LÜTF (ID - 27529)is. [ər.] klas. İltifat, mərhəmət: mehribanlıq, yumşaqlıq; xoş, alicənab münasibət. Vaqifhaqdan dilər lütfü kərəmlər; Belə yerdə duran, vallah, vərəmlər. M.P.Vaqif. [Pərviz xan:] Mərhəmətiniz artıq, lütfünüz ziyad, sayəniz...
|
LÜTFƏN (ID - 27530)zərf [ər.] kit. “Lütf edin” , “zəhmət olmasa” , “zəhmət çəkin” , “xahiş edirəm” mənasında nəzakətlə müraciət ifadə edir. Lütfən oturunuz. Lütfən söyləyin. - [Student:] Bağışlayın, sizə zəhmət verirəm,...
|
LÜTFKAR (ID - 27531)is. [ər. lütf və fars. ...kar] Mərhəmətli, xeyirxah; adamlara iltifat göstərən, yaxşılıq edən. Lütfkar adam. - Pəridən xoşliqa, qılmandan əla; Məlayikdən gördüm lütfkar səni. “Lətif şah” . Mehriban, lütfkar, doğma bir...
|
LÜTFKARLIQ (ID - 27532)is. Lütfkar olma, iltifat etmə, mərhəmət göstərmə; xeyirxahlıq, iltifatlılıq. Lütfkarlıq göstərib, .. ayrıca otaq verən mehmanxana sahibəsi Nərgizin gözündə yüksəldi. B.Bayramov.
|
LÜTLƏMƏ (ID - 27533)“Lütləmək” dən f.is.
|
LÜTLƏMƏK (ID - 27534)f Tamamilə soyundurmaq, lüt etmək.
|
LÜTLƏNMƏ (ID - 27535)“Lütlənmək” dən f.is.
|
LÜTLƏNMƏK (ID - 27536)1. qayıd. Paltarını soyunub lüt olmaq.
2. Bax lütləşmək. Ağaclar getdikcə lütlənirdi. |
LÜTLƏŞMƏ (ID - 27537)“Lütləşmək” dən fis.
|
LÜTLƏŞMƏK (ID - 27538)f 1. Yarpaqları tökülmək, çılpaqlaşmaq (ağaclar haqqında). Payız fəsli ağaclar lütləşir. - Mirzə Valeh bu pəncərədən payız xəzanının gəldiyini, yaşıl ağacların lütləşdiyini həmişə seyr edirdi. S.Rəhimov. Ağaclar lütləşmiş...
|
LÜTLÜK (ID - 27539)is. 1. Çılpaqlıq.
məc. Bitkisizlik; yaşıllıqdan, bitkidən məhrumluq. Yamacların lütlüyü. məc. Yoxsulluq, kasıblıq. |
LÜT-MADƏRZAD (ID - 27540)sif. və zərf bax lümlüt.
|
LÜT-MÜT (ID - 27541)sif. dan. 1. Tamamilə lüt, çılpaq, lüt-üryan.
2. məc. top. Yoxsul, kasıb, səfil. Oxuyandan sonra bir qədər fikir edin. Ey mənim yolçu, dilənçi, lüt-müt qardaşlarım! C.Məmmədquluzadə. |
LÜT-ÜRYAN (ID - 27542)sif 1. Lüt-anadangəlmə, lümlüt. Məcidin göldə suyu şappıldadaşappıldada qol-qanad çalması, sonra da lütüryan (z.) çay qırağında oynaması Xırdanı lap darıxdırdı. S.Rəhimov. □ Lüt-üryan olmaq - lüt-anadangəlmə olmaq, lümlüt...
|
LÜZUM (ID - 27543)is. Lazım olma, işə yarama, lazımlıq. // Ehtiyac, hacət. □ Lüzum görmək lazım bilmək, vacib hesab etmək. [Nizami:] Bir həqiqəti təkrar etməyə lüzum görmürəm. M.S.Ordubadi. Lüzum yox(dur) - ehtiyac yoxdur, lazım deyil. [Ədil bəy:]...
|
LÜZUMİYYƏT (ID - 27544)[ər.] bax lazımlıq.
|
LÜZUMSUZ (ID - 27545)bax lazımsız. [Gənc:] Bu gün heç kəs yediyi və geydiyi şeylərdən başqa artıq, lüzumsuz şeyləri toplamır. Çəmənzəminli. Naşad əfəndi heç də mətləbə dəxli olmayan lüzumsuz sözlər ilə [Mehribanın] canını sıxırdı. S.Hüseyn....
|
LÜZUMSUZLUQ (ID - 27546)bax lazımsızlıq.
|
LYA (ID - 27547)[ital. la] Musiqi qammasının altıncı səsi, habelə bu səsi göstərən not.
|
LYÜK (ID - 27548)[holl.] Bir şeyin içərisinə girmək (düşüb-çıxmaq) üçün adətən qapağı olan dəlik və bu dəliyi örtən qapağın özü (məs.: tankda, gəmidə və s.-də).
|
Bu səhifə dəfə baxılıb