İzahlı lüğət

HEYVANDAR (ID - 16221)

is. [ər. heyvan və fars. ...dar] 1. Heyvandarlıq mütəxəssisi.
2. Mal-qara saxlamaqla, yetişdirməklə, maldarlıqla məşğul olan təsərrüfat, kəndli. Gənc heyvandarların respublika toplanışı. // Sif. mənasında. Heyvandar təsərrüfatlar....

HEYVANDARLIQ (ID - 16222)

is. Kənd təsərrüfatının ev heyvandarları, mal-qara saxlamaqla məşğul olan sahəsi. Heyvandarlığı inkişaf etdirmək. Yoxsul kəndlinin təsərrüfat dərdləri torpaq, su, becərmə, məhsuldarlıq, istehsal aləti, heyvandarlıq, ipəkçilik...

HEYVANXANA (ID - 16223)

is. [ər. heyvan və fars. ...xanə] Vəhşi heyvanların saxlandığı xüsusi yer, bina.

HEYVANİ (ID - 16224)

sif. [ər.] 1. Heyvan ətindən, südündən, yağından və s.-dən hazırlanan, alınan; üzvi. Heyvani maddələr. Heyvani məhsullardan ancaq süddə şəkər vardır. Heyvana (heyvanlara) xas olan; heyvana aid olan; qeyri-şüuri. Heyvani həyat....

HEYVANLAŞMA (ID - 16225)

“Heyvanlaşmaq” dan f.is.

HEYVANLAŞMAQ (ID - 16226)

f. İnsanlıq sifətlərini itirmək, vəhşiləşmək, kobudlaşmaq; sərtləşmək.

HEYVANLIQ (ID - 16227)

is. Qanmazlıq, anlamazlıq, qanacaqsızlıq. Heyvanlıq etmək.

HEYVANSİFƏT (ID - 16228)

sif. İnsan sifətlərini itirmiş; vəhşi, kobud, qanmaz, yontalanmamış.

HEYVƏRƏ (ID - 16229)

sif. və is. 1. Kobud, qanmaz, ləyaqətsiz, tərbiyəsiz, ədəbsiz, zırrama, ağzıyava, ağzıpozuq. Heyvərə adam. Heyvərənin biridir, dindirməsən yaxşıdır. - Qışqırdı bir qədər, zəhərdən acı; Qızışdı getdikcə heyvərə hacı....

HEYVƏRƏLƏNMƏ (ID - 16230)

“Heyvərələnmək” dən f.is.

HEYVƏRƏLƏNMƏK (ID - 16231)

f. dan. Avara-avara gəzmək, avaralanmaq, veyillənmək. Küçələrdə heyvərələnmək.

HEYVƏRƏLİK (ID - 16232)

is. 1. Qanmazlıq, kobudluq, tərbiyəsizlik, zırramalıq; sözünü, hərəkətini bilməmə; boşboğazlıq. Bir bölük boşboğazıq, heyvərəlik adətimiz; Doludur lənət ilə, qeybət ilə söhbətimiz. M.Ə.Sabir. [Sədr] bunun səbəbini Canının...

HƏ (ID - 16233)

(bəzən “ə” saiti uzadılaraq tələffüz olunur) əd. 1. Verilən suala müsbət cavab və ya təsdiq məqamında işlənir (yox ziddi); bəli, elədir. Hə, razıyam. - Imtahan verdinmi? - Hə, verdim. - Yemək istəyirsənmi? - Hə. [Vəli:]...

HƏB (ID - 16234)

is. [ər.] Toz dərmandan hazırlanmış kürəcik. Həb atmaq. Acı həb. - Həkim bir neçə həb, beş də iynə dərmanı verdi. Ə.Vəliyev. □ Yastı həb - dairə şəklində həb; tablet.

HƏBƏŞ (ID - 16235)

is. Efiopiyanın əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adamın keçmiş adı; efiopiyalı. Zavallı, silahsız və kimsəsiz həbəşlərin boynunda faşist cəlladı öz qılıncının kəsərini yoxlayırdı. M.İbrahimov. Dünyanı...

HƏBİB (ID - 16236)

is. [ər.] klas. Sevgili, dost. Tutaram yarın qiyamətdə, həbibim, damənin. Füzuli. [Bəhram:] Mənim vicdanım ləkəlidir. Mənim həbibim! C.Cabbarlı.

HƏBS (ID - 16237)

is. [ər.] 1. Dustağasalma (salınma), azadlıqdan məhrumetmə (edilmə). Həbs cəzası. - Məhbəs də, qəfəs də, həbs də, qəsd də; Insan mərd olanda həddini aşmır. M.Araz. □ Həbs edilmək, həbsə düşmək
həbsxanaya salınmaq,...

HƏBSXANA (ID - 16238)

is. [ər. həbs və fars. ...xanə] Dustaqların saxlandığı yer, ev, bina; dustaqxana, qazamat, zindan. Çar hökuməti yıxılandan sonra Cavahir həbsxanadan çıxdı. T.Ş.Simurq.

HƏBSXANAÇI (ID - 16239)

is. Həbsxana gözətçisi.

HƏCC (ID - 16240)

is. [ər.] Müsəlmanlarda: zilhiccə ayında Məkkədə ziyarət mərasimini yerinə yetirmə. Bəhs ilə həccə gedən yorulub yolda qalar. (Ata. sözü). Getdi həccə atası, ta oluna “hacı “ xitab; Kim ona “hacı “ desə, bil ki, deyir...

HƏCƏMƏT (ID - 16241)

is. [ər.] Xalq təbabətində: xəstə adama küpə salıb qan almaqdan ibarət müalicə üsulu, habelə müalicə məqsədilə qan almaq, qanı sormaq üçün işlədilən buynuzşəkilli alət. Şeyx Şabanın arvadı Gülsüm xala da məhəllədə...

HƏCM (ID - 16242)

is. [ər.] 1. Bir şeyin kub vahidləri ilə ölçülən uzunluğu, hündürlüyü və eni. Həndəsi cismin həcmi. Kubun həcmi. Binanın həcmi.
2. Ölçü, böyüklük, miqdar və s. baxımından bir şeyin tutumu. Çəlləyin həcmi. Vaqonun...

HƏCMCƏ (ID - 16243)

sif. Həcminə, böyüklüyünə, tutumuna görə, içinə ala biləcəyi şeyin miqdarına görə. Həcmcə bu çənlərdən hansı böyükdür? Həcmcə kiçik çəllək. - Müharibənin son aylarında daha yeni radiolokasiya qurğuları işlədilmişdir....

HƏCMİ (ID - 16244)

sif. [ər.] Həcm cəhətdən, həcm baxımından, həcmlə bağlı. Həcmi təhlil.

HƏCMLİ (ID - 16245)

sif. Həcmcə iri olan; böyük, tutumlu. Iri həcmli sistern. - Bir tərəfdə müxtəlif həcmli ekskavatorlar torpağı qazır, bir tərəfdə parovozlar xəndəkdə fit verə-verə platformalardan ibarət qatarları bu ekskavatorların yanına gətirir....

HƏCV (ID - 16246)

is. [ər.] Bir şəxsə, ictimai quruluşa, yaxud həyatdakı mənfiliklərə qarşı yönəldilmiş istehzalı, kəskin, acı, kinayəli yazı. Mirzə Ələkbər Sabirin həcvləri. “Molla Nəsrəddin” məcmuəsində çap olunmuş həcvlər. - [Qacar:]...

HƏCVÇİ (ID - 16247)

is. və sif. Həcv yazan, həcvgu. XIX əsr ədəbiyyatımızın ən qüvvətli həcvçi şairi Qasım bəy Zakirdir.

HƏCVÇİLİK (ID - 16248)

is. Həcv yazma.

HƏCVGU (ID - 16249)

is. və sif. [ər. həcv və fars. ...gu] köhn. bax həcvçi. Həcvgu şair.

HƏCVİYYAT (ID - 16250)

top. [ər. “həcv “ söz. cəmi] köhn. Həcv məzmunlu əsərlər. // Boş, bayağı, mənasız əsərlər.

HƏCVİYYƏ (ID - 16251)

is. [ər.] Qısa satirik şeir; epiqram.

HƏCVYAZAN (ID - 16252)

b ax həcvçi.

HƏCZ (ID - 16253)

is. [ər.] köhn. 1. Tutub saxlama, tutma.
Müsadirə.

HƏDD (ID - 16254)

is. [ər.] 1. Sərhəd, hüdud.
məc. Hədd-hüdud, son, nəhayət. Uşağın sevincinin həddi yox idi. □ Hədd qoymaq - hüdud qoymaq, məhdudlaşdırmaq, normaya tabe etmək. Sevgiyə hədd qoymaq, düzü, günahdır. B.Vahabzadə. Həddən...

HƏDD-HESAB (ID - 16255)

is. [ər.[ Say, miqdar. Qızıl Arslandan xəlifəyə məktub aparan heyəti İraqın hədd-hesaba gəlməyən atlıları istiqbal edirdi. M.S.Ordubadi. □ Həddi-hesabı olmamaq - sayı-hesabı olmamaq. [Devlər[ bir az sonra qızlara o qədər zər-zibadan...

HƏDD-HÜDUD (ID - 16256)

is. [ər.[ Hədd, son, axır, intəha. Ağbulaq dağlarının bütün gözəllik və Üstünlükləri Sevildə .. həddi-hüdudu olmayan xoş bir təsir buraxırdı. S.Rəhimov. Dəmirin bu dəqiqə sevincinin həddi-hüdudu yox idi. Ə.Vəliyev.

HƏDDİ-BÜLUG (ID - 16257)

is. [ər.[ İnsanın cismən və ruhən yetkinləşdiyi və vətəndaşlıq hüququ aldığı yaş. □ Həddi-büluğa çatmaq (yetişmək, yetmək) - həmin yaşa çatmaq. Nəhayət, Səfər min zəhmətlə böyüyüb həddi-buluğa yetişdi.. Çəmənzəminli....

HƏDƏ (ID - 16258)

is. [ər.[ Qorxu gəlmə, bir şeylə qorxutma, dəhşətləndirmə; hədə-qorxu, təhdid. Qızdan qəti söz aldım ki, atasının hədəsinə baxmayaraq, o bir də belə bir işə baş qoşmayacaqdır. S.Rüstəm. □ Hədə gəlmək (etmək) - bir...

HƏDƏF (ID - 16259)

is. [ər.[ 1. Tüfəng, top və s. atarkən güllənin, mərminin və s. dəyməli, vurmalı olduğu şey, yer; nişanə. Hədəfi nişan almaq. Güllə hədəfə dəymədi. - ..Onlar hər ikisi birlikdə ova çıxır, Gülbaharın atdığı güllələr...

HƏDƏQƏ (ID - 16260)

is. [ər.] anat. Göz almasının yerləşdiyi çuxur; göz çuxuru. Sultanın gözlərinin gilələri öz hədəqəsində tez-tez sağa-sola gedib-gəldi. İ.Hüseynov.
□□ Gözləri hədəqəsindən çıxmaq - b a x göz.

HƏDƏ-QORXU (ID - 16261)

bax hədə. Gəlin, bu hədə-qorxudan Xəlilin pərt olduğunu düşünüb, ona kömək etmək istədi. M.Hüseyn. Həkim möhkəm durdu, o karıxmadı; Hədəqorxudan da bir şey çıxmadı. B.Vahabzadə.
□□ Hədə-qorxu gəlmək- b ax hədə...

HƏDƏLƏMƏ (ID - 16262)

“Hədələmək” dən f.is.

HƏDƏLƏMƏK (ID - 16263)

f Hədə gəlmək, qorxutmaq, hədə-qorxu gəlmək, təhdid etmək. Baldızı, Məsməni hədələyir, “ərinin əmrindən çıxmağa ixtiyarın yoxdur” - deyirdisə də, bir təsiri olmayır. S.Hüseyn. Bircə Lətif özünü yoldaşları arasında...

HƏDƏLƏYİCİ (ID - 16264)

sif Hədələyən, qorxuducu, təhdidedici, hədə-qorxu gələn, hədəqorxu ifadə edən. ..Hədələyici sözlər Mirzə Cəlildə yeni bir qüvvə oyatdı. S.Vəliyev.

HƏDƏR (ID - 16265)

sif. [ər.] Boş-boşuna, əbəs, heç bir nəticə verməyən; mənasız, faydasız. Qəssab Həsən aralıqda hədər ölümdən qorxub, özünü adamların içinə soxdu. Mir Cəlal. □ Hədər(ə) getmək - boşa çıxmaq, heç bir nəticə verməmək,...

HƏDƏRƏN-PƏDƏRƏN (ID - 16266)

is. Boş, mənasız, cəfəngiyat, tartan-partan, çərən-pərən sözlər. [Arvadı ustaya:] Əşi, cin-zad səni vurub, ağlını-zadını çaşdırmayıb ki, hədərən-pədərən danışırsan, buğda nədir? Çəmənzəminli. ..Qalan yüz on beş...

HƏDİK (ID - 16267)

is. Qarğıdalı, buğda, noxud, lobya, mərci və s.-dən suda (bəzən də ət və qovrulmuş soğanla) bişirilən xörək adı. Noxudu, buğdanı, mərcini, lobyanı bir-birinə qarışdırıb, qazana töküb hədik bişirdikdən sonra qonşulara...

HƏDİS (ID - 16268)

is. [ər.] din. Məhəmməd peyğəmbərin qanun hökmündə olan sözlərinə verilən ad. Başında ağ araqçın olan, gümüş toqqalı, qırmızısaqqal bir kişi isə təkər səslərinə, tıqqıltıya baxmadan adamlara hədis danışırdı. Mir...

HƏDİYYƏ (ID - 16269)

is. [ər.] Bağışlanan şey, bəxşiş, sovqat, töhfə, ərməğan. Məhərrəm əmi ilk dəfə Rəmziyyənin görüşünə gəldiyi zaman ona üzgörüşü olaraq kiçik bir çanta hədiyyə gətirmişdi. A.Şaiq. [Əbdüləli bəy Gülüşə:] Bu...

HƏDSİZ (ID - 16270)

sif. Həddi-hüdudu olmayan, həddən artıq, saysız-hesabsız, hədsiz-hesabsız. Uşaqlar göz yaşlarını bir dəqiqədə unutdular və .. kərbəlayını hədsiz şadlıq ilə əhatə etdilər. Çəmənzəminli. Getdikcə böyük və əzəmətli...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed