İzahlı lüğət

HİPERTONİYA (ID - 16721)

[yun. hyper və tonus gərginlik] tib. 1. Qan təzyiqinin artması.
2. Hipertonik xəstəlik, qan təzyiqinin artması.

HİPNOTIZM (ID - 16722)

[fr. əsliyun.] 1. Hipnoza xas olan halların məcmusu.
Bax hipnoz 1-ci mənada. Başqasına təsir etmək bacarığı.

HİPNOZ (ID - 16723)

[yun. hypnos - yuxu] 1. İnsanda və ali onurğalı heyvanlarda adətən sözlə, baxışla təlqin nəticəsində əmələ gələn yarımyuxululuq halı. Kütləvi hipnoz və müxtəlif “möcüzələr” göstərmək ta qədimdən məlum olan adi bir...

HİPNOZÇU (ID - 16724)

is. Başqasını hipnoz halına gətirən adam; hipnozla müalicə edən həkim.

HİPNOZLAMA (ID - 16725)

"Hipnozlamaq” dan f.is.

HİPNOZLAMAQ (ID - 16726)

f Təlqin vasitəsilə hipnoz vəziyyətinə gətirmək, hipnoz etmək. Xəstəni hipnozlamaq. // məc. İradəsini əlindən almaq, sezdirmədən öz iradəsinə tabe etmək, öz təsiri altına salmaq.

HİPOTENÜZ (ID - 16727)

[yun.] riyaz. Düzbucaqlı üçbucağın düz bucaq qarşısındakı tərəfi.

HIPOTONIYA (ID - 16728)

[yun.] tib. Qan təzyiqinin azalması, aşağı düşməsi; habelə toxumaların, orqanların tonusunun azalması.

HİRS (ID - 16729)

is. [ər.] Qəzəb, hiddət, acıq, qeyz. Izzət qüssədən və Məhəmmədhəsən əmi hirsindən başladılar Əhməd kimi ağlamağa. C.Məmmədquluzadə.
□□ Hirs bağırsaqlarını (bağırsağını) kəsmək - bərk hirslənmək, hiddətlənmək,...

HİRSLƏNDİRMƏ (ID - 16730)

“Hirsləndirmək” dən f.is.

HİRSLƏNDİRMƏK (ID - 16731)

f Qəzəbləndirmək, hiddətləndirmək; qəzəblənməsinə, hirslənməsinə səbəb olmaq; qeyzləndirmək.

HİRSLƏNMƏ (ID - 16732)

"Hirslənmək” dən f.is.

HİRSLƏNMƏK (ID - 16733)

f Hiddətlənmək, qəzəblənmək, qızışmaq, acığı tutmaq. Uşağa hirslənmək. Eşitdiyi sözdən hirslənmək. - [Şiraslan] Dadaş Lələşovu görüb hirsləndi, tez dönüb Ağbulaq kəndindən çıxdı. S.Rəhimov. Tapdıq bir qədər hirslənmişdi....

HİRSLİ (ID - 16734)

sif 1. Hiddətli, acıqlı, qəzəbli, hirslənmiş. Hirsli kişi. - [Məşədi Qəzənfər:]
Məşədi, sənin bu aşnaların nə hirsli adamlardır? Ü.Hacıbəyov. [Mahmud] hirsli arvaddan əvvəlcə qorxdu. Ə.Əbülhəsən. // zərf Hirsli-hirsli....

HİS (ID - 16735)

is. 1. Yanan bir şeydən çıxan kəsif tüstü. Ocağın hisi. Tonqalın hisi. - Yel əsdikcə fənərin hisi artdı, işığın dairəsi get-gedə kiçildi, zəiflənən alov qaranlığın qüvvətli pəncəsində boğuldu.. S.Rəhimov.
2. Həmin...

HİSXANA (ID - 16736)

is. Balıq, ət və s. hisə verilən yer, sex və s.

HİSLƏMƏ (ID - 16737)

1. is. Balığı, əti və s. saxlamaq üçün hisə verərək qurutma. Balıq emalında elektriklə hisləmə üsulu tətbiq edilməkdədir.
2. “Hisləmək” dən f.is.

HİSLƏMƏK (ID - 16738)

f. 1. His buraxmaq, his eləmək, az tüstüləmək. Pilətə hisləyir. Külün içində gözlər hisləyir.
2. Hisləmə üsulu ilə qurutmaq (b ax hisləmə 1-ci mənada).

HİSLƏNMƏ (ID - 16739)

“Hislənmək” dən f.is.

HİSLƏNMƏK (ID - 16740)

f. 1. Tüstülənmək, yaxşı yanmadığından his buraxmaq. Tonqal hislənir. Ocaq hislənirdi. - Əhməd şüşəsi hislənmiş (f.sif.) lampanın fitilini aşağı çəkib, işığı öləzitdi. İ.Şıxlı.
2. His çəkmək, hisə bulanmaq,...

HİSLİ (ID - 16741)

sif. 1. His verən, yaxşı yanmayıb his eləyən; tüstülənən. Hisli təndir. - Dağ başı səsli qalar; Ocağı hisli (z.) qalar; Yemək ilən dost olan; Illərlə küslü qalar. (Bayatı). Hisli lampanın işığında bir neçə adam işləyirdi....

HİSLİ-PASLI, HİSLİ-TOZLU (ID - 16742)

sif. dan. His-pas (his-toz) basmış, hisli; çirkli. Hislipaslı (hisli-tozlu) qapı. Hisli-paslı (hislitozlu) otaq. - [Mahmud:] Axı bura xalis behiştdir, o hisli-paslı daxmada nə görübsən? Ə.Haqverdiyev. [Bayram kişi:] Çox adam bizim bu...

HİS-PAS (ID - 16743)

top. dan. His çirk, kir. Qazanın his-pasını yumaq. - Hisdən-pasdan qaralıb sifətini itirmiş .. taxta bufet, kim bilir, neçə nəsli o dünyaya ötürmüşdü. B.Bayramov.

HİSS (ID - 16744)

is. [ər.] 1. Bax duyğu. [Rüstəm bəy Sofya xanıma:] Hiss təbiət zəkasının təzahürüdür, təbiət istədiyini hiss vasitəsilə görür. Çəmənzəminli. Səbrlə, tədbirlə ölçüb-biçmədən; Ağla güvənmədik, hissə güvəndik. B.Vahabzadə....

HİSSƏ (ID - 16745)

is. [ər.[ 1. Tamın bölündüyü parçalardan hər biri; qisim. Binanın bir hissəsi. Çayın aşağı hissəsi. - Şirvan Şimali Azərbaycanın bir hissəsidir. M.S.Ordubadi. [Kiçikbəyim[ günün müəyyən hissəsində şəhərin ətrafını dolanırdı.....

HİSSƏCİK (ID - 16746)

HİSSİ (ID - 16747)

sif. [ər.[ Hiss orqanları, duyğu, qavrama vasitəsilə əmələ gələn, törəyən, hisslə dərk olunan. Hissi qavrayış. Hissi təəssürat. // Hissə, duyğuya aid olan. Mərkəzi, yaxud birləşdirici neyronlar .. oyanmanı, hissi neyronlardan...

HİSSİYYAT (ID - 16748)

is. [ər. “hiss” söz. cəmi[ Hisslərlə, duyğularla bağlı hallar, hissi təəssürat; hisslər, duyğular. [Yaşlı kişi:[ Gənclik hissiyyatım məni [qadına[ tərəf çəksə də, şüurum belə bir işdən çəkinməyi mənə tövsiyə edirdi....

HİSSİZ (ID - 16749)

sif 1. Hissetmə qabiliyyətindən məhrum, heç bir şey hiss etməyən, hissini, duyğusunu itirmiş; duyğusuz, bihuş. Hissiz halda yatan xəstə. - [Səlim[ Zeynalın sərxoşluqdan hissiz bir hala gəlmiş vücudunu bir kömür çuvalına və ya...

HİSSİZLƏŞDİRİLMƏ (ID - 16750)

“Hissizləşdirilmək” dən f.is. Dərinin (dişin) hissizləşdirilməsi.

HİSSİZLƏŞDİRİLMƏK (ID - 16751)

məch. Hissiz hala gətirilmək; keyləşdirilmək.

HİSSİZLƏŞDİRMƏ (ID - 16752)

“Hissizləşdirmək” dən f.is.

HİSSİZLƏŞDİRMƏK (ID - 16753)

f Hissiz, duyğusuz hala gətirmək, keyləşdirmək, bihuş etmək. Iynə vurub yaralı ayağı hissizləşdirmək. Xəstəni hissizləşdirmək.

HİSSİZLƏŞMƏ (ID - 16754)

"Hissizləşmək” dən f.is.

HİSSİZLƏŞMƏK (ID - 16755)

f Hissiz hala gəlmək, hissetmə qabiliyyətini itirmək, keyləşmək, bihuş olmaq.

HİSSİZLİK (ID - 16756)

is. Hissin, duyğunun olmadığı hal, heç bir şey hiss etməmə; duyğusuzluq, keylik. [Mehriban] sonra qarşısında daş bir heykəl hissizliyilə hərəkətsiz duran ərini başdan-ayağa süzdü. S.Hüseyn.

HİSTOLOGİYA (ID - 16757)

[yun. histos - toxuma və logos - elm] İnsan və çoxhüceyrəli heyvan hüceyrələrinin quruluşu haqqında elm.

HİSTOLOJİ (ID - 16758)

sif. [yun.] Histologiyaya aid olan, histologiya ilə əlaqədar olan. Histoloji tədqiqat.

HİSTOLOQ (ID - 16759)

[yun.] Histologiya mütəxəssisi.

HİS-TOZ (ID - 16760)

bax his-pas. His-toz basmış pəncərə. Şüşələrin his-tozunu təmizləmək. Sentyabrda tökülən ilk payız yağışı .. yayın his-tozunu yuyub aparır.. M.İbrahimov.

HİŞ (ID - 16761)

təql. Öküzü, kəli sürmək, ya saxlamaq və döndərmək üçün işlədilən nida. Leylək.. yaşı ötən şeşəbuynuz bir öküz kimi hey irəliyə dürtülürdü, nə qədər onun burnundan vurub hiş deyilsə belə, geri çəkilmirdi. S.Rəhimov....

HİTLERÇİ (ID - 16762)

Hitler tərəfdarı, alman faşisti.

HİTLERIZM (ID - 16763)

Almaniyada 1933-1945-ci illərdə Hitlerin başçılıq etdiyi faşist diktaturası, habelə faşist diktaturası ideologiyası.

HİYLƏ (ID - 16764)

is. [ər.] Kələk, fırıldaq, fənd; məkr. [Şah vəzirə:] Vəzir, bu çox qəribə işdir, yəqin burada bir hiylə vardır. U.Hacıbəyov. Satqınların hiyləsindən; Neçə kərə; Tarix endi zirvələrdən dərələrə. B.Vahabzadə.
□□...

HİYLƏBAZ (ID - 16765)

[ər. hiylə və fars. ...baz] bax hiyləgər. Hiyləbaz adam. - [Qarı:] O işi də mənə tapşır, qızım. Ərin hiyləbazdırsa, mən ondan hiyləbazam. E.Sultanov.

HİYLƏBAZLIQ (ID - 16766)

b a x hiyləgərlik.

HİYLƏGƏR (ID - 16767)

sif. [ər. hiylə və fars. ...gər] Hiylə işlədən, kələkbaz, fəndgir, bic, məkrli. Hiyləgər adam. - [Nüşabə:] Düşmən həm güclüdür, həm də hiyləgər; Qüvvətlə, hiyləylə qazanır zəfər. A.Şaiq. Dünyanın ən hiyləgər,...

HİYLƏGƏRCƏSİNƏ (ID - 16768)

zərf Hiylə ilə, məkrlə, ibliscəsinə; bic-bic. Müqim bəy hiyləgərcəsinə dodaqlarını büzüb: - Qız, sənə nə olub, gözlərin belə qırmızı almaya dönüb? - dedi. S.Rəhimov. Ibiş hiyləgərcəsinə gülümsündü. S.Vəliyev.

HİYLƏGƏRLİK (ID - 16769)

is. Hiyləbazlıq, biclik, kələkbazlıq, fəndgirlik, məkrlilik. Ana zəifdir, lakin dünyanın güclülərinin və zalımlarının hiyləgərliyi və fırıldaqçılığına
qarşı onun qüdrətli silahı təmizlik və düzlükdür. M.İbrahimov....

HİYLƏSİZ (ID - 16770)

sif. və zərf Hiylə olmadan, hiylə işlətmədən, düzlüklə, doğru yolla. Hiyləsiz adam. Hiyləsiz işi görmək. - Alqış o boyasız, rəngsiz üzünə! Alqış o hiyləsiz təmiz sözünə! S.Vurğun.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed