İzahlı lüğət

HAZIRLAŞMA (ID - 16121)

“Hazırlaşmaq” dan f.is.

HAZIRLAŞMAQ (ID - 16122)

f. 1. Bir iş görmək və ya bir yerə getmək üçün hazırlıq görmək, hazırlanmaq, özünü hazır etmək. Yola düşməyə hazırlaşmaq. Köçməyə hazırlaşmaq. - ..Bir istəkan çay içib, bir tikə çörək yeyib hazırlaşdım evdən çıxmağa....

HAZIRLATMA (ID - 16123)

“Hazırlatmaq” dan f.is.

HAZIRLATMAQ (ID - 16124)

icb. Hazır etdirmək. Tikinti materialları hazırlatmaq. Qış üçün yem hazırlatmaq.

HAZIRLIQ (ID - 16125)

is. 1. Bir iş görmək üçün hazırlaşma, hazır olma. Yaz əkininə hazırlıq. [Ceyranın] fikrinə gəlir ki, [Eldar] bəzi hazırlıqlar üçün evə getmişdir. S.Hüseyn. Ehtiyat xala bütün gecəni oğlu ilə, onun səfər hazırlığı ilə...

HAZIRLIQLI (ID - 16126)

sif. Hazırlığı (2-ci mənada) olan. Hazırlıqlı kadrlar yetişdirmək. Hazırlıqlı tələbə.

HAZIRLIQSIZ (ID - 16127)

sif 1. Hazırlığı (2-ci mənada) olmayan. Hazırlıqsız tələbə. - [Mürsəl] çətin suallara tutulan hazırlıqsız bir məktəbli vəziyyəti almışdı. Mir Cəlal. // zərf Qabaqcadan hazırlaşmamış, hazırlaşmadan, hazır olmadan. Hazırlıqsız...

HE (ID - 16128)

“H” hərfinin və bu hərflə işarə olunan samitin adı.

HECA (ID - 16129)

is. [ər.] Sözdə bir dəfə nəfəs verməklə tələffüz olunan səs və ya səs birləşməsi. Sözü hecalara ayırmaq. “Atalıq” sözündə üç heca var: a-ta-lıq. □ Açıq heca qram. - axırında samit olmayan heca. Qapalı heca qram....

HECALAMA (ID - 16130)

“Hecalamaq” dan f.is.

HECALAMAQ (ID - 16131)

f Hecalarla, hecalara ayıraraq oxumaq; höccələmək.

HEÇ (ID - 16132)

zərf [fars.] 1. Qətiyyən, əsla, bilmərrə, büsbütün. Bu barədə heç təsəvvürüm yoxdur. Bu hadisədən heç xəbərim yoxdur. Heç başa düşmədim ki, nə deyir. Onu heç sayan yoxdur. - [Məşədi İbad:] Heç başa düşmürəm ki, bu...

HEÇLİK (ID - 16133)

is. 1. Yoxluq, fanilik, ədəm, mövcud olmama (varlıq ziddi). Ölüm bir iblisdir, həyat bir mələk! Varlığı izləyir heçlik kölgətək. S.Vurğun. [Məhəmməd:] Varlığı heçliyə mən dəyişərdim; Əgər bu dünyada sən olmasaydın. B.Vahabzadə....

HEÇ-PUÇ (ID - 16134)

is. [fars.] Heç bir əhəmiyyəti, xeyri, mənası olmayan şey, boş şey. Məsələ heç-puç üstündə başlayan söhbətdə deyil. Y.Əzimzadə. Əlikram əcəb başa düşürdü ki, Sənubərin dediklərinin hamısı heç-puç deyildir.. B.Bayramov....

HEÇ-HEÇƏ (ID - 16135)

zərf Hər iki tərəf üçün uduşsuz və ya məğlubiyyətsiz (müxtəlif oyunlarda, yarışlarda). Fit verilir, qurtarır oyun heç-heçə. M.Rahim.

HEGELÇİ (ID - 16136)

is. Hegel fəlsəfəsi tərəfdarı (bax hegelçilik).

HEGELÇİLİK (ID - 16137)

[xüs. is.-dən] İdealist dialektika nəzəriyyəsinin əsasını qoymuş alman filosofu Hegelin dünyagörüşü; Hegel fəlsəfəsi əsasında təşəkkül tapmış idealist fəlsəfi cərəyanların ümumi adı.

HEGEMON (ID - 16138)

[yun.] Hegemonluq edən; rəhbər, başçı.

HEGEMONIZM (ID - 16139)

[yun.] Hegemonluq iddiasında olma, hegemonluğa can atma, özünü hegemon kimi aparma.

HEGEMONLUQ (ID - 16140)

is. Birincilik, rəhbərlik; gücdə, təsirdə üstünlük; hakimiyyət, ağalıq.

HEKAYƏ (ID - 16141)

is. [ər.] 1. Rəvayət şəklində kiçik ədəbi nəsr əsəri. Mirzə Cəlilin hekayələri. - Ədibin kəskin publisist qələmi “Pir “ kimi çox realist bədii hekayədə də özünü göstərir. M.Arif. Konsertdən sonra radio ov haqqında maraqlı...

HEKAYƏYAZAN (ID - 16142)

is. və sif. bax hekayəçi 1 -ci mənada.

HEKAYƏT (ID - 16143)

is. [ər.] Əhvalat, sərgüzəşt, qəziyyə; hekayə. Mən çəlik ürəkli bir yeni gəncəm; Dildən-dilə düşmüş hekayətim var. M.Müşfiq. Qüdrət Şirmayının hekayətini dinləyəndə gülməkdən özünü güclə saxlayırdı. M.Hüseyn....

HEKAYƏÇİ (ID - 16144)

is. 1. Hekayə yazan yazıçı. Ə.Haqverdiyev gözəl hekayəçidir.
2. Rəvayətçi, hekayə, rəvayət danışan adam.

HEKAYƏÇİLİK (ID - 16145)

is. Hekayə yazma sənəti. Romançılıq və hekayəçilik həyat və tarixi təhrif etmək deyil, onu bədii şəkildə vermək deməkdir. M.S.Ordubadi.

HEKTAR (ID - 16146)

[yun. hekaton - yüz və area sahə] Metr sistemində 10.000 m2

hekto... (ID - 16147)

[yun. hekaton - yüz] Ölçü vahidi bildirən mürəkkəb sözlərin birinci tərkib hissəsi olub, “yüz”, “yüz dəfə” mənasını ifadə edir; məs.: hektolitr (yüz litr), hektometr (yüz metr) və s.

HEKTOQRAF (ID - 16148)

[yun. hekaton - yüz və grapho - yazıram] Yazı maşınında və ya əllə yazılmış yazını və şəkli çoxaltmaq üçün sadə çap aləti.
helio... [yun. helios - günəş] Mürəkkəb sözlərin birinci tərkib hissəsi olub, günəşə,...

HELİOTEXNİKA (ID - 16149)

[yun. helios və technike] Texnikanın, günəş enerjisinin sənaye və məişətdə istifadə edilməsi ilə məşğul olan sahəsi.

HELİUM (ID - 16150)

is. [yun.] kim. Sıfır qrupundan kimyəvi element.

HELMİNTOLOGİYA (ID - 16151)

[yun. helma - parazit, qurd, bağırsaqqurdu və logos - elm] Tüfeyli qurdlardan və onların törətdiyi xəstəliklərdən bəhs edən elm.

HEMATOGEN (ID - 16152)

[yun. haima - qan və genos - doğuş] Dərman preparatı; qliserin və şərabda həll olunmuş məhlul.

HEMATOLOGİYA (ID - 16153)

is. [yun.] tib. Qanın tərkibini və xüsusiyyətini öyrənən elm sahəsi.

HEMOQLOBİN (ID - 16154)

[yun. haima - qan və lat. globus - kürəcik] Qana qırmızılıq verən maddə (qan kürəciklərinin əsas tərkib hissəsi olub, orqanizmdə oksigeni və karbonu toxumalara yayıcı vəzifəsini görür).

HEPATİT (ID - 16155)

is. [yun.] tib. Qara ciyərin iltihabı.

HERBARİ (ID - 16156)

[lat. herbarius - bitkiyə aid] Qurudulmuş bitki kolleksiyası.

HERİK (ID - 16157)

is. k.t. Payızda şumlanıb dincə qoyulma. Qarğıdalıdan sonra əkilmiş buğdanın dəni herik edilmiş zəmidə yetişdirilən buğdanın dənindən ağır olur. □ Herik şumu k.t. - payız şumu.

HERMAFRODİT (ID - 16158)

is. [yun.] Kişi və qadın əlamətləri olan insan və ya heyvan.

HEROQLİF (ID - 16159)

[yun.] İdeoqrafık yazı sistemində heca və ya səs bildirən fiqurlu işarə. Heroqlif yazısı. Heroqliflər müxtəlif sayda qrafik ünsürdən təşkil olunur.

HERS (ID - 16160)

[xüs. is.-dən] fiz. Rəqs tezliyinin ölçü vahidi.

HERSOQ (ID - 16161)

[alm.] Qərbi Avropada yüksək zadəgan, knyaz titulu. // Belə titulu olan adam. // Orta əsrlərdə iri feodal.

HERSOQLUQ (ID - 16162)

is. 1. Başında hersoq duran feodal dövləti.
2. Hersoq titulu.

HESAB (ID - 16163)

is. [ər.] 1. Hər hansı hesablamanın rəqəmlərlə ifadə olunan nəticəsi; say, miqdar. Əgərçi bizim qoşunumuz da hesab və ədəddə taifeyi-Osmaniyyədən kəm deyildi.. M.F.Axundzadə. Qulaq asanların hesabı artdı. Ə.Haqverdiyev. □...

HESABAALMA (ID - 16164)

is. Hesablama, siyahıyaalma yolu ilə bir şeyin miqdarını, sayını, ədədini müəyyənləşdirmə. Malları hesabaalma. Hesabaalma vərəqəsi.

HESABAGƏLMƏZ (ID - 16165)

sif. Hesablanması, sayılması mümkün olmayan; saysız-hesabsız, hesaba gəlməyən.

HESABAGƏLMƏZLİK (ID - 16166)

is. Sayı-hesabı olmama; saysızlıq, hədsizlik.

HESABAT (ID - 16167)

is. [ər. "hesab” söz. cəmi[
Öz işi, verilən tapşırığı yerinə yetirməsi, yaxud apardığı tədqiqatın nəticəsi və s. haqqında məsul şəxsə, ya kollektivə, təşkilata və s. verilən yazılı və ya şifahi rəsmi məlumat....

HESABCIL (ID - 16168)

sif Hər şeyin hesabına gedən, hesablamağı yaxşı bacaran, hesabını bilən. Hesabcıl adam.

HESABDAR (ID - 16169)

is. [ər. hesab və fars. ...dar[ Hesabdarlıq işçisi, mütəxəssisi. [Fərhad[ bir il, iki il hesabdar, ferma müdiri, mühasib olmuşdu. M.İbrahimov. Qələndərov əvvəllər Xaçbulaqda qoyunçuluq fermasında hesabdar idi. Mir Cəlal. // köhn....

HESABDARLIQ (ID - 16170)

is. 1. Hesablar üzrə əməliyyat uçotu aparılması; mühasibat (buxalteriya) uçotu. Hesabdar vəzifəsi. Yarməmməd çoxdan hesabdarlıqdan bir pillə yuxarı qalxmaq fikrində idi. M.İbrahimov. Əşrəf gördü ki, hesabdarlıq Nazlının çox...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed