İzahlı lüğət

LEHMƏQARIN (ID - 26979)

sif. dan. Qabağına gələni yeyən, çox yeyən, yeməkdən doymayan. Lehməqarın adam.

LEHMƏLİK (ID - 26980)

is. Lehmə yığılmış yer; palçıqlıq, batdaq. [Gecə] düz aşağıdakı lehməliyə düşmüşdü və o dəqiqədə lehməlik onu udmuşdu. Ə.Məmmədxanlı.

LEK (ID - 26981)

Albaniya Xalq Respublikasında pul vahidi.

LEKAL (ID - 26982)

[rus. лекаль] Əyri cizgiləri çəkmək üçün fiqurlu xətkeş.

LEKSEM (ID - 26983)

is. [yun.] Dilçiliyin leksikologiya şöbəsinin vahidi; söz.

LEKSİK (ID - 26984)

sif. dilç. [yun.] Leksikaya aid olan, lüğəvi. Sözün leksik mənası. Dilin leksik sərvəti.

LEKSİKA (ID - 26985)

[yun.] Hər hansı bir dildə və ya dialektdə işlədilən sözlərin məcmusu. Azərbaycan dilinin leksikası. // Hər hansı bir yazıçının əsərinin lüğət tərkibi. Füzulinin leksikası. Vaqifin leksikası. M.F.Axundzadənin leksikası.

LEKSİKOQRAF (ID - 26986)

[yun.] bax lüğətçi.

LEKSİKOQRAFİYA (ID - 26987)

[yun. lexikos - söz və logos - yazıram] b a x lüğətçilik.

LEKSİKOLOGİYA (ID - 26988)

[yun. lexikos - söz və logos - nəzəriyyə] Dilçiliyin dilin lüğət tərkibini öyrənən bəhsi; lüğətşünaslıq.

LEKSİKOLOQ (ID - 26989)

[yun.] Leksikologiya mütəxəssisi; lüğətşünas.

LEKSİYA (ID - 26990)

[lat.] bax mühazirə. Bu qayda ilə polis darülfununa gəlib leksiyalarda iştirak etməyənləri bəlli etmək istəyirdi. T.Ş.Simurq. Soltan Əmirli sənin kimi illərlə məktəb skamyasında leksiya dinləməyib. İ.Hüseynov. Leksiya oxumaq məc....

LEKTOR (ID - 26991)

[lat. lector - oxuyan] Auditoriya qarşısında leksiya oxuyan şəxs; mühazirəçi. Afərin deyərəm o lektora ki, [Hacının adamına] kafirdir desin. Qantəmir.

LEKTORİYA (ID - 26992)

[lat.] Kütləvi mühazirələr keçirilən yer (zal, bina).

LEQAL (ID - 26993)

[lat.] Qanuni, qanunla icazə (yol) verilən, açıq (qeyri-leqal əksi). Leqal ədəbiyyat. Leqal qəzet. Leqal vəziyyət.

LEQALLAŞDIRILMA (ID - 26994)

“Leqallaşdırılmaq” dan fis.

LEQALLAŞDIRILMAQ (ID - 26995)

məch. Leqal vəziyyətə gətirdilmək, leqal şəklə salınmaq, gizli vəziyyətdən açıq vəziyyətə keçirilmək, qanunla yol verilmək.

LEQALLAŞDIRMA (ID - 26996)

“Leqallaşdırmaq” dan f.is.

LEQALLAŞDIRMAQ (ID - 26997)

f Leqal vəziyyətə gətirmək, leqal şəklə salmaq, gizli vəziyyətdən açıq vəziyyətə keçirmək, qanuni olduğu qəbul edilmək. Mətbuatı leqallaşdırmaq.

LEQALLAŞMA (ID - 26998)

“Leqallaşmaq” dan f.is.

LEQALLAŞMAQ (ID - 26999)

f Leqal vəziyyətə keçmək, leqal şəkil almaq, gizli vəziyyətdən açıq vəziyyətə keçmək.

LEQALLIQ (ID - 27000)

is. Leqal vəziyyətdə olma; qanunla yol verilmə, qanuni olma; açıqlıq, aşkarlıq (qeyri-leqallıq əksi).

LEMMA (ID - 27001)

[yun.] riyaz. Bir və ya bir neçə teoremi sübut etmək üçün lazım olan köməkçi teorem.

LEMUR (ID - 27002)

is. [lat.] Qədim təsəvvürlərə görə əcdadların ruhu.

LEN (ID - 27003)

is. [alm.] Orta əsrlərdə Almaniyada hər bir şəxsə hərbi və ya inzibati xidmət müqabilində bağışlanan torpaq sahəsi.

LEND-LİZ (ID - 27004)

[ing.] İkinci dünya müharibəsi zamanı ABŞ-ın borc olaraq müttəfiq dövlətlərə silah, xammal, ərzaq və s. mallar vermə sistemi.

LENT (ID - 27005)

is. [alm.] 1. Bəzək və s. üçün işlədilən dar, uzun parça zolağı. Sarı lent. Ağ lent. Qara lent. - “Ura” səsləri altında qırmızı lent kəsildi, stansiya işə salındı. M.İbrahimov.
Gör qızların saçlarında; Necə ipək...

LENTƏBƏNZƏR (ID - 27006)

sif. Şəkilcə lentə oxşayan; lentvari. Lentəbənzər qurdlar.

LENTLİ (ID - 27007)

sif Lenti olan, lentlə bəzədilmiş, lent tax(ıl)mış. Lentli saç. Lentli qutu. - Şəkildə lentli, kök, qaragöz bir qız uşağı oturub kitab oxuyurdu. Mir Cəlal.

LENTVARİ (ID - 27008)

sif Lentə bənzəyən, lentəoxşar, zolaq şəkilli, lent kimi. Lentvari yol.

LEONİD (ID - 27009)

is. [lat.] Səmada Şir bürcündə özünü göstərən meteor seli (cəmdə işlənir: leonidlər).

LEŞ (ID - 27010)

is. [fars.] 1. Ölmüş heyvan bədəni, leş, cəmdək. İt leşi. İnək leşi. - Yolun ətrafinda sınıq düşmən maşınları, at leşi və əzilmiş toplardan başqa bir şey gözə dəymir. Ə.Vəliyev. Məşədi Heybət bizə nişan verirdi:...

LEŞSÖKƏN (ID - 27011)

sif “Acgöz” , “qarınqulu” , “doymaz” mənasında. Bəyəm bu leşsökən, qarın Fərəc Allahı tanıyır? S.Rəhimov.

LEŞYEYƏN (ID - 27012)

sif Ölü heyvan cəmdəklərini yeməklə dolanan. Leşyeyən quş.

LEY (ID - 27013)

is. Qısadimdik, alıcı - yırtıcı quş. Ley vuran oldu, mənim kimi tükü dağılan olmadı. (Ata. sözü). Birdən xəzəl kimi qopur yerdən; Küləyə qoşulub qaçır; Tükünü ley dağıtmış; Boz bir quş olub qaçır. R.Rza. Səməndər...

LEYBORİST (ID - 27014)

[ing.] Siyasətdə reformist mövqedə duran İngiltərə fəhlə partiyası və bu partiyanın üzvü. Leyboristpartiyası. Leyborist hökuməti.

LEYK (ID - 27015)

[ər.] klas. bax lakin. Leyk mənim qışda dəxi yaz kimi; Yaşıl olurpaltarım ətləs kimi. M.Ə.Sabir. Leyk mən vermədim ona fürsət; Onu vurmaqda eylədim sibqət. A.Səhhət.

LEYKA (ID - 27016)

[alm. Leica - Leitz-Camera firmasının adının ixtisarı] köhn. Dar plyonkalı kiçik fotoaparat. ..Müxbir leykasını çıxarıb işə saldı. Ə.Məmmədxanlı.
s

LEYKEMİYA (ID - 27017)

[yun. leukos - ağ və haima qan] Qanda leykositlərin (ağ qan kürəciklərinin) həddindən çox artması nəticəsində əmələ gələn qan xəstəliyi; ağqanlılıq.

LEYKOPLASTIR (ID - 27018)

is. [rus.] Üstü yapışqanlı yastı tibbi lent.

LEYKOSİT (ID - 27019)

[yun. leukos - ağ və kytos hüceyrə] Qanın rəngsiz kürəciklər şəklində olan hüceyrələri; ağ qan cisimcikləri.

LEYKOZ (ID - 27020)

is. [yun.] Qanyaradan toxumanın pisxassəli şiş xəstəliyi.

LEYL (ID - 27021)

is. [ər.] klas. Gecə.

LEYLAC (ID - 27022)

sif və is. dan. köhn. Qumar oynamaqda ad çıxarmış, məşhur qumarbaz.

LEYLACI (ID - 27023)

bax qıyqacı. Aşıq Cünun [gözələ] bir leylacı nəzər saldı. “Koroğlu” .

LEYLƏK (ID - 27024)

dan. Hacıleylək. Dəmirçinin ömrü taq-taqla, leyləyin ömrü laq-laqla keçər. (Ata. sözü). ..Ilk baharın uğurlu elçiləri olan qaranquş, sığırçın və leylək sürü-sürü dönüb yuvalarını tikəcək. A.Şaiq.

LEYLİ (ID - 27025)

LEYSAN (ID - 27026)

bax niysan. Leysanyağışından sonra Fatma ana göydə hanasını, anam da eyvanda sacını asmışdı. S.Rəhimov. ..Birdən leysan yağış başlayır. H.Seyidbəyli.

LEYTENANT (ID - 27027)

[fr.] Ordu və donanmada: kiçik leytenant rütbəsindən sonra gələn zabit rütbəsi və belə rütbəsi olan şəxs. Bir saat sonra qərargahdan qırmızısifət bir leytenant gəldi. Mir Cəlal. Dilaranın leytenant Əjdərdən aldığı məktubların...

LEYTENANTLIQ (ID - 27028)

is. Leytenant rütbəsində olma.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed