İzahlı lüğət

HƏLQƏ (ID - 16321)

b a x halqa. Yüz həlqə edib zülfipərişanını çin-çin; Hər həlqə ilə boynuma bir silsilə saldın. Qövsi. Həlqə get-gedə sıxılırdı. H.Seyidbəyli.

HƏLQƏVİ (ID - 16322)

[ər.] klas. bax halqavari.

HƏLL1 (ID - 16323)

is. [ər.] 1. Ətraflı fikirləşib düşündükdən sonra çətin və ya dolaşıq bir məsələ haqqında bu və ya digər nəticəyə, qərara gəlmə, ona cavab tapma. Problemin həlli. // Bir məsələ haqqında qərara gəlmə, nəticə çıxarma....

HƏLL2 (ID - 16324)

[ər.] 1. is. xüs. Bir cismin və ya mayenin suda və ya başqa maye içərisində öz tərkibini pozub onunla qarışması, onun içində əriməsi. □ Həll etmək - bərk və ya maye maddəni suda və ya başqa mayedə əritmək. Şəkəri suda...

HƏLLAC (ID - 16325)

is. [ər.] Pambıqatan, yunatan (usta). Sən ac, mən ac, qonşu həllac. (Ata. sozü). Yunatan həllaclar burada dolanar, həfələrlə bir güzəranlı alaçıqda məskən salıb, yun atar.. S.Rəhimov.

HƏLLACLIQ (ID - 16326)

is. Pambıqatma, yunatma sənəti.

HƏLLEDİCİ1 (ID - 16327)

sif. Bir şeyin inkişafını, gələcəyini təmin edən, həll edən. Həlledici amil. Həlledici mərhələ. // Başlıca, ümdə, əsas, ən mühüm. Həlledici şərt. - Axırıncı iki gün ərzində düşmənin tank hücumlarının dəf edilməsində...

HƏLLEDİCİ2 (ID - 16328)

sif xüs. Başqa maddəni içərisində həll edən, əridən. Kolbanı cizgiyə qədər həlledici maye ilə dəqiq surətdə doldurduqdan sonra cizgidən yuxarıda qalan damcıları süzgəc kağızı ilə qurudurlar. “Miqdari kimyəvi analiz”....

HƏLLƏM-QƏLLƏM (ID - 16329)

sif. dan. 1. Cüvəllağı, fırıldaq, haramzadə, cəncəl. [Xan Kazıma:[ Ay gədə, sən çox həlləm-qəlləm adama oxşayırsan, .. xatanı məndən sov. Çəmənzəminli. [Həsən[ həlləm-qəlləm adam imiş. Qantəmir.
2. Qarışıq,...

HƏLLƏNMƏ (ID - 16330)

“Həllənmək” dən f.is.

HƏLLƏNMƏK (ID - 16331)

/ Nəşələnmək, xoşlanmaq, xoşallanmaq. İsti qum mənə ipək yataq kimi gəldi, uzandım, həllənməyə başladım. Çəmənzəminli.

HƏLLOLUNMAZ1 (ID - 16332)

sif. Həll oluna bilməyən, yaxud həlli çox çətin olan. Həllolunmaz məsələ. - Sanki Şirzadı, yaxud Salmanı seçmək [Pərşan[ Üçün həllolunmaz bir müşkülə dönmüşdü. M.İbrahimov.

HƏLLOLUNMAZ2 (ID - 16333)

sif. Başqa maddələr içində həll olmayan, əriməyən.

HƏLMƏŞİK (ID - 16334)

sif. Horra halında olan, qatı, qəliz. Həlməşik kütlə. - İsti su götürdükdə nişasta yapışqanlaşaraq həlməşik təbəqə əmələ gətirir. “Dərman növləri”.

HƏM (ID - 16335)

bağl. [fars.[ 1. Üstəlik, dəxi, ...da (də). Fələk, bari cəfalar eyləyib, sən həm qəm artırma; Əlindən gəlmədisə əhli-dərdə çarəsaz olmaq. S.Ə.Şirvani. Qəzetin yazmağına görə, bu növ şəxslər Naxçıvan fəqərəsində...

HƏMAĞUŞ (ID - 16336)

zərf. [fars.[ Bir-birini qucaqlamış halda, qucaqlaşaraq. □ Həmağuş olmaq - bir-birini qucaqlamaq, qucaqlaşmaq. Vaqifi-purmöhnət çox çəkib həsrət; Ta səninlə xəlvət ola həmağuş. M.P.Vaqif. [Xavər Arifə:[ Baxdım ki, sevilməyənlər...

HƏMAHƏNG (ID - 16337)

sif. və zərfi [fars.[ Birbirinə uyan, uyğun (səslər, rənglər və s. haqqında). Həmahəng səslər. - ..Oynayanlar kütləsinin həmahəng hərəkəti ilə [Mirzağa[ da irəli hərəkət edirdi. S.Hüseyn. Həmahəng olmaq - bir-birinə uyğun...

HƏMAİL (ID - 16338)

is. [ər.[ 1. Qılınc, tapança və s. silah asmaq üçün çiyindən aşırılan qayış; çiyin qayışı. Misri qılınc həmaildi belində; Geyər hər vaxt al-qumaşı Koroğlu. “Koroğlu”.
Boyundan asılan, üzəri piləklə bəzədilmiş...

HƏMAN (ID - 16339)

HƏMAVAZ (ID - 16340)

sif. və zərf[fars.] Səsləri birbirinə uyğun; həmahəng. □ Həmavaz olmaq - səs-səsə vermək. Gah eyləyibən sürudlər saz; Bülbüllərə oldular həmavaz. Füzuli. Azər uyurkən, şaqraq; Bir səda sazla həmavaz olaraq; Onu qaldırdı...

HƏMAVAZLIQ (ID - 16341)

is. Səslər arasında uyğunluq, ahəng; həmahənglik.

HƏMBAB (ID - 16342)

sif [fars.] dan. Bir-birinə uyğun, münasib, bab. // məc. Sevgili, məhbubə. Könlümün sevdiyi gözəl həmbabı; Zülfləri bənd edib on dörd kitabı. Şair Vəli.

HƏMCİNS (ID - 16343)

is. [fars. həm və ər. cins] 1. Bir cinsdən olan, cinsi bir olan; eynicinsli. Həmcins heyvanlar.
2. Bir cinsə, bir qövmə mənsub olan, eyni cinsdən, eyni qövmdən olan, öz cinsindən olan (məcazi mənada adətən insan, adam nəzərdə...

HƏMCİNSLİK (ID - 16344)

is. Bir cinsdən olma.

HƏMÇƏKİ (ID - 16345)

sif Çəkisi bir olan, eyni ağırlıqda, çəkidə olan.

HƏMÇİNİN (ID - 16346)

bağl. [fars.] 1. Habelə, ...da (...də), həm, həm də. Usta Zeynal həmçinin bir arif kişi idi. O da gözəl şeirlər oxuyardı. Ə.Haqverdiyev. [Hacı Osman:] ..Dəyirmanını verdin əkinçilərə, yerlərini həmçinin, ondapəs necə dolanırsan?...

HƏMD (ID - 16347)

is. [ər.] din. Şükür, təşəkkür, minnətdarlıq. Işimiz boş danışıq, həmdü sənadır, demədim? Ay baba, işlərimiz xeyli fənadır, demədim? C.Cabbarlı. □ Həmd olsun
“Allaha şükür”, “Allaha şükür olsun” mənasında...

HƏMDƏM (ID - 16348)

is. [fars.] Yaxın yoldaş, yaxın dost, sirdaş. Hardasız, ey şad keçən dəmlərim; Hardasız, ey sevgili həmdəmlərim? Səhhət. Hanı dostlar və həmdəmlər? Gələcəkmi keçən dəmlər? S.Vurğun. // Məc. mənada. Bax, indi təbiət bizə...

HƏMDƏMLİK (ID - 16349)

is. Yaxın yoldaşlıq, sirdaşlıq, yaxın dostluq, çox yaxınlıq. Həmdəmliyim ilə ar qılma; Məndən nifrəti şüar qılma. Füzuli.

HƏMDƏRD (ID - 16350)

is. [fars.] Dərdləri bir olan adamlardan hər biri, birilə bir dərddə olan. [Leyla xanım:] Həmdərdik, qardaş, qorxma, sözünü de... N.Vəzirov. Qoy Sadıqa desinlər lağlağı, amma o kişi ölən günə kimi mənim rəfiqim, müsahibim və...

HƏMDƏRS (ID - 16351)

is. [fars. həm və ər. dərs] Bir sinifdə və ya bir yerdə oxuyan.

HƏMDİN (ID - 16352)

is. [fars. həm və ər. din] Eyni dinə mənsub adamlardan hər biri; dindaş.

HƏMD-SƏNA (ID - 16353)

is. [ər.] din. Allaha səna və təşəkkür, minnətdarlıq, razılıq. [Dərviş Ruqiyyəyə:] Bunların hamısının əvəzində Allah səni yetirdi və mən də “bəsdi” deyib ona həmdi-səna dedim. A.Divanbəyoğlu.

HƏMƏQİDƏ (ID - 16354)

sif və zərfi[fars. həm və ər. əqidə] Eyni əqidədə olan; həmməslək. Rzaquluxan ilə həməqidə olan müsyö Lui də .. Iran səfərinə hazırlaşmaqda idi. M.S.Ordubadi. Diqqətlə qulaq asan Hüseyn Məhbusi [Kərimxana] hədsiz bir sevinc...

HƏMƏL (ID - 16355)

is. [ər.] Ərəb astronomiyasında Qoç bürcünün adı. Günəş həməl bürcünə yaxınlaşdığı dəqiqədə Sultan Toğrulun qapısında vurulan kərənayxana Novruz bayramı mərasiminin başlandığını xəbər verdi. M.S.Ordubadi.

HƏMƏN (ID - 16356)

[fars.] 1. əvəz. Həmin, haman, o. [Cavad bəy:] Elə işlərin üstündə həmən adamı divara söykəyib başına güllə çaxarlar, qalar yerində.. N.Vəzirov. Gətirir fikrimi mənim tüğyana; Həmən diyardakı şumal buruqlar. M.Müşfiq. ...

HƏMƏSR (ID - 16357)

is. [fars. həm və ər. əsr] Bir əsrdə, bir dövrdə yaşamış və ya yaşayan, bir-birinin müasiri; çağdaş, əsrdaş. Həməsr şairlər. - Həmsinlərin səfada, bağda; Həməsrlərin çəməndə, dağda. M.Ə.Sabir. Deyirəm, bəlkə də...

HƏMFİKİR (ID - 16358)

is. və sif. [fars. həm və ər. fikr] Eyni fikirdə olan, fikirləri, görüşləri, rəyləri bir olan; həmrəy, həmməslək, məsləkdaş. Həmfikir adamlar. Onlar bu məsələdə həmfikirdirlər. - Gəl bu hicran dərdini Nima, çəkək bir yerdə...

HƏMHƏMƏ (ID - 16359)

is. Pıçıltı, pıç-pıç. Həmhəmə başlayır div ilə pəri; Qorxudan qan olur xalqın ciyəri. Şəhriyar.

HƏMHÜDUD (ID - 16360)

sif. [fars. həm və ər. hüdud] Sərhədləri bir olan; yan-yana, bitişik, yapışıq olan; həmsərhəd. Həmhüdud dövlətlər. - [İran] Qafiqaz ilə həmhüduddur. M.S.Ordubadi.

HƏMHÜQUQ (ID - 16361)

sif. [fars. həm və ər. hüquq] Eyni hüquqa, bərabər hüquqa malik olan; bərabərhüquqlu. Bütün xalqlar həmhüquqdurlar. Həmhüquq iqtisadi münasibətlər.

HƏMHÜQUQLUQ (ID - 16362)

is. Eyni hüquqa, bərabər hüquqa malik olma; bərabərhüquqluluq.

HƏMXANA (ID - 16363)

HƏMXASİYYƏT (ID - 16364)

is. və sif. [fars. həm və ər. xasiyyət] Eyni xasiyyətdə olan, xasiyyətcə bir olan. Atı atyanına bağlarsan, həmrəng olmasa, həmxasiyyət olar. (Ata. sözü).

HƏMİ (ID - 16365)

bax həm. Həmisağdan, həmisoldan; Zənbur kimi sancdı birə. Aşıq Ələsgər. [Cahan Əsgərə:] Allaha şükür, həmi pulun var, həmi dövlətin var, həmi cavansan. Ü.Hacıbəyov.

HƏMİN (ID - 16366)

[fars.] Yaxında olan bir şeyi, ya şəxsi göstərmək üçün işlədilən əvəzlik. Həmin qəzet. Həmin tələbə. - Sən bilirsən, mənim yaşım azdır; Anadan olduğum həmin yazdır. A.Səhhət. Birinci olaraq nəzərlərilə Fərmanın qəlbini...

HƏMİŞƏ (ID - 16367)

zərf[fars.] Daima, hər vaxt, hər zaman. O, həmişə adamlardan uzaq gəzir. [Almaz:] Mənim qapım dostlarımın üzünə həmişə açıqdır. C.Cabbarlı. Buna da şükr edib, “təvəkkül” - dedik; İmdadçün həmişə üz tutduq göyə. B.Vahabzadə....

HƏMİŞƏBAHAR (ID - 16368)

is. [fars.] 1. bot. İlin bütün fəsillərində çiçək açan cır qızılgül növü. Saib saxsıdakı yeni açmış həmişəbaharı məzar üzərinə qoyub geri çəkilər. H.Cavid.
2. Həmişə öz təravətini saxlayan; həmişəcavan. [Qəmər...

HƏMİŞƏCAVAN (ID - 16369)

1. Bax həmişəyaşıl. Enliyarpaq çinarlar, həmişəcavan ağaclar xiyabanın yaraşığıdır. - Ağaclar lütləşmiş olsa da, həmişəcavanlar onu gizlədə bilirdilər. B.Bayramov.
sif. dan. Təravətini, gənclik görkəmini itirməyən;...

HƏMİŞƏKİ (ID - 16370)

sif və zərfi 1. Həmişə olan, hər vaxt olan; həmvaxtı, adi. Həmişəki qayda. Həmişəki iş. - Sabahkı gün tarçı Əsədin cənazəsi arabaya qoyulub, həmişəki adət üzrə “Ərrəhman “ oxuna-oxuna qəbiristana aparıldı. B.Talıblı....

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed