İzahlı lüğət

HM (ID - 16771)

nida. 1. Şübhə, istehza bildirir. Hm, sən də orada idin?
2. Bir söz demək istərkən çətinlik çəkdikdə və ya tərəddüd etdikdə işlənir - hə.

HO, HO-HO (ID - 16772)

təql. İşlək qaramalı hərəkətə gətirmək və ya qovmaq üçün işlədilir. Ho-ho! deyə alçaqboylu, çalsaqqallı, gün altında işləməkdən əl və üzü qaralmış arabaçımız Səməd kişi öküzləri səslədi. T.Ş.Simurq. Arabaçı...

HODAQ (ID - 16773)

is. məh. Kotana qoşulan öküz. Qəhrəman .. hodaq sürməkdə.. Rüstəmə kömək edirdi. S.Rəhimov. Poladı qaytarıb kotan hodağı sürməyə göndərdilər. Ə.Vəliyev.

HODAQÇI (ID - 16774)

is. məh. Kotana qoşulan öküzün başını çəkən adam. Hodaqçılar [aqronomun] böyük adam olduğunu düşünüb, öküzləri yana vurdular. B.Bayramov.

HO-HA, HO-HO (ID - 16775)

b a x ho. Ho-ho var dağa qaldırar, ho-ho var dağdan endirər. (Məsəl). Məşədi Ağakişi gedib çıxır vəlin üstə və “ho-ho” deyə-deyə başlayır öküzləri sürməyə. C.Məmmədquluzadə. Faytonçu “hoha, ho-ho “ - deyə gah...

HOHOLAMA (ID - 16776)

“Hoholamaq” dan f.is.

HOHOLAMAQ (ID - 16777)

f dan. İnəyi, öküzü, kəli hərəkətə gətirmək və ya yerişini artırmaq üçün “ho-ho” deyə səs çıxarmaq. Tərxan .. əlində nar çubuğu irəli keçirdi və ağır tərpənişli öküzləri hohalayırdı... Ə.Məmmədxanlı.

HOQQA1 (ID - 16778)

is. [ər. ] 1. Əl zirəkliyi ilə çıxarılan cürbəcür oyunlar.
2. məc. Kələk, fırıldaq, fənd, hiylə. Bu nə hoqqadır? Hoqqası baş tutmadı. Başdanayağa hoqqadır. - [Salamov Bahadır bəyə:] Hamısı badalaqdır, bütün hoqqalar...

HOQQA2 (ID - 16779)

HOQQABAZ (ID - 16780)

is. [ər. hoqqa və fars. ...baz] Əl cəldliyi ilə cürbəcür oyunlar göstərən adam, hoqqa çıxardan; oyunbaz. 0ad günümüzdə .. bizə mütrüblər, hoqqabazlar, kəndirbazlar, meymunoynadanlar, ayıoynadanlar göndərir. Ə.Haqverdiyev. [Mirzə...

HOQQABAZLIQ (ID - 16781)

is. 1. Hoqqabazın (1-ci mənada) işi, sənəti; əl zirəkliyi ilə cürbəcür şeylər göstərmə. Qəhqəhə, əlçalanların qarışıq ovuc səsləri, Zeynalın əlli cürə hoqqabazlığı.. məclisi xeyli şənləndirib qızışdırdı. Ə.Əbülhəsən....

HOLAVAR (ID - 16782)

is. folk. Cütçülərin, əkinçilərin oxuduqları mahnı (şifahi xalq ədəbiyyatı növü). Kotançıların holavarları, otbiçənlərin çobanbayatısı .. Budağı valeh etmişdi. Ə.Vəliyev. Kəndin yaxınlığındakı çaylaqlarda çəltik...

HOLAVARLAMA (ID - 16783)

“Holavarlamaq” dan f.is.

HOLAVARLAMAQ (ID - 16784)

f Holavar oxumaq, holavar çəkmək. [Qoca:] Ay balam, niyə Allahın gözündən düşmüsən, bir holavarla, qoy öküz işin çəmini tapsın, - dedi. S.Rəhimov.

HOLL (ID - 16785)

[ing.] İctimai binalarda istirahət və ya gözləmə üçün böyük otaq, zal, salon.

HOLLAND, HOLLANDİYALI (ID - 16786)

is. Hollandiyanın (Niderlandiyanın) əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam.

HOLLANDCA (ID - 16787)

sif və zərf Holland dilində. Hollandca-azərbaycanca lüğət. Hollandca öyrənmək.

HOMEOPAT (ID - 16788)

[yun.] Homeopatiya üsulları ilə müalicə edən həkim.

HOMEOPATIK (ID - 16789)

sif [yun.] Homeopatiya ilə bağlı olan, homeopatiya üsulları tətbiq edən. Homeopatik müalicə.

HOMEOPATİYA (ID - 16790)

[yun. homoios - oxşar, bənzər və pathos - xəstəlik] Böyük dozaları sağlam adamda müalicə edilən xəstəlik əlamətlərinə oxşar əlamətlər törədən dərmanların çox kiçik dozaları ilə müalicə üsulu.

HOMOGEN (ID - 16791)

sif [yun.] Eyni cinsli, bir cinsli.

HOMOSEKSUALIZM (ID - 16792)

[yun. homos - oxşar, bənzər və lat. sexualis - cinsi] Öz cinsindən olan adama qeyri-təbii cinsi meyil.

HOP (ID - 16793)

təql. Birdən və cəld qalxıb sıçramağı anladır. Hop yerindən sıçradı. Hop qalxdı. // Zərf mənasında. Birdən, o saat, cəld, dərhal, bir anda. □ Hop eləyib yemək - birdən, cəld udmaq, yemək; içəri ötürmək. [Əsəd bəy:]...

HOPDURMA (ID - 16794)

“Hopdurmaq” dan f.is.

HOPDURMAQ (ID - 16795)

f. Tədricən canına çəkmək, sormaq, udmaq. Torpaq suyu yaxşı hopdurur. - Gil layları gil məhlulu suyunu hopdurmadığına görə, quyu qazılarkən bu laylar dövr edən gil məhlulu ilə yuyulur və quyu gövdəsinin diametri genəlir. “Neftmədən...

HOPDURMAYAN (ID - 16796)

sif Rütubəti, suyu canına çəkməyən, su keçməyən, su buraxmayan. Su hopdurmayan parça.

HOPDURUCU (ID - 16797)

sif. Hopma qabiliyyəti olan, canına çəkən, soran. Hopdurucu lay. Hopdurucu maddə. Hopdurucu torpaq.

HOPDURULMA (ID - 16798)

“Hopdurulmaq” dan f.is.

HOPDURULMAQ (ID - 16799)

“Hopdurmaq” dan məch. [Natiq] ətir hopdurulmuş (f.sif.) dəsmalını çıxarıb, .. qulaqlarının dalında gəzdirdi. B.Bayramov.

HOP-HOP (ID - 16800)

bax şanapipik. Bu oxuyan quş hop-hopdur; Qulaq asın siz hop-hopa. M.Dilbazi.

HOPLAŞMA (ID - 16801)

“Hoplaşmaq” dan f.is.

HOPLAŞMAQ (ID - 16802)

qarş. Atılıb-düşmək, oynaşmaq. Uşaqlar hoplaşırdılar. - Ətrafında qoyun-quzu hoplaşar; Oynar, coşar, mələr, yenə toplaşar. H.Cavid.

HOPLATMA (ID - 16803)

“Hoplatmaq” dan f.is.

HOPLATMAQ (ID - 16804)

f. dan. Atıb-tutmaq, oynatmaq. Uşağı hoplatmaq. - [Şeyx Sənan yuxuda gördüyü şeyx haqqında:] Sanki bir tifl idim... Qucaqlayaraq; Bir zaman öpdü, sevdi, hoplatdı. H.Cavid.

HOPMA (ID - 16805)

“Hopmaq” dan f.is. Meşələr qarın tez əriməsinə mane olur, yerüstü suların axmasını azaldır ki, bu da rütubətin torpağa hopmasına səbəb olur. M.Qaşqay.

HOPMAQ (ID - 16806)

f Canına, içinə keçmək; sorulmaq. Su torpağa yaxşı hopur. - Hopduqca səhranın gövdəsinə su; Tərlədi qaxsımış bir bədən kimi. S.Vurğun. Ilk nəzərdə bu meşəliyin mənzərəsi ürəksıxıcı idi, taxtaşalbanına başdan-başa...

HOPPA (ID - 16807)

təql. Balaca uşağı qoltuqlarından, ya qollarından tutub hoppandırdıqda deyilən söz.

HOPPANDIRMA (ID - 16808)

"Hoppandırmaq” dan f.is.

HOPPANDIRMAQ (ID - 16809)

f Atlandırmaq. Bizlərdə qorxaq atı çaydan hoppandırmaq üçün belə tələsik çıxan .. səslərlə acıqlanarlar. Mir Cəlal.

HOPPANIŞ (ID - 16810)

is. Hoppanma işi; hoppanma, atlanma, tullanma, atlanış. Bir hoppanışla arxı keçmək.

HOPPANIŞMA (ID - 16811)

"Hoppanışmaq” dan f.is.

HOPPANIŞMAQ (ID - 16812)

qarş. Hoppanmaq, atılmaq, atlanmaq, sıçraşmaq (çoxları haqqında). Uşaqlar təpədən hoppanışdılar. - [Nərgiz] hürküşüb suya hoppanışan (f.sif.) qurbağalara tamaşa elədi. B.Bayramov.

HOPPANMA (ID - 16813)

"Hoppanmaq” dan f.is. Pərdə qalxanda iki əcinnə üstdən hoppanma oynayırlar. Ə.Haqverdiyev.

HOPPANMAQ (ID - 16814)

f 1. Atlanmaq, tullanmaq, sıçramaq, atılmaq. Sanki canavar bir adamın üstünə hoppanmaq və qanını sormaq istəyirdi. M.S.Ordubadi. Nökər birdən hoppanıb, Israfilin belindən yapışdı.. M.Hüseyn. // məc. Çox sevinmək, şadlığından...

HOR (ID - 16815)

dan. bax hovur. [Çopo:] Ceyniz biriki hor söhbət eləyib, ayağa durdu. Çəmənzəminli.

HORMON (ID - 16816)

[yun. hormaino - hərəkətə gətirirəm] fiziol. Daxili sekresiya vəzilərinin hazırladığı (və qana ifraz etdiyi) aktiv fizioloji maddə.

HORMONAL (ID - 16817)

sif. [yun.] fiziol. Tərkibində hormon olan, hormondan ibarət olan. Hormonal preparat. Hormonal maddələr.

HOROSKOP (ID - 16818)

is. [yun.] 1. Taledən xəbər verən ulduzların düzümü; ulduz falı.
2. Münəccimlik.

HORRA (ID - 16819)

is. 1. Müxtəlif maddələrdən ibarət sıyıq kütlə. [Qurban:] Qanın qaralmasın, Telli, yerə töküləni yığıb vermişəm, sexdə alma horrası qayırsınlar. Ə.Məmmədxanlı.
Təkərlərdən qopan horra palçıq yola səpilmiş narın...

HORTLATMA (ID - 16820)

“Hortlatmaq” dan f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed