İzahlı lüğət

HARAMZADƏLİK (ID - 16021)

is. Fırıldaqçılıq, kələkbazlıq, hiyləbazlıq, biclik. ..Dəstədə bir müsəlman görmürəm ki, ondan bir haramzadəlik və xəyanət baş verməmiş ola. C.Məmmədquluzadə.

HARAY (ID - 16022)

1. nida. Dad, aman, vay, dad-fəryad, dad-fəğan. Haray, kim nə dilim var, nə dil anlayanım. Qövsi. Haray, ey şerimin tunc qanadları; Fikrimin, hissimin ceyran atları. M.Müşfiq.
is. Qışqırıq, hay-küy, cığır-bağır, bağırtı səsi;...

HARAYA (ID - 16023)

sual əvəz. Hansı yerə? hansı tərəfə? hayana? Haraya gedirsən? Haraya baxırsan? - Haraya belə, Ələmdar? - deyə Bənövşə çəkinə-çəkinə soruşdu. S.Rəhimov.

HARAYÇI (ID - 16024)

is. Haraya gələn, köməyə gələn, özünü haraya çatdıran, yaxud dalaşanları gəlib ayıran adam. [Cabbar bəy:[ Zalım oğlu istəyirmiş barmağını salıb biçarə arvadın gözünü töksün, harayçı qoymayıb... N.Vəzirov. Bir azdan...

HARAY-HƏŞİR (ID - 16025)

vis. Hay-küy, səs-küy. Bir tərəfdə haray-həşirlə daş, qum daşınır, o biri tərəfdə qumla əhəng qarışdırılıb palçıq edilirdi. S.Rəhimov. □ Haray-həşir salmaq - qışqırmaq, dad-fəryad qoparmaq, hayküy salmaq, qiyamət qoparmaq,...

HARAYLAMA (ID - 16026)

“Haraylamaq” dan f.is.

HARAYLAMAQ (ID - 16027)

f 1. Qışqıraraq çağırmaq, səsləyib çağırmaq. Ana vətən harayladı; Dar günündə övladını. N.Rəfibəyli.
2. məc. Hava ilə oxumaq. Bir az keçmədi ki, Cümşüd bəy damağını sazlayıb çıxdı dama, başladı haraylamağa....

HARAYLAŞMA (ID - 16028)

“Haraylaşmaq” dan f.is.

HARAYLAŞMAQ (ID - 16029)

qarş. Bir-birini bərkdən çağırmaq, qışqıraraq səsləmək. Çobanlar haraylaşırdılar. Uşaqlar qaçışır və haraylaşırlar.

HARIN (ID - 16030)

sif 1. Yaxşı bəslənməkdən, yaxşı baxılmaqdan kökəlmiş, qızğınlaşmış, azğınlaşmış; tünd. Harın dayça. - [Xanlar:] Nə qədər xam və harın at olsa, [anam] cilovunu dəstələyib belinə atılasıdır. Qantəmir. Xanın doqquz...

HARINLAMA (ID - 16031)

“Harınlamaq” dan f.is.

HARINLAMAQ (ID - 16032)

f 1. Yaxşı bəslənməkdən, yaxşı qulluq edilməkdən kökəlmək, qızışmaq, harınlaşmaq. At bütün qışı tövlədə xama bağlanıb, yeyib harınlamışdı. “M.N.lətif.”
2. məc. Qudurmaq, azğınlaşmaq, vəhşiləşmək, harınlaşmaq....

HARINLAŞMA (ID - 16033)

“Harınlaşmaq” dan f.is.

HARINLAŞMAQ (ID - 16034)

b a x harınlamaq.

HARINLIQ (ID - 16035)

is. 1. Harın, harınlaşmış heyvanın halı.
2. məc. Qudurğanlıq, azğınlıq, zorbazorluq. Vəzirov göstərir ki, bəylərin tüfeyli, müftəxor təbiəti özbaşınalıq, harınlıq, əxlaqsızlıq doğurur. C.Cəfərov.

HARMATAN (ID - 16036)

is. Afrikada quru və qızmar külək.

HARMONİYA (ID - 16037)

[yun.] 1. mus. Musiqi nəzəriyyəsinin, akkordların düzülüşünü, musiqinin ümumi inkişafında onların qarşılıqlı əlaqəsini şərh edən bölməsi. // Bir neçə həmahəng tonların bir vaxtda səslənməsi. Əllini keçsə də yaşım;...

HASAR (ID - 16038)

is. [ər.] 1. Daşdan, kərpicdən və s.-dən tikilən hasar; barı, sədd. Bağın hasarı. Hasardan aşmaq. - Böyük bir qala var, dörd yanı hasar; Daşında paslanmış əski yazılar. S.Vurğun. Arxa tərəfdən taxta hasarın kiçik qapısı...

HASARLAMA (ID - 16039)

“Hasarlamaq” dan f.is.

HASARLAMAQ (ID - 16040)

f Hasar çəkmək, barı çəkmək, barılamaq. Həyəti hasarlamaq.

HASARLANMA (ID - 16041)

“Hasarlanmaq” dan f.is.

HASARLANMAQ (ID - 16042)

məch. Hasar çəkilmək, barı çəkilmək, barılanmaq. Məktəbin ətrafı hasarlanmışdı. - [Kiçikbəyim] məhbəs kimi qalın divarlarla hasarlanmış (f.sif.) Tehran sarayını gözlərinin qabağına gətirirdi. Çəmənzəminli.

HASARLATMA (ID - 16043)

“Hasarlatmaq” dan f.is.

HASARLATMAQ (ID - 16044)

icb. Hasar çəkdirmək, barı çəkdirmək.

HASARLI (ID - 16045)

sif Hasarı, barısı, divarı olan; barılı, divarlı. Rübabə Sadıq kişinin alçaq,
daş hasarlı həyətinə girəndə ürəyi döyündü. Mir Cəlal.

HASİL (ID - 16046)

[ər.] 1. sif. kit. Hüsula gələn, vücuda gələn, ortaya çıxan, törəyən. □ Hasil etmək - 1) almaq, əldə etmək. Izin hasil edəndən sonra Əhməd içəri daxil olub, .. əl-əl üstə qoyub, salam məqamında durdu. (Nağıl). [Tağı Xudayar...

HASİLAT (ID - 16047)

is. [ər. “hasil” söz. cəmi] İstehsal olunan, hasil edilən məhsulların hamısı bir yerdə; məhsulat. Süd hasilatı. Illik hasilat. Kömür hasilatı. - Guya onların qayda və üsulu ilə burada əkinçilik aparılsa, hasilat birə-beş,...

HAŞA (ID - 16048)

[ər.] 1. nida. Olmasm, Allah eləməsin, Allah göstərməsin, ...uzaq. [Qəmər deyirdi:] Haşa... Min il zindanda çürüsəm də evləndi yoxdur. (Nağıl) [Mirzə Camal:] Axund, yoldan sonra bu qarlı havada hamama buyurulsa, haşa sizdən, sətəlcəm...

HAŞALAMA (ID - 16049)

“Haşalamaq” dan f.is.

HAŞALAMAQ (ID - 16050)

f dan. Danmaq, inkar etmək, boynundan atmaq.

HAŞİYƏ (ID - 16051)

is. [ər.] 1. Parçanın və s.-nin kənarında rəngi, gülü, materialı cəhətdən ondan fərqlənən zolaq. Döşəmənin haşiyəsi. Çarşabın kənarında yaşıl ipəklə tikilmiş haşiyələr var idi. M.S.Ordubadi. Xalçanın naxışlı yol-yol...

HAŞİYƏLƏMƏ (ID - 16052)

“Haşiyələmək” dən f.is.

HAŞİYƏLƏMƏK (ID - 16053)

f Kənarlarına haşiyə tikmək, haşiyə ilə çevrələmək, haşiyə çəkmək. Paltarın ətəyini haşiyələmək. // məc. Dövrələmək, çevrələmək, əhatə etmək. Respublika ərazisinin yarısından çoxunu təşkil edən dağlıq sahələr...

HAŞİYƏLƏNMƏ (ID - 16054)

“Haşiyələnmək” dən f.is.

HAŞİYƏLƏNMƏK (ID - 16055)

məch. Kənarlarına haşiyə tikilmək, haşiyə çəkilmək, çərçivəyə alınmaq, çərçivəyə salınmaq. Burada Azərbaycan kənd təsərrüfatı qabaqcıllarının gözəl işlənib haşiyələnmiş (f.sif.) portretlərinə də baxdıq. (Qəzetlərdən)....

HAŞİYƏLİ (ID - 16056)

sif Haşiyəsi olan, kənarları haşiyələnmiş. Haşiyəli süfrə. Haşiyəli döşəmə. - Yunis.. göy haşiyəli dəsmalı ilə alnının tərini sildi. Mir Cəlal. Hənifə balağı haşiyəli tumanı ilə torpaq döşəməni süpürə-süpürə...

HATƏM (ID - 16057)

is. [Şərq əsatirində çox varlı, əfsanəvi bir adamın adından] Əliaçıq, səxavətli, comərd adam haqqında. [Səlim bəy:] Xub, səbəb nədir ki, Mirzəyə gələndə Hatəm olursan, bizə gələndə cibinin ağzını buzov çatısı ilə...

HAUPTVAXT (ID - 16058)

[alm.] Əsgəri vəzifədə olan şəxsləri həbsdə saxlamaq üçün xüsusi bina.

HAVA1 (ID - 16059)

is. [ər.] 1. Yer atmosferini əmələ gətirən qazların, başlıca olaraq azotla oksigenin qarışığı. Havanın təzyiqi. Şara hava doldurmaq. Təmiz havada nəfəs almaq. Rütubətli hava.
Yeri əhatə edən boşluq, ənginlik; fəza. Quşlar...

HAVA2 (ID - 16060)

is. mus. Səslərin, müəyyən musiqi vəhdəti əmələ gətirən ardıcıllığı; musiqi ahəngi, melodiya. Oyun havası. El havaları.
Çalardı düdükdəyanıqlı hava. H.K.Sanılı.
Mahnının Azərbaycan havaları kimi həzin, ruhoxşayıcı...

HAVADAR1 (ID - 16061)

is. [ər. həva və fars. ...dar] Birinin tərəfini saxlayan, ona tərəf çıxan, onu müdafiə edən; tərəfgir, tərəfkeş, tərəfdar. [Göyüş dayı:] Gəl oğul, gəl Məmməd, havadarım, gəl! Namusum, qeyrətim, etibarım gəl! Z.Xəlil....

HAVADAR2 (ID - 16062)

sif. [ər. həva və fars. ...dar] köhn. Yaxşı havası olan, havası tez-tez təzələnən, həmişə təmiz olan; sağlam. [Xarrat:] Qayət havadar və ziyadar məskənlər vücuda gətirilmişdir. T.Ş.Simurq.

HAVADARLIQ (ID - 16063)

is. Tərəfdarlıq, tərəfgirlik, tərəfkeşlik.

HAVADƏYİŞƏN (ID - 16064)

is. Otağın və s.-nin havasını dəyişib təmizləmək üçün cihaz, qurğu; ventilyator. // Sif. mənasında. Yaşayış binalarındakı qızdırıcı və havadəyişən qurğulara yaxşı qulluq edilməlidir. “Sağlam məişət uğrunda”.

HAVAXT (ID - 16065)

əvəz. Haçan, nə vaxt, nə zaman. Əhvalat havaxt olmuşdu? Havaxt bizə gələcəksən? Havaxt gedəcəyi məlum deyil. [Nəbi:] Havaxt lazım olsa sizə köməyim; Bir işarə verin, yetim haraya. S.Rüstəm.

HAVAXTADƏK, HAVAXTACAN (ID - 16066)

əvəz. Hansı vaxta, müddətə, ana qədər; haçanadək, haçanacan. Havaxtadək (havaxtacan) gözləyim? - Havaxtadək olacağıq ikiqat?! Q.Zakir.

HAVAXTDAN (ID - 16067)

əvəz. Hansı vaxtdan, hansı müddətdən, haçandan. Havaxtdan şəhərdə yaşayırsan? - [Şahpəri:] Xala nədir, adə, mən havaxtdan xala olmuşam? B.Bayramov.

HAVAQIZDIRAN, HAVAQIZDIRICI (ID - 16068)

is. Havanı qızdırmaq üçün cihaz, qurğu. Yeni markalı havaqızdıran. // Sif. mənasında. Havaqızdıran cihaz.

HAVALANDIRMA (ID - 16069)

“Havalandırmaq” dan f.is.

HAVALANDIRMAQ (ID - 16070)

f 1. Coşdurmaq, qızışdırmaq, dəli eləmək.
2. Ruhlandırmaq, cuşa gətirmək, şövqə gətirmək. Qəlbi havalandırır; El mahnısı, şikəstə. M.Seyidzadə.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed