İzahlı lüğət

HƏDSİZ-HESABSIZ (ID - 16271)

bax hədsiz. ..Əngin fəzada hədsiz-hesabsız ulduzlar sayrışır. S.Rəhimov. [Babək:] Xəlifə və sarayın hədsiz-hesabsız vergiləri hamını cana gətirib.. M.Rzaquluzadə.

HƏDSİZ-HÜDUDSUZ (ID - 16272)

sif. Həddi-hüdudu olmayan, ucsuz-bucaqsız, nəhayətsiz, sonsuz. Hədsiz-hüdudsuz çöllər.

HƏDYAN (ID - 16273)

is. [ər.] Tərbiyəsiz, ədəbsiz, hərzə, əsassız sözlər; söyüş. Keçən sözü çəkmə üzə, amandı; Hədyan danışmışam, lafeyləmişəm. Aşıq Ələsgər. [Bədircahan:] Ağzına
gələn hədyanı danışma, heyvan oğlu heyvan....

HƏFRİYYAT (ID - 16274)

is. [ər.] köhn. Arxeoloji qazıntılar; qazıntı işləri.

HƏFTƏ (ID - 16275)

is. [fars.] Şənbədən bazar gününə qədər yeddi günə bərabər vaxt ölçüsü vahidi. Həftənin birinci günü. Bütün həftəni işləmək. - Dolandı həftələr, dolandı aylar; Sənətlə bir yerdə ucaldı Aygün. S.Vurğun. Həftələr,...

HƏFTƏAŞIRI (ID - 16276)

zərf Həftədən-həftəyə, hər həftə(də). Həftəaşırı dənizə getmək.

HƏFTƏBAŞI (ID - 16277)

zərf Həftədə bir dəfə (bir qayda olaraq həftənin axırında). Həftəbaşı ova getmək. Həftəbaşı hesabat vermək.

HƏFTƏBAZARI (ID - 16278)

is. Həftədə bir dəfə (əsasən bazar - istirahət günü) düzəldilən bazar, alış-veriş. [Ocaqverdi:] Sabah həftəbazarına inək aparacağam satmağa, satıb, gətirib pulunu verərəm. Ə.Haqverdiyev. Şamaxı yolundan, Quba yolundan və...

HƏFTƏBECƏR (ID - 16279)

is. Duza qoyulmuş kələm, bibər, pomidor, xiyar, xırda balqabaq və s.-dən ibarət şoraba. Xörəyin yanına həftəbecər qoymaq.

HƏFTƏLİK (ID - 16280)

is. Rəqəmlərdən sonra gələrək işin neçə həftə davam etdiyini və ya etməli olduğunu göstərir. Üç həftəlik iş qalıb. Dörd həftəlik ezamiyyət. - Müəllim [şagirdlərini] iki həftəlik yaz tətilinə buraxmışdı. S.Hüseyn....

HƏKƏM (ID - 16281)

is. [ər.] köhn. İki tərəf arasında olan mübahisəni həll etmək üçün seçilən adam; münsif, jüri. [Ev sahibi bəy dedi:] O qoca kəndlini həkəm seçək, nə desə ona razı olaq. S.S.Axundov. Camaat sakit durub tamaşa edirdi. Yalnız...

HƏKİM (ID - 16282)

is. [ər.] 1. Ali tibb təhsili olan adam; təbib, doktor. Uşaq həkimi. Göz həkimi. Diş həkimi. Sanitar həkimi. - ..Mənim xahişimə görə bacım oğlunu gətirmişdi bizə ki, həm bir-iki ay bizə qonaq olsun, həm də Irəvan həkimləri uşaqları...

HƏKİMANƏ (ID - 16283)

sif və zərf [ər. həkim və fars. ...anə] 1. Hikmətli, ağıllı, müdrik(anə), fazilanə, dərin. Həkimanə söz. - Nitqdəndir bəlalər insanə; Nitq elə hər sözü həkimanə. S.Ə.Şirvani.
köhn. Həkimə (alimə, filosofa) yaraşan...

HƏKİMBAŞI (ID - 16284)

is. köhn. Baş həkim, həkimlərin başçısı. Günün birində həkimbaşı küçədə çıxır mollanın qabağına. “M.N.lətif.”. [Odabaşı:] Mirzə Mehdi həkimbaşı həftədə iki-üç dəfə onu yoluxurdu. Ə.Haqverdiyev. // Hörmətlə...

HƏKİMXANA (ID - 16285)

is. [ər. həkim və fars. ...xanə] Tibb məntəqəsi, xəstəxana, poliklinika. [Rüstəm:] Deyərsən bəlkə [sədr] subaydır, yox, arvadı oxumuş müəllimə, bacıları həkimxanada işləyirlər. M.İbrahimov. Gedək həkimxanaya; Tez sarıyım...

HƏKİMLİK (ID - 16286)

is. Həkim sənəti, həkimin işi, peşəsi; doktorluq; təbabət. [Fərhad:] ..Musa ilə də belə danışmışıq ki, bir yerdə gedək Xarkov şəhərinə, orada həkimlik oxuyub qurtaraq. Ə.Haqverdiyev. [Sadıq kişinin övrəti ərinə:] A kişi,...

HƏKK (ID - 16287)

is. [ər.] Hər hansı bir material (metal, ağac, daş, şüşə və s.) üzərində metal qələmlə çuxur və ya qabartma şəklində açılmış naxış, yazı və s.; oyma. □ Həkk etmək
həmin üsulla bir şeyin üzərində naxış açmaq,...

HƏKKAK (ID - 16288)

is. [ər.] Metal, daş və s. üzərində polad qələmlə yazı, şəkil və s. nəqşlər oyan sənətkar; qravüra ustası, qravüraçı, oymaçı.

HƏKKAKLIQ (ID - 16289)

is. Həkkakın sənəti; qravüraçılıq, oymaçılıq.

HƏQARƏT (ID - 16290)

[ər.] 1. is. Hörmətsizlik, sayğısızlıq, alçaqlıq, təhqir; alçaldıcı, heysiyyətə, mənliyə toxunan hərəkət, söz və s. Xan buyuran qulluqlarda qaim ol; Gör düşmənə nə həqarət eylərsən. M.V.Vidadi.
2. Həqarətlə şəklində...

HƏQİQƏT (ID - 16291)

is. [ər.] 1. Doğrudan, həqiqətən olmuş və ya olan şey, hadisə və s. Həqiqət belədir. Həqiqəti olduğu kimi danışmaq. Həqiqət acı da olsa, demək lazımdır. Bunların heç biri həqiqətə oxşamır. - Siz bunu sanmayın həqiqətdir;...

HƏQİQƏTÇİ (ID - 16292)

bax həqiqətpərəst.

HƏQİQƏTÇİLİK (ID - 16293)

b ax həqiqətpərəstlik.

HƏQİQƏTƏN (ID - 16294)

zərf [ər.] Doğrudan, doğrudan da, gerçəkdən, əslində. O həqiqətən böyük alimdir. Həqiqətən gözəl oxuyur. ..Həqiqətən baxmağına dəyər. - Bu müddət içərisində Əfruz bacı həqiqətən bir çox şeylər öyrənmişdi. S.Rəhimov....

HƏQİQƏTPƏRƏST (ID - 16295)

is. [ər. həqiqət və fars. ...pərəst] Həqiqəti, düzlüyü, ədaləti
sevən, istəyən və onun uğrunda mübarizə edən adam; həqiqətçi.

HƏQİQƏTPƏRƏSTLİK (ID - 16296)

is. Həqiqəti, düzlüyü, ədaləti sevmə; həqiqətçilik.

HƏQİQİ (ID - 16297)

sif. [ər.] 1. Həqiqətən mövcud olan və ya olmuş, həqiqətə uyğun olan; gerçək, real. Həqiqi vəziyyət. - Məsafə və zaman göz işləməyən bir zülmət içində sanki öz həqiqi ölçüsünü itirmişdi. Ə.Məmmədxanlı. // Saxta,...

HƏQİQİLİK (ID - 16298)

is. Həqiqi olma, düzlük, doğruluq, gerçəklik, reallıq. Faktların həqiqiliyi. Deyilənlərin həqiqiliyinə şübhə yoxdur. - [Qətibə:] ..yalnız sevgidə deyil, süründürücülük bütün məsələlərdə müvəffəqiyyəti və həqiqiliyi...

HƏQİR (ID - 16299)

sif və zərf [ər.] 1. Qədir-qiyməti, hörməti, etibarı olmayan; alçaq. Həqir baxma mənə qilü-qal bilməz isəm; Ki əhlihal arasında bəlayəm, ey bülbül! Qövsi. Molla Cəfərqulu arvadlara həqir bir nəzərlə baxan kişilərdən idi....

HƏQİRANƏ (ID - 16300)

zərf və sif [ər. həqir və fars. ...anə] 1. Həqir olana yaraşacaq bir tərzdə; qorxa-qorxa, çəkinə-çəkinə, yazıq-yazıq, alçala-alçala. Həqiranə cavab. Həqiranə yalvarmaq.
2. Həqarətlə, alçaq nəzərlə. Rəşid Minaya doğru...

HƏQQ (ID - 16301)

[ər.] bax haqq2

HƏQQANİYYƏT (ID - 16302)

HƏQQÜLQƏDƏM (ID - 16303)

is. [ər.] köhn. Xəstə üstünə gələn həkimə verilən zəhmət haqqı. Üzüörtülü arvad.. bir cüt dolaq, bir tumanbağı və bir araqçın çıxarıb həkimin qabağına qoydu. Bu da həkimin həqqülqədəmi idi. Çəmənzəminli.

HƏLAK (ID - 16304)

is. [ər.] Ölmə, məhv olma, ölüm, məhv, tələf. 0ah xoşhal olub buyurdu ki:
Razıyam onun həlakına, sabah bu tədbir tamam və kamal icra olunacaqdır. M.F.Axundzadə. □ Həlak etmək - 1) öldürmək, məhv etmək, yox etmək, tələf...

HƏLBƏTTƏ (ID - 16305)

HƏLƏ (ID - 16306)

zərf 1. İnkar cümlələrində gözlənilən bir işin vaxtında baş vermədiyini, gecikmiş olduğunu bildirir - hələ də. Camaat hələ yığılmayıb. Məktub hələ mənə çatmayıb. Soyuqlar hələ düşməyib. - Uzaqdan görünən meşəli...

HƏLƏ-BELƏ (ID - 16307)

zərf Səbəbsiz, niyyətsiz, ciddi məqsəd olmadan. Şəfiqə sözünü deməyib, cavab verdi ki, heç, əzizim, bir şey olmayıb, hələ-belə yanına gəlmişəm. İ.Musabəyov.

HƏLƏ-HƏLBƏT (ID - 16308)

zərf dan. Mütləq, hökmən, qəti, necə olur olsun. Hələ-həlbət onu bu gün görməliyəm. Hələ-həlbət saat beşdə bizdə ol. - Göndər uşağı, Şahbacını eylə xəbərdar; Gəlsin hələ-həlbət. M.Ə.Sabir.

HƏLƏ-HƏLƏ (ID - 16309)

b ax hələm-hələm. Bu işi hələ-hələ adam bacarmaz. - [Rüstəm kişi:] Yox, Yarməmməd, Qara Kərəmoğlunu sən o qədər də zəif bilmə. Bərk adamdır, hələhələ geri çəkilən deyil. M.İbrahimov. [Eldar:] [Göyərçinlər] xoşlayıb...

HƏLƏLİK (ID - 16310)

1. zərf Bir müddət, bir qədər, bir müddətə qədər. Hələlik burada otur. Hələlik gözləməli olacaqsan. Hələlik bunu özündə saxla. - Sonudur qış gününün, toplayaraq var gücünü; Saxlamaq fikrinə düşmüş hələlik öz gücünü....

HƏLƏM-HƏLƏM (ID - 16311)

dan. sif Hər hansı, hər bir. [Molla deyir:] O, hələm-hələm adamların gözünə görünməz. “M.N.lətif.” Çünki Mina xanımı təsvir etmək hələm-hələm adamın hünəri deyil. M.İbrahimov. // zərf Tez, asanlıqla. [Gülzada:] Ancaq,...

HƏL-HƏLBƏT (ID - 16312)

dan. bax hələ-həlbət. [Reyhan xanım Mirzə Fətəliyə:] Bir şərtlə ki, həl-həlbət gələsiniz. M.İbrahimov.

HƏL-HƏLƏ (ID - 16313)

is. [ər.] Hay-küy, qalmaqal, həyəcan. Bu sayaq həl-hələylə (z.) bir anda; Gəldi çatdı o vahəyə karvan. A.Səhhət.

HƏLİM1 (ID - 16314)

sif. [ər.] 1. Xasiyyətcə, təbiətcə yumşaq (adam haqqında). Həlim adam. Məkrli qadındı, gülçöhrə qızdı; Həlimdi, kövrəkdi, sərtdi, quduzdu... M.Araz. Əsmət həlim qarı Bakıda çoxdan; Yaşayır yanında böyük oğlunun. M.Rahim....

HƏLİM2 (ID - 16315)

is. [ər.] İçərisində düyü və s. qaynadılması nəticəsində hasil olan qəliz su. Süzülmüş düyünün üstünə ilıq su gəzdirməklə onu yuyurlar ki, həlimi getsin.

HƏLİMANƏ (ID - 16316)

[ər. həlim və fars. ...anə] bax həlimliklə (“həlimlik”də).

HƏLİMAŞI (ID - 16317)

is. Tamamilə həll olub həlməşik hala gələnədək suda bişirilən ət və buğdadan ibarət, adətən səhər tezdən yeyilən horra.

HƏLİMLƏŞMƏ (ID - 16318)

“Həlimləşmək” dən f.is.

HƏLİMLƏŞMƏK (ID - 16319)

f Həlim olmaq, yumşalmaq (xasiyyətcə, rəftarca) (b ax həlim1

HƏLİMLİK (ID - 16320)

is. 1. Yumşaqlıq (xasiyyətcə, təbiətcə). Cahıllıqda həlimlik, qocalıqda səlimlik. (Ata. sözü). Həlimliklə şəklində zərf - yumşaqlıqla, mülayimliklə, xoş dillə, xoş rəftarla, həlimanə. Həlimliklə rəftar etmək.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed