ƏZVAYİŞ (ID - 13790)is. dan. Dolanacaq, yaşayış, vəziyyət. Əzvayişi yaxşıdır. - Ancaq əzvayişi qolay gördüm, öz-özümə dedim: - Kişinin bu günündə nə dən-düş, nə taxıl? S.Rəhimov.
|
ƏZVAYLIQ (ID - 13791)is. dan. 1. Diliacılıq, acıdillik.
2. Acizlik, maymaqlıq. Əzvaylığından bu iş başına gəldi. |
ƏZZƏL (ID - 13792)bax əzəl. Mən də görmüşdüm on bir il əzzəl; Olduqca görkəmli, olduqca gözəl. S.Vurğun.
|
ƏZZƏLİ (ID - 13793)bax əzəlcə. Arxalığın badamı; Gün yandırar adamı; Əzzəli özüm qurban; Sonra da kənd adamı. (Bayatı).
|
ƏZZƏLKİ (ID - 13794)bax əzəlki. [Hacı Mehdi:] Birini qovub ayrısını tutursan, o, əzzəlkindən pis çıxır. Ə.Haqverdiyev.
|
Bu səhifə dəfə baxılıb