İzahlı lüğət

HURİ (ID - 16921)

is. [ər.] Əsil mənası “cənnət qızı” olub, klassik şeirdə təşbeh yolu ilə gözəlin epitetlərindən biri kimi işlənir. [Koroğlu dedi:] Səndən qeyri huri görsəm sevmərəm; Qaldır rübəndini, görüm gül üzün. “Koroğlu”....

HUŞ (ID - 16922)

is. [fars.] 1. Diqqət, fikir. ..Bir iskamyada oturan oğlanın huşunun yarısı müəllimdə olanda, yarısı da yanındakı qızda olacaq.. C.Məmmədquluzadə. [Dərviş:] Huşum və bədənim ləmsləşdi, pozğunlaşdı, özümü duymaz oldum.....

HUŞ-GUŞLA (ID - 16923)

zərf Bütün diqqətini toplayaraq, diqqətlə, diqqət yetirərək, fikrini cəmləşdirərək. Huş-guşla məruzəçini dinləmək. - Qərəz, gördüm ki, müsəlmanlar yığışıblar bir dükanın qabağına və huşguşla qulaq asırlar. C.Məmmədquluzadə....

HUŞLU (ID - 16924)

sif. Huşu, ağlı başında olan; fərasətli, dərrakəli, hafizəli. Huşlu adam. Çox huşlu uşaqdır.

HUŞLU-BAŞLI (ID - 16925)

sif. Hafizəsi, yaddaşı yaxşı olan; hafizəli. Anlaşılırdı ki, Nisə xala bütün kənd işləri ilə əlaqədar, təsərrüfatçı, huşlu-başlı qadındır. Qantəmir.

HUŞSUZ (ID - 16926)

sif. və zərf 1. Huşu, yaddaşı olmayan, yadında şey qalmayan; unutqan, hafizəsiz, fikridağınıq. Huşsuz adam. [Xudayar qazıya:] [Zeynəb] o qədər dəlidi ki, o qədər huşsuzdu ki, qorxuram ki, lap dana, deyə ki, mən oğlumu heç vəkil...

HUŞSUZLUQ (ID - 16927)

is. 1. Huşu olmayan, yadında şey qalmayan adamın halı; hər şeyi unutma, yadından çıxartma; unutqanlıq. Huşsuzluqdan dərs yadında qalmır.
2. Huşunu itirmə, huşu başından getmə, özündən getmə; bayğınlıq. Huşsuzluqdan ağrı...

HUŞYAR (ID - 16928)

sif. və is. [fars.] klas. Ağıllı, düşüncəli, şüurlu, dərrakəli. Huşyar adam.
Mülki-dünya aqibət bərbad olur, ey huşyar! S.Ə.Şirvani. Mən özüm darülmüəllimini qurtaran zaman Naxçıvanda həmin bir halda özümdən artıq...

HUŞYARLIQ (ID - 16929)

is. Ağıllılıq, dərrakəlilik, şüurluluq, düşüncəlilik. // Ayıqlıq, sayıqlıq, diqqətlilik.

HUYLAMA (ID - 16930)

“Huylamaq” dan f.is.

HUYLAMAQ (ID - 16931)

f “Huy” deyə çağırmaq; səsləmək, haylamaq. ..Pası özünü təkrar tənbəki və boranı çəpərinin içinə salıb, toyuqları kişləməyə və huylamağa başladı. S.Rəhimov.

HÜBAB (ID - 16932)

is. [ər.] 1. Yağış yağanda su üstündə əmələ gələn qabarcıqlar.
köhn. Köpük. Bu vilayət şahının qəlbi inam nöqtəsi; O da ki, su üzündə bir köpükdür, hübabdır. Şəhriyar.

HÜCEYRƏ (ID - 16933)

is. [ər.] biol. Canlı orqanizm quruluşunun protoplazma, nüvə və qişadan ibarət ən sadə vahidi. Çünki hər dəqiqəniz; əvvəlkinə bənzəmir; Bədəndə hüceyrəniz; belə dəyişir hər an. R.Rza.

HÜCEYRƏARASI, HÜCEYRƏDAXİLİ (ID - 16934)

sif. biol. Hüceyrə toxumaları arasında olan. Hüceyrəarası (hüceyrədaxili) maddə. - Tər şəklində bədəndən çıxan su əsasən hüceyrəarası mayedən və qandan ifraz olunur.

HÜCRƏ (ID - 16935)

is. [ər.] Məscid, təkyə, karvansara və s. yanındakı kiçik otaqlardan hər biri. Mən Hacağa karvansarasının bir hücrəsində yaşayırdım. S.Hüseyn.

HÜCUM (ID - 16936)

is. [ər.] 1. İrəliləmək məqsədilə qoşunların düşmənə qarşı apardığı hərbi əməliyyat; həmlə. Cəbhə boyu hücum. Düşmən üzərinə şiddətli hücum. Hücumun qabağını almaq. - Qala qoşunu düşmənin hücumunu dəf etməyə...

HÜCUMÇU (ID - 16937)

1. sif. hərb. Hücum üçün olan, hücum edən. Hücumçu dəstə. Zirehli hücumçu təyyarələr. // is. Hücum edən qoşun hissəsi, tank dəstəsi, təyyarə və s. Bu yanda hazırlanır; Döyüşə hücumçular. R.Rza.
2. is. idm. Hücum...

HÜD-HÜD (ID - 16938)

b a x şanapipik. Şahlıq tac ilə olmaz, əldə cami-Cəm gərək; Yoxsa vardır, ey pərivəş, hüd-hüdun başında tac. S.Ə.Şirvani.

HÜDUD (ID - 16939)

is. [ər. “hədd” söz. cəmi[ 1. Sərhəd. Vətənin hüdudlarını qorumaq. - [Qızıl Arslan:[ Atabəy Məhəmməd sənin tərəfindən vəkil ediləndən bəri məmləkətin hüdudlarını Kirmana qədər genişləndirmişdir. M.S.Ordubadi.
Hədd,...

HÜDUDLAMA (ID - 16940)

“Hüdudlamaq” dan f.is.

HÜDUDLAMAQ (ID - 16941)

f. Hüdud qoymaq, hüdudunu müəyyən etmək, sərhəd çəkmək, hədd qoymaq.

HÜDUDSUZ (ID - 16942)

sif. Həddi-hüdudu olmayan, ucsuz-bucaqsız, sonsuz. Hüdudsuz okean. Hüdudsuz səma. - Uydurmanın; Riyanın; Gah əskilən, gah artan; Hüdudsuz arşınıyla; Həqiqət ölçülərmiş... B.Vahabzadə.

HÜDUDSUZLUQ (ID - 16943)

is. Həddi, hüdudu olmama, sonsuzluq.

HÜKƏMA (ID - 16944)

is. [ər. “həkim” söz. cəmi[ klas. Hikmət və fəlsəfə alimləri; alimlər. Avropalılar da axır vaxtadək bu məsələ ilə məşğul idilər, hükəma arvadın beynini ölçüb-biçməyə, tərəziyə qoyub çəkməyə vaxtını sərf eləyiblər....

HÜQUQ (ID - 16945)

is. [ər. “həqq” söz. cəmi[ 1. Dövlət tərəfindən müəyyən olunan və tətbiq edilən, insanlar arasında ictimai münasibətləri nizama salan və hakim sinfin iradəsini ifadə edən normaların, qaydaların məcmusu. Seçki hüququ. -...

HÜQUQÇU (ID - 16946)

is. 1. Hüquq sahəsində praktik işçi. Məhkəmənin hüquqçusu.
2. Bax hüquqşünas.

HÜQUQİ (ID - 16947)

sif. [ər.] 1. Hüquqa əsaslanan, hüquq normalarına uyğun olan. Hüquqi münasibətlər. Hüquqi qayda. - Qanımızı tökənə bundan sonra yenə də; Biz inanaq, ay Allah? Budurmu yaratdığı təzə hüquqi dövlət? B.Vahabzadə. Hüquq normaları,...

HÜQUQLU (ID - 16948)

sif. Hüququ olan, hüquqdan istifadə edən.

HÜQUQSUZ (ID - 16949)

sif. və zərf Siyasi və vətəndaşlıq hüququ olmayan, hüquqlardan məhrum, hüququ əlindən alınmış. Nə bilim bir düha doğuracaqmış; Hüquqsuz ömrünun acı qışları.. M.Müşfiq. Əsrlərdən bəri hüquqsuz yaşayan bir xalq, nəhayət,...

HÜQUQSUZLUQ (ID - 16950)

is. Siyasi və ictimai hüququn olmadığı hal, hüquqsuz adamın hal və vəziyyəti.

HÜQUQŞÜNAS (ID - 16951)

is. [ər. hüquq və fars. ...şünas] Hüquqşünaslıq mütəxəssisi; hüquqçu. Hüquqşünasların elmi sessiyası. Alim-hüquqşünas. - [Anası Vahidə:] Mən istəyirdim ki, sən hüquqşünas olasan! B.Bayramov.

HÜQUQŞÜNASLIQ (ID - 16952)

is. 1. Hüquq elmlərinin məcmusu. Azərbaycan hüquqşünaslığı. Hüquqşünasın ixtisası, sənəti, peşəsi. Hüquqşünaslıqla məşğul olmaq.

HÜLQUM (ID - 16953)

is. [ər.] anat. Həzm cihazının, ağız boşluğunu qida borusu ilə birləşdirən əzələ borusu. Pazaq Vəli təəccübdən yerində donub qaldı. Boğazının nazik dərisini az qala deşib çıxan hülqumu tez-tez enib qalxdı. İ.Məlikzadə....

HÜLQUMLAMA (ID - 16954)

“Hülqumlamaq” dan f.is.

HÜLQUMLAMAQ (ID - 16955)

f Hülqumundan tutmaq, boğazından yapışmaq, boğazlamaq.

HÜMAYUN (ID - 16956)

[fars.] 1. is. Azərbaycan klassik muğamlarından birinin adı. Milləndi qığılcım kimi zülmətdə hümayun; Dağ üstünə dağ basdı müsibətdə hümayun; Ülviyyətə, qüdsiyyətə, şeyriyyətə çatmış; Fəryadda Segah, gizli şikayətdə...

HÜMMƏT (ID - 16957)

is. [ər.] Cəhd, səy, qeyrət, ələlə verib çalışma, təşəbbüs. El hümməti, el qüdrəti vardır qolumuzda; Bir gün alarıq biz bu qisası yenə səndən. Ə.Vahid. // Yardım, kömək, qeydkeşlik. □ Hümmət etmək - 1) çalışmaq, səy...

HÜNDÜR (ID - 16958)

sif. 1. Uca, yüksək. Hündür divar. Hündür dağ. Hündür boy. - Çay hündür və yaşıl təpələrin arasilə axıb gedir. M.İbrahimov. Iri, qol-budaqlı, hündür tut ağacının altında manqal qoyulmuşdu. İ.Hüseynov.
Ucaboy(lu), hündürboy(lu)....

HÜNDÜRBOY(LU) (ID - 16959)

sif. Boyu hündür olan; ucaboy(lu), boylu-buxunlu. Hündürboy(lu) gənc. - Minayə hündürboylu, qarayanız, incə bir arvaddı. Ə.Əbülhəsən. ..Kərimov əlliyaşlarında, gözəlsifətli, hündürboy bir kişi idi. H.Seyidbəyli.

HÜNDÜRCƏ (ID - 16960)

sif. Bir az, bir qədər hündür, uca. Hündürcə barı. Hündürcə kişi. // Çox hündür, çox uca. Hündürcə bir təpə.

HÜNDÜRDƏN (ID - 16961)

zərf 1. Çox hündürdə; ucadan, yüksəkdən. Təyyarə hündürdən uçurdu.
2. Səsini ucaldaraq; ucadan, bərkdən. Hündürdən gülmək. - Katib qırmızı karandaşı əlinə alaraq, qarşısındakı kağızda yazılan adları bir-bir hündürdən...

HÜNDÜRLÜK (ID - 16962)

is. 1. Hündür şeyin halı; ucalıq, yüksəklik. Divarın hündürlüyü. Ağacın hündürlüyü.
Rəqəmlərlə: bir şeyin yerdən, oturacaqdan, səthdən ən yüksək nöqtəsinə qədər olan məsafə. Evin hündürlüyü. Üçbucağın hündürlüyü....

HÜNDÜRLÜKÖLÇƏN (ID - 16963)

is. Hündürlüyü ölçmək üçün cihaz. Təyyarənin hündürlükölçəni. Hündürlükölçənin göstəricisi.

HÜNƏR (ID - 16964)

is. [ər.] 1. Bacarıq, məharət, ustalıq, qabiliyyət, fərasət. Belə bir işi görmək üçün hünər lazımdır. - ..Hamı pəhləvanlarımız öz hünərlərini çıxartdılar meydana.. Məmmədquluzadə. Sənət bir hünərdir, bəli, bir hünər;...

HÜNƏRLƏNMƏ (ID - 16965)

“Hünərlənmək” dən f.is.

HÜNƏRLƏNMƏK (ID - 16966)

f Qeyrətə gəlmək, cəsarətə gəlmək, ürəklənmək.

HÜNƏRLİ (ID - 16967)

sif və is. 1. Bacarıqlı, məharətli, qabiliyyətli, qeyrətli, əlindən iş gələn. Hünərsiz özgəyə güvənər, hünərli özünə. (Ata. sözü).
2. Qoçaq, igid, cəsur, cürətli. Gündüzlər hünərli görünən qazaq; Qaranlıq düşəndə...

HÜNƏRMƏND (ID - 16968)

sif. [ər. hünər və fars. ...mənd] klas. bax hünərli. Biz qoca qafqazlı igid ərlərik; Cümlə hünərməndlərik, nərlərik. M.Ə.Sabir.

HÜNƏRSİZ (ID - 16969)

sif Hünəri olmayan, hünəri çatışmayan, hünər göstərə bilməyən; bacarıqsız, qabiliyyətsiz, istedadsız, fərsiz, fərasətsiz. Hünərsiz adam. - Elmsiz kimsənə hünərsizdir; Elmi-bitərbiyət səmərsizdir. S.Ə.Şirvani. O insandır...

HÜNƏRSİZLİK (ID - 16970)

is. Bir işi görməyə hünəri, bacarığı, cəsarəti, qabiliyyəti, fərasəti, biliyi çatışmamaq.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed