LEYTMOTİV (ID - 27029)[alm.] 1. Musiqi əsərində dönə-dönə təkrar olunan əsas motiv, əsas mövzu. [Uvertüralarda] kompozitor .. leytmotivlərdən istifadə edərək əsərin dramatik inkişafını simfonik orkestr dili ilə nəql edir. Ə.Bədəlbəyli.
2. məc.... |
LƏB (ID - 27030)is. [fars.] klas. şair. Dodaq. Hər zaman düşəndə ləbləri yada; Tökülür gözümdən qanlar, əfəndi! M.P.Vaqif. Ver şəfa ləbindən, yazığam, mənə; Zəhri-fərağında ağulanmışam. Q.Zakir. □ Ləb tərpətmək - dodaq tərpətmək;...
|
LƏBALƏB (ID - 27031)[fars.] bax ləbələb. Adını arif qoyubsan, yox cibində bir qəpik; Bax, ləbaləbdir qızıl, kağız cibişdanım mənim. Ə.Nəzmi. [Vahid:] Coşqun dağ selləri ilə ləbaləb daşan Kürün, Arazın sahillərini dolaşıb, Alazan çayı boyunca...
|
LƏBBADƏ (ID - 27032)is. [ər.] 1. köhn. bax aba1. [Molla Xəlil] uzun ləbbadəsinin ətəklərini yelləndirə-yelləndirə o baş-bu başa gəzinir, qalın bir qaranlığa bürünən kəndə baxırdı. S.Hüseyn. [Axund] qara gecə ləbbadəsini ehmalca çiyninə salıb,...
|
LƏBBEYK (ID - 27033)[ər.] Əslində “nə əmriniz var?” , “əmrinizə müntəzirəm” , “buyurun!” demək olub, adətən “demək” feli ilə işlənir. Indi mən tək yeddi yaşında müsəlman uşaqları gərək səhərdən axşama tək ləbbeyk deyib,...
|
LƏBBEYKDEYƏN (ID - 27034)is. Öz fikri olmayıb başqasının sözü, fikri, göstərişi ilə hərəkət edən adam. [Comərd Sadiqiyə:] Ağaların, bəy-xanların və onların sözünə sizin kimi ləbbeykdeyənlərin millətlə heç bir əlaqəsi yoxdur. Ə.Abasov.
|
LƏBƏLƏB (ID - 27035)zərf [fars.] Ağzına qədər dolu, tamam dolu, ağızbaağız, malamal, ağız-ağıza. Küçə ilə bir gün keçərkən, mat və məəttəl qaldım: bir böyük imarət kəndli qadınları ilə ləbələb dolu idi. C.Məmmədquluzadə.
|
LƏBLƏBİ (ID - 27036)is. Çərəz kimi yeyilən qovrulmuş qabıqsız noxud. Əkdiyim noxud, biçdiyim noxud, bazara girib, ləbləbi olub. (Məsəl). [Yanındakı adam:] Ay usta, yadına ləbləbi düşdü, nədi? Çəmənzəminli. Süfrədə tut qurusu, miyanpur, innab,...
|
LƏBLƏBİÇİ (ID - 27037)is. köhn. Ləbləbi qovurub satan adam. Qəzetçi, inteligent, milyoner, ziyalı, filan; Kababçı, ləbləbiçi ortada-arada qalan! C.Cabbarlı.
|
LƏC (ID - 27038)sif. [ər.] Tərs, höcət, inad. □ Ləc düşmək - bax ləcləşmək. ..Kişi arvadına deyir: - Ay arvad, heç qəm eyləmə, nə qədər canım sağdır, hər günün xərcin qazanacağam. Amma, deyəsən, şah mənimlə ləc düşmüşdür. (Nağıl)....
|
LƏCLƏŞMƏ (ID - 27039)“Ləcləşmək” dən fis.
|
LƏCLƏŞMƏK (ID - 27040)f. Düşmən olmaq, yola getməmək, düşünüşmək, ləc düşmək.
|
LƏCLİK (ID - 27041)is. Tərslik, kəclik, inadkarlıq. Ləclik etmək. Ləclik göstərmək. □ Ləcliyinə salmaq - inad göstərmək, tərslik eləmək. [Qoca:] Ey pəhləvan, ləcliyinə salma, gəl otur, çörəyin i ye. (Nağıl).
|
LƏÇƏK (ID - 27042)is. 1. Ağdan, çitdən, ipəkdən və s.-dən üçkünc qadın baş örtüyü. Nəhayət [Gövhər] .. ləçəyini açıb qulaqlarının və qaşının üstündən çəkdi. Ə.Əbülhəsən.
2. bot. Çiçək tacında olan yarpaq, gül yarpağı. Dağgülünün... |
LƏÇƏK-LƏÇƏK (ID - 27043)sif. Ləçəklərdən ibarət, ləçəklər halında. Dəyirman üstü çiçək; Yarpağı ləçək-ləçək; Qardaş bir qız sevibdir; Uzunboy, qarabirçək. (Bayatı). Ağaclar açsın çiçək; Yarpağı ləçək-ləçək. M.Ə.Sabir.
|
LƏÇƏKLƏNMƏ (ID - 27044)“Ləçəklənmək” dən f.is.
|
LƏÇƏKLƏNMƏK (ID - 27045)f Ləçək-ləçək olmaq, ləçək açmaq, ləçək halına gəlmək. Qızılgül ləçəkləndi. - Bənövşə çiçəkləndi; Yarpağı ləçəkləndi; Yatdığı yalan oldu; Ölümü gerçəkləndi. (Bayatı). ..Məktəbin həyətiyazın algülü...
|
LƏÇƏKLİ (ID - 27046)sif. 1. Başına ləçək bağlamış, başında ləçək olan. Ləçəkli qız. Ləçəkli qadın.
2. bot. Ləçək açmış, ləçəkləri olan. Ləçəkli gül. Ləçəkli pambıq. |
LƏÇƏKLİK (ID - 27047)is. 1. Ləçəyə yarar ağ və ya çit və s. Ləçəklik parça.
2. Bir ləçəyə lazım olan miqdarda parça. Iki ləçəklik çit. |
LƏÇƏKOTU (ID - 27048)is. bot. Bataqlıq yerlərdə bitən, gön aşılamaq üçün istifadə edilən bir bitki. Ləçəkotu bataqlıq yerlərdə bitir, kökü, yarpağı və gövdəsi gönü aşılamaq üçün yararlıdır. M.Qasımov.
|
LƏÇƏR (ID - 27049)is. və sif. dan. Abırsız, həyasız, əxlaqsız mənasında söyüş (yalnız qadınlar haqqında). [Vəzir:] Kəs səsini, ay ləçər, məni dilə basdırma, dəxi səni mən tanıdım. M.F.Axundzadə. [Xırda xanım:] ..Yoxsa, o qızların oxutmuş...
|
LƏFFAZLIQ (ID - 27050)is. [ər.] klas. Boş və mənasız danışma; naqqallıq, boş-boğazlıq. Nadirin zehninin və ağlının şərafətini dərk etməyib, fəqət özünün zəhlə getmiş ləffazlığı ilə xanəndəni məşğul edir. M.F.Axundzadə.
|
LƏFZ (ID - 27051)is. [ər.] Ağızdan çıxan mənalı, ya mənasız səs tərkibi; söz, kəlmə. ..Axund bərkdən-bərk bizə tapşırdı ki, ayama ləfzini dilimizə gətirməyək, ləqəb deyək. C.Məmmədquluzadə. □ Ləfz etmək - tələffüz etmək, demək,...
|
LƏĞƏNDƏ (ID - 27052)is. k.t. Ağacın cavan budaqlarını yerə basdırmaqla ağac artırma üsullarından biri; daldırma. Yerdə ləğəndə üsulundan istifadə edərkən budağın qabığını dib tərəfdən halqa şəklində kəsirlər, sonra budağı əyərək torpağı...
|
LƏĞM (ID - 27053)b a x lağım. Bu yazıqlar deyilmidir fabriklərdə çalışan; Ləğmlərdə külüng çalan, zəhmətlərə alışan. A.Səhhət. [Nüşabə:] O laçın bürcünə bu dağlardan; Atılan ləğm necə? A.Şaiq.
|
LƏĞV1 (ID - 27054)is. [ər.] Yox etmə (edilmə), aradan qaldırma (qaldırılma). Nöqsanların, kəsirlərin ləğvi. □ Ləğv edilmək (olunmaq) 1) aradan qaldırılmaq, yox edilmək; 2) fəaliyyəti (qüvvəsi) dayandırılmaq, tövsiyə edilmək. Idarə ləğv olunmuşdur....
|
LƏĞV2 (ID - 27055)is. [ər.] köhn. 1. Boş, bihudə, əbəs söz; cəfəngiyat.
2. Naqqal, boş-boğaz, gəvəzə. □ Ləğv olmaq - boş-boğazlıq etmək, hərzə danışmaq, naqqallıq etmək. Ləğv olma, ədəb gözlə bu məvadə, əkinçi! Lal ol, a balam,... |
LƏĞVİYYAT (ID - 27056)is. [ər.] Boş-boğazlıq, cəfəngiyat, boş-boş sözlər.
|
LƏH (ID - 27057)təql. Dayanmış atı hərəkət etdirmək, qaçırtmaq məqsədilə çıxarılan səs.
|
LƏHCƏ (ID - 27058)is. [ər.] 1. dilç. Ümumi dialekt xüsusiyyətlərinə malik olan hər hansı bir dilin yerli şivələr qrupu; dialekt.
2. köhn. Dil mənasında. Məcnunu deyərlər əhli-idrak; Əşarı lətifü ləhcəsi pak. Füzuli. Qaş qara, göz piyalə,... |
LƏHCƏŞÜNAS (ID - 27059)[ər. ləhcə və fars. ...şünas] köhn. bax dialektoloq.
|
LƏHCƏŞÜNASLIQ (ID - 27060)köhn. bax dialektologiya.
|
LƏHLƏMƏ (ID - 27061)"Ləhləmək” dən f.is.
|
LƏHLƏMƏK (ID - 27062)f Bərk qaçmaq, yerimək, yoxuş çıxmaq və s. nəticəsində, yaxud hərarətin təsirindən tez-tez və ağır nəfəs almaq, tövşümək (adətən heyvanlar haqqında). Atlar ləhləyir. Quzu istidən ləhləyir. - Ləhləyirlər, tərləyirlər,...
|
LƏHLƏŞMƏ (ID - 27063)“Ləhləşmək” dən f.is.
|
LƏHLƏŞMƏK (ID - 27064)f Ləhləmək (bir neçə heyvan bir yerdə). Qoyunlar ləhləşir. - Heyvan da ilan mələyəndə ləhləşib dilini bir qarış çıxardır. İ.Hüseynov.
|
LƏHLƏTMƏ (ID - 27065)“Ləhlətmək” dən f.is.
|
LƏHLƏTMƏK (ID - 27066)f 1. Ləhləməsinə səbəb olmaq, tövşütmək. Günün istisi yolçuları ləhlədir. - Günün hərarəti xalqı ləhlədir; Kəndə tərəf bir uşaq yolnan gedir. A.Səhhət.
2. məc. Birini yorulana qədər işlətmək, işlə yükləmək,... |
LƏHZƏ (ID - 27067)is. [ər.] Ən cüzi bir zaman, bir göz qırpımlıq vaxt, an, dəm. Cananı görən ləhzədə can düşdü ayağa; Yalvardı gəda iczilə sultanını görcək. S.Ə.Şirvani. □ Bir ləhzə - bir saniyə, bir an, bir dəm, göz açıbyumunca. Sanma...
|
LƏHZƏLİK (ID - 27068)Adətən “bir” sözü ilə - bir anlıq, çox az müddət üçün, bir göz qırpımlıq. [Vaqif:] Molla Vəli, .. bu qəhvənin qoxusunda duyduğum bu bir ləhzəlik ləzzət dünyanın bütün əzabını unutdurur. Çəmənzəminli.
|
LƏXLƏXƏ (ID - 27069)is. dan. Pozğunluq, qarışıqlıq, şuluqluq. □ Ləxləxə salmaq - ara qarışdırmaq, pozğunluq salmaq, şuluqluq salmaq. [Aftil:] ..Müəllimə kəndə ləxləxə salır. C.Cabbarlı.
|
LƏXT-LƏXT (ID - 27070)klas. bax laxta-laxta. Ləxtləxt olmuş cigərlər, sanma könlümdən gələn; Namələrdir kim, bəna məcnuni-şeydadən gəlir. Qövsi.
|
LƏİN (ID - 27071)sif. və is. [ər.] bax məlun. Bu isə, bəs o ləinin də işi qüllabıdır; Dini, imanı danıb, yoldan azıbdır, babıdır. M.Ə.Sabir. [Qoca:] Ləin! Çəkil, Allahın düşməni!
Divanbəyoğlu. [Molla Kərim:] Ey insan cildinə girmiş şeytani-ləin,... |
LƏK (ID - 27072)is. Tərəvəz, gül və s. əkmək üçün bostanda, bağçada və s.-də dördkünc və ya uzunsov şəkildə bellənib ayrılmış yer. Çəltik ləki. Gül ləki. Göyərti ləki. - ..Kənarda keşniş, kəvər və tərxun ləkləri gözə çarpırdı....
|
LƏKƏ (ID - 27073)is. 1. Ləkələyici bir şeyin səth üzərində buraxdığı iz. Qan ləkəsi. Yağ ləkəsi. Mürəkkəb ləkəsi. Paltarındakı ləkəni silmək. [Eldar] sazın üstündə tünd-qara ləkələri mənə göstərdi. M.Rzaquluzadə. Yuyuldu, divarlara;...
|
LƏKƏAPARAN (ID - 27074)sif. və is. Ləkəni təmizləmək üçün xüsusi üsulla hazırlanmış kimyəvi maddə.
|
LƏKƏCİK (ID - 27075)is. Kiçik ləkə, balaca ləkə. Üzündə ləkəciklər var.
|
LƏKƏDAR (ID - 27076)sif. və is. köhn. bax ləkəli 3-cü mənada. □ Ləkədar edilmiş- bax ləkələnmiş 2-ci mənada. [Əhməd:] Binamus bacı, namussuz qardaş, heç tələsməyin, nə qədər mən həyatda varam, ləkədar edilmiş namusumun intiqamını sizdən...
|
LƏKƏ-LƏKƏ (ID - 27077)sif. və zərf Çoxlu ləkələri olan, ləkə düşmüş, ləkəli. [Lalənin] tuflisi və tumanı gil məhlulundan ləkə-ləkə olmuşdu. M.Hüseyn.
|
LƏKƏLƏMƏ (ID - 27078)“Ləkələmək” dən f.is.
|
Bu səhifə dəfə baxılıb