LAYİHƏLƏŞDİRİLMƏ (ID - 26929)“Layihələşdirilmək” dən f.is.
|
LAYİHƏLƏŞDİRİLMƏK (ID - 26930)bax layihələndirilmək. Yeni yaşayış binaları layihələşdirildi.
|
LAYİHƏLƏŞDİRMƏ (ID - 26931)“Layihələşdirmək” dən f.is.
|
LAYİHƏLƏŞDİRMƏK (ID - 26932)bax layihələndirmək. Üçüncü mərtəbəni layihələşdirmək istəmədilər. Mir Cəlal. [Əlikram Səlimə:] Bilirsən ki, dənizə çıxan köndələn küçədəki beşmərtəbəli binanı.. layihələşdirdim. B.Bayramov.
|
LAYİQ (ID - 26933)sif. [ər.] 1. Münasib, yaraşan. Bu paltar sənə layiq deyil. - Igidlikiddiasın edənə layiq deyilyalan. M.P.Vaqif. Sənə layiq deyil, Seyyid, dəxi məşuqəbaz olmaq. S.Ə.Şirvani. [Məşədi İbad:] Zarafat deyildir, bir ətəkpul verirəm,.....
|
LAYİQİ (ID - 26934)[ər.] bax layiqli. [Məcid] özündən vəzifəcə böyük olan Mədədin yanında özünü layiqi surətdə aparmaq istəyirdi. S.Rəhimov.
|
LAYİQİNCƏ (ID - 26935)zərf Lazım olduğu kimi, necə lazımsa, münasib şəkildə; ləyaqətlə, layiqli. Layiqincə qulluq etmək. Layiqincə qarşılamaq. - Rəsul atasını layiqincə dəfn etdikdən sonra başladı ehsan verməyə. “Aşıq Qərib” . Molla Tanrıverdi...
|
LAYİQLİ (ID - 26936)sif. Münasib, yaxşı, ləyaqətli. Layiqli geyim. Layiqli süfrə açmaq. — Bir elə layiqli kələk qurmayır; Gəncədə derlərsə vurur, vurmayır; Oylə ki, Səlyanda vurur tək səbir. M.Ə.Sabir.
|
LAYİQLİLİK (ID - 26937)is. Layiq olma; ləyaqətlilik, ləyaqət. // Münasiblik.
|
LAYİQSİZ (ID - 26938)sif. Layiq olmayan, münasib olmayan; yaraşmayan, ləyaqətsiz, nalayiq, pis. Layiqsiz söz demək. Layiqsiz yer tutmaq.
|
LAYİQSİZLİK (ID - 26939)is. Ləyaqətsizlik, nalayiqlik, münasibsizlik.
|
LAYKA (ID - 26940)is. [rus.] İncə və yumşaq dəri və həmin dəridən tikilmiş paltar (palto, pencək, gödəkcə).
|
LAYLA(Y) (ID - 26941)is. 1. Körpə uşaqları yatırtmaq üçün hava ilə oxunan həzin şeir parçası; nənni, beşik nəğməsi. Laylay çalmaq. Laylay demək. Laylay oxumaq. - Oturmuş ana; Basmış bağrına; Nazlı körpəsin; Layla der ona. Səhhət. Gecə-gündüz...
|
LAYLAMA (ID - 26942)“Laylamaq” dan f.is.
|
LAYLAMAQ (ID - 26943)f Lay-lay düzmək, qat-qat qoymaq. Otu qurumaq üçün laylamaq. Odunu laylamaq.
|
LAYLANDIRMA (ID - 26944)“Laylandırmaq” dan f.is.
|
LAYLANDIRMAQ (ID - 26945)f Laylara ayırmaq, laylay etmək, qat-qat düzmək.
|
LAYLANMA (ID - 26946)“Laylanmaq” dan f.is.
|
LAYLANMAQ (ID - 26947)qayıd. Laylara ayrılmaq, lay-lay olmaq. Süxurlar laylanıb.
|
LAYLAŞMA (ID - 26948)“Laylaşmaq” dan f.is.
|
LAYLAŞMAQ (ID - 26949)b a x laylanmaq.
|
LAYLI (ID - 26950)sif. Laylardan ibarət, lay şəklində yığılmış; qat-qat, təbəqə-təbəqə, lay-lay. Laylı süxurlar.
|
LAYNER (ID - 26951)is. [ing.] Müntəzəm olaraq uzaq səfərlərə çıxan iri və sürətli nəqliyyat gəmisi.
|
LAZ (ID - 26952)Abxaziya, Acarıstan və Türkiyədə yaşayan Cənubi Qafqaz xalqlarından biri və bu xalqa mənsub adam.
|
LAZARET (ID - 26953)is. [ital.] Hərbi hissələrdə təşkil olunmuş müalicə məntəqəsi.
|
LAZCA (ID - 26954)sif. və zərf Laz dilində. Lazca mahnı. Lazca danışmaq.
|
LAZER (ID - 26955)is. [ing.] Optik kvant generatoru.
|
LAZIM (ID - 26956)sif. [ər.] 1. Mütləq gərək olan, onsuz keçinmək mümkün olmayan; gərəkli, lüzumlu, vacib, zəruri. □ Lazım bilmək (görmək) - yerinə yetirilməsini vacib saymaq, zəruri bilmək. Xanla Vaqif uzun-uzadı məsləhətləşib yenə bəzi...
|
LAZIMINCA (ID - 26957)zərf İstənilən qədər, kifayət qədər, kafi dərəcədə, lazımi dərəcədə, lazımi surətdə. Məktubda bir-iki kəlmə söz var ki, mətləbi lazımınca kəşf edir. C.Məmmədquluzadə. Çöllərdəki yaşıl əkinlər lazımınca boy atmadan...
|
LAZIMİ (ID - 26958)sif. [ər.] 1. Yerinə yetirilməsi vacib və lazım olan; zəruri, gərəkli, lüzumlu. Lazımi tapşırıqlar verildi. Lazımi ehtiyat.
Münasib, uyğun, istənilən kimi. Lazımi dərəcədə şərh etmək. Lazımi qaydada geyinmək. Lazım olan,... |
LAZIMLI (ID - 26959)sif. Yararlı, gərəkli, faydalı; vacib, zəruri. Lazımlı şey. - [Kitabpaylayan:] O qədər lazımlı kitablar var ki, üstünü toz basa-basa qalıb bu şkaflarda. Ə.Haqverdiyev.
|
LAZIMLIQ (ID - 26960)is. Lazım olma; gərəklik, zərurilik, vaciblik.
|
LAZIMSIZ (ID - 26961)sif. Lazım olmayan, gərəksiz, lüzumsuz. Lazımsız material. Lazımsız şeylər. - Fəhlələr mərasim zamanı lazımsız münaqişəyə yol verməmək üçün orkestri buraxdılar. M.Hüseyn. [Hakim] səliqəli stolunun üstündə gördüyü lazımsız...
|
LAZIMSIZLIQ (ID - 26962)is. Lazım olmama; gərəksizlik, lüzumsuzluq.
|
LEGİON (ID - 26963)[lat.] 1. tar. Qədim Romada: iri qoşun hissəsi.
Bəzi ölkələrdə xüsusi qoşun hissələrinin adı. |
LEGİONÇU (ID - 26964)is. Legionda xidmət edən əsgər.
|
LEHİM (ID - 26965)is. [ər.] Metal şeyləri yapışdırmaq üçün qalay və s. ərinti.
|
LEHİMÇİ (ID - 26966)is. Lehimləmə ustası.
|
LEHİMLƏMƏ (ID - 26967)“Lehimləmək” dən f.is.
|
LEHİMLƏMƏK (ID - 26968)f. Lehim vurmaq, lehimlə birləşdirmək. Boruları lehimləmək. // Mis və başqa qablardakı dəlikləri lehimlə tutmaq, lehimləmək. - [Sərvnaz qarı:] Eşitdim ki, qalayçı Əliş gələcək bura. Dedim bəlkə körük qurdu, verim, deşiyi...
|
LEHİMLƏNMƏ (ID - 26969)“Lehimlənmək” dən f.is.
|
LEHİMLƏNMƏK (ID - 26970)məch. Lehim vurulmaq, qalay və s. ilə yapışdırılmaq (tutulmaq). Qazan lehimləndi.
|
LEHİMLƏTMƏ (ID - 26971)“Lehimlətmək” dən f.is.
|
LEHİMLƏTMƏK (ID - 26972)f. Lehim vurdurmaq, qalay və s. ilə yapışdırtmaq (birləşdirtmək). Samovarı lehimlətmək.
|
LEHİMLƏYİCİ (ID - 26973)sif. Lehimləyən, lehimləmə üçün olan. Lehimləyici ərinti. Lehimləyici lampa. // Is. mənasında. Lehimləyən alət. Lehimləyicini təmir etmək.
|
LEHİMLİ (ID - 26974)sif. Lehim vurulmuş, lehimlənmiş, qalay və s. ilə yapışdırılmış. Lehimli çaynik.
|
LEHİNƏ (ID - 26975)zərf [ər.] Xeyrinə, tərəfinə, mənfəətinə (əleyhinə ziddi). Lehinə səs vermək. Lehinə çıxmaq. - Vəziyyət hər tərəfdən Qızıl Arslanın lehinədir. M.S.Ordubadi. Bəzi kəndlilərə də kimin lehinə, kimin əleyhinə əl qaldırmağı...
|
LEHLƏR (ID - 26976)Polyakların köhnə adı.
|
LEHMƏ (ID - 26977)is. Duru palçıq, batdaq. Lehməyə batmaq. Cavad yoldaşları ilə birlikdə xirtdəyə kimi lehməyə bataraq qalın meşələrdən keçir, .. hədəfə doğru irəliləyirdi. Ə.Vəliyev.
□ Lehməsi axmaq - çox çirkli, kirli adam haqqında.... |
LEHMƏLİ (ID - 26978) |
Bu səhifə dəfə baxılıb