LƏPİK1 (ID - 27179)is. Yastı, dəyirmi balaca daş.
|
LƏPİK2 (ID - 27180)is. dan. Evdə geyilən yüngül ayaqqabı; şap-şap.
|
LƏPİKDAŞ (ID - 27181)is. Ləpiklə oynanılan bir oyun (bax ləpik1).
|
LƏPİR1 (ID - 27182)is. Torpaq, qar və s. üzərində insan və ya heyvan ayağının nişanı, izi. At ləpiri. Dovşan ləpiri. Quş ləpiri. - Yerə düşmüş şəbnəm hələ qurumamışdı. Yer üzündə beş-altı ayaq ləpiri məlum olurdu. T.Ş.Simurq. Dəvə ləpirlərindən,...
|
LƏPİR2 (ID - 27183)is. məh. Ayaqları qısa toyuq cinsi.
|
LƏPİRÇİ (ID - 27184)is. 1. Heyvanı ləpirilə izləyib tapan ovçu; izçi, izaxtaran.
2. Keçmiş bir hadisənin buraxdığı izləri araşdırıb tapan adam. |
LƏPİRƏN (ID - 27185)sif. məh. Ləpir boyda, ləpir kimi; balaca, ovuc boyda. Bir azdan sonra dəllək hazır oldu və ləpirən kimi balaca güzgünü ətəyi ilə təmizləyib ustaya təqdim etdi. Çəmənzəminli.
|
LƏRGƏ (ID - 27186)is. bot. Paxlalılar fəsiləsindən olan, yarpaqcıqları bığcıqla qurtaran bitki.
|
LƏRGƏLİK (ID - 27187)is. Lərgə əkilmiş yer, lərgə tarlası.
|
LƏRZAN (ID - 27188)sif. və zərf [fars.] klas. Lərzə edən, titrəyən, titrək, rəşədar. [Vəzir padşaha:] Nə ki vardır, həmə lərzandı qabağında sənin; Cürət etməz, ola bir kimsə müxalif əmrin. Ü.Hacıbəyov. □ Lərzan etmək (qılmaq) - titrətmək,...
|
LƏRZƏ (ID - 27189)is. [fars.] Titrəmə, titrəyiş, əsmə. Lərzə etmək (eyləmək) - titrəmək, əsmək. Lərzə salmaq - dəhşətə gətirmək, vəlvələ salmaq, sarsıtmaq. Bərk dava oldu. Güllənin səsi dağlara lərzə salmışdı. “Qaçaq Nəbi” . Lərzəyə...
|
LƏRZƏLƏNMƏ (ID - 27190)“Lərzələnmək” dən f.is.
|
LƏRZƏLƏNMƏK (ID - 27191)f Lərzəyə gəlmək (düşmək); titrəmək, əsmək.
|
LƏRZİŞ (ID - 27192)is. [fars.] bax lərzə. Tutdu dünyanı od şərarələri; Yaxdı dükkanları, imarələri; Nə ’reyi-tündbad, hiddəti-nar; Lərzişiərz, sədmeyi-əhcar. M.Ə.Sabir.
|
LƏŞKƏR (ID - 27193)is. [fars.] köhn. Qoşun, ordu. Gəlib qeyzə hökm eylədim ləşkərə; Atın şəhrə üç yandan od bir kərə. M.Ə.Sabir. [Rəhman Haruna:] Lap nahaqdan ləşkəri göndərdiniz belə uzaq. Ü.Hacıbəyov. // Məc. mənada. Yeriş etdi qəm ləşkəri;...
|
LƏŞKƏRGAH (ID - 27194)is. [fars.] klas. Ordunun yerləşdiyi yer; ordugah.
|
LƏT (ID - 27195)[fars.] dan. 1. sif. Ət kimi, süst, key, hərəkətə qadir olmayan, ölgün. Lət adam. Lət kimi olmaq.
2. is. Heyvanların inkişaf etməsinə mane olan qarın xəstəliyi. Qoyun lət olub. |
LƏTAFƏT (ID - 27196)is. [ər.] 1. Lətiflik, yumşaqlıq, xoşluq. [Dərviş Nakamın] daha səsində köhnə lətafət qalmadı. Ə.Haqverdiyev.
2. Gözəllik; ruhu oxşayan hal və keyfiyyət, məlahət, qəşənglik. Bu hüsnü lətafətdə, yəqindir, bəşər olmaz;... |
LƏTAFƏTLİ (ID - 27197)sif. Zərif, incə, lətif, məlahətli, xoş. Büllur lətafətlim, sənubər boylum; Huriyü qılmanım, neçün gəlmədi? M.P.Vaqif.
|
LƏTAFƏTLİLİK (ID - 27198)bax lətafət.
|
LƏTİF (ID - 27199)sif. [ər.] 1. Yumşaq, mülayim, xoş. Yayın səfalı, lətif bir günü idi. S.Hüseyn. Peterburqun bəyaz gecələrinə məxsus lətif yaz havasını ləzzətlə udaraq, bir nəfər oğlan gedirdi. M.Hüseyn.
2. İncə, zərif, qəşəng. Çiyninə... |
LƏTİFƏ1 (ID - 27200)is. [ər.] folk. Həyatdakı, məişətdəki gülməli və məzəli əhvalatlar haqqında yığcam, qısa hekayə, anekdot. Molla Nəsrəddinin lətifələri. - [Dərviş Nakam] birdən görəndə ki, bu söhbət camaatın birparasına naxoş gəldi,...
|
LƏTİFƏ2 (ID - 27201)sif. və is. [ər.] klas. Gözəl, incə, qəşəng (qız və ya qadın). Əndamı lətifeyiilahi; Dəryayi-lətafət içrə mahi. Füzuli. [Hacı Qənbər:] Zarafat deyil, səkkiz yaşından indiyə kimi saxlayıb bu dərəcəyə yetirmişəm, belə...
|
LƏTİFƏÇİLİK (ID - 27202)is. Lətifə söyləməyi sevmə, bacarma; zarafatçılıq. [Vaqifin] zövq, nəşə və lətifəçiliyi yüksək dərəcəyə çıxmışdı. Çəmənzəminli.
|
LƏTİFLƏŞMƏ (ID - 27203)“Lətifləşmək” dən f.is.
|
LƏTİFLƏŞMƏK (ID - 27204)f Lətif olmaq, incələşmək, zərifləşmək, gözəlləşmək.
|
LƏTİFLİK (ID - 27205)is. 1. Yumşaqlıq, mülayimlik, xoşluq, lətafət. Aylı gecənin lətifliyi.
İncəlik, zəriflik, qəşənglik. Aşıq, lətiflik güftar iləndir; Əndəlibin meyli gülzar iləndir. Aşıq Pəri. |
LƏTLƏNMƏ (ID - 27206)“Lətlənmək” dən f.is.
|
LƏTLƏNMƏK (ID - 27207)f Ətlənmək, kökəlib ətə dönmək, hərəkət edə bilməmək; atilləşmək. [Kiçikbəyim:] Ay ana, evdə oturub lətlənməkdənsə bu yaxşıdır: palaza bürün, elnən sürün. Çəmənzəminli.
|
LƏTLƏŞMƏ (ID - 27208)“Lətləşmək” dən f.is.
|
LƏTLƏŞMƏK (ID - 27209)b ax lətlənmək.
|
LƏVAZİMAT (ID - 27210)is. [ər. “ləvazim” söz. cəmi] Bir iş üçün lazım olan şeylərin məcmusu. Dərs ləvazimatı. Səhnə ləvazimatı. Ov ləvazimatı. - [Əmiraslan bəy:] Dəstələr toplayınız, ləvazimat cəm ediniz. S.S.Axundov. Böyükxanım qabaqca...
|
LƏVƏND (ID - 27211)is. və sif. dan. [ital. levantino] Əxlaqsız, pozğun (adətən söyüş yerində işlənir). Ləvəndə qoşulan bəlayə düşər. (Ata. sözü). [Naçalnik:] Ə, ləvənd oğlu, ləvənd! Sən nə hətərən-pətərən sözlər danışırsan?! “Qaçaq...
|
LƏVƏNGİ (ID - 27212)is. İçi qoz, turşu və s. doldurulmuş balıq və ya quşla hazırlanmış xörək.
|
LƏYAQƏT (ID - 27213)is. [ər.] 1. İnsanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu, həmçinin bu xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissi. Yüksək insani ləyaqət. - Ağlı mədəsindən xırda gədələr;...
|
LƏYAQƏTLİ (ID - 27214)sif. 1. Ləyaqəti olan, layiq. Mükafata ləyaqətli işçi. // Layiqli, hörmətli. [Qazı Xudayar bəyə:] Əgər səndən bədgüman və naümid olsa idim, heç bu qədər danışmağa durmaz idim sənnən. Amma xeyr, maşallah, artıq ləyaqətli...
|
LƏYAQƏTLİLİK (ID - 27215)is. Ləyaqəti olma, ləyaqətli olma; bacarıqlılıq, qabiliyyətlilik.
|
LƏYAQƏTSİZ (ID - 27216)sif. 1. Layiq olmayan, ləyaqəti olmayan; layiqsiz, nalayiq. Südabəyə layiq bir şey almaq üçün [Qəhrəmani və Firidunun] pulu çatmazdı, ləyaqətsizini (is.) də aparmaq mənasızdı. M.İbrahimov. [Qadir] .. qeyzli-qeyzli bu ləyaqətsiz...
|
LƏYAQƏTSİZLİK (ID - 27217)is. Layiq olmayan şey və hərəkət; ədəbsizlik, nalayiqlik.
|
LƏYƏN (ID - 27218)is. Müxtəlif ehtiyaclar - içində əl-üz və ya paltar yumaq, mürəbbə bişirmək və s. üçün istifadə edilən misdən və ya başqa materiallardan qayrılmış müxtəlif şəkilli dərin qab. [Molla] həmişə ətəyinin altında da bir ləyən...
|
LƏZGİ (ID - 27219)is. Dağıstanda və Azərbaycanda yaşayan Dağıstan xalqlarından biri və bu xalqa mənsub adam. Kimsən, haralısan? Danış, ay çoban: - Dağıstan əhliyəm, ləzgiyəm, qardaş! S.Vurğun.
|
LƏZGİCƏ (ID - 27220)sif. və zərf Ləzgi dilində. Ləzgicə kitab. Ləzgicə danışmaq.
|
LƏZGİHƏNGİ (ID - 27221)is. İti oynanılan Dağıstan oyun havalarından birinin adı.
□ Ləzgihəngi oynamaq (vurmaq) məc. çox sevinmək, sevincdən atılıb-düşmək. Molla Yusifin gətirdiyifitvaları oxuyub şadlıqlarından ləzgihəngi oynayırlar. Ə.Haqverdiyev.... |
LƏZGİXİNGALI (ID - 27222)is. Ət və ya qovrulmuş soğanla bişirilən sulu xingal.
|
LƏZGİNKA (ID - 27223)is. bax ləzgihəngi. Həpsi birdən halqa vurdu; Coşqun məclis quruldu; Çalğı coşdu, incə, şaqraq ləzginkalar vuruldu. A.İldırım.
|
LƏZİZ (ID - 27224)sif. [ər.] bax ləzzətli 1-ci mənada. Ləziz yeməklər. - Bəli, nəməklə olur rəsmdir kəbab ləziz! S.Ə.Şirvani. O qədər ləziz xörəklər ki, bircə ramazan aylarında ortalığa gəlir, qeyri on bir ayın ərzində gəlmir. C.Məmmədquluzadə....
|
LƏZZƏT (ID - 27225)is. [ər.] 1. Yeyilən, içilən hər hansı bir şeydən duyulan xoş hiss; tam, dad. Hər xörəyin bir ləzzəti var. Bu meyvənin ləzzəti necədir? Ağzımın ləzzəti qalmışdır. // Dadlılıq, şirinlik. Ləzzəti hələ də damağımdadır....
|
LƏZZƏTLƏNDİRMƏ (ID - 27226)“Ləzzətləndirmək” dən f.is.
|
LƏZZƏTLƏNDİRMƏK (ID - 27227) |
LƏZZƏTLƏNMƏ (ID - 27228)“Ləzzətlənmək” dən f.is.
|
Bu səhifə dəfə baxılıb