İzahlı lüğət

HAVALANMA (ID - 16071)

“Havalanmaq” dan f.is.

HAVALANMAQ (ID - 16072)

f 1. Havaya qalxmaq, uçmaq. Göyərçinlər havalandı. - Kamal birbirinin ardınca bir çox təyyarənin havalanıb dik göyə ucaldığını gördü. M.Rzaquluzadə. Birdən [sərçələr] həyəcanla civildəşib havalandılar. H.Seyidbəyli.
məc....

HAVALI (ID - 16073)

sif. və zərf 1. Azğınlaşmış, qudurmuş; ağlı başından oynamış kimi; azğın, qudurğan. Gəzirlər havalı ağalar, bəylər; Işləyir qan-tərdə naxırçı, nökər. Aşıq Ələsgər. Havalı kimi - ağlı başından oynamış kimi, dəli...

HAVASIZ (ID - 16074)

HAVATƏMİZLƏYƏN, HAVATƏMİZLƏYİCİ (ID - 16075)

is. Otağın və s. havasını təmizləyən cihaz, qurğu; ventilyator. Havatəmizləyəni quraşdırmaq. // Sif. mənasında. Havatəmizləyən ventilyasiya qurğuları.

HAVAYI (ID - 16076)

[ər.] 1. zərf İşləmədən, zəhmət çəkmədən, zəhmətsiz. Düşündüm, ən nəhayət şair qəlbimə damdı; Süfrəsində havayı çörək yeyənləri vardı. S.Rüstəm.
zərf Boş yerə, əbəs, nahaq, hədər. Havayı axmasın nə...

HAVAYIYEYƏN (ID - 16077)

is. Özü işləməyib özgənin, ya özgələrin hesabına yaşayan adam; müftəxor, tüfeyli. // Sif. mənasında. Quşun oxumağına şəhərin alverçi, baqqal, tacir, dəllal kimi havayıyeyən boşboğazları toplanırdı. H.Sarabski.

HAVİ (ID - 16078)

sif. [ər. ] kit. Əhatə edən, qavrayan, ehtiva edən, içinə alan, aid olan, şamil olan. ..[Cənnətəli] üç-dörd fərdi havi bir bənzətmə yazıb, neçə qəzet idarəsinə göndərib, çap eləməyiblər. Çəmənzəminli. Sarıköynək yaxşı...

HAVLAMA (ID - 16079)

“Havlamaq” dan f.is. Təzədən bir köpəyin havlaması onu diksindirdi. S.Rüstəm.

HAVLAMAQ (ID - 16080)

f Hav-hav etmək, hürmək.
O, gözləri qızmış halda irəli yeridi və qoca çoban iti səsinə oxşayan gur səsi ilə havlamağa başladı. Ə.Əbülhəsən.

HAY (ID - 16081)

təql. 1. Çağırışa cavab. □ Hay vermək - çağırışa cavab vermək, səsə səs vermək. Nə qədər çağırdımsa, hay vermədi. Adam çağıranda hay verər. - Diriyə hay verməz, ölüyə pay. (Ata. sözü). Küçədən acıqlı bir səs...

HAYAN1 (ID - 16082)

əvəz. Hansı tərəf, hara, hansı səmt. [Sultan bəy:] Mərdimazar oğlu mərdimazar, hayandan gəldi isə bütün işi korladı. U.Hacıbəyov. Namusu, qeyrəti hayana atdın; Düz çıxmadın etibara, gəlmədin. Aşıq Şəmşir.

HAYAN2 (ID - 16083)

is. dan. Kömək, köməkçi, arxa, himayəçi, havadar. Tellinin fikrinə gəldi ki, gedib Əcəb xalanı özünə hayan çağırsın. S.Hüseyn. Gəhi rəqibə salır meylini, gah aşiqinə; Hayan gəlir - əsir ol bivəfa, külək kimidir. Ə.Vahid....

HAYDI (ID - 16084)

nida. Bir yerə getmək, yaxud bir işə başlamaq üçün çağırış və ya əmr mənasında işlədilir. Haydı, işə başlayın! Haydı, irəli! Haydı, evə! - Bir qulaq ver: o haraydı, haydı, nərədi... Daş dilini anlamazsan, ey daş mühəndis!...

HAY-HARAY, HAY-HUY (ID - 16085)

bax hay-küy 1-ci mənada. Obaya səs düşdü. Uşaqların hay-harayı bir-birinə qarışdı. B.Bayramov. Hay-haray salmaq - b ax hay-küy salmaq. - Usta! - Usta! Tufan gəldi! - deyə şagirdlər; Çaxnaşaraq mədən boyu hay-haray saldı. S.Vurğun....

HAY-HAY (ID - 16086)

is. 1. dan. Tab, taqət, qüvvət, iqtidar, hey. Hay-hayı gedib, vay-vayı qalıb. (Məsəl).
2. İntonasiya ilə deyilərək istehza, rişxəndlik bildirir.

HAYXIRIQ (ID - 16087)

is. Bəlğəm.

HAYXIRMA (ID - 16088)

“Hayxırmaq” dan f.is.

HAYXIRMAQ (ID - 16089)

f Bəlğəm gətirmək, bəlğəm tüpürmək, boğazını arıtlamaq. Kərbəlayı Qurban çubuğu doldurub almışdı ağzına və hərdən hayxırıb, ağacın dibinə tüpürürdü. Çəmənzəminli.

HAYIL-MAYIL (ID - 16090)

zərf dan. Heyran, valeh. Hayıl-mayıl qalmaq - heyran qalmaq, heyrət etmək. Hayıl-mayıl qoymaq - heyran qoymaq, heyrətdə qoymaq. Hayıl-mayıl olmaq - heyran olmaq, heyrət etmək. Ibrahim, padşahın gözünə çox xoş gəlmişdi. Day lap...

HAY-KÜY (ID - 16091)

1. is. Səs-küy, qışqırtı, bağırtı, hay-haray, gurultu, qalmaqal, dava, mərəkə. Bir gün Nəbi Zəngəzur mahalında kiçik bir kəndin yanından keçərkən qulağına hay-küy səsi gəlir. “Qaçaq Nəbi”. Yaylanın başından hay-küy...

HAY-KÜYÇÜ (ID - 16092)

sif. Heç bir ciddi səbəb olmadan hay-küy salan, çaxnaşma salan, vahiməyə düşən; küy-kələkçi, küyçü.

HAY-KÜYLÜ (ID - 16093)

sif. Hay-küy, səs-səmir olan.

HAY-KÜYSÜZ (ID - 16094)

zərf Hay-küy salmadan, sakitcəsinə, sakit, səsə salmadan.

HAYQIRIQ (ID - 16095)

is. Qışqırıq, bağırıq, hay-küy, səs-küy. Qadın və kişilərin əl-ələ tutuşub yallı getmələri və hayqırıqları hələ də dağlardan çəkilməmişdi. S.Rəhimov.

HAYQIRIŞMA (ID - 16096)

“Hayqırışmaq” dan f.is.

HAYQIRIŞMAQ (ID - 16097)

qarş. Səs-səsə verib qışqırmaq, bağırmaq, qışqırışmaq. Uşaqlar hayqırışırdılar.

HAYQIRMA (ID - 16098)

“Hayqırmaq” dan f.is.

HAYQIRMAQ (ID - 16099)

f. Qışqırmaq, bağırmaq, hay salmaq. Hayqırıb meydanda açsam qolqanat; Qarı düşman qabağımda olar mat. “Koroğlu”. Mən əzilən bir sinfin hayqıran; Haq bağıran sədasından yarandım. M.Müşfiq.

HAYQIRTI (ID - 16100)

is. Çığırtı, bağırtı, qışqırıq, hay-küy. Bu meşəlikdə çaylar axır, çeşmələr qaynayır, vəhşi heyvanların hayqırtısı eşidilirdi. S.Rəhimov.

HAYLAMA (ID - 16101)

"Haylamaq” dan f.is.

HAYLAMAQ (ID - 16102)

f Səsləmək, çağırmaq. Qapını döydük, açan olmadı. Hayladıq, cavab çıxmadı. C.Cabbarlı. Surxay atını Qulunun çəpəri yanına sürdü və ucadan hayladı: Qulu, ay Qulu! M.İbrahimov. // Heyvanları səsləyib çağırmaq. Bu söhbətdən...

HAYLAŞMA (ID - 16103)

“Haylaşmaq” dan f.is.

HAYLAŞMAQ (ID - 16104)

qarş. Biri-birini səsləmək, çağırmaq.

HAYLAZ (ID - 16105)

is. Vaxtını boş-boşuna, səmərəsiz keçirən adam, işə çıxmayan, işləməyi sevməyən adam; tənbəl, xeyirsiz adam. [Camaat:[ Alçaq, haylaz! H.Cavid.

HAYLAZLIQ (ID - 16106)

is. Haylaz adamın xasiyyəti.

HAYLI-KÜYLÜ (ID - 16107)

bax hay-küylü. Dəli dağ nə qədər haylı-küylü, nə qədər vahiməliqorxulu olsa da .. hər dağdan daha məftunedici gəlirdi. S.Rəhimov.

HAZIR (ID - 16108)

sif və zərf [ər.[ 1. Bir işi icra etmək üçün lazım olan hər şeyi olan; amadə. Mən hazıram, gedə bilərik. Yola düşməyə hələ hazır deyil. Çıxışa hazır olmaq. - Qapının ağzında nökər Vəli hazır durubdur. Ü.Hacıbəyov....

HAZIR-AMADƏ (ID - 16109)

b ax hazır 1-ci mənada. Hazır-amadə durmaq.

HAZIRCAVAB (ID - 16110)

sif [ər. hazir və fars. cəvab[ Başqasının sözünə və ya sualına dərhal münasib cavab tapıb söyləyə bilən, söz altında qalmayan. Hazırcavab adam. - [Zeynəb xanım[ həmişə hazırcavab, sözü üzə dik söyləyən idi. Çəmənzəminli....

HAZIRCAVABLIQ (ID - 16111)

1. is. Hazırcavab adamın hal və keyfiyyəti; hazırcavab olma, söz altında qalmama. Onun hazırcavablığı hamını valeh edir. - [Mədinənin[ mehribanlığı, zarafatı, qonaqsevərliyi, hazırcavablığı Vaqifi məftun edirdi. Çəmənzəminli....

HAZIRKI (ID - 16112)

sif. Keçmişdə və gələcəkdə deyil, indi, hazırda olan; indiki. Hazırkı zaman. Hazırkı vəziyyət. Kəndin hazırkı mənzərəsi. [Qızıl Arslan:] Sənə çox gözəlcə məlumdur ki, hazırkı hökmdarlıq atamız Eldənizin qılıncı və...

HAZIRLAMA (ID - 16113)

“Hazırlamaq” dan f.is.

HAZIRLAMAQ (ID - 16114)

f 1. İşlətmək və ya istifadə üçün yararlı hala salmaq, hazır etmək. Avtomaşını yola hazırlamaq. Vannanı hazırlamaq. Yorğan-döşəyi hazırlamaq. - Mələk penisillin iynəsini vuraraq bankaları hazırlayırdı. M.Ibrahimov. Şahmar...

HAZIRLANMA (ID - 16115)

“Hazırlanmaq” dan f.is.

HAZIRLANMAQ (ID - 16116)

1. “Hazırlamaq” dan məch. Patronlar yoxlanıldı, qumbaralar, pulemyotlar hazırlandı. Ə.Vəliyev. // Hazırlıq işləri aparılmaq. Bayrama hazırlanmaq. Qonaqları qarşılamağa hazırlanmaq. - Hələ Novruza və çərşənbələrə hazırlanmaq...

HAZIRLAŞDIRILMA (ID - 16117)

“Hazırlaşdırılmaq” dan f.is.

HAZIRLAŞDIRILMAQ (ID - 16118)

məch. Hazır edilmək, hazır hala salınmaq.

HAZIRLAŞDIRMA (ID - 16119)

“Hazırlaşdırmaq” dan

HAZIRLAŞDIRMAQ (ID - 16120)

f Hazır etmək, hazır hala salmaq. Müəllimim mənə söylədiyi kimi, mən də onlara cürbəcür hekayələr söylərdim və onları gələcək həyata hazırlaşdırmağa çalışardım. T.Ş.Simurq.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed