İzahlı lüğət

HƏYASIZLIQ (ID - 16571)

is. Abırsızlıq, utanmazlıq, arsızlıq, ədəbsizlik, sırtıqlıq; həyasız, abırsız hərəkət, söz. Kök və əndamlı xanımın baxışlarından nə isə həyasızlığa oxşar bir cəsarət tökülürdü. M.İbrahimov. Səməndər [Nərgizin]...

HƏYAT (ID - 16572)

is. [ər.] 1. Materiyanın hərəkətinin müəyyən inkişaf mərhələsində əmələ gələn xüsusi forması; varlıq, dirilik. Yerdə həyatın əmələ gəlməsi. - Bunları duyduqca, düşündükcə mən; Həyata, varlığa məftun oluram. S.Vurğun....

HƏYATBƏXŞ (ID - 16573)

sif [ər. həyat və fars. ...bəxş] kit. bax həyatverici. Həyatbəxş və həssas bir hava [Muxtarla xanıma] təmas edərkən qıdıqlandırdı, coşdurdu. Çəmənzəminli.

HƏYATİ (ID - 16574)

sif [ər.] 1. Həyatla, diriliklə bağlı olan. Həyati proseslərin getməsi üçün orqanizm müəyyən enerji sərf etməlidir ki, bu da tənəffüs prosesində əldə edilir. “Bitki fiziologiyası”. // Həqiqi həyatı, gerçəkliyi əks etdirən,...

HƏYATİLİK (ID - 16575)

is. 1. Həyatla bağlı olma, həyatdan götürülmə, həqiqətə uyğunluq. Portretin həyatiliyi. Mövzunun aktuallığı və həyatiliyi.
məc. Yaşama və inkişaf etmə qabiliyyəti. Canlı dilin həyatiliyi.
məc. Zərurilik, vaciblik,...

HƏYATPƏRƏST (ID - 16576)

[ər. həyat və fars. ...pərəst] bax həyatsevər. Kəndli həyatpərəst adamdır. Mir Cəlal.

HƏYATSEVƏN, HƏYATSEVƏR (ID - 16577)

sif Həyatı sevən, ondan zövq alan; şən, həmişə şad; şux. Züleyxa .. təbiətən canlı, həyatsevən bir qız idi. M.İbrahimov.

HƏYATSEVƏRLİK (ID - 16578)

is. Həyatı, şən yaşamağı sevmə, ondan zövq alma. Doğrudur, öz ruhu etibarilə şənlik və həyatsevərlik təbliğ edən [“Don-Juan”, “Zorən təbib”, “Bağa qınını bəyənməz”] tamaşalarda Molyer satirası çox zəif idi....

HƏYATVERİCİ (ID - 16579)

sif Həyat verən, canlandıran, cana gətirən, həyatbəxş. Həyatverici təmiz hava. - Ilk baharın yeni həyatverici günəşi.. soyuq qış havasına qələbə çalmaqda idi. S.Hüseyn. Bu ətirli, həyatverici yaz küləyi hamını ayıltdı....

HƏYƏCAN (ID - 16580)

is. [ər.] 1. Hər hansı bir səbəbdən doğan daxili təlaş, narahatlıq, təşviş, iztirab. Qətibənin iztirab və həyəcanı həddindən aşmışdı. M.S.Ordubadi. Ağca həyəcandan qızarmış, başını aşağı salmışdı. Mir Cəlal. Həyəcan...

HƏYƏCANLANDIRICI (ID - 16581)

sif Həyəcana gətirən, təlaş doğuran, təşvişə salan, həyəcanlandıran.

HƏYƏCANLANDIRMA (ID - 16582)

“Həyəcanlandırmaq” dan f.is.

HƏYƏCANLANDIRMAQ (ID - 16583)

f Həyəcana salmaq, təlaşa salmaq, təşvişə salmaq. Bu gün gördüklərimiz bizi xeyli həyəcanlandırmışdı. R.Rza. Cavahirin keçirdiyi vəziyyət Teymuru da get-gedə həyəcanlandırır. H.Seyidbəyli.

HƏYƏCANLANMA (ID - 16584)

“Həyəcanlanmaq” dan f.is. Əgər Şamxalın baxışlarındakı ürkəklik olmasaydı, Çərkəz onun həyəcanlanmasına fikir verməzdi. İ.Şıxlı.

HƏYƏCANLANMAQ (ID - 16585)

f Həyəcana gəlmək, həyəcan keçirmək, təlaş keçirmək, təşvişə düşmək. Saatın əqrəbi biri göstərəndə Tahir həyəcanlanmağa başladı. M.Hüseyn.

HƏYƏCANLI (ID - 16586)

sif. 1. Həyəcan keçirən, həyəcan duyan, əsəbi, əsəbiyyət halında olan, coşmuş. Məhərrəm bütün ömründə bu qədər həyəcanlı olmamışdı. H.Nəzərli. Sevinc Ismayılzadəyə: - Sizə nə olub, niyə belə həyəcanlısınız?...

HƏYƏCANSIZ (ID - 16587)

zərf Həyəcan keçirmədən, həyəcan duymadan; sakit. ..Həyəcansız dar gəlir; Mənə köksün qəfəsi. B.Vahabzadə.

HƏYƏT (ID - 16588)

is. [ər.] 1. Adətən evin qabağında ətrafı hasar və ya başqa binaların divarları ilə əhatə olunmuş sahə. [Gülsüm] qapını ahəstə açıb çıxdı həyətə və sinəsini sərin hava ilə doldurub boşaltdı. Ə.Haqverdiyev. Hər evin...

HƏYƏTARASI (ID - 16589)

sif. Bir neçə həyətin arasında olan. Həyətarası yol.

HƏYƏT-BACA, HƏYƏT-BUCAQ (ID - 16590)

top. Həyət və onda olan tikililər. [Ağa Kərim xan:] ..Leyla, yaxın gəl, diqqət və səy ilə həyət-bacanı təmiz-təmiz süpürtdürüb, gül kimi eylətdirərsən. N.Vəzirov. [Əsgər bəy Rza bəyə:] Sizli-mənli axtaraq, görək bu kağız-kuğuzu...

HƏYƏTYANI (ID - 16591)

sif. Fərdi təsərrüfatın yanında olan. Həyətyanı bostan. Həyətyanı bağ. Həyətyanı torpaq sahəsi.

HƏZARPEŞƏ (ID - 16592)

is. [fars. həzar - min və pişə - peşə] Müəyyən, konkret peşəsi, sənəti olmayıb, hər cür işə əl atan adam.

HƏZƏR (ID - 16593)

is. [ər.] Saqınma, uzaq olma, ehtiyat etmə, qorunma, çəkinmə, özünü gözləmə. Ondan həzər! (ondan özünü qoru! uzaq ol!). Əlhəzər, ondan həzər, oxutmuram, əl çəkin! Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! M.Ə.Sabir. □...

HƏZƏRAT (ID - 16594)

is. [ər. “həzrət” söz. cəmi] köhn. Həzrətlər, cənablar, ağalar. Qurbani həzəratın sözünü sındırmadı. “Qurbani”. [Məşədi Qadir:] Ya şeyx, buyurun, həzəratı məsələdən agah edin. T.Ş.Simurq. // köhn. Bir məclisdə,...

HƏZİN (ID - 16595)

sif. [ər.] Hüzn gətirən, hüzn doğuran, hüznlü, kədərli, yanıqlı. Musiqinin həzin təranələri. - Bu həzin bulaq şırıltısı Kazımın qulaqlarında .. ağır bir həyat faciəsi kimi təsirli idi. M.İbrahimov. Həzin nəğmə deyir...

HƏZM (ID - 16596)

is. [ər.] Yeyilən şeyin həzm cihazında həll olunması. Həzm prosesi. - Qidanın çeynənməsi, müxtəlif şirələr təsiri altında onun dəyişilərək həll oluna biləcək hala düşməsi həzm adlanır. “Zoologiya” Həzm cihazı - yeyilən...

HƏZRƏT (ID - 16597)

is. [ər.] köhn. Müqəddəs sayılan şəxslərin adlarının əvvəlinə gətirilərək təzim və ehtiram bildirən söz - cənab. Möcüzi-ləliləbin həzrəti-Isa nə bilir? Nazi-əndamını
Şirinü Züleyxa nə bilir? Q.Zakir. [Yusif:] Həzrət...

HƏZZ (ID - 16598)

is. [ər.] Xoş bir şeydən duyulan ləzzət, nəşə, zövq, sevinc hissi; yüksək məmnunluq hissi, xoşlanma. Münəvvər xanım isə ağlaya-ağlaya deyirdi: - Öz həzzindən ötrü məni bir bəlaya giriftar elədin ki, axırı həlakətdir. M.S.Ordubadi....

HIÇQIRIQ (ID - 16599)

is. 1. Səsini içinə alıb ağlarkən boğazdan çıxan qırıq-qırıq səslər; hıçqırtı. Qaraş yerində donub iztirab dolu lal gözlərlə atasının dalınca baxdığı halda, bu biri otaqdan Mayanın hıçqırıqlarını eşitdi. M.İbrahimov....

HIÇQIRIŞMA (ID - 16600)

“Hıçqırışmaq” dan f.is.

HIÇQIRIŞMAQ (ID - 16601)

qarş. Hıçqırıqla ağlaşmaq. Məhbusun burnunun kəsilmiş olduğunu görən kəndlilər heyrətlə hıçqırışırdılar. P.Makulu.

HIÇQIRMA (ID - 16602)

“Hıçqırmaq” dan f.is.

HIÇQIRMAQ (ID - 16603)

f 1. Dərindən içini çəkərək ağlamaq, hıçqıra-hıçqıra ağlamaq. Gülyaz yaylığının ucunu gözlərinə gətirdi, çiynini ata-ata hıçqırdı. S.Rəhimov. [Bilqeyis] hıçqırır və göz yaşları axıdırdı. S.Vəliyev.
2. Hıçqırtı...

HIÇQIRTI (ID - 16604)

bax hıçqırıq. Rəhilənin hıçqırtısını eşidən xəstə qadınların gözləri bizə zilləndi. M.Hüseyn. Bir himə bənd olan bir qərib kəsin; Könül hıçqırtısı, iç hönkürtüsü. B.Vahabzadə.

HIQQANMA (ID - 16605)

“Hıqqanmaq” dan f.is.

HIQQANMAQ (ID - 16606)

f Gücənmək, zora düşmək. Kəngərli yoxuşa dirənmiş arıq yabı kimi hıqqandı. Ə.Vəliyev. Balaca idim, sənəyi də götürə bilməzdim, hıqqanardım.. Mir Cəlal.

HIQQILDAMA (ID - 16607)

“Hıqqıldamaq” dan f.is.

HIQQILDAMAQ (ID - 16608)

f Ləhləmək (ağır fiziki iş görərkən). Gülpəri bu dəfə səhəngini bir az belinin yuxarısına itələyib hıqqıldadı.. M.Hüseyn. [Nubar] get-gedə yerindəcə hıqqıldayır. S.Rəhimov.

HIRILDAMA (ID - 16609)

“Hırıldamaq” dan f.is.

HIRILDAMAQ (ID - 16610)

f dan. Şit-şit, boş-boş, mənasızca gülmək. Lovğalanıb, a görməmiş, çox da belə fırıldama! Tərbiyəsiz uşaq kimi boş-boşuna hırıldama! M.Ə.Sabir. Məhəmmədhəsən əmi qabı çəkdi qabağına və istədi çörəyini batırsın...

HIRILTI (ID - 16611)

təql. Hırıldayan adamın çıxardığı səs. Şahmar direktorundan ilk dəfə belə tərif eşitdiyinə görə sevinib, hırıltı ilə güldü. M.Hüseyn. Bir saat əvvəl eşidilən zarafatların, hırıltıların izi qalmadı. Mir Cəlal.

HİBRİ (ID - 16612)

D [lat.] Müxtəlif cinsdən, növdən olan bitki və ya heyvanların hibridləşdirilməsi nəticəsində əmələ gələn yeni orqanizm; mələz. Hibridləşdirmə zamanı müxtəlif növdən olan fərdlər bir-birilə cütləşdirilir və bunlardan...

HİBRİDLƏŞDİRİLMƏ (ID - 16613)

“Hibridləşdirilmək” dən f.is.

HİBRİDLƏŞDİRİLMƏK (ID - 16614)

“Hibridləşdirmək” dən məch.

HİBRİDLƏŞDİRMƏ (ID - 16615)

“Hibridləşdirmək” dən f.is. Öz xüsusiyyətlərinə görə az və ya çox fərqlənən müxtəlif orqanizmlərin cinsi
üsul və ya vegetativ orqanlarını bir-birinə calamaq yolu ilə birləşdirilməsinə hibridləşdirmə, bunun nəticəsində...

HİBRİDLƏŞDİRMƏK (ID - 16616)

f Müxtəlif bitki və ya heyvan növlərini keyfiyyətcə yeni, yaxşılaşdırılmış cins, növ almaq üçün cütləşdirmək; mələzləşdirmək. Qabaqtəpə arısı yüksəkməhsuldar arı cinsi yetişdirmək üçün xeyli əlverişlidir və istiqamətli...

HİCAB (ID - 16617)

is. [ər.] klas. 1. Pərdə, örtü. Yaşadıqca cavanlana, enlənə; Bir hicabda, bir pərdədə əylənə. M.P.Vaqif. // Məc. mənada. Uzdən götürüb ədəb niqabın; Rəf eylədilər həya hicabın. Füzuli.
2. İslam dinində: yad kişilərə...

HİCAZ (ID - 16618)

is. mus. Azərbaycan klassik muğamlarından birinin adı. Hicaz üstündə oxumaq. - Bu əsas ladlardan başqa, xeyli yayılmış əlavə ladlar və lad şöbələri də vardır ki, bunlara misal olaraq aşağıdakıları göstərmək mümkündür: şahnaz,...

HİCR (ID - 16619)

[ər.] klas. b ax hicran. Qəm əlindən sinə yırtdım, baş açdım; Hicr əlindən dadübidad eylədim. “Qurbani”. Qədrini ayrılıq çəkənlər bilir; Hicrinlə göz yaşı tökənlər bilir. S.Rüstəm.

HİCRAN (ID - 16620)

is. [ər.] Ayrılıq, firqət, fəraq. Hicran dərdi məni salıb zillətə; Səni görsəm, dərdim azalı, Güllü! Aşıq Ələsgər. Bu nəğmədə həm hicran dərdi, həm vüsal arzusu, həm yas, həm də ümid vardı. M.Rzaquluzadə.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed