İzahlı lüğət

HİDROTEXNİKI (ID - 16671)

sif. [yun[ Hidrotexnika ilə əlaqədar olan, hidrotexnikaya aid olan. Hidrotexniki işlər.

HİDROTERAPİYA (ID - 16672)

[yun. hydor və therapeia - müalicə] Müalicə məqsədilə müxtəlif vasitələrlə sudan istifadə, su müalicəsi.

HİDROTƏYYARƏ (ID - 16673)

[yun. hydor və ər. təyyarə] Suya enmək və sudan qalxmaq üçün uyğunlaşdırılmış təyyarə; hidroplan.

HİDROTURBIN (ID - 16674)

[yun. hydor və lat. turbineus] Hərəkət edən su enerjisi vasitəsilə işləyən fırlanma hərəkətli turbin.

HİFZ (ID - 16675)

is. [ər.] Qoruma, mühafızə etmə, mühafizə, qoruyub saxlama. [Seyid:] Şəriət ehkamını hifz yolunda heç bir xidmətiniz olubmu? Mir Cəlal. □ Hifz etmək - qorumaq, mühafizə etmək, qoruyub saxlamaq. Ya rəbbim, adilsən, hifz elə bizi;...

HİFZÜSSƏHHƏ (ID - 16676)

is. [ər. - səhhəti qoruma] köhn. bax gigiyena. [Musanın nəvəsi:] Arxadaşlar, papaqlarınızı çıxardın, bura istidir, çölə çıxanda sizə soyuq dəyər, - dediyinə görə hifzüssəhhə elminə dair yüksək məlumatı olduğunu da qeyd...

HİKKƏ (ID - 16677)

is. 1. Təşəxxüs, lovğalıq, iddia, mənəm-mənəmlik; tərslik. Hikkəsindən əl çəkməmək. - Qartal qıyıltısı dumanı dəlir; Insan hikkəsinin sahili yoxdur. M.Araz.
Dəyişmirsən fikrini; Lap bu dünya dağıla; Öz hikkəndə qalmısan;...

HİKKƏLİ (ID - 16678)

sif Hikkəsi olan, lovğa, iddialı, özündən bədgüman, təşəxxüslü, tərs. Hikkəli qız. - [Qasım:] Mən fikirləşdim ki, sən çox hikkəlisən, sözündən dönən deyilsən. S.Vəliyev. Ağıl qızıxanda - dəvə hikkəli; Köpəndə demirəm...

HİKMƏT (ID - 16679)

is. [ər.] 1. Müdrik söz, dərin fikir, dərin məna, müdriklik, dərinlik. Onun sözlərində bir hikmət var. - Müdrik insanların hikmətlə dolu; Dərin söhbətinə minnətdaram mən. M.Rahim. // İbrətamiz, nəsihətli söz, kəlam. [Fərzəli:]...

HİKMƏTAMİZ (ID - 16680)

[ər. hikmət və fars. ...amiz] Hikmətli, həkimanə, müdrikanə. Hikmətamiz, arifanə söhbətlərin; Ilhamı var o ağ tüklü sinələrdə. S.Vurğun.

HİKMƏTLİ (ID - 16681)

sif. Hikmətamiz, filosofanə, fəlsəfi fikirlərlə dolu; müdrik. Şəkillərin arasında ibrətverici və hikmətli şeirlər yazılmışdı. M.S.Ordubadi. “..Vətənin yolunda ölən şəhidlər; Ölmür, qovuşurlar əbədiyyətə”. Çox gözəl...

HİL (ID - 16682)

is. bot. Zəncəfil ailəsindən tropik bitki və bu bitkinin ədviyyə kimi işlədilən
toxumu. Hil tərkibində efirli yağ olan çoxillik ot bitkisidir. - Dəhlizi ətir, hil, mixək qoxusu bürümüşdü. M.S.Ordubadi.

HİLAL (ID - 16683)

is. [ər.] 1. Təzə çıxmış bir-iki günlük ay; aypara. Hər gecə fəğanım yetişir göydə hilalə. S.Ə.Şirvani. Bir iti xəncər kimi; Göydə parlayır hilal. M.Seyidzadə.
2. məc. Klassik və xalq ədəbiyyatında gözəlin qaşına...

HİLALİ (ID - 16684)

sif Hilal şəklində, aypara şəklində, yeni ay şəklində olan. Hilali qaşlar.

HİLLİ (ID - 16685)

sif Tərkibində hil olan, hil qatılmış, hil vurulmuş. Hilli qoğal. Hilli çay.

HİM (ID - 16686)

is. dan. Birinə gözlə edilən işarə; him-cim. □ Him eləmək - birinə gözlə, qaş-gözlə işarə etmək. Gülzar qulluqçuya him elədi ki, Züleyxanı bayıra çıxarsın. C.Cabbarlı. Şahsuvarov [Sadıqovun] çıxmasına him eləyir. İ.Əfəndiyev....

HİMAYƏ (ID - 16687)

is. [ər.] Birini (daha zəif olanı) qoruma, ona havadarlıq və qayğı göstərmə, qanadı altına alma; himayəçilik. Nənə himayəsində böyümək. - Telli indi bir ilə yaxındı ki, qaynının himayəsində yaşayırdı. S.Hüseyn. Aslan [Mansuru]...

HİMAYƏÇİ (ID - 16688)

sif Himayə edən, hamilik edən, qeydinə qalan; arxa, kömək, himayədar.

HİMAYƏÇİLİK (ID - 16689)

HİMAYƏDAR (ID - 16690)

[ər. himayə və fars. ...dar] bax himayəçi.

HİMAYƏDARLIQ (ID - 16691)

bax himayəçilik.

HİMAYƏEDİCİ (ID - 16692)

sif. Himayə edən, qoruyan, qayğısına qalan; himayəkar. [Bumaşov Vaqifə:] Mərhəmətli çariça sizə də himayəedici əlini uzatmaq istəyir. Xan yalnız bizim himayəmizlə öz taxtında baqi qala bilər.. Çəmənzəminli.

HİMAYƏKAR (ID - 16693)

HİMAYƏSİZ (ID - 16694)

sif Himayə edəni, qayğısına qalanı olmayan: baxımsız, adamsız. Himayəsiz uşaq. Himayəsiz qoca.

HİMAYƏSİZLİK (ID - 16695)

is. Baxımsız, adamsız. [Qızıl Arslan:] Aralıqda mövcud olan bütün anlaşılmazlıq, hətta birpara ixtilaflar da himayəsizlik nəticəsində yaradılmışdır. M.S.Ordubadi.

HİMAYƏT (ID - 16696)

[ər.] klas. bax himayə. [Yusif şah:] Dullara və yetimlərə və şillərə və korlara ianət və himayət göstərilsin. M.F.Axundzadə.

HİM-CİM (ID - 16697)

b a x him. Aşıq gedər həryana; Sözün deyər mərdana; Hər qaş-gözü, himcimi; Arif gərəkdir qana. (Bayatı). [Sərvnaz Qarakişiyə:] Yoxsa elə bilirsən, him-cimini səndən qeyri başa düşən yoxdur? B.Bayramov. □ Him-cim eləmək (etmək)...

HİMLƏMƏ (ID - 16698)

“Himləmək” dən f.is.

HİMLƏMƏK (ID - 16699)

f Birinə gözü, ya əli ilə işarə etmək, him eləmək; işarə, mimika ilə bildirmək. Osmanı himlədi əlilə bəri; Bükülü bir şeyi verdi içəri.. H.K.Sanılı. Göz atdım gözünə, himlədim bəri! ..Dayandı şir kimi, pürvüqar gördüm....

HİMLƏŞMƏ (ID - 16700)

“Himləşmək” dən f.is.

HİMLƏŞMƏK (ID - 16701)

qarş. İşarə ilə, qaş-gözlə bir-birinə bildirmək, bir-birinə him eləmək, işarə etmək. Məclisdə oturanlar himləşdilər. Hamı bir-birinə baxıb himləşir. U.Hacıbəyov. [Gülzar] şübhə etmirdi ki, hamı birbirilə himləşir, hamı...

HİMN (ID - 16702)

[yun.] 1. Dövlət və ya sinfi birlik rəmzi kimi qəbul olunmuş təntənəli mahnı.
2. Təntənəli mədhiyyə, birinin və ya bir hadisənin şərəfinə ifa edilən təntənəli musiqi əsəri. Illərlə babalar düşmədi atdan; Zamanla bu...

HİN1 (ID - 16703)

is. 1. Bəzi ev heyvan və quşlarının saxlandığı kiçik tikili. It hini. Toyuqları hinə salmaq. - [Nabat:] Hinə bax, ay Gülsüm bacı, dünən hindən iki dənə qərib yumurta tapmışam. C.Cabbarlı. [Eldar:] Gedib o göyərçini hinə salım,...

HİN2 (ID - 16704)

zərf [ər.] Vaxt, zaman, çağ, an, əsna.
Bu hində - bu əsnada, bu anda, bu zaman. Bu hindəyoldaşım Lağlağı əlində “Həyat”ın 106-cı nömrəsi girdi içəri.. C.Məmmədquluzadə. Bu hində cəhənnəmdə gördüyüm bəy özünü...

HİND-AVROPA (ID - 16705)

Hind-Avropa dilləri dilç. - Hind, İran, yunan, slavyan, Baltik, german, kelt, roman və b. müasir və qədim Asiya və Avropa dillərinin daxil olduğu böyük dil qrupu. □ Hind-Avropa dilçiliyi - Hind-Avropa dillərinin müqayisəli-tarixi üsulla...

HİNDXORUZU (ID - 16706)

is. Erkək hinduşka, hinduşkanın xoruzu.

HİNDİ (ID - 16707)

is. Amerika qitəsinin, Cənubi və Şimali Amerikanın ancaq bəzi rayonlarında qalan ən qədim yerli əhalisini təşkil edən tayfa və xalqların ümumi adı. Qoca hindin bir hıçqırıq varmış səsində; Üfüqlərdə səslənirkən oyanan dağlar....

HİNDLİ (ID - 16708)

is. Hindistanın milli, dini və kasta mənsubiyyətindən asılı olmayaraq əsil yerli əhalisinin ümumi adı; hindu; hindistanlı. Qan damladı fırtınanın odlu gözündən; Üsyan edən hindlilərin kəskin başları; Axdı Qanqın qan ləkəli...

HİNDŞÜNAS (ID - 16709)

is. [hind və fars. ...şünas] Hindşünaslıq mütəxəssisi.

HİNDŞÜNASLIQ (ID - 16710)

is. Hindistanın tarixini, iqtisadiyyatını, dillərini, incəsənətini və s. öyrənən elmlərin toplusu.

HİNDTOYUGU (ID - 16711)

is. Dişi hinduşka, hinduşkanın toyuğu.

HİNDU (ID - 16712)

bax hindli. [Şeyx Sənan günəşi göstərir:] Türk, hindu, ərəb, əcəm bilməz; Nuri hər yanda artar, əksilməz... H.Cavid. Hindu xal - hindli qadınların adətən üzlərinə (daha çox alınlarına) qoyduqları xal, qara xal (əsasən klassik...

HİNDUŞKA (ID - 16713)

is. [rus.] Qırqovul ailəsinə mənsub ətlik iri ev quşu; loş. Hinduşka əti. Hinduşka ferması. - Gülsəhər Müşgünazgilin qapısını döyəndə həyətdəki qazlar çığırışdı, hinduşkalar bərkdən səs elədi. Ə.Vəliyev. Gözünü...

HİNLƏMƏ (ID - 16714)

“Hinləmək” dən f.is.

HİNLƏMƏK (ID - 16715)

f Hinə salmaq. Göyərçinləri hinləmək. - [Oddamdı:] Atam, mən gedim, toyuq-cücəni hinləyim, yoxsa ara qarışar. C.Cabbarlı.

HİPERBOLA (ID - 16716)

[yun.] riyaz. Səthin konusunu kəsən ikitərəfli, qeyri-qapalı əyri xətt.

HİPERBOLIK (ID - 16717)

sif. [yun.] riyaz. Hiperbolaya aid. Hiperbolik kəsik.

HİPERBOLOİD (ID - 16718)

[yun.] riyaz. Hiperbolanın fırlanmasından hasil olan səth.

HİPERTONİK (ID - 16719)

[yun.] tib. Hipertoniya xəstəliyi olan, qan təzyiqi normadan yuxarı olan adam.

HİPERTONİk (ID - 16720)

sif [yun.] tib. Hipertoniyaya, qan təzyiqinin artmasına aid olan, onunla bağlı olan. □ Hipertonik xəstəlik arteriya damarında qan təzyiqinin artması nəticəsində baş verən xəstəlik.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed