İzahlı lüğət

HƏSR (ID - 16521)

is. [ər.]: həsr etmək - yalnız bir işə, bir şəxsə və s.-yə vermək, onun üçün ayırmaq, ona sərf etmək. Bütün həyatını incəsənətə həsr etmək. Vaxtının çoxunu mütaliəyə həsr etmişdir. Bütün qüvvəsini sülh uğrunda...

HƏSRƏT (ID - 16522)

is. [ər.] 1. Bir şeyi və ya birini bir daha görmək, qovuşmaq arzusu. Vətən həsrəti. Övlad həsrəti. - [Fitnə:] El qızıyam mən, Bəxtiyar; Ürəyimdə həsrətim var. A.Şaiq. Bir anda Sonanın halı dəyişdi, həsrət və məhəbbət...

HƏSRƏTKEŞ (ID - 16523)

sif və is. [ər. həsrət və fars. ...keş] Həsrət çəkən, bir şeyin həsrətində olan. Həsrətkeş ana. - Iki həsrətkeş birbirinə sarmaşdı. “Əsli və Kərəm”. Qanadlan, qanadlan, ötüb dağ, meşə; De ürək sözümü o həsrətkeşə....

HƏSRƏTLİ (ID - 16524)

sif 1. Ürəyində həsrəti, arzusu, istəyi olan; diləkli, arzulu; həsrətkeş. Həsrətli valideyn. Həsrətli sevgililər. - Beyrək və yoldaşları cəfakeş kürəkçilərlə həsrətli doğma qardaşlar kimi bir-birlərinə sarmaşdılar. M.Rzaquluzadə....

HƏSSAS (ID - 16525)

sif [ər.] 1. Çox tez hiss edən, duyan, başa düşən, dərk edən, qavrayan. Həssas adam. - [Zakir:] Axı Mehriban həssas qızdır. H.Seyidbəyli. Leyla təəccübləndi:
Son dərəcə həssas oğlandır, - deyə ürəyindən keçirdi. B.Bayramov....

HƏSSASLIQ (ID - 16526)

is. 1. Həssas adamın xüsusiyyəti, keyfiyyəti. [Dilbər Əbdüləli bəyə:] Sizdə cəsarət və həssaslıq yoxsa, öz bəxtinizdən küsün. C.Cabbarlı. Gülər [Elmarın] bu həssaslığına heyrətdən çox, tavanasız bir dərd ilə baxırdı....

HƏŞƏM (ID - 16527)

is. 1. Döyülmək üçün dərzdən açılıb xırmana tökülən taxıl. ..Vələ qoşulmuş öküzlər, atlar həşəmin üstündə günortaya qədər hərlənir, birtəhər dəni küləşdən ayıra bilirdilər. B.Bayramov. □ Həşəm etmək - taxılı...

HƏŞƏMƏT (ID - 16528)

is. [ər.] Əzəmət, böyüklük, ululuq, şan və calal. Tarxan Nüşabənin həşəmət və əzəmətinə heyran qalmışdır. A.Şaiq.

HƏŞƏMƏTLİ (ID - 16529)

sif. Əzəmətli, ulu, böyük, calallı. [Qətibə:] Bəli, həşəmətli mələkə! Hüsaməddin həzrətlərinin özü şəxsən məktubu mənə tapşırdı. M.S.Ordubadi.

HƏŞƏRAT (ID - 16530)

is. [ər. “həşərə” söz. cəmi]
Cücülər. Həşəratın əkinlərə zərəri. Kimyəvi və bioloji üsulla həşəratı məhv etmək. [Ahuramazda:] Ən savab işlər - susuz yerə su çıxarmaq, ağac əkmək, körpü salmaq, zərərli...

HƏŞƏRATYEYƏN (ID - 16531)

sif. Həşəratla, cücülərlə qidalanan. Həşəratyeyən quşlar.

HƏŞİR (ID - 16532)

is. [ər.] 1. Bax qiyamət 1-ci mənada.
Bax qiyamət 3-cü mənada. [Kəndlilər:] Bu həşir kimin evindədir? - deyə soruşurdular. T.Ş.Simurq. Həşrədək şəklində zərf - qiyamətəcən, heç vaxt. [Əmiraslan ağa:] [Onlara] elə toy...

HƏŞTAD (ID - 16533)

[fars.] bax səksən. [Qoşatxan:] Həsənbəy hələ həştad il əvvəl demişdi ki, müəllim gərək çıraq kimi yanıb kəndçinin yolunu işıqlandırsın. M.İbrahimov.

HƏŞTADINCI (ID - 16534)

bax səksəninci. Keçən əsrin həştadıncı illərində. Həştadıncı otaq.

HƏŞTADİLLİK (ID - 16535)

b a x səksənillik.

HƏŞTADYAŞLI (ID - 16536)

bax səksənyaşlı. Həştadyaşlı qoca.

HƏTTA (ID - 16537)

bağl. [ər.] Cümlədə aid olduğu sözü və ya söz birləşməsini ayırmaq və gücləndirmək üçün işlədilir - üstəlik, həm də, belə. Onu gördüm, hətta söhbət də etdim. Hamı, hətta uşaqlar da diqqətlə qulaq asırdılar. - Otların...

HƏVALƏ (ID - 16538)

is. [ər.] 1. Birinin üzərinə, öhdəsinə buraxma, qoyma, tərk etmə; birinə tapşırma. □ Həvalə edilmək (olunmaq) üzərinə, öhdəsinə buraxılmaq, qoyulmaq, tapşırılmaq. [Xəlil:] Bax, çay hazır, tökülməsi də gənc xanıma həvalə...

HƏVALİ (ID - 16539)

is. [ər.] Ətraf, ətraf yerlər, civar. Şəhər həvalisi. Bu həvalidə heç kəs yaşamır. [Seyid Səməd:] Yaxşı olar ki, həvalidəki dövlətli kəndlərin birində bir ocaq binası qoyaq. Ə.Haqverdiyev.

HƏVARİ (ID - 16540)

is. [ər.] Xristian dini rəvayətinə görə, İsa peyğəmbərin, İncilin ehkamlarını yaymaqla vəzifələnmiş 12 əshabəsinə şagirdinə verilən ad (adətən cəm şəklində həvariyyun, həvarilər şəklində işlənir); apostol.

HƏVƏ (ID - 16541)

is. Xalça, palaz və s. toxuyarkən ilməkləri döyüb yerində bərkitmək üçün (bəzi heyvanların buynuzundan, yaxud da metaldan və s.-dən qayrılan) ucu kəsik, dişli alət. [Ləbbeyk] ..boyaqdan yenicə çıxmış əlvan ipləri yan-yörəsinə...

HƏVƏDİŞ(Lİ) (ID - 16542)

sif. Dişləri həvə dişi kimi iri olan. Həvədiş(li) kişi.

HƏVƏLƏMƏ (ID - 16543)

“Həvələmək” dən f.is.

HƏVƏLƏMƏK (ID - 16544)

f. Xalça, palaz və s. ilməklərini həvə ilə döyüb yerində bərkitmək (bax həvə).

HƏVƏLƏNMƏ (ID - 16545)

“Həvələnmək” dən f.is.

HƏVƏLƏNMƏK (ID - 16546)

məch. Həvə ilə döyülüb bərkidilmək (bax həvə). Mürsəl bilirdi ki, xalça nə qədər çox həvələnsə bir o qədər qumaş çıxar. H.Şərifov.

HƏVƏNG, HƏVƏNGDƏSTƏ (ID - 16547)

is. Müxtəlif bərk maddələri döyüb toz halına gətirmək üçün bürünc, saxsı, dəmir və s.-dən düzəldilmiş qab və dəstəkdən ibarət alət. Saxsı həvəng. Süxurları həvəngdəstədə döymək. [Mirzə Qoşunəli:] ..Xoruz birinci...

HƏVƏS (ID - 16548)

is. [ər.] 1. Bir şeylə məşğul olma, bir iş görmə arzusu: meyil, istək. Oxumaq həvəsi. Uşağın mütaliəyə böyük həvəsi var. Getməyə heç həvəsim yoxdur. - Bir qədər keçəndən sonra musiqiyə olan həvəsim o qədər azaldı...

HƏVƏSİMƏ (ID - 16549)

“Həvəsimək” dən f.is.

HƏVƏSİMƏK (ID - 16550)

f Həvəslənmək, həvəsə gəlmək, həvəs göstərmək. Aynalını təmizləyib qurtaran Həcər həvəsiyir, sanki aynalı ilə oynamağa başlayırdı. S.Rəhimov. Eşidənlər belə bir şöhrətli adam ilə tanış olmağa həvəsiyirdilər....

HƏVƏSKAR (ID - 16551)

is. və sif. [ər. həvəs və fars. ...kar[ 1. Bir şeyə, bir işə həvəsi, meyli olan, bir şeyi sevən, ona çox maraq və meyil göstərən (adam). Teatr həvəskarı. Futbol həvəskarları. Klassik musiqi həvəskarı. - Qız tayfası toylara...

HƏVƏSKARLIQ (ID - 16552)

is. 1. Bir şeyə, bir işə həvəsi, meyli olma; həvəs, meyil, maraq göstərmə.
2. məc. Xüsusi hazırlığı, biliyi olmadan hər hansı bir sənətlə, elmlə məşğul olma, ona böyük maraq göstərmə. // məc. Bir şeyə səthi münasibət,...

HƏVƏSLƏNDİRİCİ (ID - 16553)

sif Həvəsləndirmək, həvəs oyatmaq üçün olan; şirnikdirici. Həvəsləndirici mükafat.

HƏVƏSLƏNDİRMƏ (ID - 16554)

1. “Həvəsləndirmək” dən f.is.
2. Həvəsləndirici, şirnikdirici, rəğbətləndirici. Onun payını artırmağın, daha da həvəsləndirməyin vaxtı gəlib çatdığını dərk edən Hacı, son zamanlar ziyarətə gələnlərin çoxalmasında,...

HƏVƏSLƏNDİRMƏK (ID - 16555)

f Hüsn-rəğbət göstərməklə, kömək etməklə, tərifləməklə, mükafatlandırmaqla birini bir şeyə şövqləndirmək, həvəsə gətirmək, həvəs oyatmaq, şirnikdirmək. Çalışqan işçiləri həvəsləndirmək. Uşaqları dərsə həvəsləndirmək:...

HƏVƏSLƏNMƏ (ID - 16556)

“Həvəslənmək” dən f.is.

HƏVƏSLƏNMƏK (ID - 16557)

f Həvəsi gəlmək, meyil etmək, həvəsi oyanmaq, maraqlanmaq. İdmana həvəslənmək. - ..Qardaşım kimi məktəbə getməyə çoxdan həvəslənmişdim. O gecəni də qarşısında bulunduğum böyük bir hadisənin həyəcanı içində keçirdim....

HƏVƏSLİ (ID - 16558)

sif. Bir şeyə və ya bir işə həvəsi olan, həvəs, meyil göstərən; meyilli. Bədii özfəaliyyətə həvəsli uşaqları aşkar etmək.

HƏVƏSSİZ (ID - 16559)

sif və zərf Həvəsi olmayan, bir işi könülsüz, istəməyə-istəməyə və ya zorla görən; ürəksiz, könülsüz, meyilsiz. Həvəssiz cavab vermək. - [Səkinə Züleyxanın[ yenə həvəssiz olduğunu görüb susdu. M.İbrahimov. [Nəcmi:[...

HƏVƏSSİZLİK (ID - 16560)

is. Bir şeyə və ya işə həvəs olmaması; könülsüzlük, maraqsızlıq, meyilsizlik. [Mehribanda[ son günlərdə iş görməyə bir həvəssizlik vardı. S.Hüseyn.

HƏYA (ID - 16561)

is. [ər.[ 1. Abır, ar, ismət, namus, utanma hissi. ..Qulluqçuya oxşayan qızın simasında isə qüssə ilə qarışmış qəribə bir ismət və həya vardı. M.İbrahimov. Abır, həya, hörmət bilməyən gözəl; Çəksə də üzünə pərdə,...

HƏYA-ABIR (ID - 16562)

[ər. həya və fars. abru - üz suyu] b ax həya 1-ci mənada [Həsən:] Mən həya-abır bilməyən arvadın ayağına getmərəm! M.İbrahimov.

HƏYALANMA (ID - 16563)

"Həyalanmaq” dan f.is.

HƏYALANMAQ (ID - 16564)

f Həya etmək, utanmaq, abrını gözləmək, həyalı olmaq. [Kiçikxanım] ..yerə oturmaqdan həyalanırdı. M.S.Ordubadi.

HƏYALI (ID - 16565)

sif. İsmətli, abırlı, namuslu, utancaq. [Bədircahan:] Xan, özünüz bilirsiniz ki, qız uşağı hayalı olur.. N.Vəzirov. Zəmanənin xarab bir vaxtında nəcib, gözəl, həyalı, iffətli və ismətli bir qız tapmaq çox da asan deyildi. S.Hüseyn....

HƏYALILIQ (ID - 16566)

is. Həyalı, ismətli, utancaq adamın hal və keyfiyyəti. [Qızın] ən gözəl və sevimli xüsusiyyətlərindən birisi zahiri görünüşündə olan məhcubluğu, həyalılığı və utancaqlığı idi. M.S.Ordubadi.

HƏYASIZ (ID - 16567)

sif. Üzündə abır-həya olmayan; abırsız, utanmaz, ədəbsiz, arlanmaz, arsız. [Qəhrəman:] Mən [xanımı] ilk dəfə görürəm... Amma yamanca həyasız qadındır. H.Nəzərli. // İs. mənasında. Der: - Hara gəlibsən, ey həyasız; Əldən...

HƏYASIZ(CASINA) (ID - 16568)

zərf Həyasızlıqla, ədəbsizcəsinə, utanmazcasına, çəkinmədən, həya etmədən, utanmadan, arsız-arsız. Konkada oturan ağyaxalı bir rus çinovniki ara vermədən həyasızcasına mırt-mırt mırıldanırdı. M.S.Ordubadi. Bu lütlərin,...

HƏYASIZLAŞMA (ID - 16569)

“Həyasızlaşmaq” dan f.is.

HƏYASIZLAŞMAQ (ID - 16570)

f Daha da həyasız olmaq, sırtıqlaşmaq, arsızlaşmaq, qudurmaq. Cəza almadıqca həyasızlaşmaq cinayətkarın adətidir. M.İbrahimov.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed