LALƏRÜX (ID - 26829)klas. bax laləyanaq. Lalərüxlər köysümün çakinə qılmazlar nəzər; Hiç bir rəhm eyləməzlər daği-pünhanım görüb. Füzuli. Ey lalərüxüm, könlümə heyranəm əzəldən; Dözmüş necə hicraninə min dağ ilə sənsiz. Ə.Vahid.
|
LALƏYANAQ (ID - 26830)sif şair. Yanaqları, üzü lalə kimi qırmızı; alyanaq, qırmızıyanaq.
|
LALƏZAR (ID - 26831)is. [fars.] şair. Laləlik, çiçəklik, güllük, çoxlu lalə bitən yer. Baxdı ki, bura elə çəmənzar, laləzar bir yerdir ki, day nə deyim. “Koroğlu” . Qışgetdi, yenə bahargəldi; Gül bitdi və laləzar gəldi. Xətayi. // Məc. mənada....
|
LALƏZARLIQ (ID - 26832)bax laləzar. [Rizvan] bura hər cür ağacdan, güldən əkib, bura olub bir laləzarlıq. (Nağıl). [Zeynəb] bir azdan sonra yorulub bir laləzarlıqda oturdu və lalələrdən gəlin qayırmağa başladı. S.S.Axundov.
|
LALIQ (ID - 26833)sif. Həddindən artıq dəyib boşalmış, yetişib vaxtı ötmüş; lırt. Lalıq armud. Lalıq zoğal.
|
LALIQLAMA (ID - 26834)“Lalıqlamaq” dan f.is.
|
LALIQLAMAQ (ID - 26835)f. Həddindən artıq yetişmək, dəyib sulanmaq, boşalmaq. Əzgillər lalıqlamış, armudlar dəymişdi. Ə.Vəliyev. Lalıqlayan ətli zoğal hərdən bir-bir, ikibir nova düşür, damaq şaqqıltısı kimi səslənirdi. B.Bayramov.
|
LALIQLANMA (ID - 26836)“Lalıqlanmaq” dan f.is.
|
LALIQLANMAQ (ID - 26837)f. Həddindən artıq yetişmək, dəyib sulanmaq, lalıq hala gəlmək.
|
LALIQLAŞMA (ID - 26838)“Lalıqlaşmaq” dan f.is.
|
LALIQLAŞMAQ (ID - 26839)b a x lalıqlanmaq.
|
LALIQ-MALIQ (ID - 26840)sif. dan. Dilsiz-ağızsız, sözünü, fikrini başa sala bilməyən. Lalıqmalıq uşaq.
|
LAL-KAR (ID - 26841)1. sif. Həm danışmaq, həm də eşitmək qabiliyyəti olmayan. Lal-kar uşaq. // İs. mənasında. Lal-karlar məktəbi.
zərf Dinməz-söyləməz, danışmadan, heç bir söz demədən. Lal-kar oturmaq. Lalkar durmaq. - Qardaşının daş kimi... |
LAL-KARLIQ (ID - 26842)is. Həm danışmaq, həm də eşitmək qabiliyyətindən məhrumluq; lal və kar adamın halı.
|
LALLAŞMA (ID - 26843)“Lallaşmaq” dan f.is.
|
LALLAŞMAQ (ID - 26844)f. Lal olmaq, danışmaq qabiliyyətini itirmək.
|
LALLIQ (ID - 26845)is. Lal adamın halı.
|
LAL-MAT (ID - 26846)zərf Heyrət içərisində; susaraq. Arvad belə rəftarı gördükdə lal-mat geri dönüb qayıtdı. B.Talıblı.
|
LAM1 (ID - 26847)sif. və zərf məh. b ax lal 2-ci mənada. ..Alagöz artıq birbaş lam axan Kürə doğru addımlayırdı. S.Rəhimov. Bu böyük, sakit, lam axan çaya baxdıqca Ilyasın gözü axırdı. Mir Cəlal.
|
LAM2 (ID - 26848)[ər.] Ərəb əlifbasında “J” şəklində yazılan hərfin adı. Üç hərflə ismin eylədin aşkar; Biri kafdı, biri lamdı, biri sad. Aşıq Ələsgər.
|
LAMA1 (ID - 26849)[isp.] zool. Dəvə ailəsindən Cənubi Amerika yük heyvanı.
|
LAMA2 (ID - 26850)[tibet.] Tibet və Monqolustanda: lamaizm rahibi.
|
LAMAİST (ID - 26851)[tibet.] Lamaizm tərəfdarı, lamaizm dininə inanan adam.
|
LAMAİZM (ID - 26852)[tibet.] Tibet və Monqolustanda yayılmış buddizm məzhəblərindən biri.
|
LAMƏHALƏ (ID - 26853)zərf [ər.] dan. Heç olmazsa, ən azı. [Hacı Nuru:] Amma necə ki, siz deyirsiniz, iksirə laməhalə başqa filizat lazımdı ki, onun təsirini qəbul edə. M.F.Axundzadə. Bizimçün laməhalə üç dilin təlimi lazımdır. S.Ə.Şirvani. Topla...
|
LAMƏKAN (ID - 26854)sif. [ər.] klas. Məkansız, yeri, məkanı olmayan. Vətəndən ayrı düşüb indi laməkan (z.) ölürəm. X.Natəvan.
|
LAMƏZHƏB (ID - 26855)sif. [ər.] Məzhəbsiz, dinsiz, Allahsız. // İs. mənasında. [Hacı Səmsam:] Mən bu laməzhəblərin hər birinin başına on tümən verəcəyəm. P.Makulu. // Söyüş məqamında işlənir. [Kərbəlayı:] Pərvərdigara, .. ikinci, başıma...
|
LAMİSƏ (ID - 26856)is. [ər.] Toxunmaqla hiss etmə. ..Bir çox karlarda, korlarda yüksək iybilmə, lamisə həssaslığının olduğu məlumdur. M.Məhərrəmov.
|
LAMPA (ID - 26857)is. [fr.] 1. Müxtəlif növ və quruluşlu, işıq verən cihaz. Neft lampası. Onluq lampa. Şarlı lampa. - [Murad] əlini qoltuq cibinə salıb dəfələrlə oxuduğu məktubu aldı. Lampa işığında təkrar oxumağa başladı. S.Hüseyn. Evin ortasında...
|
LAMPACIQ (ID - 26858)is. Kiçik lampa, balaca lampa.
|
LAMPAÜSTÜ (ID - 26859)is. Lampanın üstünə keçirilən, salınan şar, örtük və s.
|
LAMPOÇKA (ID - 26860)[rus. лампа söz. kiç.] Elektrik lampası. Bir anda bütün ətrafda yüzlərlə lampoçka yandı. M.İbrahimov. Rüxsarə lampoçkanı əlləşdirdi, onun içəri tellərinin qırılmış olduğunu gördü. S.Rəhimov.
|
LANDŞAFT (ID - 26861)[alm.] 1. coğr. Hər hansı bir yerin tipik əlamətlərinin məcmusu. // Yer səthinin quruluşu.
2. Mənzərə. |
LANSET (ID - 26862)is. [alm.] Cərrah aləti.
|
LAP (ID - 26863)əd. Sözlərin qabağına gələrək, onların mənasını daha da şiddətləndirir, dəqiqləşdirir. Bu söz onun lap ürəyindən oldu. Yayın lap isti günü idi. Evdə lap tək qalmışdım. Sürtdü kamançaya ayı əllərin; Az qaldı ki, lap...
|
LAPAN (ID - 26864)is. bot. Dilim-dilim iri yarpaqları olan ağcaqayın növündən ağac.
|
LAPAR-LAPAR (ID - 26865)sif. 1. Parça-parça; xallar, ləkələr şəklində. Lapar-lapar qızartı. Laparlapar güllü parça. -Dəvə gedir, ayaq izi qumsallıqda lapar-lapar; Buz qütbündə addımlasa nəfəsindən buzlaq qopar. X.Rza.
Sakit havada iri parçalar şəklində... |
LAPCA (ID - 26866)bax lap. Ay balam, eybini qan; Bir həya eylə, utan! Yoxsa təkfir edərik! Lapca rüsva olasan?! M.Ə.Sabir.
|
LAPÇIN (ID - 26867)is. 1. Uzunboğaz ayaqqabı növü. Lapçının üzlüyü keçədən, altı göndən tikilirdi.
2. məh. Əsasən evdə geyilən yüngül ayaqqabı. [Sübhanverdizadə] rezinliplaşa bürünmüş, ayaqlarına lapçın keçirmişdi. S.Rəhimov. |
LAPDAN (ID - 26868)zərf Gözlənilmədən, qəfildən, birdən. Lapdan işıq söndü. Lapdan qapı açıldı. - [Xavər Kərimxana:] ..Bir dəfə diqqətlə lapdan ona bax! M.İbrahimov.
|
LAP-LAP (ID - 26869)zərf dan. Təəccüblə, heyrətlə, mat-mat. Lap-lap baxmaq. - Orada qaynaşan müxtəlif adamları görüb, gözlərini laplap döyən Gəray bəyi yenə də nökəri.. ayıltdı. S.Rəhimov.
|
LARI (ID - 26870)sif Uzunqıçlı, uzunboğazlı toyuq və xoruz cinsi. [Qız] eyvanın küncündə ları xoruzun qanadından düşmüş uzun lələyi görüb sevincək götürdü. M.İbrahimov.
|
LARİNGİT (ID - 26871)[yun. larunx] tib. Qırtlağın selikli qişasının iltihabı.
|
LARİNQOLOGİYA (ID - 26872)[yun.] Təbabətin boğaz xəstəliklərindən bəhs edən bölməsi. Larinqologiya qırtlağın fiziologiyasını, patologiyasını, onun xəstəliklərinin müalicə və profilaktika üsullarını öyrənir.
|
LARİNQOLOQ (ID - 26873)[yun.] Qulaq, boğaz, burun xəstəlikləri mütəxəssisi olan həkim.
|
LARİNQOSKOP (ID - 26874)[yun.] Boğazı müayinə etmək üçün uzun dəstəsi olan yastı güzgü şəklində tibb aləti.
|
LAS (ID - 26875)təql. 1. Toyuğu tutmaq istərkən çıxarılan səs. Las eləyib toyuğu tutmaq.
sif məc. Bacarıqsız, əlindən iş gəlməyən. Las adam. is. məh. Ot çalınarkən yerə tökülən lay, çalınmış ot layı. |
LAS-LAS (ID - 26876)zərf Qat-qat, lay-lay, təbəqətəbəqə. Otu las-las yığmaq. Torpağı las-las tökmək.
|
LAST (ID - 26877)is. [ing.] Sualtı üzgüçülükdə istifadə edilən xüsusi rezin ayaqlıq.
|
LASTİK1 (ID - 26878)[ing.] Əsasən astarlıq üçün işlədilən parıldayan pambıq parça.
|
Bu səhifə dəfə baxılıb