LƏZZƏTLƏNMƏK (ID - 27229)f . Daha ləzzətli olmaq, ləzzəti, dadı artmaq; dadlanmaq.
|
LƏZZƏTLİ (ID - 27230)sif. 1. Ləzzət verən, dadlı, yeməli, tamı gözəl. Ləzzətli xörək. Ləzzətli yeməklər. - Məşədi Imaməli çox ləzzətli plova və bal qayğanağına bizi qonaq elədi. Məmmədquluzadə. Xörəklər olduqca lətif və ləzzətli idi....
|
LƏZZƏTSİZ (ID - 27231)sif. Ləzzəti olmayan, dadsız, dadsız-tamsız. Ləzzətsiz yemək. - İçki yıxmış bütün əsabın, rəngi saralıb; Ömrü sərxoşluq ilə badə gedib ləzzətsiz. A.Səhhət.
|
LƏZZƏTSİZLİK (ID - 27232)is. Ləzzəti, dadı olmayan şeyin hal və keyfiyyəti. Xörək ləzzətsizliyi üzündən yeyilmədi.
|
LIG (ID - 27233)bax lıqqa. [fridun bəy:] Gözünə döndüyüm, faytonu tərpədib böyründən nə tövr ilişdirdisə, təpəsi üstə getdi lığın içinə, ürəyi getdi. Ə.Haqverdiyev.
|
LIGA (ID - 27234)is. Qatı, mət, qəliz. [Mirzə] gecələr qamış qələmi mürəkkəbin lığasına basıb, yavaş-yavaş yazar, lakin kəlamını kimsəyə oxumaz. Çəmənzəminli.
|
LIĞLANMA (ID - 27235)“Lığlanmaq” dan f.is.
|
LIĞLANMAQ (ID - 27236)f Lığ halına gəlmək, lığ olmaq. Yağışın suyu lığlanıb.
|
LIĞLAŞMA (ID - 27237)“Lığlaşmaq” dan f.is.
|
LIĞLAŞMAQ (ID - 27238)bax lığlanmaq.
|
LIQQA (ID - 27239)is. Yağmurdan, sulu qardan yerdə əmələ gələn duru palçıq; batdaq, lehmə.
|
LIQQILDAMA (ID - 27240)“Lıqqıldamaq” dan f.is.
|
LIQQILDAMAQ (ID - 27241)f Lıqqıltı ilə qaynamaq (samovar, çaynik, su və s.). Çaynik lıqqıldayır.
|
LIQQILDATMA (ID - 27242)“Lıqqıldatmaq” dan f.is.
|
LIQQILDATMAQ (ID - 27243)f İçərisində maye olan qabı tərpədib lıqqıltı səsi çıxartmaq. Südqabını lıqqıldatmaq.
|
LIQQILTI (ID - 27244)təql. İçərisində maye olan qabı tərpətdikdə çıxan səs, lıqqıldama səsi.
|
LIRÇILDAMA (ID - 27245)“Lırçıldamaq” dan f.is.
|
LIRÇILDAMAQ (ID - 27246)f Lırçıltı səsi vermək, lırçıltı səsi çıxarmaq.
|
LIRÇILTI (ID - 27247)təql. Palçığa, batdağa və b. qəliz şeyə batıb çıxan bir şeydən hasil olan səs.
|
LIRT (ID - 27248)sif 1. Çox dəyib sulanmış. Lırt armud. Lırt əzgil.
2. məc. Süst, ət kimi boş. Lırt olmaq (süst olmaq, əzginləşmək, süstləşmək). |
LIRTQARIN (ID - 27249)sif dan. Böyük və sallaq qamı olan. Lırtqarın adam.
|
LIRTLIQ (ID - 27250)is. 1. Lırt şeyin (adamın) halı.
2. məc. Boşluq, süstlük, əzginlik. |
LIRTMAC (ID - 27251)b a x lıqqa.
|
LİANA (ID - 27252)[fr.] bot. Tropik meşələrdə, Qafqaz meşələrində bitən iri sarmaşıq, bitki.
|
LİBAS (ID - 27253)is. [ər.] 1. Paltar, geyim. Səfər libası. Toy libası. Dərviş libası. Hərbi libas. Pənbeyi-daği-cünun içrə nihandır bədənim; Diri olduqca, libasım budur, ölsəm kəfənim. Füzuli. [Mirzə] durub, libasını geyinib, getdi Zeynalın...
|
LİBASLI (ID - 27254)sif Paltarlı, geyimli. [Qəhrəman:] Qara libaslı bir kişi qapının qıfilını sındırmağa məşğul idi. H.Nəzərli.
|
LİBASSIZ (ID - 27255)sif. və zərf Paltarsız. Neçə vaxtdan sonra işin üstü açıldı. Həqiqətən bir seyid qızı haman günü məşədinin evinə libassız əyləşibmiş, o da məşədinin öz arvadı imiş. Ə.Haqverdiyev.
|
LİBERAL (ID - 27256)[lat. liberalis - azad] 1. Liberalizm (1-ci mənada) tərəfdarı. Liberal partiyalardan birinin üzvü.
məc. dan. Liberallıq göstərən, zərərli bir işə kömək edən adam, barışdırıcı, güzəştçi. |
LİBERALCASINA (ID - 27257)sif. və zərf Liberala (2-ci mənada) xas olan bir tərzdə, liberal kimi, liberallıq göstərərək. Liberalcasına münasibət.
|
LİBERALİZM (ID - 27258)[lat.] 1. Feodal təhkimçilik dövründə və burjua inqilabları zamanı burjuaziya üçün azadlıq tələb edən, onun siyasi hakimiyyəti qurulduqdan sonra isə son dərəcə mürtəce bir mahiyyət kəsb edən siyasi cərəyan.
köhn. Azadfıkirlilik. məc.... |
LİBERALLAŞMA (ID - 27259)“Liberallaşmaq” dan fis.
|
LİBERALLAŞMAQ (ID - 27260)f. 1. köhn. Liberal olmaq, liberal bir şəkil (hal) almaq; demokratlaşmaq, azadfikirli olmaq.
2. dan. Möhkəmliyini, sabitliyini itirmək, liberalizmə (3-cü mənada) qapılmaq. |
LİBERALLIQ (ID - 27261)bax liberalizm 3-cü mənada. □ Liberallıq göstərmək - lüzumsuz yerə yumşaqlıq (rəhmdillik) göstərmək, pis işlərə göz yummaqla onlara yol vermək.
|
LİBERTİ (ID - 27262)[ing.] İpək və ya ipək qarışıq yumşaq, parıltılı parça növü. Liberti çarşab. Liberti köynək.
|
LİBİDO (ID - 27263)is. [lat.] 1. Psixoanalizin əsas anlayışlarından biri, şüursuz cinsi həvəs.
2. Psixi energiya. |
LİBRETTO (ID - 27264)[ital.] 1. Böyük musiqi-vokal əsərinin (opera, operetta, oratoriya) mətni. “Şahsənəm” operasının librettosunu Cəfər Cabbarlı yazmışdır. // Operanın və ya pyesinin qısa məzmunu (adətən teatr proqramında çap edilir).
2. Balet,... |
LİBRETTOÇU (ID - 27265)is. Libretto yazan şəxs, libretto müəllifi.
|
LİCİM (ID - 27266)is. dan. Biçim, görkəm, təhər-töhür, üst-baş. Bunun licimini görürsən?! O danışanda nə təhər də gülür! - deyə iki əlilə döşünü sıxıb geriyə çəkildi. S.Rəhimov. □ Licimi axmaq dan. - səliqəsiz, yaraşıqsız geyinmək,...
|
LİDER (ID - 27267)[ing. leader - başçı] 1. Siyasi partiyanın, ictimai-siyasi təşkilatın və s. başçısı, rəhbəri. Parlament fraksiyasının lideri. - Hər lider özünün mənsub olduğu partiyanın əqidəsi uğrunda uzun nitq söyləyirdi. M.S.Ordubadi.
2.... |
LİDERLİK (ID - 27268)is. 1. Liderin mövqeyi, vəzifəsi. // Liderin fəaliyyəti; başçılıq.
2. Hər hansı yarışda birincilik. Liderlik uğrunda mübarizə. |
LİF1 (ID - 27269)is. [ər.] Pambığın, baramanın incə saçaqları, ipliyi. Pambıq lifi.
|
LİF2 (ID - 27270)is. Bədəni sabunlayıb çirkini aparmaq üçün nazik parçadan tikilmiş və ya toxunmuş kisəcik. [Həkim:] Uşağın özü çox zəif və bədəni də çox çirklidir.. Yerinin içində
lif və sabun ilə bədənini təmizləmək lazımdır.... |
LİFAYIRAN (ID - 27271)sif xüs. Pambıq, barama və s. liflərini ayıran. // Is. mənasında. Pambıq, barama və s. liflərini ayıran maşın. Lifayıranı təmir etmək.
|
LİFÇİ (ID - 27272)is. Hamamda lif çəkən adam; kisəçi.
|
LİFƏ (ID - 27273)is. Şalvarın, dizliyin, tumanın içərisindən bağ keçirilən bel hissəsi.
|
LİFƏLİ (ID - 27274)sif Lifə tikilmiş, lifəsi olan. Lifəli dizlik. Lifəli tuman. - Həmişəki kimi [Şahbaz bəy] yenə də müsəlmanı deyilən lifəli şalvar, qara, gahlı arxalıq geymişdi. Ə.Əbülhəsən.
|
LİFGİR (ID - 27275)is. [ər. lif və fars. ...gir] köhn. b ax lifçi. Hacı Əbdül hamamında hamı lifgir, camadar; Altı aydır, gecələr məşq qılar, növhə yazar. M.S.Ordubadi.
|
LİFGİRLİK (ID - 27276)köhn. bax lifçilik.
|
LİFLƏMƏ (ID - 27277)“Lifləmək” dən f.is.
|
LİFLƏMƏK (ID - 27278)f. Liflə bədəni yumaq, bədənə lif sürtmək. Özünü lifləmək.
|
Bu səhifə dəfə baxılıb