LİMONLU (ID - 27329)sif. 1. Limon ağacı əkilmiş, limon ağacı olan. Limonlu həyət. - Odur ki, arvad, azı on min evdə bahar düzəltmişəm, sarı limonlu bağçalar salmışam, gül-gülüstan yaratmışam, ad qazanmışam. S.Rəhimov.
2. İçərisinə limon... |
LİMONLUQ (ID - 27330)is. Limon ağacları əkilmiş yer. Limonluğu belləmək.
|
LİMUZIN (ID - 27331)[fr.] Üstüörtülü minik avtomobili növü.
|
LİNC (ID - 27332) |
LİNCLİK (ID - 27333)is. dan. Günəşdən, yorğunluqdan əzginlik, ölgünlük, süstlük.
LİNÇ: Linç məhkəməsi - ABŞ-da adətən zəncilərə və inqilabçı fəhlələrə vəhşicəsinə divan tutma, məhkəməsiz cəza vermə (XVIII əsrdə yaşamış irqçi... |
LİNÇLƏMƏ (ID - 27334)“Linçləmək” dən f.is.
|
LİNÇLƏMƏK (ID - 27335)f. Linç məhkəməsi üsulu ilə cəzalandırmaq, amansızcasına divan tutmaq.
|
LİNÇLƏNMƏ (ID - 27336)“Linçlənmək” dən f.is.
|
LİNÇLƏNMƏK (ID - 27337)məch. Linç məhkəməsi üsulu ilə cəzalandırılmaq, amansızcasına divan tutulmaq.
|
LİNG (ID - 27338)is. Ağır şeyləri qaldırmaq, bərk yeri qazımaq və başqa məqsədlər üçün istifadə edilən bir ucu şiş, bir ucu isə iti, uzun, ağır dəmir alət. Bu zaman əllərində ling və çəkic olan ikinci bir başıpozuq dəstə göründü. Şaiq....
|
LİNGCİK (ID - 27339)is. Kiçik ling, balaca ling. Lingciklə işləmək.
|
LİNGLƏMƏ (ID - 27340)“Lingləmək” dən f.is.
|
LİNGLƏMƏK (ID - 27341)f. Linglə qaldırmaq, altına ling salaraq yerindən tərpətmək. Daşı lingləmək.
|
LİNG-LİNGİ (ID - 27342)is. Bir ayaq üstə atıla-atıla oynanılan uşaq oyunu.
|
LİNKOR (ID - 27343)[rus. “линейный корабль” ixtisarı] Dəniz döyüşündə müxtəlif gəmi növlərini məhv etmək və düşmənin sahil obyektlərinə artilleriya zərbəsi endirmək üçün güclü silahlarla silahlanmış iri hərb gəmisi.
|
LİNQAFON (ID - 27344)is. [lat.] Qrammofon vallarına və ya maqnitofon lentlərinə yazılmış dil kursu.
|
LİNOLEUM (ID - 27345)[lat. linum - kətan və oleum yağ] Döşəmə üçün polimer örtük materialı.
|
LİNOLEUMLU (ID - 27346)sif. Linoleumla örtülmüş, linoleum vurulmuş. Linoleumlu döşəmə.
|
LİNOTİP (ID - 27347)[lat. - linea - xətt və yun. typos - iz, surət] mətb. köhn. Kitab, jurnal və qəzet mətnlərini yığmaq üçün qurğuşundan sətirtökən yığı maşını. // Həmin maşında hazırlanmış sətirşəkilli monolit metal tökmələr.
|
LİNOTİPÇİ (ID - 27348)is. Linotipdə işləyən mətbəə işçisi.
|
LİNOTİPÇİLİK (ID - 27349)is. Linotipçinin işi, sənəti.
|
LİNZA (ID - 27350)[alm.] bax ədəsə 2-ci mənada. Qabarıq linza. Silindrik linza.
|
LİNZALI (ID - 27351)sif. Linzanın tətbiqilə əlaqədar olan, linzası olan. Linzalı cihazlar.
|
LİPOİD (ID - 27352)is. [yun.] Təbii yağa bənzəyən maddə.
s |
LİRA (ID - 27353)[yun.] Barmaqla çalınan qədim yunan simli musiqi aləti; rübab.
|
LİRƏ (ID - 27354)[ital.] Türkiyədə, İtaliyada və bəzi başqa ölkələrdə pul vahidi.
|
LİRİK1 (ID - 27355)[yun. ] Lirik şeirlər yazan şair, lirik şeirlər müəllifi.
|
LİRİK2 (ID - 27356)sif. [yun.] 1. Lirika xüsusiyyətləri olan, lirika mahiyyətində olan (b a x lirika 1-ci mənada). Lirikpoeziya. Lirizmlə dolu, hiss və həyəcanla dolu; emosional. Lirik şeir. Lirik musiqi. Lirik səhnə. - Ilk qələm təcrübəsi zamanı yazdığı...
|
LİRİKA (ID - 27357)[yun. lyrikos - liranın müşayiəti ilə oxunan] 1. Şairin hiss və həyəcanlarını şeir şəklində ifadə edən ədəbi əsər növlərindən biri. Məhəbbət lirikası. Azərbaycan klassik lirikası. - Intim lirika yenə qüvvətli vətənpərvərlik...
|
LİRİK-DRAMATİK (ID - 27358)[yun.] Lirika və drama ünsürlərini özündə birləşdirən, əks etdirən (ədəbi əsər haqqında). Lirik-dramatik əsər. // Musiqidə: lirik səslə dramatik səs arasında keçid təşkil edən (xanəndənin səsi haqqında). Lirik-dramatik...
|
LİRİK-EPİK (ID - 27359)[yun.] Lirika və epos ünsürlərini özündə birləşdirən, əks etdirən (ədəbi əsər haqqında). Lirik-epikpoema.
|
LİRİZM (ID - 27360)[yun.] 1. İncəsənət əsərində emosionallıq, bədii həyəcan, səmimi duyğu ünsürləri. Üzeyir bəy musiqisinin lirizmi. - Səməd Vurğun poeziyasında Nizami müdrikliyi, Füzuli lirizmi, Vaqif sadəliyi, Sabir kəskinliyi vardır. M.Arif....
|
LİSAN (ID - 27361)is. [ər.] klas. Dil. Ey oğul, hər lisanə ol raqib; Xassə, ol rus elminə talib. S.Ə.Şirvani. O, eyni zamanda azad müdavim sifəti ilə darülfünunun şərq fakültəsinə davam edərək, lisan və ədəbiyyat problemlərilə məşğul olur. Ə.Haqverdiyev....
|
LİSANÇI (ID - 27362)is. köhn. Dilçi.
|
LİSANİYYAT (ID - 27363)is. [ər.] köhn. Dilçilik, dilşünaslıq, dil elmi.
|
LİSENZİYA (ID - 27364)is. [lat.] Mal aparmaq, mal gətirmək, çeşidli işlərlə məşğul olmaq üçün verilən rəsmi icazə sənədi.
|
LİSEY (ID - 27365)[yun. Lykeion - Afinanın yaxınlığında Likeyli Apollon məbədinin bağçasındakı məktəbin adından] 1. 1917-ci il inqilabından qabaq Rusiyada: zadəgan oğlanları üçün imtiyazlı qapalı orta və ya ali məktəb.
2. Orta məktəb. |
LITER (ID - 27366)[lat. lit(t)era - hərf] 1. Dəmir yolu və bəzi başqa nəqliyyat vasitələrində pulsuz və ya güzəştlə getmək üçün (müəyyən hərflə işarə olunmuş) sənəd.
2. mətb. Tökmə hərf. |
LİTERLİ (ID - 27367)sif. Literi olan, hərflə işarə edilmiş. Literli loja (rəqəmlə deyil, hərflə işarə olunmuş loja).
|
LİTOQRAF (ID - 27368)[yun.] Litoqrafiya mütəxəssisi, ustası.
|
LİTOQRAFÇI (ID - 27369)bax litoqraf.
|
LİTOQRAFİYA (ID - 27370)[yun. lithos - daş və grapho - yazıram] 1. Litoqrafiya daşında şəkil çəkmə; üzərində şəkil çəkilmiş yastı daşdan çapetmə üsulu; daş basması. □ Litoqrafiya daşı - 1) litoqrafiyada çap işində istifadə edilən əhəngdaşlarından...
|
LİTOLOGİYA (ID - 27371)is. [yun.] Çökmə süxurların tərkibi, quruluşu və mənşəyi haqqında elm.
|
LİTR (ID - 27372)[fr. litre] 1000 kub santimetrə bərabər maye ölçüsü. Bir litr süd.
|
LİTRAJ (ID - 27373)[fr. litrage] Hər hansı bir qabın litrlə tutumu. Bakın litrajı.
|
LİTRLİK (ID - 27374)is. dan. Bir litr tutan qab. ^sif. Bir litr tutan. Ağzı tıxaclı litrlik şüşəni pəncərə qabağına qoydu. Mir Cəlal.
|
LİTURGİYA (ID - 27375)is. [yun.] Qədim Yunanıstan polislərində dövlət mükəlləfiyyəti.
|
LİTVACA (ID - 27376)sif. və zərf Litva dilində. Litvaca qəzet. Litvaca danışmaq.
|
LİTVALI (ID - 27377)is. Litvanın əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam.
|
LİVER (ID - 27378)is. [ing.] Ətlik malın, qoyunun yeməli içalatı.
|
Bu səhifə dəfə baxılıb