İzahlı lüğət

HESABİ (ID - 16171)

sif və zərf [ər.[ dan. Düz, doğru, haqlı. Hesabi tələb. - [Teymur ağa:[ Bu hesabi sözdür, amma yalqız bu ehtimal ilə xatircəm olmaq olmaz. M.F.Axundzadə.

HESABLAMA (ID - 16172)

“Hesablamaq” dan f.is. Hesablama işləri. Hesablamanın nəticəsi. // Sif. mənasında. Hesablamaq üçün olan hesablayıcı. Hesablama maşınları.

HESABLAMAQ (ID - 16173)

f 1. Hesablama işi aparmaq, sayıb yekunlaşdırmaq. Xərclədiyi pulu hesablamaq. Əməkgünlərini hesablamaq. Balaca Sabir barmağı ilə hesablayıb yazırdı. S.Rəhimov. [Fərman[ qabağına bir kağız qoyaraq, karandaşla bir çox rəqəm yazır...

HESABLANMA (ID - 16174)

“Hesablanmaq” dan f.is.

HESABLANMAQ (ID - 16175)

“Hesablanmaq” dan məch. Layihənin xərci hesablandı. - Ulduzların həyatı milyard illərlə hesablanır.. “Günəşin tarixi”.

HESABLAŞMA (ID - 16176)

“Hesablaşmaq” dan f.is.

HESABLAŞMAQ (ID - 16177)

qarş. 1. Çatası, çatmalı pulu tamamilə verərək və ya alaraq haqq-hesabı qurtarmaq. - Bahadır ev yiyəsi ilə hesablaşıb, şeylərini gədəyə tapşırdı və özü də Sonagilə getdi. N.Nərimanov.
məc. Qisas almaq, əvəzini çıxmaq....

HESABLAYICI (ID - 16178)

is. 1. Bir şeyi hesablamaqla, saymaqla, sayını müəyyən etməklə məşğul olan şəxs; sayıcı. Hesablayıcıların təlimat müşavirəsi. - Şahpəri hesablayıcının otağına girəndə mat qaldı. B.Bayramov.
Sərf olunan elektriki,...

HESABSIZ (ID - 16179)

sif. Həddən artıq, çox, sayıhesabı olmayan. Dəhşətli, qüvvətli, hesabsız ləşkər; Şimaldan düz şərqə yürüş edirlər. Səhhət. Uşaq gözünü açıb ətrafındakıları gördükdə onları bilmək istəyir, odur ki, hədsiz və...

HETEROGEN (ID - 16180)

sif [yun.] Eyni cinsdən olmayan, müxtəlif tərkibli hissələrdən ibarət olan. Heterogen reaktor.

HEY1 (ID - 16181)

is. Qüvvət, iqtidar, cismani enerji. Canında hey yoxdur.
□□ Heydən düşmək (kəsilmək) - gücdən düşmək, üzülmək, əldən düşmək. Səttarla Ülkər bir böyük meşə ilə yeddi gün, yeddi gecə yol gedib, bir böyük dağa...

HEY2 (ID - 16182)

Çağırış və ya müraciət bildirən nida
ey, ay. [İskəndər:] Hey Zeynəb, vallah, fəndini duymuşam... Qonağın yolunda bu qədər çalışırsan ki, ərin Kərbəlayı Novruzu da diriltsin? C.Məmmədquluzadə. Rüstəm səsi dolusu:...

HEY3 (ID - 16183)

əd. Bir şeyin daim, arasıkəsilmədən və ya tez-tez təkrarlandığını və ya çox davam etdiyini bildirir. Yağış hey yağır. Uşaq hey ağlayır. Hey xəstələnmək. Hey donquldanmaq. - Həcər baxdıqca bu səmtlərə hey baxdı. S.Rəhimov....

HEYBƏ (ID - 16184)

is. Çiyindən, bəzən də atın tərkindən aşırılan kiçik xurcun. Tahir xalı kimi rəngbərəng iplərdən toxunmuş balaca dolu heybəsini çiyninə aldı.. M.Hüseyn. Yalıncaq ax-ufla heybəsini açıb oradan .. bir ipək köynək çıxardı....

HEYBƏCİK (ID - 16185)

is. Kiçik heybə. Heybəciyi çiyninə salmaq.

HEYBƏT (ID - 16186)

is. [ər.] Qorxu və eyni zamanda hörmət hissi oyandıran hal, görkəm. Çalışqan, namuslu Ayrım qızının üzündə kişilərə məxsus bir heybət vardı. A.Şaiq. // Zəhm, vahimə, dəhşət. Oğlanın heybətindən hərə bir tərəfə dağıldı....

HEYBƏTLİ (ID - 16187)

sif Heybət doğuran, hörmət hissi ilə bərabər qorxu hissi doğuran; zəhmli. Heybətli görkəm. Heybətli baxış. Əlyarov dişini qıcayıb [Ərknazın] üzünə daha heybətli bir nəzər saldı. M.Hüseyn. [Şamxalın] nəzərində kişi [Cahandar...

HEYƏT (ID - 16188)

is. [ər.] 1. Hər hansı bir təşkilatın, kollektivin tərkibini təşkil edən adamlar toplusu; tərkib. Redaksiya heyəti. Komissiyanın heyətində dəyişiklik. - [Çingiz gənclərə:] Müsamirə düzəltmək üçün ayrıca bir heyət seçməlidir....

HEYİF (ID - 16189)

əd. [ər.] bax təəssüf. Əfsus, qocaldım, ağacım düşdü əlimdən; Səd heyif cavanlıq! M.Ə.Sabir. Heyif çiçəklərin ömrü az olur; Sənə çatanacan bəlkə solacaq. O.Sarıvəlli.
□□ Heyfi gəlmək - 1) bir şeyi xərcləmək,...

HEYİFLƏNMƏ (ID - 16190)

"Heyiflənmək” dən f.is.

HEYİFLƏNMƏK (ID - 16191)

b a x heyifsilənmək. Mən həmişə heyiflənərdim ki, təhsil etməmişəm. C.Məmmədquluzadə.

HEYİFSİLƏNMƏ (ID - 16192)

"Heyifsilənmək” dən f.is.

HEYİFSİLƏNMƏK (ID - 16193)

1. Bax təəssüflənmək. Amma mən ona heyifsilənirəm ki, bu sözlər ərəbcə yazılıb və camaat qanmayacaq. C.Məmmədquluzadə. Xan Dızaq sığnağına atlı göndərdiyini söylədi, Vaqif heyifsilənən (f.sif.) kimi oldu. Çəmənzəminli....

HEYHAT (ID - 16194)

nida [ər.] Əfsus, təəssüf, heyif. Şeirsiz, nəğməsiz gəzib bir ara; Heyhat, oynamamış könlüm yerindən. M.Müşfiq. Milçək o mənzilə çatarmı, heyhat; Ki, simurğ orada salmışdı qanad! Şəhriyar.

HEYKƏL (ID - 16195)

is. [ər.] 1. Heykəltəraş tərəfındən daşdan, tuncdan və s.-dən hazırlanmış insan və ya heyvan surəti. Mərmər heykəl. Füzulinin heykəli. - Yaşıl məhəccərli dördkünc bağçada Nizaminin tuncdan tökülmüş miniatür heykəli...

HEYKƏLTƏRAŞ (ID - 16196)

is. [ər. heykəl və fars. ...təraş] Heykəltəraşlıq əsərləri yaradan sənətkar. Azərbaycan heykəltəraşları monumental abidələr yaratmışlar.

HEYKƏLTƏRAŞLIQ (ID - 16197)

is. 1. Təsviri sənətin qazıma, yonma, kəsmə, yapma və ya tökmə üsulu ilə həcmli təsvirlər (heykəl, büst, barelyef və s.) yaradan növü. Klassika dövrü yunan heykəltəraşlığı dünya incəsənətinin ən maraqlı hadisələrindən...

HEYRAN (ID - 16198)

is. [ər.] Gözəl və ya əzəmətli bir şey qarşısında vurulmuşcasına çaşıb qalma; valeh olma. [Nigar xanım:] Eyvazım bənzər laçına; Sonalar heyran saçına. “Koroğlu”. □ Heyran etmək (buraxmaq) - valeh etmək, məftun etmək,...

HEYRANEDİCİ (ID - 16199)

sif Valehedici, məftunedici; ecazkar. Heyranedici mənzərə. Heyranedici musiqi. - ..Böyük sənətkarların qəlbini həyəcanla döyündürmüş ecazkar el ədəbiyyatının heyranedici sirrini hiss edirsən. İ.Əfəndiyev.

HEYRANLIQ (ID - 16200)

1. is. Gözəl və ya əzəmətli bir şey qarşısında vurğuncasına valehlik. [Afşinin] Babəkə zillənmiş baxışlarında heyranlıq və çaşqınlıq bir-birini əvəz edirdi. Ə.Məmmədxanlı. Heyranlıqla şəklində zərf - heyranheyran,...

HEYRATI (ID - 16201)

is. [Herat şəhərinin adından] Şərq muğamlarından birinin adı. Heyratı oxumaq. - Bir pərdə Çahargah, bir sim Heyratı; Bir ağız Dilqəmi gətirin mənə. M.Araz. □ Heyratı xoruz - iri, döyüşkən xoruz növü. Heyratı kəlağayı -...

HEYRƏT (ID - 16202)

1. is. Qeyri-adi, gözlənilməz, qəribə, anlaşılmaz bir şeydən, hadisədən çaşqınlıq halı; təəccüb. Usta Murtuz heyrətindən qayıdıb aşağı baxdı. Mir Cəlal. [Oğlan] yəqin mənim üzümdə heyrət əlaməti görüb əlavə etdi....

HEYRƏTAMİZ (ID - 16203)

sif. [ər. heyrət və fars. ....amiz] Heyrət doğuran, qəribə, heyrətə salan, təəccüblə, gözlənilməz, heyrətəngiz. Heyrətamiz mənzərə. - Dünya hadisələri heyrətamiz bir sürətlə inkişaf edir, insanları hər gün yeni bir vaqiə...

HEYRƏTƏNGİZ (ID - 16204)

[ər. heyrət və fars. ...əngiz] bax heyrətamiz. Nigar heyrətəngiz bir sima ilə baxdı, düşündü və böyük qardaşına fikrini açıq söyləməyə cəsarət eləmədi. Çəmənzəminli.

HEYRƏTLƏNDİRMƏ (ID - 16205)

“Heyrətləndirmək” dən f.is.

HEYRƏTLƏNDİRMƏK (ID - 16206)

f Heyrət doğurmaq, heyrətə salmaq, təəccübləndirmək. [Abışın] səsi Qədiri daha da heyrətləndirirdi. Mir Cəlal. Cavan leytenantın gözlərindəki mətinlik, gizli ehtiras və odlu yalvarış onu heyrətləndirirdi. H.Seyidbəyli.

HEYRƏTLƏNMƏ (ID - 16207)

“Heyrətlənmək” dən f.is.

HEYRƏTLƏNMƏK (ID - 16208)

f Heyrət etmək, təəccüblənmək, təəccüb etmək. Kazım fəqət xəbərsizdi bu işdən; Gəldi, gördü, heyrətləndi bir qədər. M.Müşfiq. Mənsə heyrətləndim, sözün doğrusu; Dedim, nə olmuşdur? Nə danışır bu? S.Vurğun. Bu heyrətlər...

HEYRƏTLİ (ID - 16209)

sif. Heyrət doğuran, gözlənilməz, qəribə, heyrətə salan; təəccüblü, heyrətamiz, heyrətəngiz. [Dərviş] heyrətli və kəskin bir nəzərlə baxınıb durur. H.Cavid.

HEYSİYYƏT (ID - 16210)

is. [ər.] Mənlik, şan, şərəf, qürur; mənlik hissi. Eşqin atəşində o yandırmadı; Böyük mənliyini, heysiyyətini. B.Vahabzadə.

HEYSİYYƏTLİ (ID - 16211)

sif. Heysiyyəti, mənliyi olan; mənliyini qoruyub saxlayan, şərəfli. [Qızı Turxan bəyə:] Atadan-babadan sizin namuslu, heysiyyətli bir xanədan olduğunuzu bütün vilayət bilir. H.Cavid.

HEYSİYYƏTSİZ (ID - 16212)

sif. Heysiyyəti, mənliyi olmayan; şərəfsiz, alçaq. [Fərman] Mələyin .. heysiyyətsiz bir adam olduğunu düşündü. M.İbrahimov.

HEYSİZ (ID - 16213)

sif. Gücsüz, qüvvəsiz, taqətsiz, heyi olmayan. Heysiz qoca.

HEYVA (ID - 16214)

is. Sarı rəngli, turşməzə, üstü tüklü, xırda çəyirdəkli meyvə. Heyva mürəbbəsi. - [Əyyar:] Elə ki, budaqlar başını əyir; Nar, heyva, şaftalı, gavalı dəyər. Şaiq. Almalar qızarır, armudlar, heyvalar saralır, əzgillə zoğal...

HEYVAGÜLÜ (ID - 16215)

is. mus. Azərbaycan xalq oyun havalarından birinin adı. Heyvagülü çalmaq.

HEYVAN (ID - 16216)

is. [ər.] 1. İnsanı çıxmaqla hər cür canlı məxluq. [Qaçay:] Atalar deyib ki, heyvan iyləşə-iyləşə, insan dilləşə-dilləşə yaxınlaşar. Ə.Vəliyev. // Bitkilərdən başqa hər cür canlı varlıq. Vəhşi heyvan. Onurğasız heyvanlar....

HEYVANAT (ID - 16217)

is. [ər. "heyvan” söz. cəmi] Heyvanlar, heyvanlar aləmi. [Fərhad:] ..Yer, göy titrəşsin, göyün quşları, yerin heyvanatı, dəryaların balıqları, hamısı gərək mənim üçün ağlaşalar. Ə.Haqverdiyev. Heyvanat qissəsidir dünya...

HEYVANCASINA (ID - 16218)

sif. və zərf Heyvan kimi, vəhşicəsinə, kobudcasına.

HEYVANCIĞAZ (ID - 16219)

1. Bax heyvancıq.
oxş. Nəvazişlə balaca, körpə uşaq haqqında deyilir - yazıq uşaq, zavallı uşaq. Heyvancığaz qızdırma içində yanır.
məc. Qaba, kobud adam haqqında. Tərpənməyə heyvancığazın taqəti yoxdur; Ehsansız...

HEYVANCIQ (ID - 16220)

is. Kiçik heyvan, balaca heyvan, yazıq heyvan, heyvancığaz. Həsrətlərinə qovuşmuş heyvancıqlar ayaqlarını bükərək quyruqlarını oynada-oynada analarının məmələrini əmirdilər. A.Şaiq.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed