ƏLAHİDDƏLİK (ID - 12690)is. Ayrılıq, xüsusilik.
|
ƏLAQƏ (ID - 12691)is. [ər.] 1. Qarşılıqlı münasibət, bir-biri ilə bağlılıq. Sənaye ilə kənd təsərrüfatı arasında əlaqə. Elmlə praktika arasında əlaqə. Ticarət əlaqələri. Beynəlxalq əlaqələrin möhkəmlənməsi. Qohumluq əlaqəsi. // Qarşılıqlı...
|
ƏLAQƏÇİ (ID - 12692)is. Qoşun hissələrində əlaqə xidməti görən əsgər və ya zabit.
|
ƏLAQƏDAR (ID - 12693) sif [ər. əlaqə və fars ...dar]
Əlaqəsi, münasibəti, bağlılığı olan; bağlı. Dərs ilinin başlanması ilə əlaqədar tədbirlər. Hazırlıq işləri ilə əlaqədar məsələlər. Yəqin bu məsələ onun dalğınlığı ilə... |
ƏLAQƏDARLIQ (ID - 12694)is. Bağlılıq, asılılıq; qarşılıqlı əlaqə.
|
ƏLAQƏLƏNDİRİLMƏ (ID - 12695)“Əlaqələndirilmək” dən f.is.
|
ƏLAQƏLƏNDİRİLMƏK (ID - 12696)məch. Bir-biri ilə sıx surətdə bağlanmaq, aralarında əlaqə, rabitə, münasibət, uyğunluq yaradılmaq, əlaqədar edilmək, uzlaşdırılmaq. Bu proqramlar və dərsliklərin bəzisi təcrübə ilə əlaqələndirilmişdir.
|
ƏLAQƏLƏNDİRMƏ (ID - 12697)“Əlaqələndirmək” dən f.is.
|
ƏLAQƏLƏNDİRMƏK (ID - 12698)f Əlaqədar etmək, bir-biri ilə bağlamaq, aralarında əlaqə, münasibət, rabitə, uyğunluq yaratmaq; uzlaşdırmaq; bir-biri ilə əlaqədar halda göstərmək. Mühazirələrdə gətirilən faktik materialları (bugünkü) həyatla əlaqələndirmək...
|
ƏLAQƏLƏNMƏ (ID - 12699)“Əlaqələnmək” dən f.is.
|
ƏLAQƏLƏNMƏK (ID - 12700)f Əlaqədar edilmək (olunmaq), uzlaşdırılmaq. Sözlər bir-biri ilə əlaqələnmirdi.
|
ƏLAQƏLİ (ID - 12701)sif. 1. Əlaqəsi olan, əlaqədar, bir-biri ilə bağlı, asılı. Əlaqəli məsələlər.
2. Asılı, bir-birindən asılı, bir-birinə tabe. Şöbələr müəssisənin ümumi idarəsi ilə əlaqəlidir. |
ƏLAQƏLİLİK (ID - 12702)is. Bir-biri ilə sıx bağlılıq, bir-birindən asılılıq.
|
ƏLAQƏSİZ (ID - 12703)sif. 1. Aralarında əlaqə, rabitə, asılılıq, bağlılıq, münasibət olmayan; rabitəsiz.
Maraq və əlaqə göstərməyən, əhəmiyyət verməyən, fikir verməyən; laqeyd. Məsələyə əlaqəsiz (z.) yanaşmaq. |
ƏLAQƏSİZLİK (ID - 12704)is. Arada əlaqə, rabitə, ünsiyyət, münasibət olmaması; maraqsızlıq. Əlaqəsizlik göstərmək (maraqlanmamaq, maraq göstərməmək).
|
ƏLALIQ (ID - 12705)is. Əla şeyin hal və keyfiyyəti; çox yüksəklik. Görməmişsənmi mənim təbimin əlalığını; Çox mənim ilə keçib sübhilə şamın, Yusif! Aşıq Qədir.
|
ƏLALTI (ID - 12706)1. sif. və is. Əl altında işləyən, köməkçi işləri görən, köməkçi. Əlaltı fəhlə. Usta əlaltısı. Bənna əlaltısı. - [Səkinə:] ..Aylarla .. buruqda rəhmətlik atasının əlaltısı olub. M.İbrahimov.
zərf Xəlvəti, gizlicə,... |
ƏLALTINCA (ID - 12707)bax əlalt(ın)dan. Sofulu Hacı Ismayıl Nəbinin gəldiyini eşidib əlaltınca pristava xəbər verdi. “Qaçaq Nəbi”.
|
ƏLALT(IN)DAN (ID - 12708) |
ƏLAMAN (ID - 12709)[ər.] 1. Yardıma, imdada, köməyə çağırış bildirən nida. Əlaman, qurd inəyi dağıtdı! - Nə qəflətdir bu səndə, ey sitəmgər, cövrü zülmündən; Sərasər yer üzünü sövtü sədayi-əlaman tutmuş. Q.Zakir. Arqadaşlar, əlaman,...
|
ƏLA-MƏRƏKƏ (ID - 12710) bax əla 1-ci mənada. [Qoltuqçu:] Lap əla-mərəkədir. S.Rəhimov.
|
ƏLAMƏT (ID - 12711)is. [ər.] 1. Bir şeyin bilinməsinə, müəyyən edilməsinə vasitə olan nişanə; işarə. Xəstəliyin əlamətləri. Baharın əlamətləri. - Bütün günü Fəxrəddinin xəfiyyələri saray ətrafında gəzib müəyyən əlamətləri daşıyan...
|
ƏLAMƏTDAR (ID - 12712) sif. [ər. əlamət və fars. ...dar] Öz əhəmiyyətinə görə görkəmli, çox böyük əhəmiyyəti olan. Əlamətdar tarix. Əlamətdar hadisə. Əlamətdar gün. - [Şamamanın] təbiətindəki yaxşı, əlamətdar keyfiyyətlərin meydana çıxmasına,...
|
ƏLAMƏTDARLIQ (ID - 12713)is. Əlamətdar olma, çox əhəmiyyətlilik. Hadisənin əlamətdarlığı.
|
ƏLAN (ID - 12714)zərfi [ər.] 1. Bu an, indi, hala. Ürəfa məskəni olan Şirvan; Cühəla xabgahıdır əlan. M.Ə.Sabir. [Şeyx Hadi:] Mən də yoldaşlarımla bir yandan; Hində əzm etmək üzrəyəm əlan. H.Cavid.
2. Hələ də, indiki halda. Əlan buradadır,... |
ƏLAVƏ (ID - 12715)[ər.] 1. sif. Əsas şeyin üstünə artırılan; üstəlik. Əlavə xərc. Əlavə seans. Bu gün iki əlavə dərs oxuduq. Əlavə vaxt vermək lazımdır. - Məncə, bu .. otağa əlavə bir qapı açmaq lazımdır. M.S.Ordubadi. Cavanları tərbiyələndirmək,...
|
ƏLAVƏSİZ (ID - 12716)sif Əlavəsi olmayan, əlavə verilməyən. Əlavəsiz məcmuə (qəzet).
ƏL-AYAQ top. Qollar ilə qılçalar birlikdə. Əl-ayağını bağlamaq. Əl-ayağı titrəmək (əsmək). - [Köməkçi dedi:] Səriyin əl-ayağını, sürün onu bəri...... |
ƏLBAQİ (ID - 12717)sif. [ər.] Artıq qalan, qalıq. ..Qalan əlbaqiparaların kimlərə paylandığı haqqında hesab verir. M.S.Ordubadi. // is. Qalan pul, pulun verilməyib qalan hissəsi. Pulun əlbaqisi kimdən çatacaq?
|
ƏLBƏƏL (ID - 12718)zərf 1. Əldən-ələ, birindənbirisinə. Kitab əlbəəl gəzdi. - Muradım, səninlə verəm əlbəəl; Bu gülşən içində gəzəm əlbəəl. Aşıq Murad.
2. Cəld, tez, əlüstü, dərhal, o saat. Xubların yaxşısı olmaz kəmməhəl;... |
ƏLBƏSƏ (ID - 12719)is. [ər. “əlbisə” - “libas” söz. cəmi] köhn. Libas, paltar. Dərhal dimdik qalxdım. Əlbəsəmi geydim. A.Şaiq. [Kor kişinin] .. əlbəsəsinin tərzi, biçimi avamlığını .. andırırdı. S.Hüseyn.
|
ƏLBƏSƏLİ (ID - 12720)sif. köhn. Əlbəsə geymiş, paltarlı, paltar geymiş. Gözəl əlbəsəli adam. Onündən qələbəliyi yarıb keçən arabaları, isti əlbəsəli, şən çöhrəli insanları .. süzdü. A.Şaiq.
|
ƏLBƏSƏLİK (ID - 12721)sif. köhn. Əlbəsəyə yararlı, əlbəsə üçün olan; paltarlıq. Əlbəsəlik parça.
Onun içinə oğlan evi bir əlbəsəlik ipək parça, iki imperial və bunun əmsalı bir şey qoyub qaytaracaqlar. R.Əfəndiyev. |
ƏLBƏT (ID - 12722)[ər.] 1. Bax əlbəttə. Əlbətgələcəkdir. Dünyaya gələn əlbət gedər. - Demək olmaz dirilər tək yatıb, əlbət duracaq; Ölülər yatmağıdır, yox buna payan, ölüb... ə! M.Ə.Sabir. □ Əlbət ki - təbii ki, şübhəsiz. Əlbət...
|
ƏLBƏTTƏ (ID - 12723)1. zərf Mütləq, hər halda. Əlbəttə gəlməlidir. Getmək əlbəttə lazımdır. Bir belə adamın içində yəqin; Əlbəttə, bədnəzər var, oynamasın. Q.Zakir. [Müsyö Jordan:] Əlbəttə sehrdir, mat qalmalı işdir, bir türfətüleyndə...
|
ƏLBƏYAXA (ID - 12724)1. is. Şiddətli dava, vuruşma; mübarizə. [Kərim] bilirdi ki, əlbəyaxa vaxtı dəmadəm yaxınlaşır. S.Rəhimov. Mən bu qara xəyallarla əlbəyaxa ikən, birdən, deyəsən, gözümə bir işıltı dəydi, yox oldu, yenə göründü. M.Rzaquluzadə....
|
ƏLBİR (ID - 12725)1. zərf Bir-birinə kömək edərək; bərabər, birgə, birləşərək. Əlbir işləmək. [Altunbay:] Elxan biləgənli, sən Solmazı sevir isən, özündə onu qoruyacaq bir cəsarət duyur isən, and iç, əlbir çalışaq. C.Cabbarlı. [Nəbi:]...
|
ƏLBİR-DİLBİR (ID - 12726) bax əlbir. [Nəcmi:] Bu vaxta kimi əlbir-dilbir, asayişlə yaşayan .. bu dinc camaatın arasına nə üçün iğtişaş düşsün? Ə.Əbülhəsən. [Hacı:] Buxaralı Buxaradan, Bağdaddan, Tehrandan - adını müsəlman qoyan gərək əlbir-dilbir...
|
ƏLBOMBASI (ID - 12727)is. Əl ilə tullanılıb atılan bomba. Dəstə komandiri hər əsgərə 35 güllə və iki əlbombası payladı. Mir Cəlal.
|
ƏLBORCU (ID - 12728)is. Tez ödənilmək şərti ilə verilən, ya alınan azacıq borc pul, yaxud başqa şey. Əlborcu almaq. Mənə on manat əlborcu ver. - ..Yaşıdlarından və yaxın dostlarından biri, bu gün ondan əlborcu qazıma borusu istəməyə gələndə...
|
ƏLCƏ (ID - 12729)sif Kiçik, azacıq, bir tikə, əl qədər. Əlcə çörək. Əlcə ət. - Anası bir əlcə əppəyə dönüb yoxa çıxıbdır. S.Rəhimov. Mövqeyə gələn kimi Abbas karandaşla bir əlcə kağıza ərizəsini yazdı, üç nəfərdən zəmanət...
|
ƏLCƏCİK (ID - 12730)sif Lap balaca, balaca əl boyda (adətən “bir” sözü ilə). Yun şalına bürünmüş bir əlcəcik çöhrəsində Ağcanın gözləri parlayıb yanırdı. Ə.Əbülhəsən.
|
ƏLCƏK (ID - 12731)is. Əli soyuqdan və s.-dən qorumaq üçün barmaqlı, ya barmaqsız əl geyimi. Uzun əlcək. Əlcək toxumaq. Meşin əlcək.
Qadın əlcəkləri. Beşbarmaq əlcək. Təkbarmaq əlcək. Bir corab, bir əlcək, bir isti köynək; Bir də ki yun... |
ƏLCƏKTİKƏN, ƏLCƏKTOXUYAN (ID - 12732) is. Parçadan əlcək tikən, yaxud yundan, iplikdən əlcək toxuyan usta.
|
ƏLÇATAN (ID - 12733)sif. 1. Hündür olmayan, əl çata bilən, alçaq. Əlçatan divar. Əlçatan rəf
Uzaq olmayan, yaxın. Əlçatan yer. Əldə edilə bilən, ələ düşə bilən, münasib. |
ƏLÇATMAZ (ID - 12734)sif 1. Hündür, uca, yüksək. Əlçatmaz minarə. Əlçatmaz hasar. // məc. Yetişmək, nail olmaq, əldə etmək mümkün olmayan. [Adilə:] Mən yaxında, əlim altında olan səadətə qovuşmaq istəyirəm, uzaqlara, əlçatmaz səadətlərə doğru...
|
ƏLÇATMAZLIQ (ID - 12735)is. Əlçatmaz şeyin halı, vəziyyəti; uzaqlıq, yaxud yüksəklik, hündürlük.
|
ƏLÇİM, ƏLÇİN (ID - 12736) is. Bir dəfədə əldə tutulub cəhrədə ip halına gətirilə bilən qədər (yun). O arvad gündə yüz əlçim yun əyirir. [Tapdıq] ..gah yun darağının qoynuna yığılmış əlçimlərə, hərdənbir də cəhrənin tağalağına çox diqqətlə...
|
ƏLDARAGI (ID - 12737)is. Yun daramaq üçün taxta altlığa bənd edilmiş, ucu şiş məftillərdən ibarət alət; daraq.
|
ƏLDƏBİR (ID - 12738)sif məh. Birinci növbədə nəzərə alınmalı olan; vacib, lazım.
|
ƏLDƏKİ (ID - 12739)sif Əldə olan, ortada olan, mövcud olan, nağd. Əldəki vəsaitdən lazımınca istifadə etməli.
|
Bu səhifə dəfə baxılıb