İzahlı lüğət

LƏN (ID - 27129)

klas. b ax lənət. [Şeyx Hadi:] Qaliba sizcə öylə bir ustad; Olunur imdi lənü tənlə yad?! H.Cavid. □ Lən etmək (eyləmək) lənətləmək, lənət oxumaq. Lən eyləyərək qasibə məxluqu soyursan; Fani deyərək aləmi təmir eləyirsən....

LƏNBƏR (ID - 27130)

lənbər vurmaq dan. - ləngərlənmək, tərpənmək, yanlarından tökülmək, daşmaq (dolu qabdakı maye haqqında). Vedrədəki su lənbər vurur.

LƏNDƏHOR (ID - 27131)

sif dan. Qaba, kobud, nataraz, yekəpər, zorba. Ləndəhor adam. // Qaydasız, səliqəsiz, biçimsiz. Ləndəhor paltar.

LƏNƏT (ID - 27132)

[ər.] 1. Dini etiqada görə Allahın mərhəmətindən məhrum olma, nifrin (adətən köməkçi feillərlə işlənir). □ Lənət damğası basmaq - lənətləndirmək. Lənət etmək (eləmək, oxumaq, yağdırmaq) - nifrin etmək, qarğımaq. Ürəyində...

LƏNƏTLƏMƏ (ID - 27133)

“Lənətləməkdən” f.is.

LƏNƏTLƏMƏK (ID - 27134)

f. Nifrin etmək, qarğımaq, lənət oxumaq. Iskəndər “Ölülər aləmi” nin saxtakarlığını, yalanını, puç və mənasızlığını faş edib lənətləyir. M.İbrahimov. Lənətlədi, od yağdırdı, yurdum hər yandan; Ölüm! - dedi, -...

LƏNƏTLƏNMƏ (ID - 27135)

“Lənətlənmək” dən f.is.

LƏNƏTLƏNMƏK (ID - 27136)

məch. Qarğınmaq, nifrin edilmək.

LƏNƏTÜLLAH (ID - 27137)

[ər.] nida. “Allahın lənəti olsun!” mənasında qarğış kimi işlədilən ifadə. Hacı arabadan düşdü, “tfu, lənətüllah!” deyib, təsbeh çevirə-çevirə kəndə sarı getdi. Mir Cəlal.

LƏNG (ID - 27138)

[fars.] sif 1. Ağır, asta, yavaş; ağırtərpənən. Çox ləng adamdır! // Zərf mənasında. Ləng getmək. Ləng işləmək. Ləng danışmaq. - Onun gərdişində bir azca ləng var; Aləmə əyandı, görünür aşkar. Aşıq Ələsgər. Qara...

LƏNGƏR (ID - 27139)

is. [fars.] 1. Bax lövbər. Gəmilərin ləngərini salıb dedilər: - Bu nəzirədə bir müddət seyr edək. (Nağıl). Küçələr izdihamla çalxanır; Yükü ağır bir gəminin ləngəri kimi. R.Rza. □ Ləngər vurmaq (vermək) - durmadan gah...

LƏNGƏRİ (ID - 27140)

is. köhn. Siniyəoxşar dayaz mis qab. Düyünü ləngəriyə boşaltmaq.

LƏNGƏRLƏMƏ (ID - 27141)

“Ləngərləmək” dən f.is.

LƏNGƏRLƏMƏK (ID - 27142)

f. Ləngər vurmaq, hər iki tərəfə yatıb-qalxmaq; yırğalamaq, əyilmək, yellənmək. Araba yol uzunu ləngərləyir. - [Maşın] asfalt üstündə gedirmiş kimi çox rahat, ləngərləmədən, yırğalanmadan yeridi. B.Bayramov.

LƏNGƏRLƏNMƏ (ID - 27143)

“Ləngərlənmək” dən f.is.

LƏNGƏRLƏNMƏK (ID - 27144)

f. Bir tərəfdən o biri tərəfə əyilmək, səndələmək, yırğalanmaq; ləngərləmək, ləngər vurmaq. // Tərpənmək, yellənmək. Təmiz, ağ kasada yavaşca ləngərlənən sərin və duru su Yunisə həyat kimi şirin gəldi. Mir Cəlal.
ləngərlənə-ləngərlənə...

LƏNGƏRLİ (ID - 27145)

dan. bax ləngəryerişli. Gövhər xanım özünəməxsus ağır və ləngərli bir yerişlə yaxınlaşıb pərdələrdən birinin ipini çəkdi. İ.Hüseynov.

LƏNGƏRYERİŞ (ID - 27146)

is. dan. Ləngərlənələngərlənə, yan basa-basa yerimə tərzi. Ləngəryerişi kimdən öyrənibsən?

LƏNGƏRYERİŞLİ (ID - 27147)

sif. dan. Ləngərlənələngərlənə, yanını basa-basa yeriyən. Ləngəryerişli adam.

LƏNGİDİCİ (ID - 27148)

sif. Ləngidən, yubadan, gecikdirən.

LƏNGİDİLMƏ (ID - 27149)

"Ləngidilmək” dən f.is.

LƏNGİDİLMƏK (ID - 27150)

məch. Yubandırılmaq, gecikdirilmək, vaxtı keçirilmək, vaxtında görülməmək (edilməmək). ..Milli musiqinin inkişafı ləngidilir, biz müsəlmanların musiqi təhsili almaq arzusunun, milad tarixindən bəri ancaq XX əsrdə oyanan bu təbii...

LƏNGİMƏ (ID - 27151)

1. “Ləngimək” dən f.is.
is. Yubanma, gecikmə. Bu ləngimələr Nəriman üçün dözülməz idi. Mir Cəlal.

LƏNGİMƏDƏN (ID - 27152)

zərf Yubanmadan, gecikmədən.

LƏNGİMƏK (ID - 27153)

f 1. Bir yerdə lazım olduğundan, yaxud bir səbəb üzündən artıq qalmaq, ilişib qalmaq. Iki günə getdi, bir həftə ləngidi. - [Çimnaz:] Oğul, Bakıda ləngimə ha! Ə.Əbülhəsən. Sona ilə kəsdikləri şərtə görə [Bəhram] rayonda...

LƏNGİTMƏ (ID - 27154)

“Ləngitmək” dən f.is.

LƏNGİTMƏK (ID - 27155)

f 1. Gecikdirmək, yubatmaq, ləngiməsinə səbəb olmaq. Mən bir il də Zahidi ləngitdim. Mir Cəlal. Meşənin qatı kölgəsi elə bil səhərin açılmasını bir az da ləngitmək, ağacların mürgüləməsinə mane olan səhər mehinin qarşısını...

LƏNGLİK (ID - 27156)

is. Hərəkətdə ağırlıq; ağır tərpənmə, gecikmə, yubanma. Bir zaman vardı; Verst ağaclarını saya-saya; Üç günə gedərdik Moskvaya; Darıxardıq; Bu sürətin ləngliyinə.. B.Vahabzadə.

LƏNTƏRAN (ID - 27157)

sif. və zərf [ər.] köhn. dan. Hərzə, hər nə gəldi, ədəbdən kənar, nalayiq. Ləntəran demək. Ləntəran danışmaq. - Kim yaxşı söylədisə, ona min yaman dedin; Qeyzə gəlib bərəldi gözün, ləntəran dedin. M.Ə.Sabir.

LƏPƏ1 (ID - 27158)

is. 1. Dalğa, kiçik dalğa. Qara dənizin xəfif ləpələri sahili öpür(dü).. H.Nəzərli.
məc. İzdiham, insan axını, kütlə mənasında. Ləpələr bu pilləkənləri saxsı qab kimi vurub qırır. Mir Cəlal.
məch. Qüvvətlə təzahür...

LƏPƏ2 (ID - 27159)

is. Qoz, fındıq, badam kimi qabıqlı meyvələrin, həmçinin paxlalı bitkilərin içi. Badam ləpəsi. Qoz ləpəsi. Paxla ləpəsi. - [Usta Zeynal:] Afərin şairə! - deyib, qozun ləpəsindən birini ağzına qoyardı. Ə.Haqverdiyev.
[Kərəmov:]...

LƏPƏ3 (ID - 27160)

is. bot. Bitkilərdə: rüşeym yarpaqlar.

LƏPƏALTI (ID - 27161)

is. bot. Bitkinin köklə gövdə üzərindəki rüşeym yarpaqları (ləpələrin) arasında qalan hissəsi. Çiyidin kökcüyü onun qabığını yırtıb çıxdıqdan sonra, ləpəaltı torpağın üzünə çıxmağa başlayır. “Pambıqçılıq”...

LƏPƏCİK1 (ID - 27162)

is. Balaca ləpə, dalğacıq. Hovuzda ləpəcik vardır. - Dənizdə xəfif ləpəciklər oynayırdı. M.İbrahimov. Bir gün qafiləsilə; Xan çıxmışdı sahilə; Ləpəciklər quş kimi; Qalxıb uçurmuş kimi. M.Müşfiq.

LƏPƏCİK2 (ID - 27163)

is. Kiçik ləpə, balaca ləpə, ləpə qırıntısı (bax ləpə2).

LƏPƏDÖYƏN (ID - 27164)

is. Daim ləpələr çarpan sahil xətti. Özün də otur ləpədöyəndə, gözlə haçan xəzri gələcək. C.Cabbarlı. Bu təpə xeyli mail bir enişlə düz suyun kənarına qədər uzanır, ləpədöyən deyilən əsil sahillə birləşirdi. M.Rzaquluzadə....

LƏPƏLƏMƏ (ID - 27165)

“Ləpələmək” dən f.is.

LƏPƏLƏMƏK (ID - 27166)

f. Ləpəsini çıxartmaq, qabıqdan içini çıxartmaq, qabığını soymaq. Qozu ləpələmək. Lobyanı ləpələmək. Noxudu ləpələmək.

LƏPƏLƏNDİRMƏ (ID - 27167)

“Ləpələndirmək” dən f.is.

LƏPƏLƏNDİRMƏK (ID - 27168)

f. Dalğalandırmaq.
Suyu ləpələndirmək. - Biri atar, suyu səpələndirər; Biri qaçar, çayı ləpələndirər. A.Səhhət.

LƏPƏLƏNMƏ (ID - 27169)

“Ləpələnmək” dən f.is.

LƏPƏLƏNMƏK (ID - 27170)

f. 1. Dalğalanmaq. Günün axır şəfəqləri ahəstəcəsinə ləpələnən suya düşüb onda xüsusi gözəllik vücuda gətirirdi. T.Ş.Simurq.
2. məc. Dəniz dalğalarını xatırladacaq şəkildə yellənmək, tərpənmək; dalğalanmaq. Kəndin...

LƏPƏLƏTMƏ1 (ID - 27171)

“Ləpələtmək1” dən f.is.

LƏPƏLƏTMƏ2 (ID - 27172)

“Ləpələtmək2” dən f.is.

LƏPƏLƏTMƏK1 (ID - 27173)

b a x ləpələndirmək.

LƏPƏLƏTMƏK2 (ID - 27174)

f. Qabığını çıxartdırmaq, təmizlətmək, ləpəsini çıxartdırmaq. Qozu ləpələtmək. Noxudu ləpələtmək.

LƏPƏLİ1 (ID - 27175)

sif. Ləpəsi olan, dalğalı. Ləpəli dəniz. Ləpəli çay. — Atlar ləpəli, boz-bulanıq suyun köpüklü sinəsini görən kimi dayandı. İ.Şıxlı.

LƏPƏLİ2 (ID - 27176)

sif. Ləpəsi olan (bax ləpə2).

LƏPƏSİZ1 (ID - 27177)

sif. Ləpəsi olmayan; sakit, dalğasız. Ləpəsiz göl. - Dalğa dənizdə yaxşıdır; Dəniz ləpəsiz olmaz. R.Rza.

LƏPƏSİZ2 (ID - 27178)

sif. Ləpəsi olmayan (b ax ləpə2). Ləpəsiz qoz.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed