LOBBİ (ID - 27379)is. [ing.] Qanunverici hakimiyyətin üzvlərinə pərdəarxası təsir göstərən bankirlər, monopolistlər qrupu.
|
LOBYA (ID - 27380)is. bot. Paxlalılar fəsiləsindən birillik bostan bitkisi. O tərəfdə də hörmə çəpərin içində sarmaşıqlar, göy lobyalar, günəbaxanlar, sarısaçaqlı qarğıdalılar bir-birinə qarışırdı. S.Rəhimov. ..Arvad-uşaq kiçikbostan salıb...
|
LOBYAÇİLOV (ID - 27381)is. Lobya ilə bişirilmiş aş; lobyalı çilov.
|
LOBYALI (ID - 27382)sif. Lobya qatılmış, lobya ilə bişirilmiş. Lobyalı aş. Lobyalı xəmiraşı.
|
LOBYALIQ (ID - 27383)is. Lobya əkilmiş yer, lobya bostanı. Lobyalığı sulamaq. Lobyalığı alaq etmək.
|
LODKA (ID - 27384)[rus. лодка] Qayıq. ..Geniş və uzun hovuzda səyahət üçün kiçik lodkalar üzürdü. M.S.Ordubadi. Dəniz üzərində burada-orada bir çox yelkənli və yelkənsiz lodkalar görünürdü. T.Ş.Simurq.
|
LODKADABAN (ID - 27385)dan. bax dikdaban.
|
LOĞAZ (ID - 27386)is. [ər.] 1. İstehza, rişxənd, masqara, ələ salma. □ Loğaz qoşmaq (oxumaq) - 1) rişxənd etmək, istehzalı sözlər demək, lağa (araya) qoymaq. [Nəcəfalı:] Keçmə bu aran tayfasının loğaz qoşmağından. B.Bayramov; 2) ağzına gələni...
|
LOĞMA (ID - 27387)is. [ər.] 1. Bir dəfədə ağıza qoyulan çörək parçası; tikə, dişləm. Loğma ki var, boğmadır. (Ata. sözü). O, çörək quru olduğundan hər loğma çörəyi bir qurtum su ilə ağzında isladıb yeyirdi. A.Şaiq.
2. Ümumiyyətlə,... |
LOĞMALAMA (ID - 27388)“Loğmalamaq” dan f.is.
|
LOĞMALAMAQ (ID - 27389)f. dan. kob. Çörək (loğma) vermək; yedirmək.
|
LOĞMALANMA (ID - 27390)“Loğmalanmaq” dan f.is.
|
LOĞMALANMAQ (ID - 27391)qayıd. dan. kob. Çörək, loğma yemək; tıxmaq.
|
LOĞMALIQ (ID - 27392)is. 1. Adətən “bir” sayı ilə işlənərək bir dəfə ağza salmağa kifayət edəcək miqdarı bildirir. Bir loğmalıq çörək.
2. kob. “Yemək, çörək” mənasında. Loğmalıq eləmisən? |
LOĞMAN (ID - 27393)Əfsanəvi bir həkimin adı olub, klassik ədəbiyyatda və canlı dildə bütün dərdlərə çarə edən, adamlara yol göstərən bilici şəxs mənasında işlənmişdir. Loğman da gəlsə dirilməz. - Bir Isa nəfəsli, Loğman dəvalı; Vaqifəm,...
|
LOJA (ID - 27394)[fr.] Tamaşa zalında bir neçə adamın oturması üçün ayrılmış xüsusi yer. Sağ loja. Lojaya bilet almaq. - Teatrın hər tərəfindən projektorlar oturduğumuz lojalara doğru çevrildi. C.Cabbarlı. Teatrın .. salonu və lojaları ağzına...
|
LOKAL (ID - 27395)sif [lat.] Yerli əhəmiyyətli, müəyyən yerə mənsub olan. Lokal məsələ.
|
LOKASİYA (ID - 27396)is. [lat.] Radiodalğaların köməyi ilə cismin yerini tapma.
|
LOKATOR (ID - 27397)[lat.] Hər hansı bir cisimdən çıxan səs və ya radio dalğalarının köməyi ilə həmin cismin yerini müəyyənləşdirən cihaz.
|
LOKAUT (ID - 27398)[ing. lock-out - üzünə qapı bağlamaq] Burjuaziyanın fəhlə sinfinə qarşı mübarizə üsullarından biri olaraq, müəssisələrin bağlanması və fəhlələrin kütləvi surətdə işdən çıxarılması.
|
LOKAUTÇU (ID - 27399)is. Lokaut elan edən, lokautdan istifadə edən kapitalist.
|
LOKOMOBİL (ID - 27400)[fr.] Müxtəlif maşınları hərəkətə gətirən buxar mühərriki; bu cür mühərriki olan maşın.
|
LOKOMOTİV (ID - 27401)[fr.] Rels üzərində işləyən və vaqonları, qatarları hərəkətə gətirən maşın (parovoz, teplovoz, elektrovoz və s.). Lokomotiv sürmək. Lokomotivi təmir etmək. ..Aslanın gur səsi onun qulaqları ucunda lokomotiv düdüyü kimi çınladı....
|
LOQARİFM (ID - 27402)[yun. logos - nisbət və arithmos - say, rəqəm] riyaz. Verilən bir ədədi almaq üçün kökün vurulacağı üst dərəcə. Loqarifm cədvəli. - ..Özbaşına buraxılmış bir uşaq, hesabın dörd əməliyyatını nə qədər yaxşı bilsə də,...
|
LOQARİFMLƏMƏ (ID - 27403)“Loqarifmləmək” dən
|
LOQARİFMLƏMƏK (ID - 27404)f. riyaz. Verilən ədədin loqarifmini almaq.
|
LOQQULDAMA (ID - 27405)"Loqquldamaq” dan f.is.
|
LOQQULDAMAQ (ID - 27406)b a x loqquldamaq.
|
LOQQULTU (ID - 27407)is. 1. Tökülən, axan, bərk qaynayan mayedən hasil olan səs.
2. Bax lökkültü. |
LOM (ID - 27408)[rus.] bax ling. Kim isə zəncirləri lom ilə yerə atır. M.İbrahimov. Qoca dəmir loma söykəndi. S.Rəhimov. Bir anda hərə əlinə keçən külüng, bel və lom ilə evin divarına hücum çəkdi. Ə.Əbülhəsən.
|
LOMBA (ID - 27409)is. Qəliz maye və ya sıyıq şeyin iri və dairəvi parçası; iri damcı, böyük damla. Mürəkkəb lombası. - Molla uşağı arxası qatda uzadır yerə, bir lomba tüpürür üzünə. “M.N.Lətif.” [Yetər:] Cəbi, vallah, sən axırı məni...
|
LOMBALAMA (ID - 27410)“Lombalamaq” dan f.is.
|
LOMBALAMAQ (ID - 27411)f dan. kob. Lomba ilə yemək. [Mahmud:] Bir tikə nədir, ay axmaq? Bütövünü götürüb lombalaya bilmirsən? Ə.Haqverdiyev.
|
LOMBARD (ID - 27412)is. [ital. coğr. addan] Daşınar əmlakı və ya başqa bir şeyi girov kimi qəbul edib, borc pul verən kredit müəssisəsi. Lombarda şey qoymaq. - [Dürrə] ..evdən çıxıb şəhər lombardına yönəldi. S.Vəliyev.
|
LOPA1 (ID - 27413)is. 1. Odunu alovlandırmaq və ya işıq yaratmaq üçün neft hopdurulub yumruladılmış əski, cındır, pilik, alışqan. Lopa qayırmaq.
Az-çox yuvarlaq, yumru, dairəvi (şəkildə) olan yumşaq şey. Qar lopası. Pambıq lopası. - [Budur],... |
LOPA2 (ID - 27414)is. məh. Sabun bişirilərkən çıxan tullantı.
|
LOPABIĞ(LI) (ID - 27415)sif. Bığı lopa, qalın olan; yekəbığ(lı), yoğunbığ(lı). Pəncərənin içində lopabığlı, uzun xəncərli, yan qoyulmuş yekə papaqlı bir kişi oturub, çubuq çəkirdi. Çəmənzəminli. // İs. mənasında. [Abbasəli:] Şəkil mənə...
|
LOPAGÖDƏN(Lİ) (ID - 27416)sif. dan. Yumru, iri qamı olan; yekəqarın. Lopagödən kişi.
|
LOPAGÖDƏNLİK (ID - 27417)is. dan. Lopagödən adamın xüsusiyyəti; yekəqarınlıq.
|
LOPARLAR (ID - 27418)cəm Saamların keçmiş adı.
|
LOPUQ (ID - 27419)is. Əyləncə üçün köpürülmüş ordlara yavaşca yumruqla, ya barmaqlarla vuraraq səs çıxartma. [Səlim bəy Nəcəf bəyə:] Həmişə qış uzunu bikar qalanda oğlunla lopuqdan qumar oynayırdın. Ə.Haqverdiyev. [Səriyyə:] Ancaq şərtimiz...
|
LOR (ID - 27420)is. Pendir tutulan zaman onun suyunu qaynadıb süzməklə hazırlanan ağartı.
|
LORD (ID - 27421) |
LORDLUQ (ID - 27422)is. Lord titulu.
|
LORNET (ID - 27423)is. [fr.] Dəstəli qatlama eynək.
|
LORT (ID - 27424)sif. Şişman, sallaqqarın.
|
LORTÇU (ID - 27425)is. məh. Avara gəzib bir işlə məşğul olmayan adam. [Əhməd:] ..Nə söyləyirsən, bir lortçudur ki, bərabəri yoxdur, indi gələr, görərsən. N.Vəzirov.
|
LORTGÖDƏN(Lİ) (ID - 27426)bax lortqarın(lı).
|
LORTQARIN(LI) (ID - 27427)sif. məh. Qazandığını qarnına xərcləyən, qarnına həddindən artıq qulluq edən; yeyimcil, qarınqulu. O, bir lortqarındır ki, özü kimisi yoxdur. S.Rəhimov.
|
LORTLUQ (ID - 27428)is. Şişmanlıq, qamı yekəlik, qamı sallaqlıq. Çox kök, ağırlaşmış buğalarda tənbəllik və lortluq baş verir. A.Ağabəyli.
|
Bu səhifə dəfə baxılıb