İzahlı lüğət

HƏNDƏSİ (ID - 16421)

sif. [ər.] 1. Həndəsəyə, həndəsə elminə aid olan, həndəsə ilə əlaqədar olan. Həndəsi üsul. Həndəsi aksiom. - Xalam mətbəxdə qutab üçün yoğurduğu kiçik kündələri oxlov altına salıb cığara kimi nazik və həndəsi çevrə...

HƏNDƏVƏR (ID - 16422)

is. Ətraf, dövrə, yan-yörə. Həyətin həndəvəri. Evin həndəvərində dolanmaq. - Keşikçilər [qulu] Çənlibelin həndəvərində görüb, tutub Koroğlunun yanına gətirdilər. “Koroğlu”.

HƏNƏFİ (ID - 16423)

is. [ər.] Sünnilərin Əbu Hənifə təriqətinə mənsub olanları.

HƏNƏK (ID - 16424)

is. [ər.] Zarafat. Əvvəli hənək, axırı dəyənək. (Ata. sözü). Belə hənəkmi olur; Əl qan, üz qan, yaxa qan. Sarı Aşıq. Hənək etmək (eləmək) - zarafat etmək, zarafatlaşmaq, hənəkləşmək, şuxluq eləmək. ..Qəvvas səsləndi...

HƏNƏKÇİ (ID - 16425)

sif. Zarafat sevən, zarafatçı, zarafatcıl. Hənəkçi oğlan.

HƏNƏKLƏŞMƏ (ID - 16426)

“Hənəkləşmək” dən f.is.

HƏNƏKLƏŞMƏK (ID - 16427)

qarş. Bir-biri ilə zarafat etmək; zarafatlaşmaq. Uşaqlar hənəkləşdilər.

HƏNGAM (ID - 16428)

zərf [fars.] klas. Vaxt, zaman, çağ. Bu həngamda (bu vaxtda, bu anda). O həngamda (o vaxtda, o anda). Nuş olur canıma ət, xassə, o həngamda kim; Mən yeyəm, xırda uşaqlar baxa, ağlaşa, ətə. M.Ə.Sabir.

HƏNGAMƏ (ID - 16429)

is. [fars.] Qovğa, mərəkə, gurultu, gurultu-patırtı. Bu nə həngamədir?
..Fəxrəddin bu qədər böyük və dəhşətli həngaməni birinci dəfə gördüyü üçün qorxmuşdu. M.S.Ordubadi. [Şəms Xəlilə:] 0əhərdən güllə səsləri...

HƏNİR (ID - 16430)

is. Yavaş səs. Bir ağac yıxıldı yol qırağında; Bir hənir yox oldu yol qırağından.. M.Araz.

HƏNİRTİ (ID - 16431)

is. Canlı səsinə oxşar yavaş səs, qulağa dəyən anlaşılmaz səs. Uzaqdan hənirti eşitmək. - Gözləyirdim durub da pusquda mən; O da duydu hənirtimi birdən. Səhhət. Heyrətlə baxırdı uzaq-yaxına; Təbiət qoynunda bir hənirti var....

HƏNUZ (ID - 16432)

zərf [fars.] köhn. 1. Hələ, hələ ki. Dedim: - Getmə, bala, hənuz uşaqsın; Dünyanın işini bilən tapılmaz.. M.Müşfiq.
2. İndi, indicə. Dedi: “Qışdır, hənuz, həmsayə; Meyvə fəsli deyil, dayan yayə”. M.Ə.Sabir.

HƏPƏND (ID - 16433)

is. Axmaq, başıboş, gic; duzsuz (zarafatla yüngül söyüş məqamında işlənir). [Cəbi:] Bir mənə deyən gərək ki, ay həpənd, sən nə girmisən meydana. N.Vəzirov. [Qazı Xudayar bəyə:] Bəli, gətdiyin iki girvənkə qənddi, zornan...

HƏPİR (ID - 16434)

sif. Xarab olmuş, çürük.

HƏR (ID - 16435)

əvəz 1. Bir toplunun ayrıca götürülən fərdi, onu təşkil edən şeylərdən hər biri. Hər adam. Hər ailə. Hər adambaşına. Hər bir - b ax hər. Hər bir adam. Hər bir şey. Hər bir təsadüfdə. Hər bir çətinlik qarşısında. - Əli...

HƏRAMİ (ID - 16436)

is. [ər.] Quldur, çapovulçu, yolkəsən. Oğru ol, hərami ol, doğruluğu əldən buraxma. (Ata. sözü). Həramilər Bakıya bulud kimi dolanda; Biz köməksiz qalanda; Sən hardaydın, de harda, ey Vətənin övladı? Vahabzadə. Həramilərə qalsın...

HƏRAMİLİK (ID - 16437)

is. Quldurluq, çapovul(çuluq), yolkəsmə.

HƏRARƏT (ID - 16438)

is. [ər.] 1. İstilik. Havanın hərarəti. Sobanın hərarəti. - Payızın ilk günləri idi. Günəşin şüaları qüvvədən düşmüş və yayda saçdığı hərarəti verməkdən aciz idi. T.Ş.Simurq. Bahar günəşinin hərarəti tək; Xəyalım...

HƏRARƏTKEÇİRMƏ (ID - 16439)

bax istilikkeçirmə. Metalın hərarətkeçirmə xassəsi.

HƏRARƏTLİ (ID - 16440)

sif 1. İsti, qızmar, yandırıcı. Hərarətli günəş. Hərarətli soba. - Çıxarır zahirə şöhrətli Ural qatlarını; Rəngbərəng, canlı, hərarətli metal qatlarını. M.Müşfiq.
Hərarəti, istisi olan; qızdırmalı.
məc. Qızğın,...

HƏRARƏTÖLÇƏN (ID - 16441)

bax termometr. Hərarətölçənlə qızdırmanı ölçmək. - Həkim qız hərarətölçəni Heybətə verdi. M.Hüseyn.

HƏRAYLIQ (ID - 16442)

sif Hər ayda alınan (verilən), hər ayda görülən (görülməli olan), hər ay üçün nəzərdə tutulan. Həraylıq maaş. Həraylıq plan. Həraylıq xərc.

HƏRB (ID - 16443)

is. [ər.] Müharibə, döyüş, savaş. Dünya hərbi. - O təmiz alnında gördüyüm vüqar; Vətəndaş hərbindən qalmış yadigar. S.Vurğun. Xəyalın qanadı yenə yüksəlir; Yadıma qanlı hərb illəri gəlir. N.Rəfibəyli. Hərb etmək -...

HƏRBCU (ID - 16444)

is. [ər. hərb və fars. ...cu] köhn. Dava etməyi, vuruşmağı sevən; dava axtaran, müharibə axtaran.

HƏRBÇİ (ID - 16445)

is. 1. Hərbi xidmətdə olan adam, hərbi xidmətçi; hərbiyyəli. Hərbçilərin təlimi. - Ucqar stansiyalarda .. silahlı hərbçilərə rast gəlmək olur. Ə.Əbülhəsən. Köhnə hərbçi Yusif başının üstündən uzanıb çəkilən işığı...

HƏRBÇİLİK (ID - 16446)

is. 1. Hər hansı dövlətin yeritdiyi silahlanma və müharibəyə hazırlaşma siyasəti. // Bir ölkədə hərbçilərin siyasi ağalığı və ölkənin bütün təsərrüfatının qəsbkar müharibə məqsədlərinə tabe edilməsi; militarizm.

HƏRBƏ (ID - 16447)

is. [ər.] köhn. 1. Qısa süngü, balaca nizə.
2. Hədə-qorxu, hərbə-zorba. Yağı düşmənin hərbəsi; Qaçırtmaz meydandan məni. “Koroğlu”. □ Hərbə gəlmək - bax hərbələmək. [Camal bəy:] Mən sizə qaraqoyunlu deyiləm,...

HƏRBƏLƏMƏ (ID - 16448)

“Hərbələmək” dən f.is.

HƏRBƏLƏMƏK (ID - 16449)

f Qorxutmaq, hədəqorxu gəlmək, hərbə-zorba gəlmək. İstədim, yaxın gedəm; Yoldaşları hərbələdi. Aşıq Ələsgər. Birdən Bülənd.. başını yuxarı qaldırıb uzaqdan-uzağa qardaşını hərbələyərək yumruğunu havada salladı....

HƏRBƏ-ZORBA (ID - 16450)

is. Qorxutmaq, dəhşətə salmaq üçün edilən hərəkət və ya deyilən söz; hədə-qorxu, hədə. □ Hərbə-zorba gəlmək - b a x hərbələmək. Əsil deyişmə odur ki, bir məclisdə iki aşıq (şair) qarşı-qarşıya eyni rədif eyni qafiyə...

HƏRBİ (ID - 16451)

sif. [ər.] 1. Hərbə, müharibəyə aid olan, müharibə ilə əlaqədar olan. Hərbi vəziyyət. - Öz əlinlə öz yurduna ölüm dartmaq! Bu “yeni” bir hərbi məntiq! M.Araz. // Müharibə ehtiyacları üçün olan. Hərbi zavod. Hərbi sənaye....

HƏRBİLƏŞDİRİLMƏ (ID - 16452)

“Hərbiləşdirilmək” dən f.is. Nəqliyyatın hərbiləşdirilməsi.

HƏRBİLƏŞDİRİLMƏK (ID - 16453)

məch. Hərbi ehtiyaclara, hərbi tələbata, hərbi vəziyyətə uyğunlaşdırılmaq. Dəniz nəqliyyatı hərbiləşdirildi.

HƏRBİLƏŞDİRMƏ (ID - 16454)

“Hərbiləşdirmək” dən f.is.

HƏRBİLƏŞDİRMƏK (ID - 16455)

f. Hərbi vəziyyətə, müharibə şəraitinə, hərbi ehtiyac və tələbata uyğunlaşdırmaq. Iqtisadiyyatı hərbiləşdirmək. // Əhaliyə müharibə işini öyrətmək.

HƏRBİLƏŞMƏ (ID - 16456)

"Hərbiləşmək” dən f.is.

HƏRBİLƏŞMƏK (ID - 16457)

/ Hərbi vəziyyətə, hərbi ehtiyac və tələbata uyğunlaşmaq, hərbi ehtiyaclara xidmətə keçmək.

HƏRBİYYƏ (ID - 16458)

is. [ər.] köhn. 1. Hərbi və əsgəri işlərə baxan dövlət idarəsi.
2. Hərbi. Cuma Imanzadə 1922-ci ildə Bakıda hərbiyyə məktəbini bitirmişdi. Ə.Əbülhəsən. [Ağagül Ağalarova:] Mən hərbiyyə nazirinə təcili raport gətirmişəm,...

HƏRBİYYƏLİ (ID - 16459)

is. Hərbi xidmətçi, əsgəri xidmətdə olan adam. Üstüörtülü bir dam tapıb içəri girəndə hərbiyyəlilərlə dolu olduğunu gördü. Mir Cəlal.

HƏRCAYİ (ID - 16460)

sif [fars.] 1. Avara, sərsəri, veyil, heç bir işlə məşğul olmayan. Hərcayi adam. - Ələsgərəm, doğru yoldan azmaram; Hərcayi gözələ tərif yazmaram. Aşıq Ələsgər. Şəhərlərdə müxtəlif hərcayi və macəracu ünsürlərin baş...

HƏRCƏHƏTLİ (ID - 16461)

bax hərtərəfli. Hərcəhətli inkişaf etmiş gənc. Hərcəhətli irəliləyiş. Hərcəhətli üstünlük açıq-aydın görünməkdədir. Kənd təsərrüfatının hərcəhətli inkişafı. Məsələni hərcəhətli yoxlamaq lazımdır.

HƏRC-MƏRCLİK (ID - 16462)

is. Əmin-amanlıq, qayda-qanun olmadığı vəziyyət; qarışıqlıq, nizamsızlıq, qarmaqarışıqlıq; anarxiya. Hərcmərclik geniş Rusiyanın bir başından tutmuş o biri başına qədər dalğalanırdı. Çəmənzəminli. [Nizami:] Çünki...

HƏRÇƏND (ID - 16463)

[fars.] Bir cümləni ona zidd olan və ya onu aydınlaşdıran başqa cümlə ilə qarşılaşdıran bağlayıcı (həmin cümlənin ikinci hissəsində amma, ancaq, lakin, fəqət bağlayıcılarından biri işlənir). Hərçənd qar yağır, lakin...

HƏRÇİ (ID - 16464)

zərf[fars.] Hər nə qədər, nə qədər. Hərçi səy etdisə, bir şey çıxmadı. Hərçi çalışdısa, şeri əzbərləyə bilmədi. - Mirzə Səfər hərçi çalışdısa, ikinci misra gəlmədi. Neçə dəfə təpiyini yerə çırpdı, şərabın...

HƏRDƏM (ID - 16465)

zərfi[fars.] 1. Hər nəfəsdə, hər an, hər dəqiqə, həmişə, daim. Söhbətində olan istər sazını; Mən çəkərəm hərdəm sənin nazını. Sarı Aşıq. Gözümdən seyl tək hərdəm; Axan al-qanə bir baxmaz. Q.Zakir.
2. Bəzən,...

HƏRDƏMXƏYAL (ID - 16466)

sif. [fars. hərdəm və ər. xəyal] Sabit fikri olmayan, tez-tez fikrini dəyişən. Hərdəmxəyal adam. - Yox, Mehriban yüngültəbiətli, hərdəmxəyal qızlara bənzəmirdi. H.Seyidbəyli. // İs. mənasında. [Xəlil Salmana:] Bu əhvalatı...

HƏRDƏN, HƏRDƏNBİR (ID - 16467)

zərf Həmişə deyil, bəzən, arabir. Hərdənbir yağış yağır. Hərdənbir hava soyuyur. - Bibin hərdən çatılmış gördümü qaşlarını; Sənə şirin dil töküb oxşardı saçlarını. S.Rüstəm. Laçıntək qıy vurur hərdənbir Osman;...

HƏRƏ (ID - 16468)

əvəz. Toplu halında olan adamlardan hər biri; hər kəs. Hərə bir söz deyir. Hərə bir tərəfə getdi. Hərənin öz fikri var.
Qayadibi kəndinin əhalisi durub hərə öz işinə getdi.. S.S.Axundov. Hərə bir iş görürdü: biryanda...

HƏRƏKAT (ID - 16469)

is. [ər. “hərəkət” söz. cəmi]
Müəyyən məqsəd güdən ictimai fəaliyyət. Fəhlə hərəkatı. Sülh tərəfdarları hərəkatı. Milli azadlıq hərəkatı. - [Firidunun] Pişəvəri ilə olan ikinci görüşü yadına düşdü. Onlar...

HƏRƏKƏ (ID - 16470)

is. [ər.] dilç. Ərəb əlifbasında saitləri necə oxumaq lazım gəldiyini göstərmək üçün hərflərin üstünə və ya altına qoyulan diakritik işarə.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed