İzahlı lüğət

HAQLAŞMAQ (ID - 15921)

f Hesablaşmaq, haqqhesabı çürütmək, haqq-hesab çəkib üzülüşmək.

HAQLI (ID - 15922)

sif Düz deyən, düzgün fikirləşən, düz hərəkət edən, səhv etməyən (haqsız əksi). Xan, arvadının sözlərinin haqlı olduğunu anladı. Çəmənzəminli. Mühəndis etirafında haqlı idi. Ə.Sadıq. // Doğru, düz, düzgün, yerində,...

HAQLILIQ (ID - 15923)

is. Fikirdə, mühakimədə, hərəkətdə və s. düzlük, düzgünlük, doğruluq; haqlı olma; haqq, ədalət. Öz işinin haqlılığına inanmaq.

HAQSEVƏR (ID - 15924)

is. Haqqı, düzgünlüyü, doğruluğu sevib müdafiə edən adam. // Sif. mənasında. [Cabbar:] Sən özün haqsevən bir adamsan, bizi də yaxşı tanıyırsan, bilirsən də ki, Səfər bizim namusumuza və qeyrətimizə toxunub. B.Talıblı.

HAQSIZ (ID - 15925)

sif və zərf 1. Haqq və insafa uyğun olmayan; ədalətsiz, nahaq, əsassız. Haqsız iddia. Haqsız cəza. - Mürsəqulu .. haqsız işə razı olmayan bir adam idi. S.Hüseyn. [Tahir:] ..Mən özümdən başqa hamını günahkar hesab eləməkdə...

HAQSIZLIQ (ID - 15926)

is. 1. Haqq və ədalətə uyğun olmayan hal; ədalətsizlik, insafsızlıq. Nəbi kiçik yaşlarından haqsızlığı sevməzdi. “Qaçaq Nəbi”.
2. Hüquqsuzluq, ədalətsizlik. Hər yerdə, hər mühitdə haqsızlığın, qolugüclülüyün...

HAQVERMƏZ (ID - 15927)

sif Başqasını işlədib haqqını verməyən, haqqını kəsən; istismarçı. Məlik tacir haqverməz adamdı. (Nağıl).

HAL1 (ID - 15928)

is. [ər.] 1. Hər hansı bir səbəbdən, şəraitdən doğan vəziyyət, keyfiyyət. Xəstənin halı yaxşıdır. - Hicrin edibdi könlümü bərbad, ağlaram; Çoxlar tutar bu halıma irad, ağlaram. Natəvan. [Ceyranın] keçmiş halı ilə indiki...

HAL2 (ID - 15929)

b ax al3 (bəzən "hal anası” şəklində işlənir). Hal hər şeyi tərsinə eləyir. Tərsinə iş görən qadına deyərlər: hal cinsisən? Bir adam tutduğu halı yazığı gəlib buraxsa, hal onun yeddi arxadan dönəninə dəyməz. (Əsatir)....

HALA (ID - 15930)

zərf [ər.[ klas. İndi, indi də, indiyədək, hələ də. Mənə derlərdi əvvəl, bir mələkdir sevdiyin. Hala; Görənlər sən fəqirə göydən enmiş bir bəla derlər. Füzuli.

HALAL (ID - 15931)

sifl [ər.[ 1. İslam dininin ehkamlarına görə yeyilməsinə, işlədilməsinə və ya özünə mal edilməsinə icazə verilən (haram əksi). // köhn. Kəbinli, nikahlı; qanuni. Əsmər yenə şəriətin hökmüncə [Məmmədbağırın[ halal arvadı...

HALALCA (ID - 15932)

sif. 1. B ax halal 2-ci mənada. Hamıdan varlı ikən, hamıdan yoxsul oldum; Halalca dövlətimi haram etdi o, haram. B.Vahabzadə.
Bax halal 1-ci mənada. [Məşədi İbad:[ Əşi, mən qızın halalca adaxlısı ola-ola hasarın bu tayında...

HALALLAŞMA (ID - 15933)

“Halallaşmaq” dan f.is.

HALALLAŞMAQ (ID - 15934)

qarş. Ölərkən və ya uzun müddətə ayrılarkən bir-birinin pisliyinin və ya borclarının üstündən keçmək, bir-birini bağışlamaq. Səfərlə Miraxur Kürün qırağına qədər bir yerdə getdilər, orada halallaşıb ayrıldılar. Çəmənzəminli....

HALALLIQ (ID - 15935)

is.: halallıq almaq - ölərkən və ya uzun müddət ayrılarkən vaxtilə etmiş olduğu pisliyin, yaxud qaytarmadığı borclarının bağışlanmasını xahiş etmək. Məşədi Əsgərin fikri bu idi ki, çamadan sahibini tapsın və əmanətini...

HALAY (ID - 15936)

is. Dairə, dövrə. □ Halay vurmaq (qurmaq) - dövrə vurmaq, halaylamaq. Göy Üzündə bir dəstə qartal qanadlarını geniş açaraq halay vurub hərlənirdi. M.Rzaquluzadə.

HALAYLAMA (ID - 15937)

“Halaylamaq” dan f.is.

HALAYLAMAQ (ID - 15938)

f. Dövrə vurmaq, halay vurmaq, dövrələmək.

HALBAHAL (ID - 15939)

zərf. [ər. hal və fars. bə[: halbahal olmaq - haldan hala düşmək, halı dəyişmək, vəziyyəti gah pisləşib, gah yaxşılaşmaq. Xəstə halbahal olurdu.

HALBUKİ (ID - 15940)

Bir-birinə zidd olan, bir-birini inkar edən iki fikrin qarşılaşdırıldığı tabesiz mürəkkəb cümlələrdə müstəqil cümlələr arasında əlaqə yaradan bağlayıcı; vəhalonki. [Mansuru] görə bilmirdim, halbuki başqa yoldaşlarımıza...

HALƏ (ID - 15941)

is. [ər.] Ayın və bəzi iri ulduzların ətrafında bəzən görünən işıq dairəsi. Fikrini, qəlbini çalmışdı əlan; Mahtabın sulara düşən haləsi. S.Vurğun. Dağıtma gül üzə zülfün ay üzrə halə kimi; Şərabdan bir əsər var...

HAL-ƏHVAL (ID - 15942)

is. [ər.] Vəziyyət, əhval.
□□ Hal-əhval tutmaq (soruşmaq) - b a x əhval tutmaq (soruşmaq) (“əhval”da). [Şeyx] hal-əhval tutub, bardaş qurdu. Qantəmir. Nəcəfalı yaxınlaşıb [katibə] salam verdi, əl tutub, hal-əhval soruşdu....

HALƏLƏNMƏ (ID - 15943)

“Halələnmək” dən f.is.

HALƏLƏNMƏK (ID - 15944)

f Ətrafında bəzən işıqlı dairə əmələ gəlmək (Ay və bəzi iri ulduzlar haqqında). [Pərşan] göylərin axşam parıltısında halələnmiş (f.sif.) ay kimi işıq verirdi. M.Ibrahimov.

HALƏT (ID - 15945)

is. [ər.] klas. Hal, vəziyyət. Naçalnik elə bir halətdə mənim üzümə baxırdı ki, deyirdim, bu saat durub məni yeyəcək. Məmmədquluzadə. Evə dönərkən anası [Mərdanda] başqa halət gördü. Çəmənzəminli.

HALƏTİ-RUHİYYƏ (ID - 15946)

is. [ər.] klas. bax əhval-ruhiyyə. [Yaşlı kişi:] Bədbincə bir haləti-ruhiyyə məni qapladı. S.Hüseyn.

HAL-HAZIR (ID - 15947)

is. İndiki vaxt, indiki zaman, hazırkı vaxt, bu an, bu saat, əlan. [Çopo:] Keçmişin təcrübəsi hal-hazır üçün faydalıdır. Çəmənzəminli.

HALİ (ID - 15948)

is. [ər.] Bir hadisə, iş haqqında məlumatı, xəbəri olan; xəbərdar, agah. Haliyəm ellərin mən cümləsindən; Gecə yatmaz bir-birinin bəhsindən. Aşıq Ələsgər. □ Hali etmək - xəbərdar etmək, agah etmək, məlumat vermək, bildirmək....

HALQA (ID - 15949)

is. 1. Çənbər, qurşaq, dairə şəklində gərək (əsasən metaldan olur). Qaratoyuq ayağını cələdən çəkdikdə qıl halqa daralıb onu bənd edirdi. S.S.Axundov. Səlim də quşları tutmaq, ayaqlarına yüngül alümin halqa taxmaq işində...

HALQALAMA (ID - 15950)

“Halqalamaq” dan f.is. Balıqları halqalama. - ..Quşları halqalama işi ilə mərkəzi halqalama bürosu məşğuldur. “Zoologiya”.

HALQALAMAQ (ID - 15951)

f 1. xüs. Yerdəyişmə istiqaməti və sürəti, ömürlərinin uzunluğu və s. üzərində elmi müşahidə aparmaq məqsədilə quşların ayağına və balıqların quyruğuna nişanlanmış halqa taxmaq. Köçəri quşların ayaqlarını halqalamaq....

HALQALANMA (ID - 15952)

“Halqalanmaq” dan f.is. Balığın quyruğunun halqalanması. - Qoruqda quşların halqalanması, miqrasiyası, həyat tərzi, bir-biriləri və ətraf mühitlə qarşılıqlı münasibətləri və s. problemlər ətrafında elmi iş aparırlar. “Elm...

HALQALANMAQ (ID - 15953)

məch. 1. Quşun ayağına və ya balığın quyruğuna halqa keçirilmək. Halqalanmış (f.sif.) quş başqa bir yerdə öldürüldükdə quşun ayağında olan halqa göstərilən ünvan üzrə lazımi yerinə göndərilir, .. quşun vurulduğu yer...

HALQAŞƏKİLLİ (ID - 15954)

b a x halqavari.

HALQAVARİ (ID - 15955)

sif Halqa, çənbər, çevrə şəklində; dairəvi, halqaşəkilli.

HAL-QƏZİYYƏ (ID - 15956)

is. [ər.] Hadisə, əhvalat, qəziyyə. [İbrahim xan Vaqifə:] Gedin, görək hal-qəziyyə nə minval üzrədir. Çəmənzəminli.

HALLANDIRMA (ID - 15957)

“Hallandırmaq” dan f.is.

HALLANDIRMAQ (ID - 15958)

f qram. Hallar üzrə dəyişdirmək. “Əl” ismini hallandırmaq.

HALLANMA (ID - 15959)

“Hallanmaq” dan f.is. Ismin hallanması.

HALLANMAQ (ID - 15960)

f qram. Hallar üzrə dəyişmək.

HALLAŞMA (ID - 15961)

“Hallaşmaq” dan f.is.

HALLAŞMAQ (ID - 15962)

bax hal-əhval tutmaq (“hal-əhval”da). ..Adam həmişə həmsöhbət tapır, bir-birilə hallaşır, “məsələ” öyrənir. Çəmənzəminli.

HALLI (ID - 15963)

sif və is. 1. Kefli, az sərxoş. Məhəbbətdən mey içmişəm, hallıyam. M.Rahim.
B ax hallıca.
dan. Xoşrəftar, xoştəbiət, xoşəhvallı. Hallı oğlan. - Ovçusun görəndə maral baxışlım; Ozü hallı, üzü xallı Sənəm, gəl!...

HALLICA (ID - 15964)

zərf zar. dan. Dolğun (bədənli), koppuş. [Sultan bəy:] ..Mənimki bir hallıca, dulluca arvaddır. Ü.Hacıbəyov. ..Hallıca, enlikürək bir qadın aralığa çıxdı. Mir Cəlal.

HALLÜSİNASİYA (ID - 15965)

is. [lat.] tib. Qarabasma, gözəgörünmə.

HALOGEN (ID - 15966)

is. Kimyəvi element, ünsür.

HALSIZ (ID - 15967)

sif Zəif düşmüş, əldən düşmüş, üzgün, taqətsiz, yorğun. Halsız qoca. - Mehriban yorğun və zəif gözlərini açdı. Çox halsız idi. S.Hüseyn. Müəllimin rəngi qaçqın;
Çox halsızdır, yatağında. M.Dilbazi. □ Halsız...

HALSIZCA (ID - 15968)

zərf Halsız halda, bihal, üzgün halda, əldən düşmüş halda. Xədicə arxası üstə halsızca uzanıb tez-tez nəfəsini çiyinlərilə alıb verirdi. S.Hüseyn.

HALSIZLIQ (ID - 15969)

sif Zəiflik, üzgünlük, bihallıq, taqətsizlik, əldən düşmə. [Nuriyyə:] Sonra özümdə qəribə bir halsızlıq hiss elədim. I.Əfəndiyev. Ah, istidən sıxılıram; halsızlıqdan yıxılıram. M.Dilbazi.

HALVA (ID - 15970)

is. [ər.] Yağda qovrulmuş un və doşabdan, bəzən də baldan, şəkərdən bişirilən Şərq şirniyyatı. Axşam azanı deyilən kimi, mömin müsəlman bilmir ki, nəyə əl uzatsın: çaymı içsin, firnimi yesin, halvadanmı dadsın. C.Məmmədquluzadə....

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed