLLƏNDİRMƏK (ID - 27299)

f. Duru suyu bulandırmaq, lilli etmək. Su axar, lilləndirər; Bağçanı gülləndirər; Dərdliyə söz deməyin; Dərd onu dilləndirər. (Bayatı)

LİLLƏNMƏ1 (ID - 27300)

“Lillənmək1’dən f.is.

LİLLƏNMƏ2 (ID - 27301)

“Lillənmək2” dən f.is.

LİLLƏNMƏK1 (ID - 27302)

f 1. Bulanmaq, bulanıq hala gəlmək. Gah köpüklənib lillənən, gah çılğın kimi dillənən; Bəzən sakit-sakit axıb; Gündüz kimi durulan Kür! R.Rza. Yağış yağar, sular daşar, dillənər; Ürək anar yenə keçən günləri. M.Dilbazi....

LİLLƏNMƏK2 (ID - 27303)

Lil vurulmaq, lilli suya salınmaq. Balışın üzü lillənib.

LİLLƏNMİŞ (ID - 27304)

f.sif. Lil vurulmuş, lilli suya salınmış. Lillənmiş köynək.

LİLLƏŞMƏ (ID - 27305)

“Lilləşmək” dən f.is.

LİLLƏŞMƏK (ID - 27306)

b ax lillənmək.

LİLLİ1 (ID - 27307)

sif. Lehməli, bulanıq, batlaqlı, palçıqlı, lil qarışıq. Lilli çay. Lilli göl. - Lilli gölmələri qurudan ellər; Kəhriz sularının gözündən içər. S.Vurğun. Bəlkə bu lilli sular axdı, heç durulmadı; Onu görmək bir daha mənə...

LİLLİ2 (ID - 27308)

sif. Lil vurulmuş; sinkalı. Lilli paltar.

LİLLİLİK (ID - 27309)

is. Lilli olma; lehməlilik, bulanıqlıq. Suyun lillilik dərəcəsi.

LİLPAR (ID - 27310)

is. bot. Sulu yerlərdə bitən yarpaqlı ot bitkisi. Çayın vadisi dərə boyu yamyaşıl bir zeh kimi uzanıb gedir və yuxarılarda gözdən itirdi. Qara bulaqların axarınca acı tərələr, lilparlar, yarpızlar bitmişdi. İ.Şıxlı.

LİMAN (ID - 27311)

[yun.] 1. Sahil boyunda qurunun tədricən çökdüyü yerlərdə dəniz suyunun geniş çay mənsəblərini basması nəticəsində əmələ gələn dayaz dəniz körfəzi. Əgər fiəhlələr sürətlə gedən katerə minsəydilər, Qara daşlarla liman...

LİMANÇI (ID - 27312)

is. Limanda işləyən adam, liman işçisi. Limançıların əmək müvəffəqiyyətləri.

LİMFA (ID - 27313)

[lat. lympha - təmiz su] fıziol. İnsan və onurğalı heyvan orqanizminin hüceyrəarası boşluqlarını dolduran, bütün toxuma və hüceyrələrinə qida daşıyan şəffaf maye. Limfa, qan kimiplazmadan (maye hissədən) və formalı elementlərdən...

LİMFATİK (ID - 27314)

sif. [lat.] Limfaya aid olan. Limfiatik sistem. Limfiatik vəzi.

LİMFOSİTLƏR (ID - 27315)

[lat. lympha - təmiz su və yun. kytos - hüceyrə] fıziol. İnsan və onurğalı heyvanların orqanizmində ağ qan hüceyrələri növlərindən biri.

LİMİT (ID - 27316)

[lat. limites - sərhəd] Bir şeyi işlətmək, bir şeydən istifadə etmək üçün icazə verilən norma, miqdar; son hədd. Kredit limiti. Limiti artırmaq.

LİMİTLƏMƏ (ID - 27317)

“Limitləmək” dən f.is.

LİMİTLƏMƏK (ID - 27318)

f. Limit, hədd, dərəcə təyin etmək, norma müəyyənləşdirmək.

LİMİTLƏNMƏ (ID - 27319)

“Limitlənmək” dən f.is.

LİMİTLƏNMƏK (ID - 27320)

f. Hər hansı bir şeyin işlədilməsinə hədd, dərəcə təyin edilmək, norma qoyulmaq.

LİMİTLƏŞDİRMƏ (ID - 27321)

“Limitləşdirmək” dən f.is.

LİMİTLƏŞDİRMƏK (ID - 27322)

f. Hər hansı bir şeyin işlənməsinə hədd, dərəcə təyin etmək, norma qoymaq. Aztapılan mallar limitləşdirilmişdir.

LİMİTLƏŞMƏ (ID - 27323)

“Limitləşmək” dən f.is.

LİMİTLƏŞMƏK (ID - 27324)

bax limitlənmək.

LİMON (ID - 27325)

is. [yun.] Subtropik yerlərdə bitən həmişəyaşıl sitrus ağacı və bu ağacın yumurtaşəkilli turşməzə, sarı meyvəsi. Çaya limon salmaq. Limon şirəsi. □ Limon rəngi açıq-sarı rəng. Limon rəngindəparça. - Qəhrəmanın rənginə...

LİMONAD (ID - 27326)

[fr.] Tərkibində limon və ya başqa meyvə şirəsi olan sərinlədici şirin içki. Limonad zavodu. Bir stəkan limonad içmək. Ələsgər dayı gedib yol üçün iki butulka limonad aldı. İ.Əfəndiyev.

LİMONÇU (ID - 27327)

is. Limon ağacı əkib-becərməklə məşğul olan adam, mütəxəssis.

LİMONÇULUQ (ID - 27328)

is. Limon əkib-becərməklə məşğul olma.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed