İzahlı lüğət

HİCRƏT (ID - 16621)

is. [ər. ] 1. Öz vətənini tərk edib başqa bir yerə getmə, köçmə; mühacirət. Hicrət etmək (qılmaq) - öz vətənini tərk edib başqa bir yerə getmək, köçmək. Fətəli xan yanına əzm etdi, ol hicrət qılıb;
Neylədi ol mərd,...

HİCRİ (ID - 16622)

is. [ər.] Hicrətə aid, hicrətə mənsub (bax hicrət 2-ci mənada). Hicri təqvim. Hicrinin X əsrində. - Hicri tarixlə 1324-cü, miladi tarixlə 1906-cı ildə şah konstitusiyanın birinci hissəsini təsdiq etdi və bu da Iranda məşrutə verilməsinin...

HİÇ (ID - 16623)

[fars.] klas. bax heç. Ah kim, dağlarda seylab eyləyən şivən kimi; Hiç kim rəhm eyləməz, hərçənd fəryad eylərəm. Qövsi. Böylə gedərsə, Bakı əldən gedər; Qalmaz o mənada aman, hiç, hiç! M.Ə.Sabir.

HİDAYƏT (ID - 16624)

is. [ər.] İslam dininə görə doğru yol, düz yol, haqq yol. Çox məclislərdə Məşədi Hüseynin şəriətdən, həqiqətdən, xilqətdən və hidayətdən bəhs etməyini Kərbəlayı Rza bir neçə dəfə eşitmişdi. C.Məmmədquluzadə. //...

HİDDƏT (ID - 16625)

is. [ər.] 1. Qəzəb, acıq, qeyz, hirs, sərtlik. [Gülər Gülsabaha:] Hiddət ancaq sizin boğazınızı yırta bilər. C.Cabbarlı. Hiddətindən bağbanın gözləri qızardı. S.Rəhimov. □ Hiddətə salmaq- bax hiddətləndirmək. Mirzə Cəlil...

HİDDƏTLƏNDİRİLMƏ (ID - 16626)

“Hiddətləndirilmək” dən f.is.

HİDDƏTLƏNDİRİLMƏK (ID - 16627)

məch. Hirslənməsinə, qəzəblənməsinə, hiddətlənməsinə səbəb olmaq; qəzəbləndirilmək, qeyzləndirilmək.

HİDDƏTLƏNDİRMƏ (ID - 16628)

“Hiddətləndirmək” dən f.is.

HİDDƏTLƏNDİRMƏK (ID - 16629)

f Qəzəbə, hiddətə gətirmək; qəzəbləndirmək, qeyzləndirmək. Onun pis hərəkəti hamını hiddətləndirdi. - Bu yol ilə bütün xəbərlər yayılar, hamını hiddətləndirər(di). S.Rəhimov.

HİDDƏTLƏNMƏ (ID - 16630)

"Hiddətlənmək” dən f.is.

HİDDƏTLƏNMƏK (ID - 16631)

f Qəzəbə, hiddətə gəlmək; hirslənmək, qəzəblənmək, qeyzlənmək. [Gülər Gülsabaha:[ Sən çığırmasaydın, mən də hiddətlənməsəydim, danışmayacaqdım. C.Cabbarlı. Fatma yalvardıqca əri hiddətlənirdi, onu yenidən incitməyə...

HİDDƏTLİ (ID - 16632)

sif və zərf Qəzəbli, qeyzli, hirsli, acıqlı, qəzəbnak. Hiddətli cavab vermək. Hiddətli otaqdan çıxmaq. Hiddətli kişi. - Hiddətli dalğalar yatan çağında; Günəşin üfüqdə batan çağında; Sahillər qarşımda Umman göründü....

HİDRAT (ID - 16633)

[yun. hydor - su[ Metal oksidlərinin su ilə kimyəvi birləşməsi.

HİDRAVLİk (ID - 16634)

sif [yun.[ 1. Hidravlikaya aid olan, hidravlika ilə əlaqədar olan. Hidravlik tədqiqat.
2. Mayelərin basqısı, təzyiqi ilə işləyən, hərəkətə gətirilən. Hidravlik mühərrik. Hidravlik tormoz.

HİDRAVLİKA (ID - 16635)

[yun. hydraulikos - su[ Mayelərin müvazinət və hərəkət qanunları və bu qanunların praktik tətbiqi haqqında elm.

HİDRİD (ID - 16636)

[yun. hydor - su və eidos - növ[ Hidrogenin başqa elementlərlə kimyəvi birləşməsi.

hidro... (ID - 16637)

[yun. hydor - su[ Mürəkkəb sözlərin əvvəlində, onların suya, su sahələrinə aid olduğunu bildirir; məs.: hidrobiologiya, hidroplan, hidrologiya.

HİDROAERODROM (ID - 16638)

[yun. hydor, air və dromos - meydan, yer[ Suda hidrotəyyarələr üçün aerodrom; su aerodromu.

HİDROAKUSTIK (ID - 16639)

sif. [yun.[ Hidroakustikaya aid olan, hidroakustika ilə əlaqədar
olan. Fəal balıq ovu ilə məşğul olan gəmilərdə hidroakustik cihazlardan istifadə olunur.

HİDROAKÜSTİKA (ID - 16640)

[yun. hydor və akystikos - eşitmə[ Akustikanın, səs dalğalarının suda yayılması qanunlarından bəhs edən şöbəsi.

HİDROBİOLOGİYA (ID - 16641)

[yun. hydor, bios həyat və logos - söz[ Biologiyanın, su mühitində yaşayan orqanizmlərin həyatını öyrənən bəhsi. Dəniz heyvanlarının və bitkilərinin yayılması xüsusiyyətlərinin öyrənilməsi inkişaf edib, bioloji elminin xüsusi...

HİDRODİNAMIK (ID - 16642)

sif [yun.[ Hidrodinamikaya aid. Hidrodinamik tədqiqat. - Hidrodinamik tormozun gövdəsi orta hissədən statordan, habelə sağ və sol qapaqlardan təşkil edilmişdir. “Qazmada təhlükəsizlik texnikası”.

HİDRODİNAMİKA (ID - 16643)

[yun. hydor və dynamikos - güc[ Hidromexanikanın, mayelərin, habelə tamamilə və ya qismən mayelər içərisində olan bərk cisimlərin hərəkətini öyrənən iki hissəsindən biri (ikincisi "hidrostatika”dır). Kompleks dəyişənli...

HİDROENERGETİKA (ID - 16644)

[yun. hydor və energia - hərəkət[ Energetikanın, suelektrik stansiyalarında elektrik enerjisi istehsal etmək üçün su enerjisindən bəhs edən bölməsi.

HİDROFON (ID - 16645)

[yun. hydor və phone - səs[ Suda yayılan və ya əmələ gələn səs dalğalarını tutmaq üçün cihaz.

HİDROGEN (ID - 16646)

[yun. hydor və genos - doğma[ Oksigenlə birləşdikdə su əmələ gətirən yüngül qaz - kimyəvi element. Kimyəvi analiz yolu ilə müəyyən edilmişdir ki, suyu öz tərkib hissələrinə ayırdıqda, ondan iki bəsit maddə - hidrogen və oksigen...

HİDROGENERATOR (ID - 16647)

[yun. hydor və generator - törədici] Su turbinindən gələn suyun hərəkət enerjisini elektrik enerjisinə çevirən elektrik generatoru.

HİDROGEOLOQ (ID - 16648)

[yun.] Hidrogeologiya mütəxəssisi. Geoloqlar, hidrogeoloqlar, hidrotexniklər, geodezistlər, aqronomlar kanal boyunca Qaraqum səhrasını hər cəhətcə öyrənməkdədirlər. Ə.Sadıq.

HİDROGEOLOGİYA (ID - 16649)

[yun. hydor və geologiya] Geologiyanın və hidrologiyanın, yeraltı suların mənşəyini, hərəkətini və fiziki-kimyəvi xassələrini öyrənən sahəsi.

HİDROİNKUBATOR (ID - 16650)

[yun. hydor və incubare - yumurtlama] İsti su vasitəsilə qızdırılan inkubator.

HİDROKİMYA (ID - 16651)

[yun. hydor və ər. kimya] Hidrosferi əmələ gətirən suyun kimyəvi tərkibi və onun tədqiq üsulları haqqında elm.

HİDROQRAF (ID - 16652)

[yun.] Hidroqrafiya mütəxəssisi.

HİDROQRAFIK (ID - 16653)

HİDROQRAFİYA (ID - 16654)

[yun. hydor və grapho yazıram] Coğrafıyanın, Yer səthi sularının tədqiqi və təsviri ilə məşğul olan şöbəsi.

HİDROLİZ (ID - 16655)

[yun. hydor və lysis - pozulma, parçalanma] kim. Mürəkkəb maddənin suyun təsiri nəticəsində parçalanması. Maqnezium-xlorid duzunun hidrolizində ayrılan sərbəst hidrogen-xlorid suda həll olaraq xlorid turşusu əmələ gətirir. “Neftin...

HİDROLOGİYA (ID - 16656)

[yun. hydor və logos elm] Yer kürəsinin su sahələrini və təbiətdə suyun dövranını öyrənən elm.

HİDROLOJİ (ID - 16657)

sif. [yun.] Hidrologiyaya aid. Hidroloji tədqiqat. - Hamı [Quliyevin] hidroloji kəşfiyyatı yaxşı apardığını təsdiq edə bilərdi. Ə.Sadıq.

HİDROLOKASİYA (ID - 16658)

[yun. hydor və lat. losus - yer] Suda olan cismin, onun əks etdirdiyi səs siqnalları vasitəsilə yerinin müəyyənləşdirilməsi.

HİDROLOKATOR (ID - 16659)

[yun. hydor və lat. losus - yer] Suda olan cismin yerini hidrolokasiya vasitəsilə müəyyənləşdirən cihaz. Elm və texnika insanlara hidrolokator, ya da exolot adlanan cihazı verdi. “Eşidilməyən səslər”.

HİDROLOQ (ID - 16660)

[yun.] Hidrologiya mütəxəssisi.

HİDROMEXANİKA (ID - 16661)

[yun. hydor və mexanika] Mexanikanın, mayelərin tarazlıq və hərəkət qanunlarını, həmçinin mayelərin yuduğu bərk maddələrlə qarşılıqlı təsirini öyrənən bəhsi.

HİDROMETEOROLOGİYA (ID - 16662)

[yun. hydor və meteorologiya] Atmosferdə suyun dövranını öyrənən elm.

HİDROMETEOROLOJİ (ID - 16663)

sif. [yun.] Hidrometeorologiya ilə əlaqədar olan, hidrometeorologiyaya aid olan. Hidrometeoroloji müşahidələr.

HİDROMONİTOR (ID - 16664)

[yun. hydor və ing. monitor - xəbərləyici] Torpağı, dağ süxurlarını güclü su şırnağı vasitəsilə çıxarmaq üçün işlədilən qurğu, mexanizm. Əvvəlcə çox cəsarətsiz halda tikintiyə girən və sayı çox az olan hidromonitorlar...

HİDROPLAN (ID - 16665)

[yun. hydor və fr. planer] bax hidrotəyyarə.

HİDROSFER (ID - 16666)

[yun. hydor və sphaira kürə] Yer kürəsinin su örtüyü, yer üzərindəki suların məcmusu (okeanlar, dənizlər, göllər, çaylar).

HİDROSTANSİYA (ID - 16667)

[yun. hydro və stansiya] Su-elektrik stansiyası (HES). Mingəçevir hidrostansiyası. - Hidrostansiya ... Parlaq işıqlar; Buradan ətrafa yayılacaqdır. M.Rahim. Kür hidrostansiya binasının içindən keçib, turbinləri hərəkətə gətirəcək...

HİDROSTATİKA (ID - 16668)

[yun. hydor və statos duran] Hidromexanikanın, mayenin müvazinət vəziyyətini, habelə maye içində olan cisimlərin müvazinətini öyrənən iki hissəsindən biri (ikincisi "hidrodinamika”dır).

HİDROTEXNİK (ID - 16669)

[yun.] Hidrotexnika mütəxəssisi. ..Geoloqlar, hidrogeoloqlar, hidrotexniklər, geodezistlər, aqronomlar kanal boyunca Qaraqum səhrasını hər cəhətcə öyrənməkdədirlər. Ə.Sadıq.

HİDROTEXNİKA (ID - 16670)

is. [yun.] Su ehtiyatlarından xalq təsərrüfatının ehtiyacları üçün istifadə etmək və təbii su hadisələrinin zərərli təsiri ilə mübarizə üsulları haqqında elm; texnikanın, həmin işləri xüsusi tikinti və qurğular vasitəsilə...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed