İzahlı lüğət

HÖNKÜRÜŞMƏK (ID - 16871)

qarş. Hönkürtü ilə ağlaşmaq, səs-səsə verib ağlamaq. [Salatınla Mələk] ağır fəlakətə düşmüş və dar gündə rastlaşıb, bir-birinə həyan olan doğma adamlar kimi qucaqlaşıb hönkürüşdülər. İ.Şıxlı.

HÖRDÜRMƏ (ID - 16872)

“Hördürmək” dən f.is.

HÖRDÜRMƏK (ID - 16873)

icb. Başqasına hörmə işi gördürmək. [Nəbi:] Gümüşdən döydürrəm sənin nalını; Yüz gözələ hördürərəm yalını; Boz at, qurtar məni, aman günüdür! “Qaçaq Nəbi”.

HÖRGÜ (ID - 16874)

is. 1. Hörmə işi, hörmə tərzi; tikmə. Daşları müəyyən qaydalara əməl edərək bir-birinə yapışdırmaq prosesinə hörgü deyilir. // Hörülmüş divar və s. Əhməd .. gözünü saralmış daşlara, uçuqsökük yerlərə, hörgülərin...

HÖRMƏ (ID - 16875)

1. “Hörmək” dən f.is.
sif. Hörməklə düzəldilmiş; hörülmüş, hörülmə. Hörmə stul. Hörmə çəpər. - Şirmayı hörmə kreslonu çəkib, atasının yanında oturdu. M.Hüseyn.
Bax hörük 3-cü mənada. Dal gərdənə tökülübdür...

HÖRMƏK (ID - 16876)

f 1. Kərpici, daşı müəyyən qaydada palçıqla bir-birinə yapışdırmaq. Ikinci mərtəbəni hörüb qurtarmaq. [Qaçay:] [Mahmud] dəli deyil ki, belə soyuq bir gündə daş daşısın, əhəng, palçıq gətirsin, yaxud hündür bir divarın...

HÖRMƏT (ID - 16877)

is. [ər.] 1. Böyüklərə, yaşlılara və ya ləyaqətinə, xidmətinə görə birinə göstərilən ehtiram; sayğı. Böyüyə hörmət. Ata-ana hörməti. - Bizdə şeir də var, sənət də vardır! Şairə, sənətə hörmət də vardır... S.Vurğun....

HÖRMƏTCİLLİK (ID - 16878)

is. Hörmətcil adamın xasiyyəti; hörmət etmə, ehtiram bəsləmə; hörmətkarlıq. Əlyarov qarının bu yaşda belə əlli-ayaqlı tərpənməyini, hörmətcilliyini görəndə istər-istəməz yumşalıb gülümsündü. M.Hüseyn.

HÖRMƏTÇİ, HÖRMƏTCİL (ID - 16879)

sif. Adamlara hörmət edən, onlara sayğı göstərən, hörmətkar. Çox hörmətcil adamdır. Hörmətcil gənc. - Hörmətcil çobanlarla vidalaşıb atları sürdü. R.Rza.

HÖRMƏTƏN (ID - 16880)

zərfi [ər.] klas. Hörmət əlaməti olaraq, hörmət edərək, hörmətlə, sayğı ilə, ehtiramla. Ayinə hörmətən hər kəs susub, qızların oxumasına müntəzir idi. Çəmənzəminli. Yolçular da insafən [intelligentin] bu alimanə çıxışına...

HÖRMƏTKAR (ID - 16881)

sif. və zərfi[ər. hörmət və fars. ...kar] 1. Hörmət ifadə edən; hörmətli, ehtiramlı. Hörmətkar münasibət. - [Çopo:] Gənclər hörmətkar bir nəzakətlə birinci pilləyə yanaşdılar. Çəmənzəminli. ..Qız bu dəfə mülayim və...

HÖRMƏTKARLIQ (ID - 16882)

bax hörmətcillik.

HÖRMƏTLİ (ID - 16883)

sif. Hörməti olan, hörmətə layiq olan; möhtərəm, sayğılı. Hörmətli şəxs. Hörmətli müəllimimiz. - Hər igid hörmətlidir; Mərd insanlar içində; Ilk sırada dayanan qəhrəmanlar içində. R.Rza. // Hörmətlə müraciət zamanı...

HÖRMƏTSİZ (ID - 16884)

sif. 1. Nəzakətsiz, ədəbsiz, qaba, tərbiyəsiz, saymaz. Hörmətsiz münasibət. - [Qadın:] Mən ona hörmətsiz bir söz deməkdən özümü saxlamaq üçün dönüb otaqdan çıxdım. M.Hüseyn.
Hörməti, etibarı olmayan, etibardan düşmüş,...

HÖRMƏTSİZLİK (ID - 16885)

is. Nəzakətsizlik, ədəbsizlik, ehtiramsızlıq, sayğısızlıq, qabalıq, tərbiyəsizlik. Bizim kimi uşaq-muşaqlar xanım deməyə qorxardı, eyib idi, hörmətsizlik sayılırdı. Qantəmir.

HÖRÜK (ID - 16886)

is. 1. Hörülmüş qadın saçı; saç burumu; hörmə. Qızın xurmayı hörüyü. [Yasəmən] .. başını yumaq fikri ilə qara, uzun saçlarını hörükdən açıb döşünə tökdü. S.S.Axundov. Tükəzban xalanın .. əyildikcə yoğun hörükləri...

HÖRÜKLƏMƏ (ID - 16887)

“Hörükləmək” dən f.is.

HÖRÜKLƏMƏK (ID - 16888)

f 1. Saçı hörük şəklində hörmək. Qız saçını hörüklədi.
2. Otlamaq üçün buraxılmış ev heyvanını hörüyə (2-ci mənada) bağlamaq. Qoyunu hörükləmək. - Mədəd atını yedəkləyib, otluqda hörüklədi. M.Hüseyn. Əlləzoğlu...

HÖRÜKLƏNMİŞ (ID - 16889)

f.sif. Ayağına hörük bağlanmış; hörüklü. Hörüklənmiş inək. [Hümmət] dinməz-söyləməz dönüb kənarda hörüklənmiş ata doğru addımladı. B.Bayramov.

HÖRÜKLÜ (ID - 16890)

sif. 1. Hörüyü olan, saçı hörülmüş. O qoşa hörüklü gümrah qızcığaz; Sənin kiçik dostun hanı, Bənövşə? M.Dilbazi.
2. Otlamaq üçün hörüyə bağlanmış, hörükdə olan. Hörüklü at (inək).

HÖRÜLMƏ (ID - 16891)

1. “Hörülmək” dən f.is. Ağac budaqlarından hörülmə çəpər.
2. Bax hörmə 2-ci mənada. Bəy oturacağı hörülmə qara kürsüdə əyləşib kitab oxuyurdu. Ə.Vəliyev.

HÖRÜLMƏK (ID - 16892)

məch. 1. Tikilmək, inşa edilmək (daşdan, kərpicdən). Binanın birinci mərtəbəsi hörülüb qurtardı. - Bənnasız hörgü hörülməz; Təbibsiz xəstə dirilməz. “Koroğlu”.
2. Hörmə üsulu ilə hazırlanmaq, toxunmaq. Qarğıdan...

HÖRÜLMÜŞ (ID - 16893)

f.sif. 1. Tikilmiş, inşa edilmiş. Hörülmüş divar.
B ax hörmə 2-ci mənada. Bir ara, qırmızı sapdan hörülmüş torun dalında elə bil [Fatmanın] gözləri qapandı. Ə.Əbülhəsən. [Dürrə] boynuna qamışdan hörülmüş bir zənbil...

HÖRÜMÇƏK (ID - 16894)

is. zool. Özünə yem olan həşəratı tutmaq üçün tor toxuyan buğumayaqlı böcək. Hamının tanıdığı xallı hörümçəyin bədəni çay xərçəngi bədəni kimi başdöş və qarın hissələrinə ayrılır.. Hörümçəyin baş-döşü...

HÖVKƏLƏMƏ (ID - 16895)

“Hövkələmək” dən f.is.

HÖVKƏLƏMƏK (ID - 16896)

f 1. Bədənin hər hansı bir yerini barmaqları ilə sıxmaq, əzişdirmək, ovmaq, ovuşdurmaq; masaj eləmək. Baldırını hövkələmək. - Eyvaz özünəməxsus təmkinlə danışır, arabir sağ əli ilə təzə qırxılmış çənəsini hövkələyirdi....

HÖVL (ID - 16897)

is. [ər.] Qorxu, dəhşət, vahimə. [Şahmar] hövl içində həyət qapısına doğru addımladı. B.Bayramov. □ Hövl eləmək (etmək) - qorxmaq, dəhşətə gəlmək, dəhşətlənmək, vahimə basmaq. Təklikdən hövl etmək. - Xəyalı dərinlərə...

HÖVLƏKİ (ID - 16898)

zərf b ax hövlnak.

HÖVLNAK (ID - 16899)

zərf[ər. hövl və fars. ...nak] Hövl içində, vəhməli, qorxu içərisində, dəhşətlə. Mehriban hövlnak yerindən sıçrayıb, ətrafına göz gəzdirdi. H.Seyidbəyli. Bir alim dilindən qopdu qığılcım; Oyandı hövlnak daş qərinələr....

HÖVSƏLƏ (ID - 16900)

is. [ər. hövsələ - çinədan] Səbir, dözüm, dözmə. Hövsələsi çatmır. - Elə dərd var ki, dəxi onun qabağında səbir, hövsələ mümkün deyil.. C.Məmmədquluzadə. [Əlimuxtar:] Eh, çox mənim hövsələm var! C.Cabbarlı.
□□...

HÖVSƏLƏLİ (ID - 16901)

sif Hövsələsi olan; səbirli, dözümlü. Çox hövsələli adamdır. - [Dəmir:] 0ah öz rəiyyətlərinin hövsələli (z.), dözümlü olub-olmamasını yoxlamaq fikrinə düşür. Ə.Vəliyev.

HÖVSƏLƏLİLİK (ID - 16902)

is. Hövsələli adamın xasiyyəti, hövsələli olma; səbirlilik, dözümlülük, dözüm, toxtaqlıq.

HÖVSƏLƏMƏ (ID - 16903)

“Hövsələmək” dən f.is.

HÖVSƏLƏMƏK (ID - 16904)

b ax hövsəmək. Düyünü hövsələmək. Toxumu hövsələmək.

HÖVSƏLƏSİZ (ID - 16905)

sif Hövsələsi olmayan, səbirsiz, dözümsüz, toxtaqsız; bir şeydən tez darıxan. Hövsələsiz adam tez özündən çıxar. - Ceyran oxuduğu zaman əsəbi və hövsələsiz müəllimləri xoşlamazdı. S.Rəhimov. Lətiflə yarışan rəqibləri...

HÖVSƏLƏSİZLİK (ID - 16906)

is. Hövsələsiz adamın xasiyyəti; səbirsizlik, dözümsüzlük. Iranlıların gecikməsi onları darıxdırırdı, hamıdan da çox hövsələsizlik göstərən Məmməd bəy idi. Çəmənzəminli. [Səkinə Rüstəmə:] Bizim borcumuz səbirli olmaqdır,...

HÖVSƏMƏ (ID - 16907)

“Hövsəmək” dən f.is.

HÖVSƏMƏK (ID - 16908)

f Buğdanı, düyünü və s.-ni zibildən ayırmaq üçün tabaq, sini və s. içərisində atıb-tutmaq; hövsələmək. Buğdanı tabaqda hövsəmək.

HÖVSƏR (ID - 16909)

is. 1. Dəni hövsəmək üçün tabaq və s. alət. Buğdanı hövsərlə hövsələmək.
2. Hövsələmə nəticəsində buğda, düyü və s.-dən ayrılan zibil. Hövsəri toyuqlar üçün atmaq.

HÖVZƏ1 (ID - 16910)

is. [ər.] Böyük süni sututar; dəryaça. [Səfərli Aydına:] Bu dağlarda isə nəhəng bir su hövzəsi düzələcək. H.Seyidbəyli.

HÖVZƏ2 (ID - 16911)

is. [ər.] 1. coğr. Qolları ilə birlikdə çayın əhatə etdiyi sahə; dənizə, gölə yapışıq ərazi. Arazın hövzəsi. - Tərtər çayı hövzəsində bu sıra dağ çox dərin dərələrə parçalanır. Q.Gül. Bol nemətli, bərəkətli...

HÖYÜŞ (ID - 16912)

sif. Bir qədər yaş, nəm, nəm çəkmiş, nəmli. Höyüş taxıl. - Insanlar bezikib cana dayandı! Qurunun oduna höyüş (is.) də yandı. S.Vurğun. Qızışıb höyüş otlar; Alışır çubuq kimi. M.Rahim.

HÖYÜŞLƏNMƏ (ID - 16913)

“Höyüşlənmək” dən f.is.

HÖYÜŞLƏNMƏK (ID - 16914)

f Nəm çəkmək, nəmlənmək, yaşlanmaq, rütubətlənmək. Un bayırda qalıb höyüşləndi.

HULU (ID - 16915)

is. bot. Üzü xovlu iri şaftalı növü; sarı şaftalı. [Piri baba:] Qızım, daha bəsdir, düş gedək bir qədər armud, üzüm və hulu yığaq. S.SAxundov.

HUMAMST (ID - 16916)

[lat.] 1. Humanizm (1-ci mənada) nümayəndəsi, humanizm tərəfdarı.
2. İnsanpərvər, insansevər, humanizm (2-ci mənada) məsləkli adam. // Sif. mənasında. Humanist ideyalar. Humanist mədəniyyət. - C.Məmmədquluzadə böyük humanist...

HUMANİSTCƏSİNƏ (ID - 16917)

sif. İnsanpərvərcəsinə, insansevərcəsinə, insancasına, insani. Insanlara humanistcəsinə münasibət.

HUMANİTAR (ID - 16918)

sif [lat. himanites - bəşəriyyət]: humanitar elmlər - ictimai elmlər, insanı və onun mədəniyyətini öyrənən elmlər (tarix, iqtisadiyyat, filologiya və s.).

HUMANİZM (ID - 16919)

[lat. humanus - insan] İntibah dövrünün, insan şəxsiyyətinin azad inkişafı, feodalizm və katolisizm zəncirindən azad olması prinsipini elan etmiş mütərəqqi hərəkatı.
2. İnsan ləyaqətinə hörmət; insanpərvərlik, insansevərlik....

HUNLAR (ID - 16920)

cəm IV əsrdə Asiyadan Avropaya gələn türkdilli köçəri tayfalar. Belə yaşamışdır dünən və bu gün; Bizim keçmişimiz
oğuzlar, hunlar. B.Vahabzadə.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed