İzahlı lüğət

HÜNƏRVƏR (ID - 16971)

sif və is. [ər. hünər və fars. ...vər] 1. Hünərli, mərifətli, məharətli, qüdrətli, ustad. Hünərvər insana hörmət və ehtiram göstərilməlidir. - Amma mən elə qanıram ki, Sabir kimi hünərvər şairin qabağına çıxmaq o qədər...

HÜNÜ (ID - 16972)

is. məh. Ağcaqanadın adlarından biri. Bir yan, görürsən, uşaqlar oynaşır; Milçək vızıldaşır, hünü qaynaşır. A.Səhhət.

HÜRDÜRMƏ (ID - 16973)

“Hürdürmək” dən f.is.

HÜRDÜRMƏK (ID - 16974)

f Hürməsinə səbəb olmaq, hürməyə məcbur etmək. Iti qısdırıb hürdürmək.

HÜRƏYƏN (ID - 16975)

sif Çox hürən, boş-boş hürən (it haqqında). Hürəyən it.

HÜRGÜC (ID - 16976)

is. Bəzi heyvanların (məs., dəvənin) belində piy yığınından əmələ gələn bir və ya iki çıxıntı. O karvanlar ki, caydaq dəvələrin hürgücləri dərisi qapqara tuluqlarla yüklü olurdu, onlar keçdikləri kəndlərə, obalara o şəhərin...

HÜRKDÜRMƏ (ID - 16977)

“Hürkdürmək” dən f.is.

HÜRKDÜRMƏK (ID - 16978)

f bax hürkütmək.
Qoyunu hürkdürmək. Quşları hürkdürmək.

HÜRKƏK (ID - 16979)

bax ürkək. [Gəray:] Barı, ram oldumu hürkək ceyran? A.Şaiq.

HÜRKƏKLİK (ID - 16980)

b ax ürkəklik.

HÜRKMƏ (ID - 16981)

“Hürkmək” dən f.is.

HÜRKMƏK (ID - 16982)

f Gözlənilməz səsdən, adamdan və s.-dən qorxub çəkilmək və ya qaçmaq; ürkmək, qorxmaq (heyvanlar və quşlar haqqında). Sərçələr maşın səsindən hürküb uçdu. - Dəvələr hürkərək bir-birinə dəyib bütün yolu tuturdular....

HÜRKÜ (ID - 16983)

is. Qorxu, ürkü. Aslanam, deyiləm tülkü; Tanımaram qorxu, hürkü. “Koroğlu”.

HÜRKÜŞMƏ (ID - 16984)

“Hürküşmək” dən f.is.

HÜRKÜŞMƏK (ID - 16985)

f Hürkmək, qorxmaq, ürküşmək (çoxları haqqında). Qoyunlar hürküşdü. - Vəhşi ahular ovçunu görən kimi hürküşməyə başladılar. M.S.Ordubadi. O, səsini çıxardan tək; Quşlar uçur hürküşərək. M.Dilbazi.

HÜRKÜTMƏ (ID - 16986)

“Hürkütmək” dən f.is.

HÜRKÜTMƏK (ID - 16987)

f Hürkməsinə səbəb olmaq; hürkdürmək, ürkütmək, qorxutmaq. Qoyunları hürkütmək. - ..Səs emalatxananın dalında cərgələnmiş sığırçınları hürkütdü. M.Hüseyn. // Eyni mənada adam haqqında. [Uşaqları] bu sözlər hürküdürdü....

HÜRMƏ (ID - 16988)

“Hürmək” dən f.is.

HÜRMƏK (ID - 16989)

f 1. Kəsik-kəsik səs çıxarmaq (it, tülkü və bəzi başqa heyvanlar). Səssəmir yox idi, ancaq hərdənbir zorba həyət iti hürürdü. N.Nərimanov. Bir neçə qədəm getmişdim ki, qarşıma bir tüklü qara it çıxdı. It hürməyə başladı....

HÜRR (ID - 16990)

sif [ər.] Azad. Sakit küçələr [Midhədə] geniş göründü, əsir şəhər hürr və məsrur idi. Çəmənzəminli. □ Hürr olmaq - əsarətdən, zülmdən xilas olmaq, azad olmaq, azadlığa çıxmaq. Yarın hürr olacaq hər qolu bağlı; Ruzgarlar...

HÜRRİYYƏT (ID - 16991)

is. [ər.] Azadlıq. Bəşərin dərdini öz dərdi bilib millətimiz; Bizim öz niyyətimizdən doğub hürriyyətimiz. B.Vahabzadə.

HÜRRİYYƏTPƏRƏST (ID - 16992)

[ər. hürriyyət və fars. ...pərəst] bax azadlıqsevən. Hürriyyətpərəst müsəlmanlar millət bahadırı Səttarxanı tərif və təhsin edirlər. F.Köçərli.

HÜRRİYYƏTPƏRƏSTLİK (ID - 16993)

bax hürriyyətpərvərlik.

HÜRRİYYƏTPƏRVƏR (ID - 16994)

[ər. hürriyyət və fars. ...pərvər] bax azadlıqsevər.

HÜRRİYYƏTPƏRVƏRLİK (ID - 16995)

is. Hürriyyəti, azadlığı sevmə; azadlıqsevərlik.

HÜRUF (ID - 16996)

is. [ər. “hərf” söz. cəmi] klas. Hərflər.

HÜRUFAT (ID - 16997)

is. [ər. “hüruf” söz. cəmi] Hərflər, əlifba. O hürufat ilə ki, biz yazırıq, onu oxumaq çətin bir məsələdir. C.Məmmədquluzadə. Döndərib “a-ba “yə “əlif-bey “ləri; Bidətə bax, “ya” oxudur “yey “ləri; Sanki...

HÜRUFİ (ID - 16998)

is. [ər.] Hürufilik təriqəti tərəfdarı. Hürufi şairlər.

HÜRUFİLİK (ID - 16999)

is. XIV əsrdə Azərbaycanda meydana gəlmiş, Quranın hərflərindən bir sıra məna və hökmlər çıxaran təriqət.

HÜRÜŞ (ID - 17000)

is. İtin, tülkünün və b. heyvanların çıxardığı kəsik-kəsik səs: hürmə səsi. Itin hürüşü. Hürüş səsi. - Ancaq yabana hürən köpəklərin xır-xırı, hürüşü kəsmə-kəsmə eşidilirdi. S.M.Qənizadə. Əjdər Toplanın hürüşünü...

HÜRÜŞMƏ (ID - 17001)

“Hürüşmək” dən f.is. Ov tulalarına qoşulmuş Qara köpək mağaraya girdi, bunun dalınca başqa itlər də getdilər və yenə də içəridə hürüşmə başlandı. S.S.Axundov. Bu zaman daxmanın qapısı şiddətlə döyüldü, bayırdan...

HÜRÜŞMƏK (ID - 17002)

qarş. Səs-səsə verərək hürmək, hamı birdən hürmək. Kəndin itləri hürüşüb, hər tərəfdən süvarinin üstünə tökülüşdülər. E.Sultanov. Birdən eşikdə itlər ağız-ağıza verib hürüşdülər. M.Hüseyn.

HÜSEYNİ (ID - 17003)

is. [ər.] Azərbaycan klassik muğamlarından birinin adı.

HÜSN (ID - 17004)

is. [ər.] 1. Gözəllik, camal. O gözəlin hüsnündəki; Əzəməti şeirə gətir; Qəlbindəki çırpıntını; Hərarəti şeirə gətir. M.Araz. // köhn. kit. Özündən sonra gələn sözə gözəllik, yaxşılıq, məqbulluq, müsbətlik mənası...

HÜSNXƏT (ID - 17005)

is. [ər.] İbtidai məktəbdə, şagirdlərdə gözəl yazmaq vərdişləri aşılamaq üçün keçilən tədris fənni. Hüsnxət dərsi. Hüsnxət dəftəri. - Müəllimlərin əksəriyyətinin hüsnxət qaydalarından xəbəri yoxdur, hərflərin...

HÜSN-RƏĞBƏT (ID - 17006)

is. [ər.] Yaxşı, xeyirxah, xoş münasibət. □ Hüsn-rəğbət bəsləmək - xoş, xeyirxah, yaxşı münasibət göstərmək. Hüsaməddin Qətibənin .. Atabəy Məhəmməddən intiqam almaq fikirlərinə hüsn-rəğbət bəsləyirdi. M.S.Ordubadi....

HÜZN (ID - 17007)

is. [ər.] 1. Kədər, qəm, qüssə. Bu səs insana hüzn gətirir. - Durnaların oxumağı Vaqifə hüzn gətirməyir və könlünü pərişan qılmayır.. F.Köçərli. Yoxsa hüzn dolu qəmgin səsində; Dostumun muradı, ürək sözü var? M.Rahim....

HÜZNAVƏR (ID - 17008)

sif [ər. hüzn və fars. ...avər gətirən] klas. bax hüznlü. [Qətibə] əlvan çiçəkli xiyabanlar məhv olan bir xalqın yadigarı kimi qalan köhnə qəbiristanlardan daha qorxulu və hüznavər idi. M.S.Ordubadi.

HÜZNLÜ (ID - 17009)

sif Qəmli, kədərli; qüssəyə, qəmə, kədərə batmış. Dizini qucaqladığı halda oturmuş hüznlü ana .. ayağa qalxdı. Ə.Əbülhəsən. // Qəm, kədər, hüzn doğuran, kədər ifadə edən, kədərləndirici, məhzun. Hüznlü nəğmə....

HÜZR (ID - 17010)

“Üzr” sözünün canlı dildə işlənən forması (b ax üzr 4-cü mənada). Hüzr yerinə gələnlər ev sahibinə başsağlığı verib dağılanda Molla Sadıqla Cahandar ağanın baxışları ani olaraq bir-birinə sancıldı. İ.Şıxlı. □...

HÜZUR (ID - 17011)

is. [ər.] klas. 1. Ön, qabaq, pişgah. □ Hüzur(u)na - yanına, qabağına, önünə. Hüzuruna çağırmaq. Hüzuruna gəlmək. Hüzuruna heç kəsi qəbul etmir. [Pirverdi bəy Kəblə Qulaməliyə:] Bu saat oğlun Mustafanı, get, gətir cənab...

Heç (ID - 18647)

bir vaxt, bir daha, qətiyyən, əbədən. İlələbəd sizə ayaq basmaram.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed