İzahlı lüğət

HALVAÇI (ID - 15971)

is. köhn. Halva bişirib satan adam. Halvaçı qızı daha şirin. (Ata. sözü). ..Şəms axırda bir şəhərə çatdı. Orada halvaçı şəyirdi oldu. (Nağıl).

HALVAÇILIQ (ID - 15972)

is. köhn. Halvaçı sənəti; halva bişirib satmaqla məşğul olma. Əhalinin bir qismi də xırda ticarətlə - halvaçılıq, çörəkçilik, .. baqqallıq, bəzzazlıqla məşğul olardı. H.Sarabski.

HAM(M) (ID - 15973)

is. Hürərkən itin çıxardığı səs.

HAMAM (ID - 15974)

is. [ər.] Çimmək üçün isti və soyuq suyu olan xüsusi bina. Şəhər hamamları. Məhəllə hamamı. - [Məşədi Qəzənfər:] Daha kim deyə bilər ki, hamam pis şeydir. U.Hacıbəyov. [Qərənfil:] İnişil təşəbbüs qaldırdınız ki, hamam...

HAMAMÇI (ID - 15975)

is. 1. köhn. Hamam sahibi, yaxud hamam icarəçisi. Usta Ağabalanın səsinə hamamçı dik atılıb, az qaldı ocağın üstündə qaynayan pitini töksün.. Çəmənzəminli. Hamamçı Məşədi Qəzənfər sarı kürkə bürünüb bayır qapının...

HAMAMÇILIQ (ID - 15976)

is. Hamamçı peşəsi, hamamçının işi-peşəsi. Camadarın şahlığı hamamçılıqdır. (Ata. sözü).

HAMAMXANA (ID - 15977)

is. [ər. həmmam və fars. ...xanə] Bir ailənin istifadəsi üçün mənzillərdə hamam, vanna otağı. Sürmə xala Əzizi hamamxanaya salıb mətbəxə qayıtdı və tələsikyemək hazırlamağa başladı. S.Rəhman.

HAMAN (ID - 15978)

[fars.] 1. Göz önündə olmayan və ya uzaqda olan bir şeyi və ya şəxsi göstərmək üçün işlədilən əvəzlik - o, özü. Haman kitab. Haman oğlan. - Haman gündən işə başladım. Qantəmir. Haman qız bütün səyahətçilərin qəlbini...

HAMAR (ID - 15979)

sif [fars.] 1. Girintisi-çıxıntısı, kələ-kötürü olmayan; düz (səth haqqında). Hamar daş. Hamar asfalt yol. - Yol enli və hamar idi. S.S.Axundov. O qədər hamardır, o qədər hamar; Şahmat taxtasına bənzəyir çəmən. N.Xəzri.
2....

HAMARCA (ID - 15980)

sif Olduqca hamar, lap hamar, düz. Hamarca taxta.

HAMARLAMA (ID - 15981)

"Hamarlamaq” dan f.is. Istifadəyə verilən sahələrdə əsaslı surətdə hamarlama işləri görülür.

HAMARLAMAQ (ID - 15982)

f 1. Yerin və ya bir şeyin səthini hamar hala salmaq, hamar, düz etmək, düzləndirmək. Taxtanı rəndə ilə hamarlamaq. - Dənizin şıltaq ləpələri.. qumu təzədən hamarlayırdı. H.Seyidbəyli. Əhməd .. uzun qəlyanı.. kisənin içinə...

HAMARLANMA (ID - 15983)

“Hamarlanmaq” dan f.is.

HAMARLANMAQ (ID - 15984)

məch. Hamar hala salınmaq, düz edilmək, düzləndirilmək. Həyəti basmış yanıq iyi verən sirkan biçilmiş, yer hamarlanıb süpürülmüşdü. İ.Hüseynov.

HAMARLAŞMA (ID - 15985)

“Hamarlaşmaq” dan f.is.

HAMARLAŞMAQ (ID - 15986)

f Hamar olmaq, hamar hala düşmək, düzlənmək. Mala çəkildikdən sonra sahə hamarlaşdı.

HAMARLATMA (ID - 15987)

“Hamarlatmaq” dan f.is.

HAMARLATMAQ (ID - 15988)

“Hamarlamaq” dan icb.

HAMARLAYICI (ID - 15989)

sif. Bir şeyin səthini hamarlamaq üçün işlədilən. Hamarlayıcı maşın.

HAMARLIQ (ID - 15990)

is. Hamar şeyin halı, hamar, düz olma. Kiçik kol-koslar, ensiz arxların kənarlarında bitmiş hündür qamışlar da çölün hamarlığına qovuşaraq geniş düzənlikdə əriyib batırdı. Q.İlkin.

HAMARLÜLƏLİ (ID - 15991)

sif. Lüləsində yiv olmayan, lüləsi hamar olan; yivsiz. Hamarlüləli tüfəng.

HAMAŞ1 (ID - 15992)

sif Topa, bir-birinə bitişik (çiçək və meyvə haqqında).

HAMAŞ2 (ID - 15993)

is. Yol yoldaşı. Bu dünya bir yol kimidir, biz axirət müsafiri; Kəcavədə hamaş gərək öz hamaşilən yanaşa. Şəhriyar.

HAMBAL (ID - 15994)

is. [ər.] 1. Belində yük daşımaqla keçinən adam. [Gülpəri] cəld nökər Cəfəri göndərib iki nəfər hambal çağırtdı, yanındakı və baqajdakı şeyləri daşıdıb ikinci klas salonuna yığdırdı. S.S.Axundov.
2. məc. Döşəmənin...

HAMBALLIQ (ID - 15995)

is. köhn. Hambalın işi, sənəti, peşəsi. Sonra da bir zaman [Nadir] Bakıya gəlib, bazarda hamballıq etdi. B.Talıblı.

HAM-HAM (ID - 15996)

təql. 1. Bax ham(m).
2. uş. İt.

HAMI (ID - 15997)

əvəz. Bir nəfər də kənarda qalmayaraq, hamısı, bütün adamlar. Hamı razıdır. Hamı ayağa qalxdı. Hamı iclasa gəlməlidir. Hamı işə tələsir. - Bu adam hamının bildiyi, tanıdığı Cəfər əmi idi. H.Nəzərli. Xaspoladın çağırışına...

HAMILIQLA, HAMILIQCA (ID - 15998)

zərf Bir nəfər də kənarda qalmayaraq, hamısı bir yerdə; birlikdə, cəmən. [Fazil:] Nə baxırsınız gözümün içinə? Nə səbəbə hamılıqla ayağa qalxıb təzim etmirsiniz?! Ə.Haqverdiyev. // Yekdilliklə. Hamılıqla namizədə səs...

HAMISI (ID - 15999)

bax hamı. Adamların hamısı gəlmişdi. - [Tələbə:] Bizim yoldaşların hamısı bu gün məktəbdə olub. Z.Xəlil. // Eyni mənada əşya haqqında. Binaların hamısı təmir olunub. - [Kərbəlayı Qubad:] Görəsən, bu evlərin hamısı Mərcan...

HAMİ (ID - 16000)

is. [ər.] 1. Birini himayə edən, himayəsi altına alan, qoruyan; himayəçi, havadar, arxa. Rüstəm bəyin üzündə hami axtaran bir çocuq ifadəsi vardı. Çəmənzəminli. Geydiyin arxalıqdır; Hamidən arxalıqdır; Hicran əydi aşiqi; Bu...

HAMİL (ID - 16001)

sif. [ər.] köhn. 1. Yüklü, yüklənmiş.
Üzərində olan.
Daşıyan, götürən.
is. Sahib, yiyə.

HAMİLƏ (ID - 16002)

sif. və is. [ər.] Hamiləlik vəziyyətində olan; ikicanlı, boylu, boyudolu. Hamilə qadıntək yuxusu möhkəm; Qucağı doludur dərələrin də. M.Araz. Kənddə işlər qarışan zaman gəlin birdən-birə hamilə olmuş və oğlan doğmuşdu....

HAMİLƏLİK (ID - 16003)

is. Qadın orqanizmində rüşeymin inkişaf dövründəki vəziyyəti; ikicanlılıq, boyluluq.

HAMİLİK (ID - 16004)

is. 1. Himayəçilik, havadarlıq, himayə etmə, qanadı altına alma. Qulam müəllim istəyirdi ki, Mehparə və Sitarə onun hamiliyi ilə oxuyub ali təhsil alsınlar. S.Rəhimov.
2. Birisinə və ya bir təşkilata istehsalat, mədəni, siyasi...

HAMPA (ID - 16005)

is. [fars. həm və pa - ayaq] Keçmişdə kənd varlısına, dövlətliyə verilən ad. [1-ci kəndli:] Burada bir Hacı Bayram deyil, ondan savayı da neçə hampa var. Ə.Haqverdiyev. Qoyunçu hampalar bu gen hörüşü; Icarə eyləyib saldılar yataq.....

HANA1 (ID - 16006)

is. Əllə xalça, palaz və s. toxumaq üçün yerdə qurulan dəzgah; xana. Axşamdan yıxılır, ertədən yatır; Həftədə hanaya bir arğac atır.. Aşıq Ələsgər. Qızlar oturmuşlar qabaqda hana; Xalı toxuyurlar damaqları çağ. Z.Xəlil....

HANA2 (ID - 16007)

is. b a x xına. Iki qoyun yan-yana; Əlimə yaxdım hana; Sənə süd verən ana; Olsun mənə qaynana. (Bayatı).

HANDA (ID - 16008)

“Harada” sual əvəzliyinin danışıq dilində işlənən forması. [Qurbani:] Ibtida eyləyib girdim meydana; Aşıqlar ustadı, görün, handadı? “Qurbani”. Gül əkdim gül məkanda; Yerin bil, gül, məkanda; Sən güldün, mən də güldüm;...

HANI (ID - 16009)

“Harada?” “haradadır?” mənasında sual əvəzliyi. [Giziroğlu:] Hanı bu bağçanın gülü; Oxumur şeyda bülbülü. “Koroğlu”. Hanı rəngli çiçəklərin, a çəmən? Bir gözəl dəstə gül tutaydım mən. A.Şaiq.

HANKI, HANSI (ID - 16010)

əvəz. 1. İki və ya bir çox şeydən birini müəyyənləşdirəcək cavab almaq üçün sual kimi işlənir. Hansı əsərdən xoşunuz gəlir? Sitatları hansı məxəzlərdən götürmüsünüz? Hansı mərtəbədə yaşayırsınız? - Hansı...

HANTEL (ID - 16011)

[alm.] idm. Qısa dəstəklə birbirilə birləşmiş iki çuqun şardan ibarət gimnastika aləti (əzələləri inkişaf etdirmək üçün işlənir).

HAP-GOP (ID - 16012)

is. Gurultulu, lovğa, lakin boş, əhəmiyyətsiz sözlər, hay-küy. Hap-gopuna baxma, əlindən heç şey gəlməz. - Mən bacarsaydım əgər, yaxşı cilovlardım onu; Baxmayın hap-gopuna, ömrü bitibdir, sonudur. S.Rüstəm. [Qızyetər:] Elə...

HAP-GOPÇU (ID - 16013)

bax gopçu. Hap-gopçunun biridir.

HARA (ID - 16014)

sual əvəz. 1. Hansı yer, hansı məkan, yaxud hansı istiqamət, hansı tərəf. Kitabları hara qoydu? Stulu hara apardın? [Sevil Gülüşə:] Balaşdan soruşmamış hara gedə bilərəm? C.Cabbarlı. [Gülsənəm:] Ağa, bu qabları hara düzəcəyik?...

HARADA (ID - 16015)

sual əvəz. Hansı yerdə? hayanda? Səni harada görə bilərəm? Dəfərlər haradadır? - [Məşədi Qəzənfər:] Əşi, adam gərək insaf ilə danışsın, qışın soyuğunda harada qızışa bilərsən? [Xor:] Hamamda! U.Hacıbəyov. Həmin gecə...

HARADAN (ID - 16016)

sual əvəz. Hansı yerdən? hayandan? hansı tərəfdən? Haradan gəlirsən? Haradan almısan? Haradan gəlmisənsə, oraya da getməlisən. Onun əsli haradandır? [Murad] Nigar kimi gənc, gözəl, çocuqlarına mehriban bir qadını haradan tapacaqdı?...

HARALI (ID - 16017)

əvəz. Birisinin hansı yerdən, harada anadan olduğunu, vətəninin hara olduğunu bilmək üçün işlədilir. O haralıdır? [Mansur xan:] Söylə görüm, haralısan, ay gözəl? C.Cabbarlı. Yolçu sevinərək qocanı saxladı, ondan haralı olduğunu...

HARAM (ID - 16018)

sif [ər.] 1. İslam dininin ehkamlarına görə yeyilməsinə, işlədilməsinə icazə verilməyən (halal əksi). Haram mal bərəkət tutmaz. (Ata. sözü). [Yaşlı kişi:] Mən tamamilə mövhumatçı bir gəncdim, din və şəriətin haram bildiyi...

HARAMXOR (ID - 16019)

sif. və is. [ər. həram və fars. xor - yeyən[ Özgənin malına, şeyinə, puluna tamah salan; müftəxor. [Mustafa bəy:[ Hamınız haramxorsunuz, hamınız oğrusunuz! Ə.Haqverdiyev.

HARAMZADƏ (ID - 16020)

is. [ər. həram və fars. zadə[ Fırıldaqçı, kələkbaz, hiyləbaz, bic, yaramaz, tülüngü. [Murov:[ Haramzadələr, mənim əlimdən hara gedəcəksiniz. M.F.Axundzadə. [Vahimə Çiçəyə:[ Mən günahkar deyiləm ki, haramzadə oğlun bütün...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed