İzahlı lüğət

HORTLATMAQ (ID - 16821)

bax hortuldatmaq. [Axund] bir də gözünün altından Qumruya baxdı, çayını hortlatdı. Mir Cəlal.

HORTULDATMA (ID - 16822)

“Hortuldatmaq” dan f.is.

HORTULDATMAQ (ID - 16823)

f Hortultu ilə içmək; hortlatmaq. Ayranı hortuldatmaq. Inək horranı hortuldatdı. - Yarməmməd pərt olub tələsik çayını hortuldatdı.. M.İbrahimov.

HOR(T)ULTU (ID - 16824)

is. Mayeni udarkən qırtlaqdan çıxan səs. Oğlan horultu ilə su içən kəlləri çubuqlayıb arabanı suya saldı. İ.Şıxlı. Içəridə ancaq stəkanların çaqqıltısı, bir də Qarakişinin hortultusu eşidilirdi. B.Bayramov.

HOSPİTAL (ID - 16825)

is. [alm.] Hərbi xəstəxana. Səlim səhiyyə məntəqəsində başdan-ayağa sarınandan sonra səhra hospitalına, buradan da arxa hospitala köçürüldü. S.Rəhimov. ..Mədətov, manevrdə qıçı burxulduğu yçyn bir hospitalda on gün yatmışdı....

HOŞ (ID - 16826)

HOTEL (ID - 16827)

is.[ fr.] Mehmanxana, qonaq evi.

HOV1 (ID - 16828)

is. dan. Kömək. Çataydı elimdən köməyim, hovum; Kəsərdən qalmayan qılıncım, sovum. Aşıq Şəmşir. Yaxınlarla sıx əlaqə yaradılmış, onlardan hov istənilmişdi. Ə.Vəliyev. □ Hova çatmaq dan. - köməyinə çatmaq, kömək etmək,...

HOV2 (ID - 16829)

bax ho, ho-ho. Cütçü hər şeydən bezar və cansız bir səslə hov, hov, hov deyə səslənir, səslənirdi. M.İbrahimov.

HOV3 (ID - 16830)

is. dan. Şişmə, iltihab (yara haqqında). □ Hov eləmək - şişmək, iltihab etmək. [Kazım Səfərə:] Ola bilər ki, ətin içində sümük qırığı da qalsın. Onun üçün hov eləyir.. Çəmənzəminli. Hovu çəkilmək şişi çəkilmək,...

HOVXURMA (ID - 16831)

“Hovxurmaq” dan f.is.

HOVXURMAQ (ID - 16832)

f. Yarımbükülü barmaqlarını ağzına tutaraq nəfəsi ilə onları qızdırmaq. Hovxurub əllərini qızdırmaq. - Sən şaxtada bir küçəyə çıx! Əllərini hovxuran dayananlara bax! R.Rza. Süd qoxulu nəfəsini; Əllərinə hovxuraraq; Gileylənir...

HOVLAMA (ID - 16833)

“Hovlamaq” dan f.is.

HOVLAMAQ (ID - 16834)

f dan. Kömək etmək, əlindən tutmaq. [Fərrux:] ..Hovlayıb saxladığım camaatın hamısı düşmənim olub. Ə.Vəliyev.

HOVLANMA (ID - 16835)

“Hovlanmaq” dan f.is.

HOVLANMAQ (ID - 16836)

f dan. Şişmək, iltihab etmək (yara). Ürəkdə yara sızlar; Hovlanıb yara sızlar; Yaralılar dərdini; Nə bilir yarasızlar? (Bayatı).

HOVUR (ID - 16837)

is. dan. Az vaxt, an, müddət.
Bir hovur - bir az, azca, azacıq zaman. Bir hovur gözlə. - [Şirməmməd:] Ay ana, nə vaxtadəksən məni bəbə hesab edəcəksən? Bir hovur evə gec gəlib çıxanda nigaran olacaqsan? E.Sultanov. ..Bir hovur...

HOVUZ (ID - 16838)

is. [ər.] Su yığıb saxlamaq üçün daşdan, kərpicdən və s.-dən düzəldilmiş sututar; çarhovuz. Üzgüçülük hovuzu. Hovuzdan su buraxmaq. - Bu zaman Qətibə hovuzun kənarında dayanmışdı, suda üzməkdə olan əlvan balıqlara baxırdı....

HOVUZCUQ (ID - 16839)

is. Kiçik hovuz, balaca çarhovuz. Hovuzcuqda əl-üzünü yumaq. Hovuzcuqda qızılbalıqlar üzür. - Səkilərin küncündə daşdan hovuzcuqlar olardı. Onlara uşaq oynamaq üçün ilıq su tökərdilər. H.Sarabski.

HOVUZLU (ID - 16840)

sif Hovuzu olan. Hovuzlu həyət. Hovuzlu bağça.

HOYDU (ID - 16841)

bax haydı. Hoydu, irəli! [Koroğlu:] Hoydu, dəlilərim, hoydu; Yeriyin meydan üstünə. “Koroğlu”.

HOYDU-HOYDU (ID - 16842)

hoydu-hoyduya götürmək dan. - gülərək, fitə basaraq, cürbəcür səslər çıxararaq ələ salmaq, masqaraya qoymaq, gülmək, dolamaq, hoydulamaq. [Əliqulu:] Canım, siz məni hoydu-hoyduya götürmüsünüz nədir? S.Rəhman. [İlyas Adiləyə:]...

HOYDULAMA (ID - 16843)

“Hoydulamaq” dan f.is.

HOYDULAMAQ (ID - 16844)

b a x hoydu-hoyduya götürmək (“hoydu-hoydu”da).

HOZƏKİ (ID - 16845)

sif dan. Səliqə ilə iş görə bilməyən, iş görərkən şeyləri sındıran, dağıdan, əlindən salan, yöndəmsiz iş görən. Hozəki adam. Hozəki qız.

HÖCCƏLƏMƏ (ID - 16846)

“Höccələmək” dən fis.

HÖCCƏLƏMƏK (ID - 16847)

bax hecalamaq. Kazım gecələr hisli neft lampasının işığında hıçqıra-hıçqıra sözləri höccələyib oxumaqdan doymazdı. M.İbrahimov. Şahnigar xanım .. gecələr çətinliklə də olsa mollaxanada oxuduğu hərfləri yadına salıb...

HÖCƏT (ID - 16848)

[ər.] 1. is. Öz dediyindən, əməlindən, xasiyyətindən əl çəkməmə; inad, inadkarlıq, tərslik. [Rüstəm kişi:] Nə höcətsən, ay arvad! Deyirlər, yemlə, yemlə, vəssəlam! M.İbrahimov. [Hatəmxan ağa:] Sən onu tanımırsan, məgər...

HÖCƏTÇİ (ID - 16849)

sif. Yersiz höcət etməyi, mübahisə etməyi sevən adam; höcətkar, inadcıl, inadkar, tərs. Höcətçi adamdır. // İs. mənasında. Höcətçinin biridir, danışmağa dəyməz.

HÖCƏTÇİLİK (ID - 16850)

is. Höcətçi adamın xasiyyəti; höcətkarlıq, inadcıllıq, inadkarlıq, tərslik. Höcətçiliyindən əl çəkməmək.

HÖCƏTKAR (ID - 16851)

sif. [ər. hüccət və fars. ...kar] b ax höcətçi. Höcətkar adam.

HÖCƏTKARLIQ (ID - 16852)

bax höcətlik.

HÖCƏTLƏŞMƏ (ID - 16853)

"Höcətləşmək” dən f.is.

HÖCƏTLƏŞMƏK (ID - 16854)

qarş. İnadlarından əl çəkməyərək bir-biri ilə mübahisə etmək, höcət etmək, bəhsləşmək, bir-birinə güzəştə getməmək. Uşaqlar bir-biri ilə höcətləşirdilər. - [Tapdıq və Mayis] bir müddət höcətləşdilər. Ə.Vəliyev....

HÖCƏTLİK (ID - 16855)

is. Höcət adamın xasiyyəti; inadkarlıq, inadcıllıq, tərslik. [Mahmud:] Görünür, sən ərindən əl çəkərsən, höcətliyindən əl çəkməzsən. Ə.Haqverdiyev. [Hidayət Sənubərə:] Axı bu höcətlik, inamsızlıq, etiqadsızlıq səndə...

HÖKM (ID - 16856)

is. [ər.] 1. Əmr, buyruq, sərəncam. [Mirzə Məmmədqulu:] Camaat, bu gün cənab naçalnikin hökmü mövcibincə burada bir siyahı qərar verilib. C.Məmmədquluzadə. [İskəndər:] Hökmümə baş əydi Hind, Həbəş, Iran. A.Şaiq. □ Hökm...

HÖKMDAR (ID - 16857)

is. [ər. hökm və fars. ...dar] Padşah, şah, hakim. Ağvan hökmdarı. - [Şeyda:] Fəqət atəşli bir qəlblə inqilaba başladı, [elə] xunxar, məğrur bir hökmdarın taxtını başına çevirdi. H.Cavid. Ümumiyyətlə Şərq hökmdarlarının...

HÖKMDARLIQ (ID - 16858)

is. Padşahlıq, şahlıq, hakimiyyət, səltənət. Səfəvilərin hökmdarlıq dövrü. □ Hökmdarlıq etmək - padşahlıq etmək, şahlıq etmək, hökm sürmək, ağalıq etmək. [Qızıl Arslan:] Biz Azərbaycanda
hökmdarlıq edirik. M.S.Ordubadi....

HÖKMƏN (ID - 16859)

zərf [ər.[ Mütləq, necə olursa olsun, hələm-həlbət. Axşam hökmən bizə gəl. - Amma Teymur istəyirdi ki, Güldəstə hökmən o gecəni xatırlasın. H.Seyidbəyli. İnanıram mən; Həmin o həqiqət gələcəkdir; Başqa birisinin dililə...

HÖKMFƏRMA (ID - 16860)

is. [ər. hökm və fars. ...fərma[ Hökm sürmə, hökmran olma. Lakin .. [Muxtar[ sabaha qədər yata bilmədi, tərəddüd yenə hökmfərma idi. Çəmənzəminli. Hər tərəfdə bir qəbiristan sükutu hökmfərma idi. M.S.Ordubadi. □ Hökmfərma...

HÖKMLÜ (ID - 16861)

sif 1. Amiranə, əmredərcəsinə, əmredici, ötkəm. Rüstəm kişi hökmlü səslə [Lal Hüseynə[ qışqırdı: - Qan sizi tutub! Əlli toğlu Sarıqamışlıqda nə gəzirdi? M.İbrahimov. [Qız[ “xoşgəldin” əvəzinə deyilən bu hökmlü...

HÖKMRAN (ID - 16862)

[ər. hökm və fars. ...ran[
is. Hökmdar, diktator. [Ruhani:[ Rəiyyəti hökmranlar itaətində saxlayan, onlara tabe etdirənlər biz ruhanilərik.. S.S.Axundov. [Fitnə:[ Taxta sahib olan zaman; Çox gənc idi bu hökmran.. A.Şaiq.
Bax...

HÖKMRANLIQ (ID - 16863)

is. 1. Hakimiyyət, diktatura. Siyasi hökmranlıq. □ Hökmranlıq etmək - hakimiyyət sürmək, hakimiyyət başında durmaq. [Hüsnübəyimin:[ Belə də iş olar? Çoban qızı gəlib bizim üstümüzə hökmranlıq eləsin? İ.Məlikzadə. // məc....

HÖKUMƏT (ID - 16864)

is. [ər.[ Dövlət hakimiyyətinin, dövləti bilavasitə idarə edən icraedici və sərəncamverici orqanı. Hökumət binası. Hökumətin xarici siyasətində sülh uğrunda mübarizə əsas yer tutur. - Bir ölkənin milyon-milyon vətəndaşı;...

HÖKUMƏTSİZLİK (ID - 16865)

is. Bir ölkədə hökumətin olmadığı vəziyyət; hakimiyyətsizlik, anarxiya, hərc-mərclik.

HÖNKÜRMƏ (ID - 16866)

“Hönkürmək” dən f.is.

HÖNKÜRMƏK (ID - 16867)

f. Hönkürtü ilə, səslə, hönkürə-hönkürə, hıçqıra-hıçqıra ağlamaq. Onlar - hər iki qardaş dizlərini yerə çırpıb, bu mənzərənin qarşısında səs dolusu hönkürdülər. S.Rəhimov. Rəhilə isə artıq hönkürməyə başlamışdı....

HÖNKÜRƏ-HÖNKÜRƏ (ID - 16868)

zərf Səslə, hönkürtü ilə, hıçqıra-hıçqıra. ..Sıxıntı və ciddiyyətdən [Anaxanım[ uşaq kimi hönkürə hönkürə ağlamağa başladı. A.Şaiq.

HÖNKÜRTÜ (ID - 16869)

is. Hönkürüb ağlayarkən çıxarılan səs. Lələ ilə dayənin hönkürtü ilə ağlamalarını görən Kiçikbəyim də özünü saxlaya bilmədi. Çəmənzəminli. Qapıdan yenicə içəriyə girən Kərimqulunun kal səsi də Əmiraslan babanın...

HÖNKÜRÜŞMƏ (ID - 16870)

"Hönkürüşmək” dən f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed